Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

Bu əsərimdə mən yekcins kütlənin (sektalar, kastalar və siniflər) öyrənilməsinin
təfsilatına varmayacağam, belə ki, bu məsələnin tədqiqini növbəti cildə
saxlayacağam. Burada isə yekcins kütlə ilə bağlı tədqiqatları, kütlənin özüm
tərəfindən seçilmiş növləri kimi bəzi konkret kateqoriyalarını təsvir etməklə
yekunlaşdıracağam.
II fəsil
CİNAYƏTKAR KÜTLƏ
Qondarma cinayətkar kütlə. – Kütlə qanun nöqteyi-nəzərindən cinayətkar ola
bilər, lakin psixoloji nöqteyi-nəzərdən belə ola bilməz. – kütlənin əməllərinin
bütövlükdə qeyri-iradiliyi. – Müxtəlif nümunələr. – “Sentyabrçılar”ın psixologiyası.
– Onların, düşüncələri, hissiyyatı, sərtliyi və əxlaqı.
“Cinayətkar kütlə” adı heç bir halda bu kütləyə uyğun gəlmir, məlum həyəcanlı
vəziyyətdən sonra təlqinlərə tabe olan sadə, qeyri-iradi avtomata çevrilir. Buna
baxmayaraq, həmin yanlış adı saxlayıram, çünki o, yeni dövr psixoloji tədqiqatları ilə
qanuniləşib. Heç şübhəsiz, kütlənin bəzi hərəkətləri, öz-özlüyündə baxsaq, cinayətkar
əməllərdir, lakin onda hindusu yeyən pələngin əməlini də cinayətkar əməl
adlandırmaq olar. Kütlə həmişə cinayəti hansısa çox qüdrətli bir təlqinin təsiri altında
törədir və həmin cinayətdə iştirak edən fərdlər öz borclarını yerinə yetirdiklərinə
əmin olurlar, bunu adi cinayətkar haqqında söyləmək mümkün deyil.
Kütlə cinayətlərinin tarixi yuxarıda deyilənləri bütünlüklə təsdiq edir. Buna tipik
nümunə olaraq, Bastiliyanın qubernatoru de`Loneyin qətlə yetirilməsini göstərmək
olar. Qala ələ keçiriləndən sonra azğınlaşmış kütlə onu dövrəyə alıb, hər tərəfdən
zərbələr endirməyə başladı. Biriləri onu asmağı, digərləri – başını üzməyi və yaxud
atın quyruğuna bağlayıb, sürüməyi təklif edirdilər. Müdafiə olunmağa çalışan
qubernator, təsadüfən hücum çəkənlərdən birini ayağı ilə vurdu. Həmin anda təpiklə
zərbə alan şəxsə kimsə qubernatorun boğazını kəsməyi təklif etdi və bu təklif kütlə
tərəfindən dərhal bəyənildi.
Cəllad rolunu icra eləmək isə yaşayış yeri olmayan və digər avaralarla birlikdə
Bastiliyada nə baş verdiyinə baxmaq üçün gələn aşpaza tapşırıldı. Ümumi qərara tabe
olan bu şəxs, etdiyinin vətənpərvərlik əməli olduğuna və hətta bu cür əclafı
öldürdüyünə görə medal almağa belə layiq olduğuna əmin idi. Özünə uzadılan qılıncla
o, qubernatorun yalın boynuna zərbə endirdi, lakin qılınc yaxşı itilənməmişdi. Belədə
o, sakitcəsinə cibindən qara dəstəkli, aşpaz işlədiyi vaxtlarda ət kəsməyi öyrəndiyi
bıçağı çıxardı, onun köməyi ilə etməli olduğu işi, əməliyyatı rahatlıqla başa çatdırdı.
Bu hadisədə yuxarıda bəhs etdiyim hərəkət mexanizmini aydın izləmək
mümkündür: təlqinə tabe olmaq, özü də belə qüvvətli, kollektiv və qatilə inam verən
təlqinə, hansı ki, o, tərifəlayiq əməli yerinə yetirir, özü də bu inam o qədər güclü olur
ki, həmin şəxs törətdiyi əməlin öz həmvətənləri tərəfindən yekdilliklə bəyənildiyini
görür. Əlbəttə, bu əməl qanun nöqteyi-nəzərindən cinayət əməlidir, psixoloji
nöqteyi-nəzərdən isə biz onu belə adlandıra bilmərik.
downloaded from KitabYurdu.org


Cinayətkar kütlənin ümumi xüsusiyyətləri, digər, hər cür izdihamın xüsusiyyətləri
kimidir: təlqinə qarşı həssaslıq, sadədillik, qərarsızlıq, hislərin birinciliyi, həm yaxşı,
həm də pis. Bütün bunları tarixdə biz, özü barədə ən dəhşətli xatirələr qoymuş
kütlədə tapa bilərik – “sentyabrçılar” adlandırılan kütlədə. Onlarda, yeri gəlmişkən,
Varfolomey gecəsi qatillərində olduğu kimi bir çox ümumi xüsusiyyətlərə rast gəlmək
olar. Təfsilatlar, hansılar ki, burada qeyd edirəm, müasirlərinin xatirələrindən istifadə
etmiş Tendən götürülmüşdür.
Dəqiqliyi ilə məlum deyil ki, məhbusları döymək vasitəsilə həbsxananı boşaltmaq
üçün əmri kim vermiş və ya bu kim tərəfindən təlqin olunmuşdu. Bu, Danton olubmu
və ya bir başqası əhəmiyyət kəsb etmir. Məlum hadisədə bizim üçün maraqlı olan
kütlənin, hansı ki, üzərinə həmin qətlləri törətmək vəzifəsi qoyulmuşdu, təsirinə
düşdüyü güclü təlqin faktıdır.
Qatillər kütləsi təxminən dörd yüz nəfər adamdan ibarət idi və özlüyündə
müxtəlif növlü izdihamın ən təkmil tipini təsvir edirdi. Azsaylı peşəkar dilənçiləri
çıxmaq şərti ilə, yerdə qalanların hamısı bütün dərəcələrdən olan dükançı və
sənətkarlardan ibarət idi: başmaqçılar, çilingərlər, bərbərlər, bənnalar, məmurlar,
komisyonçular və s. Oxşar təlqinin təsiri altında, hansı ki, yuxarıda misal çəkdiyim
olayda aşpaz tabe olmuşdu, bütün bu insanlar əmin idilər ki, vətənpərvər borclarını
yerinə yetirirlər. Onlar ikili öhdəlik yerinə yetirirdilər – hakim və cəllad – və heç də
özlərini cinayətkar hesab etmirdilər.
Öz missiyalarının vacibliyinə inanan bu adamlar, hər şeydən öncə bir tribunal
yaratmışdılar və kütlənin mühakimələrindəki səthilik və onun ədaləti elə həmin anda
özünü göstərdi. Mühakimə edilənlərin sayının çoxluğundan, belə qərara gəlindi ki,
zadəganlar, zabitlər, ruhanilər, saray əhli, bir sözlə, belə demək mümkünsə, xeyirxah
vətənpərvərlərin gözündə təkcə rütbələri onların günahkar olması üçün yetərli
dəlillər təşkil edirdi, dəstə ilə, heç bir müzakirəsiz və xüsusi məhkəmə hökmləri
olmadan öldürülsün; digərlərinə gəldikdə, onların zahiri görkəmlərinə və ad-sanlarına
uyğun mühakimə olunmaları nəzərdə tutulurdu. Bu minvalla, kütlə özünün primitiv
vicdanı əsasında tələblərini təmin etdi və öz çılğın instinktlərinə sərbəstlik verməklə,
hansı ki, genezisi yuxarıda tərəfimdən qeyd olunub və hansı ki, izdihamda həmişə çox
yüksək dərəcədə genişlənir, artıq qanuni əsasda qətllərə başlaya bilərdi. Lakin bu
instinktlər növbə ilə kütlədə tamamilə əks hislərin, məs, həssaslığın, hansı ki, çılğınlıq
təki o da ifrat həddə yüksələ bilər, ortaya çıxmasına heç bir maneçilik
törətmir.
Bu adamlar paris fəhləsini xarakterizə edən ekspansiv həssaslığa malik idilər.
Məsələn, federatlardan
18
biri, dövlət həbsxanasında saxlanan məhbusların 26 saat
ərzində susuz saxlandıqlarını öyrəndikdə, az qala dəliyə dönmüşdü. Əgər dustaqların
özləri həmin fərsizin müdafiəsinə qalxmasaydılar, federat başısoyuq həbsxana işçisini
parçalamağa hazır idi. İmprovizə olunmuş tribunal məhbuslardan hansısa barədə
bəraət çıxarında, həm gözətçilər, həm də qatillər şövqlə bir-birini qucaqlayır, ən
şiddətli alqış sədaları yüksəlir, bundan sonra kütləvi qətllər yenidən davam etdirilirdi.
Qətlin icra olunduğu anda da şənlik ara vermirdi; meyitlərin ətrafında rəqs edir,
aristokratların qətl səhnəsini görməyi arzu edən “qadınlar” üçün skamyalar
qoyulurdu. Bu halda belə qatillər spesifik ədalət hislərini göstərməkdən qalmırdılar.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə