Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

ki, onun nələr oxuduğu, adi məşğuliyyətinin nə olduğu və hansı mühitdə yaşaması
barədə tam anlayışın olsun”.
Yoluxma o dərəcədə qüvvətlidir ki, o, fərdlərə yalnız məlum fikirləri deyil, həm
də məlum hisləri təlqin edə bilir. Məhz həmin yoluxmanın təsiri altında məlum
dövrdə nifrət doğuran məlum əsərlər, məsələn, “Tangeyzer” onu ələ salıb gülürdülər,
bir neçə ildən sonra eyni adamlar tərəfindən, heyranlıqla
qarşılanmışdı.
Fikir və inanc mühakimə vasitəsilə deyil, məhz yoluxma yolu ilə yayılır və bütün
dövrlərdə izdihamın inamı, həmin dəqiq mexanizm vasitəsilə yaranırdı: müddəa,
təkrar, yoluxma. Renan tamamilə haqlı olaraq xristianlığın əsasını qoyanları “öz
ideyalarını meyxanalarda yayan fəhlə sosialistlərlə” müqayisə edirdi. Xristian
dinindən söz açan Volter də həmçinin demişdi ki, “yüz ildən də çox zaman ərzində
xristianlığın ardıcılları yalnız ən mənhus qaragüruhçular olmuşlar”.
Nümunə gətirdiyim oxşar mövzularda, artıq burada qeyd etmişəm, aydın izləmək
olur ki, yoluxma başlanğıcda yalnız xalq təbəqələrinə, sonra isə tədricən cəmiyyətin
ali təbəqələrinə necə sirayət edir; biz buna müasir sosializm doktrinalarında əmin ola
bilərik, hazırkı zamanda onlarla təntənəsinin ilk qurbanları olmağa məhkum
edilmişlər maraqlanırlar. Yoluxma o dərəcədə güclü və əzəmətlidir ki, istənilən şəxsi
maraq onun qarşısında geri çəkilir.
Bax, ona görə populyarlıq qazanmış hər cür fikir, baxmayaraq ki, cəfəngliyi açıq-
aşkardır, sonda elə bir qüvvəyə çevrilir ki, ən ali sosial təbəqələrə nüfuz edir və
hökmran mövqeyə yüksəlir. Bu fenomen, aşağı sosial təbəqələrin ali təbəqələrlə bağlı
maraqlı reaksiyası ilə yadda qalır, belə ki, kütlənin bütün inancları törədiyi mühitdə
heç bir təsirə malik olmayan hansısa ali ideyadan qaynaqlanır. Bu ideyaların təsiri
altına düşən rəhbərlər onları mənimsəyir, təhrif edir, sekta yaradırlar, o da öz
növbəsində saxtalaşdırır və sonra da onu izdihamın dərinliyində yayıb daha da
korlayır. Nəhayət, xalq həqiqətinə çevrildikdən sonra həmin ideya, bəzi formalarda
yenidən özünün başlanğıc mənbəyinə qayıdır və həmin vaxt artıq millətin ən ali
təbəqələrinə təsir göstərə bilirlər. Və sonda biz görürük ki, bütün hallarda dünyanı
zəka idarə edir. Hər hansı bir ideyanın yaradıcısı olan filosoflar çoxdan dünyalarını
dəyişiblər və külə çevriliblər, amma təsvir etdiyim mexanizm sayəsində, onların
fikirləri bütün hallarda sonda təntənə çalır.
3. CAZİBƏ
Müddəalar yolu ilə yayılan ideyalar, təkrar və yoluxma, öz gücünə görə başlıca
olaraq sirli qüvvəyə borcludurlar, hansı ki, nəticədə ovsuna malik olurlar.
Dünyanı özünə tabe edən ideyalar və insanlar, əsasən cazibə adlandırılan
qarşısıalınmaz qüvvənin sayəsində onların üzərində hökmranlıq edə biliblər. Hamımız
həmin sözün əhəmiyyətini başa düşürük, lakin çox vaxt elə müxtəlif mənalarda
işlədilir ki, onu izah etmək elə də asan olmur. Cazibə əks hislərdən də, məs, heyranlıq
və qorxu, ibarət ola bilər. Cazibənin təməlinə həqiqətən, çox vaxt məhz, həmin hislər
yerləşir, ancaq o, bəzən onlarsız da mövcud olur. Daha böyük cazibədarlığa, məsələn,
mərhumlar malikdilər, nəticə etibarilə – o varlıqlar ki, bizlər qorxmuruq: İsgəndər,
Sezar, Məhəmməd peyğəmbər, Budda. Digər tərəfdən, elə obyektlər və uydurmalar
downloaded from KitabYurdu.org


da var ki, bizdə heç bir heyranlıq doğurmur, məsələn, Hindistanın yeraltı
məbədlərindəki qorxunc səcdəgahlar, amma böyük cazibəyə malik olurlar. Əslində,
cazibə – hər hansı bir ideya və yaxud işin fərdin ağlı üzərində bir növ hökmranlığıdır.
Bu hökmranlıq fərdin bütün tənqidi qabiliyyətlərini iflic edir və onun qəlbini heyrət və
ehtiramla doldurur. Zahir olan hiss də, bütün hislər kimi izaholunmazdır, lakin çox
güman ki, o da subyekti ovsunlayan cazibənin mənsub olduğu qəbildəndir. Cazibə hər
cür hökmranlığın ən əzəmətli səbəbini təşkil edir; tanrılar, krallar və qadınlar, onsuz
heç vaxt hökmranlıq edə bilməzdilər.
Amma cazibənin müxtəlif növlərini iki başlıca kateqoriyaya ayırmaq olar:
qazanılmış və şəxsi cazibəyə. Qazanılmış cazibə – hansı ki, ad, sərvət, şöhrətlə ortaya
çıxır; onun şəxsi cazibədən heç bir asılılığı yoxdur. Şəxsi cazibə isə daha fərdi xarakter
daşıyır və ad, şöhrət və sərvətlə eyni zamanda mövcud ola bilir, lakin onlar olmadan
da keçinə bilər.
Qazanılmış və ya süni cazibə daha geniş yayılıb. Yalnız bir faktın, hər hansı bir
fərdin məlum sosial vəziyyəti, məlum sərvəti və titulları, onun şəxsi nüfuzu lap aşağı
olsa belə, çox vaxt həmin şəxsə cazibədarlıq vermək üçün yetərli olur. Hərbiçi rəsmi
geyimdə, hakim mantiyada həmişə cazibədarlıq qazanırlar. Paskal tamamilə haqlı
olaraq, hakimlərə mantiya geydirib və parik taxdırmağın zəruriliyini qeyd edib.
Bunlarsız, onlar nüfuzlarının dördə üçündən məhrum olardılar. Ən sərt sosialist belə,
şahzadə və ya markizin önündə az da olsa özünü itirir; ən uzaqgörən tacir belə, özünə
bu cür titul mənimsəyəndən sonra çox asanlıqla bayıla bilər.
Titulların, orden və geyimlərin izdihama təsirinə, bütün ölkələrdə rast gəlinir,
hətta şəxsi azadlıq hissinin ən çox inkişaf etdiyi yerlərdə. Bu xüsusa aid
səyahətçilərdən birinin təzə kitabından bir hissəni nümunə gətirim, orada
İngiltərədəki bəzi şəxsiyyətlərin cazibəsindən söz açılır:
“Hətta ən ehtiyatlı ingilislərin belə İngiltərənin hər hansı peri
16
ilə qarşılaşarkən
və ünsiyyətdə olarkən necə ovsunlandıqlarının dəfələrlə şahidi olmuşam. Onlar
həmin şəxsi əvvəldən sevirlər, əsas budur ki, onun sərvəti ilə nüfuzu uyğun gəlsin və
belədə hamı onların önündə heyran qalır. Bu şəxs onlara yaxınlaşanda və ya söhbət
edəndə, məmnunluqdan onların üzləri qızarır; gözlərdəki qeyri-adi parıltı onların
təmkinli sevinclərindən xəbər verir. Əgər belə demək mümkünsə, “lord onların
qanındadır”, məsələn, ispan haqqında, rəqs onların qanındadır, alman haqqında –
musiqi onların qanındadır və fransız haqqında – inqilab onların qanındadır, bizlər
adətən belə deyirik. Onların atlara və Şekspirə düşkünlüyü daha azdır və bundan
daha az zövq alırlar. Perlər haqqında kitab geniş satışa malik olur və həmin kitabı ən
uzaq yerlərdə belə hamıda tapmaq olur, lap İncil kimi”.
Mən burada yalnız adamların malik olduqları cazibəyə toxunuram. Amma
fikirlərin, ədəbi və bədii əsərlərin və sair cazibəsini də onunla yanaşı qoymaq olar.
Sonuncu haldakı cazibə daha çox gücləndirilmiş təkrarın nəticəsidir. Tarix, xüsusilə də
ədəbiyyat və incəsənət tarixi, özlüyündə eyni mülahizələrin təkrarından başqa bir şey
deyil, bununla razılaşmamağa kimsə cürət edə bilmir və nəhayətdə, hamı onları
məktəbdə öyrəndikləri kimi təkrar edir. Adlar və şeylər var ki, onlara toxunmağa heç
kim cəsarət etmir. Müasir oxucu üçün məs, Homeri oxumaq, əlbəttə ki, ağır,
dəfedilməz darıxdırıcılıq bahasına başa gəlir, lakin kim bunu etiraf etməyə cəsarət
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə