Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

sonuncular xalqların irsi təşkilatları ilə həddən artıq sıx əlaqəli olduqlarından, onları
dəyişdirmək çox çətindir. Dərrakəli Tokvil konsulluq və imperiyanın əsərlərinin başlıca
olaraq, keçmiş təsisatların əksəriyyətini yeni sözlərlə bəzəməkdən, yəni izdihamın
təsəvvüründə xoşagəlməz obrazlar doğuran sözləri, yeniləri ilə əvəzləməkdən ibarət
olduğuna çoxdan diqqət yetirmişdi. Bütün bunlar həmin obrazların yaranmasına
mane ola bilərdi. Beləcə, məs, vergilərin adlandırılması dəyişdirilmişdi, baxmayaraq
ki, vergilər və onların yığımı mahiyyətcə eyni olaraq qalmışdı.
Nəticə etibarilə, dövlət adamlarının başlıca vəzifəsi həmin şeyləri, hansılar ki,
kütlə artıq köhnə adları ilə qəbul edə bilmir, yeniləri ilə dəyişdirməkdən, daha
populyar və yaxud bitərəf adlarla əvəz etməkdən ibarətdir. Sözlərin qüdrəti o
dərəcədə əzəmətlidir ki, hər hansı bir ən mənfur şeyə belə, incə bir ad vermək kifayət
edir ki, kütlə onu həmin andaca qəbul etsin. Ten haqlı olaraq qeyd edir ki,
yakobinçilər hamını məhz azadlıq və qardaşlığa – həmin zamanlarda çox populyar
olan sözlər – dəvət etməklə müstəbidliyi bərqərar edə, “Daqomeyə, inkvizisiya
məhkəməsinə layiq və qədim Meksika hekatombalarını xatırladan insan
hekatombaları təşkil edə bilmişdilər”. Hökmdarların, eləcə də vəkillərin məharəti
məhz, onların sözlərlə bacarıqla davrana bilmələrindədir. Bu sənətin əsas çətinliyi
ondan ibarətdir ki, eyni cəmiyyətdə, lakin müxtəlif sosial təbəqələrdə eyni sözlər çox
vaxt tamamilə müxtəlif mənalar daşıyır. İctimai təbəqələrdə zahirən eyni dəqiq sözlər
işlədilir, lakin bu sözlər heç vaxt həmin mənanı daşımırlar.
Bundan əvvəlki nümunələrdə biz, zamanı sözlərin mənasını dəyişdirə biləcək
başlıca amil kimi göstərmişik. Əgər bura irqi də əlavə etsək, onda görəcəyik ki, eyni
dövrdə, oxşar sivil xalqlarda, lakin fərqli irqlərdə eyni sözlər, əksər vaxt çox müxtəlif
ideyalar ifadə edirlər. Çoxsaylı səyahətlər etmədən həmin fərqləri başa düşmək çox
çətindir, ona görə də mən bunda israr etməyəcəyəm. Yalnız kütlə tərəfindən daha
çox istifadə edilən sözlərin, müxtəlif xalqlarda müxtəlif mənalara malik olduğunu
qeyd etməklə kifayətlənəcəyəm. Bunlara indiki zamanda daha tez-tez istifadə edilən
məs, “demokratiya” və “sosializm” kimi sözləri aid etmək olar. Həmin sözlər əslində
roman və anqlosakson xalqlarının ruhunda tamamilə bir-birinə zidd obrazlar
doğururlar. Latınlarda “demokratiya” sözü başlıca olaraq dövlət tərəfindən icmaya
verilən iradə və təşəbbüskarlıq qarşısında fərdin iradə və təşəbbüskarlığının
itirilməsini ifadə edir. Burada dövlətin üzərinə daha çox öhdəliklər qoyulur, hər şeyi
mərkəzləşdirmək, inhisara almaq, fabrik yolu ilə istehsal etmək və s. istisnasız olaraq
bütün partiyalar – radikallar, sosialistlər və ya monarxiyaçılar – daim dövlətə
müraciət edirlər. Amerikada, anqlosakslarda isə həmin “demokratiya” əksinə
iradənin və fərdin ən geniş inkişafını və dövlətin bu işlərdən daha çox
kənarlaşdırılmasını, polis, ordu və diplomatik əlaqələr istisna olmaqla, ona hətta xalq
maarif işləri ilə məşğul olmağa belə imkan verilmir. Beləliklə, eyni söz bir xalqda
iradənin və fərdi təşəbbüsün kənarlaşdırılmasını və dövlətin daha üstün mövqeyə -
yüksəlməsini, digərində isə tamamilə başqa məqsəd daşıyır, məhz, fərdi iradə və
təşəbbüsün həddən çox inkişafını və dövlətin bu işlərdən bütünlüklə
kənarlaşdırılması mənasını kəsb edir.
Bu əsərin birinci kitabında (“Xalqların psixologiyası”) mən roman və anqlosaks
xalqlarının demokratik idealları arasında mövcud olan fərqləri xüsusi vurğulamışam.
downloaded from KitabYurdu.org


Tamamilə asılı olmayaraq Pol Burje səyahətləri əsasında “Outre-Mer” adlı son
əsərində demək olar ki, eyni nəticəyə gəlmişdi.
2. Xülyalar
Sivilizasiyaların doğuşundan başlayaraq, kütlə həmişə xülyaların təsiri altına
düşüb. Çoxlu sayda məbədlər, heykəllər və qurbangahlar məhz xülya yaradıcılarının
şərəfinə ucaldılıb. Vaxtilə dini illüziyalar hökmranlıq edirdisə, indi fəlsəfi və sosial
xülyalar səhnəyə çıxıb, amma bu qorxunc hökmdarlar həmişə ardıcıl olaraq
dünyamızda inkişaf edən sivilizasiyaların başında durublar. Xülyaların şərəfinə
Misirdə Xaldey məbədi, orta əsrlərdə dini binalar ucaltmışlar və həmin xülyaların adı
ilə yüz il bundan əvvəl Misirdə çevriliş baş vermişdi. Bütün bədii, siyasi və sosial
anlayışlarımız özlərində mütləq illüziyaların əzəmətli izlərini daşıyırlar. İnsan bəzən
həmin illüziyaları dəhşətli çevrilişlər yolu ilə darmadağın edir, lakin o, həmişə yenidən
onları dağıntılar altından çıxarmağa məcbur olur.
Bu illüziyalar olmadan ona primitiv barbarlıq vəziyyətindən çıxmaq nəsib olmazdı
və onlarsız, o, çox tezliklə həmin vəziyyətə düçar olardı. Bütün bunlar boş kölgədir,
arzularımızın hökmranlıq istəkləridir, lakin onlar indi xalqları bizim sivilizasiyaların
incəsənətinin şöhrətini və əzəmətini təşkil edən şeyləri yaratmağa məcbur ediblər.
“Əgər inancdan ruhlanaraq yaradılan hər şeyi, muzey və kitabxanaları məhv
edib, bütün əsərləri və bədii abidələri kilsə kandarındakı daşlar kimi sındırsaq, böyük
bəşəri arzulardan geriyə nə qalardı? İnsanlara ümid və illüziyalar bəxş etmək, hansı
ki, onlar bunsuz mövcud ola bilməzdilər – bax, tanrıların, qəhrəmanların və şairlərin
təyinatını bu təşkil edir. Elm əlli il ərzində həmin vəzifənin öhdəsindən gəlmək üçün
səy göstərdi. Amma elmin bundan artığını vəd etməklə bağlı cəsarətə malik
olmaması, lazım olan qədər yalan danışa bilməməsi, ideala susamış ürəklərdə onu
məhv eləyən əsas amil oldu”.
Ötən əsrin filosofları böyük şövqlə əcdadlarımızın yaşadıqları dini, siyasi və sosial
xülyaları məhv etməyə cəhd göstərdilər. Həmin xülyaları məhv etməklə bərabər,
onlar eyni zamanda ümid mənbəyini və təvazökarlığı da bərbad qoydular. Və məhv
edilmiş xəyallardan sonra onlar təbiətə məxsus amansız zəifliyə qarşı rəhmsiz və
mərhəmətsiz kortəbii və gizli güclər ilə rastlaşdılar.
Bütün tərəqqilərə baxmayaraq, fəlsəfə indiyədək izdihama kütləni özünə cəlb
edə bilən heç bir ideal verə bilməyib; amma kütlə heç nəyə baxmayaraq, illüziyalara
böyük ehtiyac duyduğundan, instinktiv olaraq, işığa doğru uçan kəpənəyi xatırladır,
işığı kim verirsə, ona doğru can atır. Xalqların təkamülünün başlıca amili heç vaxt
həqiqət olmayıb, həmişə yanlış fikirlər olub. Və əgər hazırda sosializm ona görə bu
qədər qüdrətlidir ki, çünki o, özlüyündə salamat qalmış yeganə illüziyadır. Elmi
nümayişinə baxmayaraq, o, bütün hallarda böyüməkdə davam edir və hazırda
keçmişin bütün qalıqları üzərində sosial illüziya hökmranlıq edir və gələcək də ona
aiddir. İzdiham heç vaxt həqiqətə doğru can atmayıb; o, xoşuna gəlməyən
həqiqətdən üz çevirib və əgər yanlış onu özünə cəlb edirsə, ona itaət etməyə
üstünlük verir. Kim izdihamı yoldan çıxarmağı bacarırsa, o da kütlənin yeganə
hökmdarına çevrilir; kimsə onu ağıllandırmağa cəhd edirsə, o, həmişə izdihamın
qurbanı olur.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə