Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

doğub. Yunan üslubundan Roma üslubu yaranıb, o da öz növbəsində Şərq təsirləri ilə
qaynayıb-qarışıb, onun özü isə yarandığı, lakin ümumi təşəkkülə malik xalqların
dühasından və yaşından asılı olaraq rəngarəngləşən Bizans, roman və qotik üslublara
başlanğıc verib.
İndi incəsənət haqqında söylədiklərimiz sivilizasiyaların bütün elementlərinə,
təsisat, dil və dinlərinə aid edilə bilər. Avropa dilləri bir, eyni ulu babanın dilindən, nə
vaxtsa Mərkəzi Asiya yaylasında yaşamış sakinlərin danışdıqları dildən təşəkkül tapıb.
Bizim hüquq – Roma hüququnun törəməsidir, o da öz növbəsində özündən əvvəlki
hüquqlardan yaranıb. Əsrlərin ləng işləməsi olmasaydı, bizim elmlər, indi təsvir
etdiyimiz şəkildə, səviyyədə ola bilməzdi. Müasir astronomiyanın baniləri: Kopernik,
Kepler, Nyuton Ptolomeylə bağlıdırlar, onun əsərləri XV əsrə qədər dərsliklər kimi
xidmət göstərib; Ptolomeyin özü isə İsgəndəriyyə məktəbi vasitəsilə misirlilərə və
xaldeylərə yaxınlaşır. Beləliklə, görürük ki, dəhşətli boşluqlara baxmayaraq,
sivilizasiya tarixi onlarla zəngindir, biliklərimizin ləng təkamülü, əsrlərdən və
imperiyalardan keçməyə məcbur etməklə, bizləri həmin qədim sivilizasiyaların
şəfəqlərinə doğru aparır. Həm də nəzərə almaq lazımdır ki, qədim sivilizasiyaları,
müasir elm indi ibtidai zamanlarla əlaqələndirməyə cəhd edir, hansı ki, bəşəriyyət o
zaman heç tarixə belə malik deyildi. Əgər mənbə ümumidirsə, onda dəyişikliklər,
alınma elementlərin hər bir xalqda, onun ruhi xüsusiyyətlərinə uyğun olaraq məruz
qaldığı tərzdə – mütərəqqi və ya mürtəce – çox fərqli ola bilər. Həmin dəyişikliklərin
tarixi elə sivilizasiyaların tarixini təşkil edir.
Elə indicə gördük ki, başlıca elementlərdən sivilizasiya yaranır və hər bir xalq
üçün fərdidir, onlar təkcə nəticəni deyil, həm də onun ruhunun strukturunun
ifadəsidir və nəticə etibarilə, bir irqdən digərinə dərin dəyişikliklərə uğramadan keçir.
Həmçinin onu da gördük ki, həmin dəyişikliklərin böyüklüyünü bir tərəfdən bizləri
tamamilə müxtəlif şeyləri eyni sözlərlə ifadə etməyə məcbur edən linqvistik
tələbatlar pərdələyir, digər tərəfdən, diqqətimizi sivilizasiyaların yalnız ifrat
formalarına yönəldən və bizə onları birləşdirən aralıq formaları görməyə imkan
verməyən qarşısıalınmaz tarixi əsərlərin çatışmazlıqları. İncəsənətin təkamülünün
ümumi qanunları ilə bağlı növbəti fəslə keçməklə hər hansı bir sivilizasiyanın bir
xalqdan digərinə keçdiyi zamanı əsas elementlərində baş verən dəyişikliklərin
ardıcıllığını daha aydın göstərə biləcəyik.
IV fəsil
İNCƏSƏNƏT KÖKÜNDƏN NECƏ DƏYİŞDİRİLİR
Şərq xalqlarında incəsənətin təkamülünün öyrənilməsi ilə bağlı yuxarıda
göstərilən prinsiplərin tətbiqi. – Misir. – Dini ideyalar, hansılardan ki, onun incəsənəti
törəyir. – Müxtəlif irqlərə, efiopiyalılara, yunanlara və farslara keçdikdən sonra
onların incəsənəti necə oldu. – Yunan incəsənətinin ibtidai primitiv səviyyəsi. – Onun
inkişafının ləngliyi. – Farslarda yunan, Misir və Assuriya incəsənətinin qəbulu və
inkişafı. – İncəsənətin məruz qaldığı köklü dəyişikliklər, heç də dini inanclardan deyil,
downloaded from KitabYurdu.org


irqlərdən asılıdır. – İslamı qəbul edən irqlərin təsiri altında ərəb incəsənətinin məruz
qaldığı böyük dəyişiklərin nümunələri. – Hind incəsənətinin təşəkkülü və inkişafındakı
dəyişikliklərə bizim prinsiplərin tətbiqi. – Hind və yunan incəsənəti eyni mənbədən
əxz olunmalarına baxmayaraq, irqlərin fərqliliyi ucbatından heç bir əlaqəyə malik
deyil. – Məskunlaşan irqlərdən asılı olaraq və inancların oxşarlığına baxmayaraq,
Hindistan memarlığının məruz qaldığı nəhəng dəyişikliklər.
Məlum xalqı bir-birinə bağlayan münasibətləri ruhi xüsusiyyətləri, onun
təsisatları, inancları və dilləri ilə birlikdə tədqiq edərkən, mən bu barədə qısa
təlimatlarla kifayətlənməli oldum. Bu kimi məsələləri hərtərəfli işıqlandırmaq üçün,
cildlər yazmaq lazım gələrdi.
İncəsənətə gəldikdə, onu müqayisəolunmaz dərəcədə aydın və dəqiq ifadə
etmək mümkündür. Təsisatlar və inanclar isə şübhəli müəyyənliyə aid şeylərdir və
onların izahı çox çətindir. Hər bir mərhələdə dəyişilən və cansız mətnlər arxasında
gizlənən mahiyyətləri öyrənmək, lap sonda mübahisəli nəticələrə gəlmək üçün özünü
bütünlüklə arqumentlərə və tənqidlərə həsr etmək lazımdır. Bədii əsərlər, xüsusilə də
abidələr, əksinə, müəyyənliyi aşkar olduğundan izahı da çox asandır. Daş kitabələr –
ən aydın və heç vaxt yalan danışmayan yeganə kitablardır və bu əsasda mən onlara
Şərq sivilizasiyasının tarixi ilə bağlı öz əsərlərimdə başlıca yer ayırıram. Mən həmişə
ədəbi sənədlərə böyük şübhə ilə yanaşmışam. Onlar çox vaxt çaşqınlığa səbəb olur və
ədəbi əsərlərdən nadir hallarda nəsə öyrənmək mümkün olur. Abidə isə heç vaxt
aldatmır və ondan həmişə öyrənmək mümkündür. O, yox olmuş xalqların
düşüncələrini hər şeydən yaxşı qoruyub saxlaya bilir. Abidələr üzərində həmişə təkcə
yazılı nələrsə tapmağı arzulayan mütəxəssislərin əqli korluğuna ancaq təəssüf etmək
olar.
Beləliklə, incəsənətin hansısa xalqın ruhi xüsusiyyətlərini necə ifadə etdiyini və
onların bir sivilizasiyadan digərinə keçməklə necə dəyişikliklərə uğradığını qısaca
tədqiq edək.
Bu tədqiqatda mən yalnız Şərq incəsənətindən istifadə edəcəyəm. Avropa
incəsənətinin əmələ gəlməsi və dəyişilməsi eyni qanunlara tabe olub. Lakin müxtəlif
xalqlarda onun təkamülünü göstərmək üçün təfərrüatlara varmaq lazımdır, hansı ki,
tədqiqatların fövqəladə dərəcədə sıx çərçivələri buna yol vermir.
Öncə Misir incəsənətini götürək və baxaq görək, ardıcıllıqla üç müxtəlif irqə –
Efiopiyadan olan zəncilərə, yunan və farslara
– keçməklə hansı dəyişikliklərə uğrayıb.
Yer üzündə nə vaxtsa ən çiçəklənən sivilizasiya olmuş Misir sivilizasiyası öz
incəsənətində bu çiçəklənməni tam əks etdirir. Bu sivilizasiya incəsənətdə elə güclü
və aydın əks olunub ki, Nil sahillərində doğulmuş bədii tiplər yalnız Misir üçün yaraya
bilərdi və digər xalqlar tərəfindən yalnız əhəmiyyətli dəyişikliklərə məruz qaldıqdan
sonra qəbul edilə bilərdi.
Misir incəsənəti, ələlxüsus memarlığı, xüsusi idealın təcəssümüdür və 50 əsr
ərzində o, bütün xalqı maraqlandırıb. Misir insanın müvəqqəti mövcudluğu üzündən
onun üçün əbədi mənzil yaratmağı arzulayırdı. Bu irq digərlərindən fərqli olaraq,
həyata həqarətlə baxırdı və ölüm haqqında fikirləri əzizləyirdi.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə