Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

də ondan sonra baş verən və bu gün də davam edən hadisələr, dini doktrinaların
təkamülünün adi nəticəsidir. Və əgər bu gün köhnə cəmiyyət öz dayaqlarında
tərəddüd edirsə və bütün öz təsisatlarının laxladığını görürsə, bu adamların indiyədək
yaşadığı öz köhnə inanclarını, sürətlə itirməsindən qaynaqlanır . Tarix təsdiq edir ki,
xalqlar öz tanrılarının qeyb olmasına uzun zaman dözə bilmir. Onlarla eyni vaxtda
təşəkkül tapan sivilizasiyalar, elə onlarla birlikdə məhv olurlar. Tanrıların ölümü
qədər məhvedici ikinci bir şey yoxdur.
III fəsil
SİVİLİZASİYALARIN İNKİŞAFINDA ŞƏXSİYYƏTLƏRİN ROLU
İstənilən sivilizasiyaya ən böyük uğurları həmişə bir ovuc ali zəka sahibləri
qazandırıb. – Onların rolunun mahiyyəti.
– Onlar məlum irqin bütün səylərini sintezləşdirirlər. – Böyük kəşflərin gətirdiyi
nümunələr. – Görkəmli adamların siyasi rolu. – Onlar öz irqlərinin hökmran
ideyalarını təcəssüm etdirir.
– Hallüsinasiyadan əziyyət çəkən görkəmli şəxslərin təsiri.
– Dahi ixtiraçılar sivilizasiyaları dəyişdirirlər. – Fanatiklər və hallüsinasiyalardan
əziyyət çəkənlər tarix yaradırlar. İrqlərin iyerarxiyasını və dərəcələrini öyrənərkən
gördük ki, avropalı xalqları Şərq xalqlarından ayıran həqiqi fərq, yalnız birincilərin az
sayda seçilmiş ali insanlara malik olmalarıdır. Onların təsirlərinin hüdudlarını bir neçə
sətirdə qeyd etməyə çalışaq.
Sivil xalqların malik olduğu bu, az sayda seçilmişlər, görkəmli adamlar – hər
nəsildə həmin şəxsləri məhv etmək yetərdi ki, o xalq sivil millətlərin sırasından silinsin
– irqin həqiqi gücünün təcəssümünü təşkil edirlər. Elmdə, incəsənətdə, sənayedə, bir
sözlə, sivilizasiyaların bütün sahələrində olan inkişafa görə bizlər onlara, yalnız onlara
minnətdar olmalıyıq.
Sivilizasiyaların tədqiqi göstərir ki, həqiqətən də qazanılmış bütün
müvəffəqiyyətlərə görə biz həmin bir ovuc seçilmiş insanlara minnətdar olmalıyıq.
Baxmayaraq ki, kütlə həmin uğurlardan istifadə edir, amma o öz üzərində aşkar
üstünlüyü elə də sevmir və ən böyük mütəfəkkirlər və ixtiraçılar çox tez-tez onun
qurbanına çevrilmişlər. Amma bütün nəsillər, məlum irqin bütün keçmişi, köhnə
insan ağacının lətif güllərini təşkil edən həmin gözəl dühalarda çiçəkləyirlər. Onlar –
millətin və cəmiyyətin hər bir üzvünün, yuxarıdan ta aşağıya kimi, fəxr olunası əsl
şöhrətidirlər. Onlar nə təsadüf, nə də möcüzə nəticəsində yaranırlar, amma sanki
zamanının və öz irqinin böyüklüyünü cəmləşdirərək özlüyündə uzun keçmişin
nailiyyətini ifadə edirlər. Onların yaranmasına və inkişafına şərait yaratmaq, inkişafın
çiçəklənməsinə şərait yaratmaq deməkdir, bundan bütün bəşəriyyət
bəhrələnəcəkdir. Əgər universal bərabərlik arzularımıza həddən ziyadə aludə
olsaydıq, onda həmin arzuların elə ilk qurbanları də özümüz olardıq. Bərabərlik yalnız
ən aşağı pillədə ola bilər. Bütün dünyada bərabərliyin hökm sürməsi üçün məlum
irqdən ötrü dəyər təşkil edən hər bir şeyi, onda olan ən aşağı dərəcəyədək, son
downloaded from KitabYurdu.org


səviyyəyə kimi düşürmək lazımdır. Kəndlilərdən ən sonuncunun intellektual
dərəcəsini hansısa dahinin, məsələn, Lavuazyenin, səviyyəsinə qədər yüksəltmək
mümkün deyil.
Əgər, görkəmli şəxsiyyətlərin sivilizasiyaların inkişafındakı rolu əhəmiyyətlidirsə
də, amma bu qətiyyən adətən hesab olunduğu kimi deyil. Onların fəaliyyəti, bir daha
təkrar edirəm, bu, hər hansı bir irqin bütün səylərinin sintezindən ibarətdir; onların
kəşfləri həmişə özündən əvvəlki çoxlu sayda kəşflərin nəticəsi kimi ortaya çıxır; onlar
əcdadları tərəfindən tədricən yonulan daşlardan binalar tikirlər. Tarixçilər adətən çox
səthi olurlar, həmişə zənn edirlər ki, hər bir kəşfin altına bir insanın adını yazmaq
olar; lakin dünyanı dəyişdirən, kitab çapı, barıt və buxarın, elektrik teleqrafı kimi ən
məşhur kəşflərin belə arasında bir dənəsi yoxdur ki, onun tək bir insan tərəfindən
yaradıldığını söyləyə biləsən. Belə kəşflərin mənşəyini öyrənəndə görürsən ki, onlar
bir çox hazırlıq cəhdlərindən sonra doğulublar: ixtiranın finalı onun tacıdır. Qalileyin
müşahidələrinin asma qəndillərin rəqsi ilə eyni vaxt təsadüf etməsi, dəqiq
xronometrlərin kəşfini hazırladı, bu isə öz növbəsində dənizçilərə okeanda yolu düz
müəyyən etməyə imkan yaratdı. Top barıtı tədricən şəklini dəyişə bilən yunan
alovundan alınıb.
Buxar maşını özlüyündə hər biri böyük əmək tələb edən bir sıra ixtiraların,
məhsulu kimi ortaya çıxıb. Arximeddən yüz dəfə dahi olsa belə, yunan, lokomotivi
icad edə bilməzdi, çünki belə bir məsələni həll etmək üçün o, mexanikanın uğurlar
qazanmasını gözləməliydi, bunun üçün isə iki minillik boyunca böyük səylər tələb
olunmuşdu.
Zahirən görkəmli dövlət adamlarının siyasi rolu keçmişdən o qədər də asılı
görünmür, əslində o, görkəmli ixtiraçıların rolu ilə müqayisədə çox da müstəqil deyil.
Xalqların siyasi mövcudluğunu kökündən dəyişdirmiş, bəşəriyyətin bu güclü
mühərriklərinin səs-küylü parlaqlığından gözləri qamaşan Hegel, Kuzen, Karleyl kimi
yazıçılar və başqaları onlardan hamının qarşılarında baş əyəcəyi yarımtanrılar
düzəltmək və xalqların taleyinin bununla da yalnız dahilər tərəfindən müəyyən
olunduğunu göstərmək istəyirdilər. Şübhəsiz, onlar hansısa cəmiyyətin təkamülünü
poza bilərlər, lakin onun axınını dəyişdirmək onların gücündə deyil. Hansısa Kromvel
və yaxud Napoleonun dühası belə işi yerinə yetirmək iqtidarında deyil.
Məşhur fatehlər od və qılıncla şəhərləri, adamları və imperiyaları məhv edə,
incəsənət inciləri ilə dolu muzeyə uşaq təki od vurub yandıra bilərlər. Lakin bu
dağıdıcı qüvvə, bizi xarakterin rolu ilə bağlı yanlışlığa yönəltməməlidir. Görkəmli
siyasi xadimlərin təsiri, Sezar və Rişelye kimi, öz səylərini yalnız dövrlərinin
tələbatının ruhuna uyğun istiqamətləndirə bildikləri ana qədər davam edə bilir;
uğurlarının əsl səbəbi onları özü tapıb. İki və ya üç əsr əvvəl Sezar böyük Roma
imperiyasını monarxın hökmranlığına tabe etdirə bilməzdi, Rişelye də Fransanın
birləşdirilməsini həyata keçirməkdə aciz qalardı. Siyasətdə əsl görkəmli şəxsiyyətlər o
adamlardır ki, əvvəlki dövrlər tərəfindən hazırlanmış, inkişaf etməkdə olan
ehtiyacları, hadisələri təxmin edə və irəliləmək lazım gələn istiqaməti göstərə bilirlər.
Həmin yolu ola bilsin heç kim görməyib, lakin təkamülün qaçılmaz şərtləri, talelərini
müvəqqəti olaraq həmin güclü dahilərin idarə etdiyi xalqları çox tezliklə ora
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə