Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

dəqiqələrin sosial təlqini kimi xidmət edir. Bütün bunlar əhəmiyyətli təsir göstərə
bilər, lakin əgər irqin təlqin edilmiş ideyalarına zidd gedərsə, yəni əcdadlara qarşı
çıxarsa, onda həmişə qısamüddətli olur.
Biz irqlərin həmin təsiri məsələsinə hələ dəfələrlə müraciət edəcəyik və
göstərəcəyik ki, o, necə əzəmətlidir və hətta kütlənin ruhunun xüsusi xassələrində o,
hansı üstünlüyə malikdir. Müxtəlif ölkələrdən olan kütlələrin öz inanc və əməllərində
böyük fərqlərə malik olmaları və ona eyni şəkildə təsir etmənin mümkün olmadığı,
bununla izah olunur.
2. ƏNƏNƏLƏR
Keçmiş irqin ideyaları, tələbatları və hisləri ənənələrdə ifadə olunur; özünün
bütün ağırlığı ilə bizə təzyiq edən irqin sintezi ona bağlıdır.
Söylədiyim fikir hələ yeni olduğundan – tarixi isə onsuz çox çətin anlaşılır –
əvvəlki əsərimdə (“Xalqların psixologiyası”) ona dörd fəsil həsr etmişəm. Oxucu
həmin fəsillərdən başa düşəcək ki, aldadıcı zahiri görünüşünə baxmayaraq, nə dil, nə
din, nə incəsənət, bir sözlə, sivilizasiyaların elementlərindən heç biri toxunulmaz
şəkildə bir xalqdan digərinə verilir.
Embriologiyanın (biologiyanın rüşeymlərin (embrionların) inkişafından bəhs edən
şöbəsi) canlı varlıqların təkamülünə keçmişin necə böyük təsir etdiyi aşkarlandıqdan
sonra, bioloji elmlər böyük dəyişikliklərə uğradı. Keçmişin təsiri haqqında ideya geniş
yayıldıqdan sonra tarix elmində də bənzər dəyişikliklər baş verəcək. Hələlik isə o,
istənilən səviyyədə yayılmayıb və dövlət adamlarının bir çoxu hələ də ötən əsr
nəzəriyyəçilərinin ideyaları ilə yaşayırlar, düşünürlər ki, əgər zəka işığını əsas
götürsələr, cəmiyyət öz keçmişi ilə əlaqəni kəsə və bütün istiqamətlərdə dəyişə bilər.
Xalq – keçmiş tərəfindən yaradılmış orqanizmdir və hər bir orqanizm kimi o da
uzun sürən irsən toplananların vasitəsilə dəyişilə bilər.
Adamlar xüsusilə izdiham zamanı ənənələri əldə rəhbər tuturlar, özü də yalnız
adlar və zahiri formalar asanlıqla dəyişir.
Bununla bağlı təəssüflənməyin yeri yoxdur. Ənənələrsiz nə milli ruh, nə də
sivilizasiyalar ola bilər. Buna görə də insanın təşəkkül tapdığı andan ən əsas
məşğuliyyətlərindən biri ənənələr şəbəkəsi qurmaq və ənənələrin xilaskarlıq
fəaliyyəti tükənəndə isə onları dağıtmaqdan ibarət olub. Ənənəsiz sivilizasiya
mümkün deyil; ənənələr məhv edilmədən heç bir inkişaf gedə bilməz. Sabitliklə
dəyişkənlik arasında tarazlığın tapılmaması, çətinlik yaradır, həm də böyük çətinlik.
Əgər hər hansı bir xalq vərdişlərin bir neçə nəsil ərzində hədsiz möhkəmlənməsinə
imkan verirsə, o artıq dəyişilə bilmir və Çin kimi təkmilləşməyə qadir olmur. Zorakı
inqilablar bu məsələdə heç nəyə qadir deyillər, çünki parçalanmış zəncirin qırıqları ya
yenidən bir-birinə qovuşur və heç bir dəyişikliyə uğramayan keçmiş öz gücünü
bərqərar edir, ya da həmin qırıqlar səpələnmiş vəziyyətdə qalır və onda anarxiyanın
ardınca tezliklə tənəzzül baş verir.
Beləliklə, hər bir xalqın idealını keçmişin təsisatlarının qorunub saxlanılması və
onların tədricən yavaş-yavaş, hiss olunmadan dəyişilməsi təşkil edir. Lakin həmin
ideala çatmaq çox çətindir. Bu idealı yalnız qədim romalılar və müasir ingilislər həyata
keçirə biliblər.
downloaded from KitabYurdu.org


Ənənəvi ideyaların ən möhkəm mühafizləri məhz kütlə hesab olunur və
dəyişikliklərə də ən güclü müqavimət onlar tərəfindən göstərilir – xüsusilə də
izdihamın kasta adlandırılan kateqoriyası. Mən artıq kütlənin həmin mühafizəkar
ruhuna diqqət çəkmişəm və demişəm ki, ən şiddətli qəzəblər yalnız sözün
dəyişilməsinə gətirib çıxarır. Ötən yüzilliyin sonlarında dağıdılan kilsələri, din
xadimlərinin edamları, sürgünləri və katolik ruhanilərin ümumən təqib edilmələrini
nəzərə alanda, köhnə dini ideyaların öz gücünü tamamilə itirdiyini düşünmək olardı.
Amma üstündən cəmi bir neçə il keçdi və ləğv edilmiş kult ümumi tələb nəticəsində
yenidən bərqərar oldu. Müvəqqəti sıxışdırılan ənənələr yenidən öz hökmranlıqlarını
geri qaytardılar.
Tenin sitat gətirdiyi Konventin keçmiş üzvü Furkruanın məruzəsində bu mövzu ilə
bağlı tamamilə aydın şəkildə deyilir:
“Bazar günlərinin geniş qeyd olunması və kilsələrin ziyarəti göstərir ki,
fransızların böyük hissəsi köhnə adət-ənənələrə qayıtmaq istəyirlər və indi bu milli
meylə qarşı çıxmaq zamanı deyil... Böyük insan kütləsinin dinə, ayinlərə və din
xadimlərinə ehtiyacı var. Bir neçə müasir filosofun səhvi məni də özünə cəlb etmişdi
və məhz onu nəzərdə tuturdu ki, guya təhsil xalq arasında lazımi səviyyədə
yayılardısa, dini xurafatı məhv edə bilər. Bu zehniyyət, böyük sayda olan bədbəxtlər
üçün təskinlik mənbəyi kimi xidmət göstərir... Ardıcıl olaraq xalq kütləsinə onun
ruhanilərini, kilsə və ayinlərini qaytarmaq lazımdır”.
Heç bir nümunə, ənənələrin kütlənin ruhu üzərində hansı gücə malik olduğunu
bundan yaxşı nümayiş etdirmir. Ən təhlükəli zırramaları məbədlərdə axtarmaq lazım
deyil, eləcə də ən qaniçən müstəbidlər heç də saraylarda yaşamırlar. Həm o, həm də
digəri, hər ikisi bir dəqiqə ərzində məhv ola bilər. Amma qəlbimizdə şahlıq edən
həqiqi, gözəgörünməz hakim, hər cür qəzəb cəhdindən yan ötə bilir və yalnız əsrlərin
tədricən göstərdiyi fəaliyyətə güzəştə gedir.
3. ZAMAN
Bioloji problemlərdə olduğu kimi sosial problemlərdə də ən ciddi amillərdən biri
zamandır. Zaman yeganə həqiqi yaradıcı və yeganə böyük dağıdıcıdır. Zaman
zərrəciklərdən dağlar ucaldır və geoloji dövrlərin insan ləyaqəti səviyyəsinədək
yüksələn naməlum hüceyrəyə qədər. Hər hansı bir təzahürün tamamilə dəyişikliyə
məruz qalması üçün əsrlərin müdaxiləsi kifayətdir. Çox ədalətli deyilib ki, əgər
qarışqaya zaman verilsəydi, o, Monblan dağını hamarlayıb düzəldə bilərdi. Əgər
hansısa canlı, zamanın gedişatını öz arzusuna uyğun dəyişdirməyi bacarsaydı, onun
əldə etdiyi hakimiyyət, dindarlar tərəfindən yalnız tanrıların adına yazılan qüvvəyə
bənzər gücə bərabər olardı.
Biz burada zamanın kütlənin düşüncələrinin genezisinə təsirinə baxmaqla
məhdudlaşacağıq. Bu baxımdan onun fəaliyyəti çox böyükdür və ona irq kimi
əzəmətli güclər tabe olurlar, hansılar ki, yalnız zamanla yaranırlar. Zaman inancların
yaranmasına, inkişafına və məhvinə imkan yaradır; zaman onlara güc və qüvvə verir,
elə həmin güc və qüvvədən onları məhrum eləyən də zamanın özüdür. Zaman
kütlənin düşüncə və inanclarını, ən azından onların inkişaf etməsi üçün təməl
hazırlayır. Bax, nəyə görə bəzi ideyaların yalnız məlum dövrlərdə həyata keçməsi də
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə