Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

Bütün məşhur rəhbərlərin əsas rolu başlıca olaraq inam yaratmaqdan ibarətdir.
Bu, dini və ya siyasi, sosial və yaxud hansısa bir iş, insan və ya ideya ilə bağlı olsun,
fərq etməz, bax, məhz həmin səbəbdən onların təsiretmə qüvvəsi həmişə çox güclü
olub. Bəşəriyyətin ixtiyarında olan qüvvələrdən ən əzəmətlisi inamdır və İncildə
nahaq yerə deyilmir ki, inam olarsa, dağı da yerindən oynatmaq mümkündür. İnsana
inam verməklə onun qüvvəsini on misli qədər artırmaq olar. Böyük tarixi hadisələr
naməlum iman sahibləri tərəfindən həyata keçirilib, onların bütün gücü elə
inamlarından qaynaqlanıb. Bir yarımkürədən digər yarımkürəyə yayılan, dünyanı və
nəhəng imperiyaları idarə edən əzəmətli dinlər nə elm adamları, nə də filosoflar
tərəfindən yaradılıb!
Bütün bu hadisələrdə, əlbəttə, böyük liderlərin fəaliyyəti danılmazdır, onların
sayı isə elə də çox deyil. Onlar piramidanın zirvəsini təşkil edirlər, kütlənin ağlı
üzərində hökm edən bu hakimlər yavaş-yavaş aşağıya, tüstüyə qərq olmuş
mehmanxanada dinləyicilərinə mənasını özləri də bilmədikləri, hazır düsturları təkrar
edən, amma bunlardan istifadə etməklə, özlərinə qulaq asan insanları öz təsirləri
altına sala biləcəklərinə inanan, bütün arzu və ümidləri həyata keçirəcəklərini hesab
edən və onları arxalarınca apara biləcəklərinə mütləq şəkildə əmin olan natiqlər
səviyyəsinə qədər, tədricən aşağı enirlər.
Bütün sosial sahələrdə, ən alidən aşağıya qədər, əgər, insan təcrid olunmuş
vəziyyətdə deyilsə, o, çox asanlıqla hansısa liderin təsiri altına düşür. İnsanların
əksəriyyəti, xüsusilə də xalq izdihamlarında, ixtisaslarından kənar müəyyən anlayışlar
haqqında demək olar ki, heç bir aydın təsəvvürə malik olmurlar. Belə adamlar özlərini
idarə edə bilmək iqtidarında olmurlar və liderlər rəhbər olaraq onlara xidmət edirlər.
Liderlər hədsiz istibdadçı olurlar, lakin məhz, həmin müstəbidlik onlara itaət
etməyə məcbur edir. Onların fəhlə sinfini, hətta ən azğın olanları belə, özlərinə necə
asanlıqla tabe etmələrinə əmin olmaq elə də çətin deyil, baxmayaraq ki, onları öz
hökmündə saxlamağa rəhbərlərin heç bir vasitələri yoxdur. Onlar iş saatını,
əməkhaqqı məbləğini təyin edir, tətillər təşkil edirlər, həmin etirazların müəyyən
saatlarda başlama və qurtarma vaxtını müəyyən edirlər.
Hazırda kütləyə rəhbərlik edənlər, daxili çəkişmələr nəticəsində öz əhəmiyyətini
itirən ictimai hakimiyyəti daha çox sıxışdırırlar. Yeni hakimlərin tiranlığı kütləni fəth
edir və onları indiyə kimi hər hansı bir hökumətə itaətdən daha çox tabe olmağa
məcbur edir. Əgər hər hansı bir təsadüf üzündən rəhbər yoxa çıxırsa və digər bir lider
dərhal məsələyə müdaxilə etmirsə, kütlə yenidən əlaqəsiz və davamlılığı olmayan adi
bir mərəkəyə çevrilir. Parisdə omnibusların (çoxyerli karet) faytonçularının son
tətilləri zamanı kütləni idarə edən iki liderin həbsi kifayət etdi ki, etirazlara dərhal son
verilsin. İzdihamın ruhunda azadlığa can atmaq yox, tabe olmaq tələbatı üstünlük
təşkil edir; kütlə o dərəcədə itaət etməyə can atır ki, instinktiv olaraq özünü hakim
elan edən kəsə təslim olur.
Liderlər sinfi çox rahatlıqla iki müəyyən kateqoriyaya bölünür. Həmin
kateqoriyalardan birinə enerjili, güclü, lakin qısa zaman üçün üzə çıxan iradəyə sahib
adamlar daxildir; digərinə isə daha tez-tez rast gəlinən, olduqca güclü və eyni
zamanda möhkəm iradəyə sahib olan liderlər. Birincilər – cəsarətli, coşqun və
igiddirlər; onlar xüsusilə qəfil, daha ürəkli işlər üçün, təhlükəyə baxmayaraq kütləni
downloaded from KitabYurdu.org


cəlb etmək, belə demək mümkünsə, dünənki əsgərləri qəhrəman etməkdən ötrü
yararlıdırlar. Məsələn, birinci İmperiya zamanında Ney və Mürat o cür olublar. Bizim
zamanımızda, Haribaldi belə olub. Heç bir xüsusi istedadı ilə parlamayan, lakin çox
enerjili olan bu şəxs bir ovuc adamla bütöv bir Neapolitan krallığını ələ keçirmişdi,
halbuki krallıq müdafiə olunmaq üçün öz sərəncamında nizam-intizamlı orduya malik
idi.
Həmin liderlərin çox güclü enerjiyə malik olmalarına baxmayaraq, bu o qədər də
uzun sürmür və onun gəlişini təmin edən oyandırıcı ilə birlikdə, çox tez də yox olub
gedirlər. Çox vaxt həmin qəhrəmanlar adi həyata qayıtdıqdan sonra, onların təəccüb
doğuran zəiflikləri və hətta adi şəraitdə belə öz əməllərini idarə etmək
qabiliyyətsizlikləri üzə çıxır, baxmayaraq ki, zahirən onlar başqalarını çox məharətlə
idarə edə bilirdilər. Həmin adamlar öz vəzifələrinin öhdəsindən yalnız bir şəraitdə
gələ bilirlər, əgər idarə olunurlarsa və daim ruhlandırılırlarsa və üzərində həmişə
onları yönəldən insan və ya ideya olduqda.
İkinci kateqoriyadan olanlar, möhkəm iradə sarıdan o qədər parlaq olmasalar da
daha yüksək əhəmiyyətə malik olurlar. Bu kateqoriyaya dinlərin həqiqi baniləri və
əzəmətli işlərin yaradıcıları daxildilər: müqəddəs Pavel, Məhəmməd peyğəmbər,
Xristofor Kolumb, Lesseps. Ağıllıdırlar və ya zəka cəhətdən məhduddurlar – istənilən
halda, dünya həmişə onlara məxsusdur! Onların inadkar iradəsi özlüyündə o qədər
sonsuz, nadir və intəhasız əzəmətli keyfiyyətə malik olur ki, hamını özünə tabe
etməyə məcbur edə bilir. Onlar bu cür inadkar və güclü iradə ilə çox vaxt nəyə nail
ola biləcəkləri ilə bağlı özlərinə hesabat belə vermirlər, eyni zamanda həmin iradəyə
qarşı heç nə dura bilməz – nə təbiət, nə tanrılar, nə də adamlar.
Güclü iradə hesabına nələrə nail olmağın mümkünlüyünə ən yaxın misal olaraq,
dünyanı ikiyə bölməyi nəzərdə tutan bir məsələni həll etmiş, məşhur insanı nümunə
gətirmək olar, üç min il ərzində ən böyük hökmdarlar belə həmin işin öhdəsindən
gələ bilməmişdilər. Sonralar oxşar işdə o, uğursuzluğa düçar olmuşdu, lakin həmin
zaman artıq qocalıq qapını kəsdirmişdi, hansı ki, onun qarşısında hər şey, hətta iradə
belə karıxır. Həmin çətinliklər, hansı ki, Süveyş kanalı qazılarkən ortaya çıxmışdı və
aradan qaldırmaq lazım gəlmişdi, yalnız bir təkcə iradənin nələrə qadir olduğunu
bütün təfərrüatları ilə ən yaxşı göstərə bilən bir nümunədir. Şahid doktor Kazales
maraq doğuran bir neçə sətirdə bu nəhəng layihənin həyata keçirilməsinin xülasəsini
vermişdi, hansı ki, bu barədə layihənin ölməz müəllifi özü nəql etmişdi: “O hər gün
kanalın çəkilməsi ilə bağlı epopeyanın bütün epizodlarından söz açardı, – Kazales
deyirdi. O, mümkün olmayanı fəth etmək, qələbə qazanmaq, bütün maneələr, -
koalisiyalar, uğursuzluqlar, bədbəxtliklər və hər cür müvəffəqiyyətsizlikləri dəf
etməkdən ötrü nələrə qatlaşdığından danışardı. Amma bunların heç biri onu
ümidsizliyə qapatmamış, ruhdan düşməyə vadar etməmişdi. Xatırlayırdı ki, İngiltərə
necə buna qarşı çıxır və necə üzərinə hücuma keçirdi, Misir və Fransa necə tərəddüd
keçirirdilər; fransız konsul hamıdan çox bu işlərin başlamasına mane olurdu və
fəhlələrə təsir göstərir, onlara içməli su vermir, susuzluğa məruz qoyurdu, bütün
bunlara qarşı davam gətirmək lazım gəlirdi; o, deyirdi ki, dəniz nazirliyi, mühəndislər,
bütün adamlar ciddi, təcrübəli, elm adamları idi, lakin onun ideyasına qarşı süni
şəkildə düşmənçiliyə köklənənlər və özü də həmin ideyanın məhvinə əmin olanlar,
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə