Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

3. TƏCRÜBƏ
Təcrübə çox yəqin ki, hər hansı bir həqiqətin kütlənin ruhunda qəti şəkildə
möhkəmlənməsi və həddən artıq təhlükəli olmuş illüziyaların məhv edilməsi üçün
yeganə həqiqi vasitədir. Amma təcrübənin geniş ölçülərdə həyata keçirilməsi və bir
neçə dəfə təkrarlanması lazımdır. Bir nəslin təcrübəsi adətən növbəti nəsil üçün
fayda gətirmir, bu səbəbdən tarixi faktlardan nümunə kimi istifadə etmək, artıq bir
işdir. Belə nümayişlərin yeganə əhəmiyyəti ondan ibarətdir ki, bu, əsrdən-əsrə
təcrübəni təkrar etməyin nə dərəcədə vacib olduğunu önə çıxarır və nəticədə
kütlənin ruhunda qəti şəkildə kök salmış ən azından bir-yeganə yanlışı da olsa, təsir
göstərməklə, onu yerindən oynatmaq mümkün olur.
Bizim əsr, eləcə də bundan əvvəlki əsr, çox güman ki, tarixçilər tərəfindən
maraqlı eksperimentlər dövrü kimi nümunə göstəriləcək. Və həqiqətən də digər
əsrlərin heç birində bu qədər çox eksperiment aparılmayıb!
Bütün təcrübələrin ən nəhəngi heç şübhəsiz, Fransa inqilabı idi. Hər hansı bir
cəmiyyətdə yalnız ağla söykənib, hər cəhətdən nələrisə düzəldə bilməyin
mümkünsüzlüyü ilə bağlı həqiqəti aşkar etmək üçün, bir neçə milyon insan həyatını
məhv etmək və iyirmi il ərzində Avropanı narahatlıqda saxlamaq lazım gəlmişdi.
Sevincli qışqırıq sədaları altında salamlanan Sezarların xalqlara necə baha başa
gəldiyini təcrübədə sübut etmək üçün, əlli ərzində bir sıra dağıdıcı təcrübələr gərək
olmuşdu, lakin bütün aydınlıqlarına baxmayaraq, onlar hələ də görünür, yetərincə
inandırıcı deyildilər. Bununla yanaşı, həmin təcrübələrdən birincisi üç milyon insan
həyatı bahasına başa gəlmişdi və işğallara səbəb olmuşdu; ikincisi isə pozğunluğa
səbəb olmuş və daimi ordu saxlamaq zərurətini ortaya qoymuşdu. Üçüncü təcrübə
bu yaxınlarda az qala həyata keçiriləcəkdi, çox güman ki, o da gec ya tez bütün
hallarda baş tutacaq. Bütöv bir xalqı nəhəng alman ordusunun, otuz il əvvəl tədris
olunduğu kimi, yalnız zərərsiz milli qvardiya olmadığına inandırmaq üçün, bizə çox
baha başa gələn dəhşətli müharibədən keçmək lazım gəldi.
Həmin hadisədə kütlənin rəyi, bir-birilə tamamilə uyğun gəlməyən kobud
subyektlərin assosiasiyası yolu ilə təşkil olunub, hansı ki, yaranma mexanizmini
yuxarıda ifadə etmişdim. Həmin dövrlərin milli qvardiyası intizamdan əsər-əlaməti
olmayan sülhpərvər dükançılardan təşkil olunmuşdu və ona ciddi münasibət
bəsləmək olmazdı; ona görə də bu cür oxşar adlar eyni obrazları doğurur və nəticə
etibarilə, eyni ziyansız təsisatlar hesab olunurdular; kütlənin yanlışlığı, ümumiyyətlə,
çox vaxt olduğu kimi, həmin zamanda da hansısa ümumi rəylər və liderlərin fikirləri
əsasında haçalanırdı. 1887-ci il dekabrın 31-də Tyerin deputatlar palatasında etdiyi
çıxışında və sonralar E.Olivyenin qələmə aldığı kitabda yer almış həmin nitqdə, çox
vaxt izdihamın rəyinin ardınca gedən, lakin heç vaxt həmin rəyləri qabaqlaya
bilməyən Tyer, sübut etməyə çalışırdı ki, Prussiyada mövcud olan ordu təxminən
fransız ordusuna bərabərdir və ordudan başqa fransız milli qvardiyasına bənzər milli
qvardiyaya malikdir ki, nəticə etibarilə o, elə də ciddi əhəmiyyət daşımır. Həmin
dövlət xadiminin yuxarıda ifadə olunan iddiaları, onun dəmiryollarının əhəmiyyətsiz
gələcəyə malik olması ilə bağlı bəsirətlərinə bənzəyirdi.
downloaded from KitabYurdu.org


Nəhayət, proteksionizmin, hansı ki, onu özlərində tətbiq edirlər, xalqları müflis
etdiyini etiraf etmək üçün ən azından iyirmi il çəkən fəlakətli təcrübə lazım gələcəkdi.
Belə nümunələri sonsuzluğa qədər artırmaq olar.
4. DƏRRAKƏ
İzdihamın qəlbində təəssürat oyada biləcək amilləri sadalamaqla, dərrakədən,
ümumiyyətlə söz açmaya bilərdik, əgər, onun mənfi əhəmiyyətini göstərmək zərurəti
lazım gəlməsəydi.
Biz izdihama düşüncələrlə təsir etməyin mümkünsüzlüyünü qeyd etmişik, belə ki,
ona yalnız ideyaların kobud assosiasiyası əlçatandır. İzdihamda təəssürat oyada bilən
amillər məhz, ona görə ağla deyil, həmişə hislərə müraciət edir. Məntiq qanunları
ona heç bir təsir göstərmir. İzdihamı inandırmaq üçün öncə onu ruhlandıran hislərlə
tanış olmaq, özünü onları bölüşdüyünü göstərirmiş kimi aparmaq, ardınca da ibtidai
assosiasiyalar vasitəsilə kütləni cəlb edə bilən hansısa obrazları canlandırmaq
lazımdır. Lazım olduqda geriyə dönməyi və ən başlıcası izdihamda yarada bildiyin o
hisləri dəqiqəbədəqiqə sezməyi bacarmaq lazımdır.
İzdihamda təəssürat oyatmaqla bağlı məharət və həmin anda məntiqin necə az
təsirə malik olması ilə əlaqəli müşahidələrim Parisin mühasirəsi zamanına aiddir.
Həmin gün acıqlı kütlənin istehkam planını çəkərək onu prussiyalılara satmaq
məqsədi güdməkdə ittiham etdikləri marşal B-ni, hökumətin iclas keçirdiyi Luvr
sarayına necə gətirdiklərini görmüşəm. Hökumət üzvlərindən biri, məşhur natiq Q.P
öz əsirini dərhal edam etməyi tələb edən izdihamın qarşısına çıxıb, onları
sakitləşdirmək istədi. Gözləyirdim ki, natiq kütləyə günahkar hesab etdikləri marşalın
həmin istehkamları inşa edənlərdən biri olduğunu və o, istehkam planlarının bütün
kitab satanlar tərəfindən hər yerdə satıldığını söyləyəcək və bu ittihamların əsassız
olduğunu sübut edəcək. Böyük təəccübümə baxmayaraq (o zaman çox gənc idim),
tamamilə başqa bir çıxışın şahidi oldum. “Cəzasını alacaq – əsirə yaxınlaşan natiq
qışqırdı – özü də ən amansız şəkildə. Milli müdafiə hökumətinə təhqiqatlarınızı başa
çatdırmağa imkan verin. Biz isə hələlik əsri həbsdə saxlayaq”. Bununla da tələbinin
yerinə yetirilməsindən razı qalan izdiham sakitləşdi və üstündən on beş dəqiqə
keçəndən sonra marşal rahat şəkildə evinə qayıtdı. Əgər həmin anda natiq
qeyzlənmiş kütləyə məntiqi dəlillər gətirməyə başlasaydı, gənclik dövründə bunlar
mənə daha inandırıcı görünürdü, onu tikə-tikə edərdilər.
Çıxışı daimi, həmin dəqiqəyə uyğun təəssüratların təsiri altında dəyişdirmək
zərurəti, öncədən hazırlanmış və əzbərlənmiş hər cür nitqləri öncədən uğursuzluğa
məhkum edir. Belə çıxışı ilə natiq onu dinləyənlərin düşüncələrinin inkişafını deyil,
yalnız öz şəxsi düşüncələrinin inkişafını izləyir və artıq buna görə onun izdihama təsir
etməsi tamamilə məhduddur.
Həmişə bir-birindən doğan bütöv fikirlər zənciri ilə işləməyə vərdiş edən məntiqi
zəkalar, izdihama müraciət edəndə, hökmən inandırmaq üsulundan istifadə edirlər
və həmişə də öz arqumentlərinin bu cür təsirsizliyindən heyrətə gəlirlər. Fikirlərlə
ibtidai beyinlərə, məs, vəhşilərə və ya uşaqlara təsir göstərməyə cəhd etməyi
sınaqdan keçirin və belə dəlillər metodunun çox əhəmiyyətsiz olduğuna tamamilə
əmin olacaqsınız.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə