Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

yeksan olur. Xalq öz inancını yalnız öz sivilizasiyasının bütün elementləri tamamilə
dəyişilən şəraitdə dəyişə bilir və həmin dəyişikliklər, hər hansı yeni bir ümumi inanc
formalaşana qədər o dəyişikliklər getməkdə davam edəcək; bu baş verməyənə qədər,
xalq məcburən anarxiya vəziyyətində qalacaq. Ümumi inanclar sivilizasiyanın
dəstəklənməsi üçün vacibdir, belə ki, onlar ideyalara məlum istiqaməti verirlər və
yalnız təkcə onlar etimad təlqin edə və borc yarada bilərlər.
Xalqlar ümumi inancların qazanılmasının faydalılığını həmişə dərk ediblər,
instinktiv olaraq başa düşüblər ki, həmin inancların yox olması onlar üçün tənəzzülün
başlanğıc saatıdır. Romaya fanatikcəsinə pərəstiş romalılar üçün məhz belə inanc idi,
bu inanc onları dünyanın hakiminə çevirmişdi və həmin inanc yox olan kimi, Roma da
tənəzzülə uğradı. Roma sivilizasiyasını məhv edən barbarlar isə yalnız həmin dövrdə
müəyyən qədər birliyə nail ola və özlərinə bəzi ümumi inanclar mənimsəyə bildilər və
bu da onları həmin vaxta qədər düşdükləri anarxiyadan çıxara bildi.
Beləliklə, xalqlar öz inanclarını belə qızğınlıqla nahaqdan müdafiə etmirlərmiş.
Fəlsəfi nöqteyi-nəzərdən mühakiməyə layiq olan bu cür dözümsüzlük, xalqların
həyatının ləyaqətli labüdlüklərindən biridir. Ümumi inancların əsası və ya
dəstəklənməsi üçün orta əsrlərdə çoxlu sayda tonqallar qalanıb və həmin tonqalların
alovlarında o qədər ixtiraçılar və ya novatorlar məhv ediliblər ki. Həmin inancların
müdafiəsi üçün dünya neçə dəfələrlə fəlakətlərə məruz qalıb, neçə milyonlarla insan
sümükləri döyüş çöllərində qalıb və çox güman ki, gələcəkdə də belə olacaq!
Ümumi inancları tətbiq etmək çox çətindir, lakin tətbiq olunduqdan sonra, onun
gücü uzun zaman dəfedilməz olur və fəlsəfi əsasları nə qədər yanlış olsa belə, bütün
hallarda ən zəkalı ağıllar ona tabe olur. Məgər, Avropa xalqları az qala on beş əsr
ərzində həmin dini əfsanələri danılmaz həqiqət hesab etmirdilərmi, hansılar ki, ən
yaxın tədqiqat zamanı belə, Molox haqqında əfsanə təki barbarlığı ortaya çıxır. Belə
bir əfsanənin dəhşətli mənasızlığını uzun əsrlər sezə bilməmişdilər və hətta Qaliley,
Nyuton və Leybnits kimi dahilər belə, bir dəqiqə də olsun ona etiraz etməyi yaxına
qoymamışdılar. Ümumqəbul olunmuş inancların hipnozetmə təsirini bundan yaxşı
sübut edən başqa bir fakt ola bilməz, lakin eyni zamanda, heç nə də insan ağlına diktə
edən alçaldıcı sərhədləri bu qədər aydın göstərə bilməz!
Hər hansı bir yeni ehkam kütlənin ruhuna hakim kəsilən kimi, dərhal onun bütün
təsisatlarının, incəsənətinin və onun davranışlarının ilhamvericisinə çevrilir. Onun
qəlblər üzərində hökmü mütləqdir. İnsanlar uzun zaman yalnız onun həyata
keçməsini arzulayırlar, qanunvericilər onun həyatda tətbiqi üçün çalışırlar, filosoflar,
artistlər və ədiblər müxtəlif formalarda canlandırmaqla, onun izahı ilə məşğul olurlar.
Əsas inancdan, əlbəttə ki, keçici, ikinci dərəcəli ideyalar da doğa bilər, lakin onlar
həmişə özlərində əmələ gəldikləri inancın nişanəsini daşıyırlar; Misir sivilizasiyası,
Avropa sivilizasiyası və ərəblərin müsəlman sivilizasiyası – onların hamısı azsaylı dini
inanclardan təşəkkül tapıblar, həmin sivilizasiyaların ən kiçik elementlərinə öz
nişanələrini qoyublar, bunun nəticəsində başlıca inancı ilk baxışdan dərk etmək olur.
Beləliklə, ümumi inanclar sayəsində hər bir dövrün insanları ənənələr, fikirlər və
vərdişlər şəbəkəsi ilə əhatə olunublar, onların əsarətindən qurtulmaq imkanında
deyillər və onların qarşılıqlı oxşarlıqlarını təşkil edirlər. Bu inanclar, həmçinin
onlardan törəyən ənənələr adamları idarə edirlər, bizim mövcud olmamızın bütün, ən
downloaded from KitabYurdu.org


xırda hərəkətlərini belə, o dərəcədə idarə edirlər ki, hətta ən müstəqil ağıl sahibləri
belə, onların hökmündən qətiyyən azad ola bilmirlər. Həqiqi tiranlıq yalnız belə olur,
qəlblərə qeyri-iradi təsir göstərir, belə ki, onunla mübarizə aparmaq mümkün deyil.
Tiberi, Çingiz xan, Budda, Məhəmməd peyğəmbər və Lüter, heç şübhəsiz, təhlükəli
tiran olmuşlar, lakin Musa, Budda, Məhəmməd və Lüter öz məzarlarının
dərinliklərindən hələ də ruhlar üzərində daha güclü hökmranlıq etməkdədirlər. Sui-
qəsd, tiranı devirə bilər, amma o, hər hansı bir möhkəm dayanıqlığa malik inanca
qarşı nə edə bilər ki? Katolisizmə qarşı aparılan qızğın mübarizə, hətta xalq
kütlələrinin hiss ediləcək rəğbətinə və bütün məhvetmə üsullarına baxmayaraq,
inkvizisiya dövründəki qədər amansız idi, məğlub olan isə yenə də böyük inqilab oldu.
Bəşəriyyətin indiyədək tanıdığı yeganə, əsl tiranlar, həmişə elə bəşəriyyətin özü
tərəfindən yaradılan ölülərin və ya illüziyaların kölgəsi olublar. Fəlsəfi nöqteyi-
nəzərdən, əksər ümumi inancların mənasızlığı, heç vaxt onların təntənə çalmasına
mane ola bilməyiblər. Hətta bundan da artıq: əgər inanclara hər hansı sirli bir
mənasızlıq da qoşularsa, belə şəraitdə bu, daha təntənəli alınır; belə ki, görünən
mənasızlıq bəzi müasir inanclarda onların kütlənin qəlbini fəth etməsinə mane ola
bilmir.
2. KÜTLƏNİN QƏRARSIZ FİKİRLƏRİ
Sabitlik qazanmış inancların üzərində, hansı ki, barəsində indi söhbət getdi, daim
törəyən və yoxa çıxan fikir, ideya və düşüncələrdən ibarət səthi lay yerləşir. Bəziləri
yalnız bir gün davam gətirə bilir, lakin hətta az və ya çox ən mühüm olanları belə, bir
nəslin həyatından artıq yaşamır. Biz artıq demişik ki, dəyişikliklərə məruz qalan
fikirlər, əhəmiyyətli olan xarakterdən bəzən daha çox səthiliyə malik olurlar və
həmişə özlərində irqin xarakterinin izlərini daşıyırlar. Məsələn, yaşadığımız ölkənin
siyasi təsisatlarının partiyalar baxımından bir-birinə ən zidd mövqedə durduqlarını
qeyd etmişik: monarxistlər, radikallar, imperialistlər, sosialistlər və sar bütünlüklə
irqimizin quruluşundan asılı olan, mahiyyətcə tamamilə eyni ideala malikdilər, belə ki,
başqa irqdə bu ad altında tamamilə əks ideal nəzərdə tutulur. Fikirlərə verilən hər
hansı bir ad, nə də onların həyatda yanlış tətbiqi, şeylərin mahiyyətini dəyişdirə
bilmir. Canına latın ədəbiyyatı hopan və baxışlarını Roma respublikasına dikən inqilab
burjuaziyası, ondan qanunları, təbərzinləri gizlədən dəstə, çubuqları mənimsəmiş,
yekun olaraq, təsisatlarını əxz etməyə və hər şeydə ondan nümunə götürməyə səy
göstərirdi. Lakin qüdrətli tarixi təlqinin təsiri altında olmalarına baxmayaraq, onlar
romalı ola bilmədilər. Nəticə etibarilə, filosofun rolu, zahirən dəyişmiş köhnə
inanclardan salamat qalanları müəyyən etmək və hərəkətdə olan bu fikirlər axınında
ümumi inanclar və kütlənin ruhuna aid olanları fərqləndirməkdən ibarətdir.
Bu cür fəlsəfi meyarlara malik olmadan, düşünmək olardı ki, kütlə öz dini və
siyasi əqidəsini tez-tez, istədiyi vaxt dəyişdirir. Əslində, bütün siyasi, dini, bədii və
ədəbi tarix belə olduğunu göstərir. Məs, elə tariximizin çox qısa, 1790-1820-ci illər
arası dövrünü – yalnız bir nəsli əhatə edən otuzillik bir zamanı götürək. Biz görürük ki,
kütlə əvvəlcə monarxiyaçı olub, sonra fövqəladə dərəcədə inqilabçıya çevrilir, ardınca
imperializmə keçir və nəhayət yenidən monarxizmə qayıdır. Dində isə həmin vaxt
kütlə katolisizmdən ateizmə, sonra deizmə keçir və sonda katolisizmin ən mübaliğəli
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə