Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

edə bilər ki? Parfenon müasir görünüşü ilə hər cür maraqdan məhrum bədbəxt
xarabalığı xatırladır, amma bu viranəlik cazibədarlığa malikdir, çünki o, bizə məhz
göründüyü kimi yox, tarixi xatirələrin bütün məziyyətlərinin müşayiəti ilə təsəvvür
olunur. Cazibənin başlıca xüsusiyyəti, məhz ondadır ki, o, obyektləri olduğu kimi
görməyə imkan vermir və istənilən mühakiməni iflic edir. Kütlə həmişə, fərdlər isə
əksər vaxtlarda bütün əşyalara dair hazır fikirlərə ehtiyac duyurlar. Bu fikirlərin
uğuru, onlar daşıdığı həqiqət və ya səhvin həmin hissəciklərindən, heç bir asılılığı
yoxdur, yalnız cazibə dərəcəsindən asılı olur.
İndi mən şəxsi cazibədarlıqdan danışacağam. Bu növ cazibə, süni və ya
qazanılmış cazibədarlıqdan tamamilə fərqlənir və nə tituldan, nə də hakimiyyətdən
asılı olmur; bu, yalnız çox az-az şəxslərə nəsib olur və onların ətrafdakılara təsir
göstərən hansısa ovsunlayıcı maqnetizmindən xəbər verir, baxmayaraq ki, aralarında
sosial baxımdan bərabərlik mövcuddur və öz hökmranlıqlarını təsdiq etmək üçün hər
hansı bir qeyri-adi vasitələrə malik deyillər. Ətrafda olanlara öz ideyalarını, hislərini
təlqin edirlər və onlar da həmin şəxslərə tabe olurlar, lap vəhşi heyvanlar öz
təlimçilərinə ram olan kimi, baxmayaraq ki, həmin yırtıcılar çox asanlıqla onları
parçalaya bilərdilər.
Kütlənin böyük rəhbərləri: Budda, Məhəmməd peyğəmbər, Janna d`Ark,
Napoleon məhz cazibədarlığın ən ali, ovsunlayıcı dərəcəsinə sahib idilər və onun
sayəsində kütləni özlərinə tabe edə bilirdilər. Tanrılar, qəhrəmanlar və ehkamlar
təlqin olunurlar, amma etiraz doğurmurlar; müzakirəyə çıxarılan anda onlar yox
olurlar.
İndicə söz açdığım cazibə qüvvəsinin böyük insanlara ovsunlayıcı təsirləri
olmasaydı, onlar bu cür məşhurluq qazanmazdılar. Əlbəttə, öz şöhrətinin zirvəsində
olan Napoleon öz əzəməti sayəsində böyük cazibəyə malik idi, amma bütün hallarda
həmin cazibədarlıq heç bir hakimiyyətə malik olmadığı və tamamilə naməlum olduğu
çağlarda onda mövcud idi. Himayə sayəsində o, İtaliyadakı orduya rəhbər təyin
olunmuş və orada öz gənc silah yoldaşını həddən artıq könülsüz qəbul edən, bu
təyinatdan narazı qalan, çox sərt köhnə döyüşçü-generalların dərnəyinə düşmüşdü.
Lakin ilk görüşdəcə, elə ilk dəqiqədə bir söz, hədə və ya jest olmadan, gələcəkdə
məşhur olacaq bu insan, hamını fəth edə bilmişdi. Müasirlərinin xatirələrindən
istifadə edən Ten həmin görüş haqqında aşağıdakı maraqlı hekayəni qələmə alıb:
“Qabaqcadan Parisdən göndərilmiş bambılıya qarşı etiraza köklənmiş diviziya
generalları, o cümlədən köhnə cəngavər, kobud, lakin igid, öz hündür boyu və
cəsarəti ilə həddən ziyadə fəxr edən, Ojero baş mənzilə təşrif buyurdular. Lap
əvvəldən qəzəbli olan Ojero artıq özündə onun haqqında fikir formalaşdırmışdı və
“Barrasın istəklisinə”, “Vandemeyrin generalına”, “küçə generalına” tabe olmağa
hazırlaşmırdı. Hamı onu ayıya bənzədirdi, çünki Napoleon həmişə özünü kənarda
saxlayır və çox düşüncəli görünürdü, özü də bu balaca boylu general riyaziyyatçı və
xəyalpərəst adını daşıyırdı. Onları təqdim etdilər. Amma Napoleon hamını özünü
gözləməyə məcbur etdi. Nəhayət, o, kəmərli qılınc və şlyapasını geyərək onların
qarşısına çıxan Napoleon generallara öz məramını izah etdi, əmrlərini verdikdən
sonra onları azad buraxdı. Ojero kiriyib qalmışdı və yalnız küçəyə çıxdıqdan sonra
sanki ayıldı, dili açıldı və adət etdiyi qarğışları yağdırmağa başladı, Massena ilə
downloaded from KitabYurdu.org


birlikdə həm də bir məsələdə həmfikir oldu ki, bu balaca boylu general onlara qorxu
hissi təlqin etmiş və hələ də qəti şəkildə anlaya bilmir ki, niyə ilk baxışdan onun
hökmü qarşısında özünü bu cür sarsılmış vəziyyətdə hiss etdi”.
Məşhurlaşdıqdan sonra şöhrətinin təsiri altında Napoleonun cazibəsi daha da
artdı. O zaman artıq onun cazibəsi hər hansı bir tanrının cazibəsinə ekvivalent idi.
İnqilab cəngavəri, Ojerodan da kobud və enerjili general Vandamm 1815-ci ildə Tüilri
sarayının pilləkənləri ilə qalxarkən marşal d`Ornana onun barəsində belə demişdi:
“Əzizim, bu insanın cazibəsi mənə elə təsir edir ki, özümü itirirəm, hətta o dərəcədə
ki, özümə hesabat belə verə bilmirəm, nə Allahdan, nə şeytandan qorxusu olmayan
biri olan mən, ona yaxınlaşanda uşaq kimi əsirəm; o, məni iynənin gözündən keçirə
və yenidən atəşə ata bilər”.
Napoleon ona yaxınlaşan hər bir kəsi eyni dəqiqliklə ovsunlaya bilirdi.
Öz cazibəsini sözün həqiqi mənasında dərk edirdi. Napoleon başa düşürdü ki,
aralarında vaxtilə bütün Avropada vahimə yaradan məşhur Konvent üzvləri də
olmaqla, əhatəsindəki mühüm şəxslərlə, mehtərlərlə olduğundan da pis
davranmaqla, o, öz cazibəsini daha da artırır. Həmin zamanlara aid və özündə bu cür
çoxlu əlamətdar faktlar daşıyan hekayətlər az deyil. Bir dəfə Napoleon dövlət
şurasında Benyo ilə nadan və nökərlə olduğundan daha betər kobud davranmışdı.
Arzuladığı vəziyyəti yaradan Napoleon ona yaxınlaşırdı və belə söylədi: “Hə, nə oldu,
axmaqların ən yekəsi, siz, nəhayət, öz başınızı tapa bildiniz?” Ucaboy Benyo, baş
təbilçi təki çox aşağı əyildi və balaca boylu adam əlini qaldırıb, onun qulağından
yapışdı, “məstedici lütfkarlıq mənə aydın idi, – Benyo yazırdı, – bu hökmdara aid
rəhmli bir jest idi”. Oxşar nümunələr cazibənin bəzi insanların qəlbində hansı
dərəcəyədək təhqiramiz və bayağı vəziyyət doğurduğunu aydın göstərir, böyük
müstəbidin özünü əhatə edən adamlara niyə bu dərəcədə nifrət bəslədiyini izah edir,
hansı ki, o, həmin insanlara həqiqətən yalnız qırğına göndərilən əsgərlər təki baxırdı.
Öz sədaqəti və Mare Bonaparta olan sədaqəti haqqında söz açan Davu əlavə
etmişdi: “Əgər imperator ikimizə də desəydi ki: “Siyasətimin maraqları Parisi
dağıtmağı tələb edir və özü də elə etmək lazımdır ki, heç kim oradan qaçıb, canını
qurtara bilməsin” – Mare isə heç şübhəsiz, həmin sirri qoruyub, saxlayardı, buna
əminəm, lakin eyni zamanda özünü saxlaya bilməyib, ailəsini Parisdən çıxarmağa səy
göstərər və beləliklə də sirri təhlükəyə salmış olardı. Mən isə həmin sirrin kimlərinsə
bilməsindən qorxaraq, arvadımı və uşaqlarımı Parisdə saxlayardım”.
Onun Elba adasından heyrətamiz qaçışı və Fransa üzərində təkbaşına qələbə
çalmasını, hansı ki, bu böyük ölkənin istibdaddan yorulmuş və təşkil olunmuş bütün
gücləri ona qarşı çıxırdı, Napoleonun qeyri-adi qabiliyyətindən qaynaqlanan məhz
həmin cazibəsi ilə izah etmək mümkündür. Onu həbs etmək üçün göndərilən və buna
etməyə and içən generallar, onun bir baxışına tuş gələn andan dərhal ovsunlayıcı
təsirinə tabe olmuşdular.
“Napoleon, – ingilis generalı Uolsli yazırdı, – Fransaya kiçik Elba adasından
demək olar ki, qaçaq olaraq təkbaşına çıxa bilmişdi və bir neçə həftə ərzində heç bir
qan tökmədən Fransadakı bütün hakimiyyət təşkilatlarını, başda qanuni kral olmaqla,
devirmək ona müyəssər olmuşdu. Bir insanın timsalında şəxsi üstünlüyün bu
dərəcədə bariz təzahür etdiyi ikinci bir hadisə mövcuddurmu? Bu son kompaniyadan
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə