Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

Buna on əsr sonra tapılmış fars abidələri sübut kimi göstərilə bilər. İsgəndər
tərəfindən devrilmiş Əhəmənilər sülaləsini Selevkilər, sonra Ərşakilər və nəhayət, VII
əsrdə ərəblər tərəfindən devrilmiş Sasanilər əvəz etdilər. Onlarla birlikdə İran yeni
memarlıq əldə edir. Abidələr inşa etməyə başlayanda, həmin abidələrə Əhəmənilərin
qədim memarlığı ilə uyuşan ərəb incəsənəti, ellin mədəniyyəti ilə uyğunlaşan
Ərşakilər mədəniyyəti (fasadın bütün yüksəkliyi boyunca uzanan nəhəng portallar,
rəngli kərpiclər, çatma qübbələr və sair) orijinallıqları ilə mübahisəsiz öz möhürlərini
vurmuşlar. Elə bu, yeni incəsənəti özlərinə uyğun dəyişdirən moğollar sonradan
Hindistana keçiriblər.
Öncəki nümunələrdə biz bir xalqın digər xalqın incəsənətində irqinə və zamana
uyğun olaraq, dəyişdirilən köklü dəyişikliklərin müxtəlif dərəcələrini görürük.
Öz sərəncamında əsrlər olan, lakin çox zəif psixoloji inkişafa malik aşağı irq olan
efioplarda isə ələ keçirdikləri mədəniyyəti primitiv formaya saldıqlarını gördük.
Yüksək irqdə və sərəncamında əsrlər olmuş, yunanlarda biz qeyd etdik ki, qədim
incəsənət yeni, daha yüksək mədəniyyətə gəlib çatmışdı. Digər irqdə, yunanlardan
daha az inkişaf etmiş və qısa zamana malik olan farslarda isə biz uyğunlaşmağa və
dəyişikliklərə başlamaq üçün böyük qabiliyyəti kəşf edə bildik.
Lakin bu, böyük əksəriyyəti uzaq, bizim indi gətirdiyimiz nümunələrdən başqa,
həmin dəyişikliklərin nəhəngliyini göstərən digər, daha müasirləri də var ki, bu və ya
digər irq başqasından aldığı incəsənətdə həyata keçirir. Bu nümunələr daha tipikdir,
söhbət indiki halda bir, eyni dinə etiqad edən, lakin müxtəlif mənşəli xalqlardan
gedir.
Ərəblər bizim eranın VII əsrində qədim yunan-Roma dünyasının ən böyük
hissəsini ələ keçirərək, bir ucu İspaniyadan başlayıb Mərkəzi Asiyaya qədər uzanan,
Afrikanın bütün şimalını da ələ keçirməklə, nəhəng imperiyanın əsasını qoydular və
xüsusi memarlığa malik Bizansla üz-üzə gəldilər. Başlanğıcda ərəblər öz məscidlərinin
tikintisi üçün İspaniyada olduğu kimi, həm də Misir və Suriyada da həmin memarlığı
bütünlüklə qəbul etdilər. İndiyədək qorunub saxlanılmış Qüdsdəki Ömər və
Qahirədəki Amru məscidləri və digər abidələr buna şahidlik edir. Lakin bu çox davam
etməyib və biz ölkədən-ölkəyə, əsrdən-əsrə keçdikcə, abidələrin şəklini necə
dəyişdirdiyini görürük. “Ərəb sivilizasiyasının tarixi” əsərimdə həmin dəyişikliklərin
mənşəyini göstərmişəm. Bu dəyişikliklər o dərəcədə əhəmiyyətlidir ki, işğalın
əvvəlində inşa edilmiş abidə, Qait-bəy məscidi ilə (1468-ci il) və böyük ərəb erasının
sonuna yaxın tikilmiş Qahirədəki Amru məscidi (1742-ci il) arasında kiçik oxşarlıq belə
yoxdur. Mən öz izahlarım və rəsmlərimlə göstərmişəm ki, İslam qanunlarına tabe
olan müxtəlif ölkələrdəki – İspaniya, Afrika, Suriya, İran, Hindistanda – abidələr o
qədər böyük fərqlərə malikdilər ki, qotik üslubda tikilmiş abidələrdə olduğu kimi,
aralarındakı fərqlərə baxmayaraq, onlarda da oxşarlıq tapmaq mümkündür, onları
ümumi bir ad altında birləşdirmək tamamilə mümkünsüzdür.
Müsəlman ölkələrindəki memarlıqda olan köklü fərqlər dinlərdəki fərqlərdən
asılı ola bilməzdi, belə ki, məlum məsələdə eyni, bir dindən söhbət gedir. Həmin
fərqlər, imperiyaların taleyinə olduğu kimi, incəsənətlərinin inkişafına da təsir
göstərə bilən, irqi fərqlərdən asılıdılar.
downloaded from KitabYurdu.org


Əgər bu bəyanat doğrudursa, onda biz müxtəlif irqlərlə məskunlaşmış eyni
ölkədə, eyni inanc və siyasi hakimiyyət birliyinə baxmayaraq, çox fərqli abidələrə rast
gələ biləcəyik. Elə Hindistanda məhz bu müşahidə edilir. Bunu təsdiq etmək üçün
gərəkli olan və bu əsərimdə ifadə olunmuş, həmin səbəbdən də mənim tez-tez
müraciət etdiyim, ümumi prinsiplərə aid nümunələri Hindistanda tapmaq daha
asandır. Böyük yarımada belə demək mümkünsə, öz-özlüyündə tarixi kitablar
arasında ən ibrətamizi və ən fəlsəfi kitabdır. Hazırkı dövrdə o, həqiqətən də yeganə
ölkədir ki, orada arzuya uyğun zamanda yerini dəyişə və bəşəriyyətin sivilizasiyanın
daha yüksək pillələrinə gəlib çatması üçün lazım olan və hələ də yaşayan bir sıra
ardıcıl mərhələləri görə biləsən. Hindistanda inkişafın bütün formalarına rast gələ
bilərsən; orada həm daş dövrünün, həm də elektrik zəmanəsinin öz nümayəndələri
mövcuddur. Sivilizasiyaların mənşəyi və inkişafını idarə edən ən böyük amillərin
rolunu orada olduğu qədər heç bir yerdə bu cür yaxşı görə bilməzsən.
İnkişafın prinsiplərini bu əsərdə tətbiq etməklə, mən, daha bir, çoxdan həll
edilməmiş problemi də çözməyə cəhd etmişəm; hind incəsənətinin mənşəyini. Belə
ki, bu əsər az məlumdur və irqlərin psixologiyası haqqında ideyalarımı təşkil
etdiyindən, biz burada onlardan ən əhəmiyyətli sətirləri nümunə gətiririk.
İncəsənət nöqteyi-nəzərindən, Hindistan tarixə gec qədəm basdığından abidələri
də xeyli gec peyda olub. Onun ən qədim abidələri, Asoki sütunları, Karli, Rarut, Sançi
və sair məbədləri yalnız miladdan əvvəl III əsrə gedib dayanır. Onlar inşa edilən
zaman qədim dünyanın sivilizasiyalarının böyük əksəriyyəti Misir, Fars və Assuriya və
hətta Yunanıstan sivilizasiyaları öz inkişaflarını başa vuraraq, tənəzzül qaranlığına
dalmışdılar. Yeganə sivilizasiya olan Roma sivilizasiyası onların hamısını əvəz etmişdi.
Dünya yalnız tək bir hökmdar tanıyırdı.
Tarixin qaranlığından belə gec çıxan Hindistan, bu səbəbdən sələfləri olan
sivilizasiyalardan çox şeyləri götürə bilərdi. Lakin dərin təcridolunmaya baxmayaraq
o, daim yaşamaqda davam edib abidələrinin heyrətamiz orijinallığı, onların digərlərilə
heç bir qohumluq əlaqəsinin olmadığına, yadellilərdən heç nə əxz etmədiklərinə dair
istənilən fərziyyələri uzun zaman ərzində rədd etməyə məcbur edirdi.
Danılmaz orijinallıq tərəfindən baxıldıqda Hindistanın ilk abidələri elə yüksək
səviyyədə işlənib ki, ondan yuxarı bir daha qalxa bilməyib. Bu cür təkmil əsərlər əvvəl
mövcud olanların uzun zaman ərzində öyrənilməsi ilə yaradıla bilərdi. Lakin
abidələrdən heç birində bu cür çaşma izləri tapılmayıb.
Bu yaxınlarda yarımadanın şimali-qərb hissəsində yerləşən bəzi təcrid olunmuş
ölkələrdə tapılan abidə və heykəl parçaları, nəhayət, Hindistanı öyrənənləri, bu irqdə
şübhə doğurmayan yunan təsirlərinin olduğuna, yəni Hindistanın öz incəsənətini
Yunanıstandan götürdüyünə inandıra bildi.
Hindistanda hələ də mövcud olan, yuxarıdakı prinsiplərin tətbiqi və abidələrin
əksəriyyətinin dərin tədqiqi məni tamamilə başqa bir həllə gətirib çıxardı. Fikrimcə,
yunan sivilizasiyası ilə təsadüfi təmaslara baxmayaraq, Hindistan öz incəsənəti üçün
ondan heç nə əxz etməyib və götürə də bilməzdi. İki təmas quran irq çox fərqli idilər,
düşüncələri də heç uyğun gəlmirdi, onların bədii dühası olduqca xarakterik
olduğundan bir-birinə təsir göstərə bilməzdilər.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə