Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

sahələrində abstrakt anlayışların nisbi ideyaları əvəz etməsi, elmin əldə etdiyi ən
böyük nailiyyətləri təşkil edir”. Yeni elan edilən qələbə, əslində çox köhnədir. Hind
fəlsəfəsi onu artıq çox əsrlər bundan əvvəl həyata keçirib. Biz buna xüsusi sevinə
bilmərik ki, o, indi artıq yayılmağa səy göstərir. Müasir sivilizasiya üçün əsl təhlükə,
elə onun söykəndiyi mütləq dəyərlər prinsiplərinə adamların bütün inamlarını
itirməsidir. Bilmirəm, dünyanın yaranışından bəri heç olmasa bir sivilizasiya, təsisat
və inanc göstərmək olarmı ki, yalnız nisbi dəyərlərə malik olan prinsiplərə söykənərək
özünü qoruyub saxlaya bilsin. Və əgər gələcəyin sosializm doktrinalarına məxsus
olduğunu deyirlərsə, hansı ki, onlar mütləq elan ediblər, bunu məhz, onların
həvarilərinin həqiqət naminə söylədiklərinə görə edirlər. Kütlə həmişə ona, mütləq
həqiqətləri deyənlərə müraciət edəcək, başqalarından isə üz döndərəcək. Dövlət
adamı olmaq üçün kütlənin ruhuna nüfuz etməyi bacarmaq, arzularını başa düşmək
və onun üçün fəlsəfi abstraksiyalar vermək lazımdır. Şeylər öz-özlüyündə
dəyişilmirlər. Yalnız onlar üçün hazırlanmış ideyalar tamamilə dəyişilə bilərlər. Elə
həmin ideyalara da təsir etməyi bacarmaq lazımdır.
Əlbəttə, həqiqi dünyadan olan bizlər dəyəri güman ki, nisbi olan yalnız
təzahürləri, şüurun sadə vəziyyətini görə bilərik. Lakin məsələyə ictimai nöqteyi-
nəzərdən yanaşdıqda, deyə bilirik ki, məlum əsr, məlum cəmiyyətin varlığı üçün
mütləq dəyərlər təşkil edən əxlaq qanunları, təsisatlar mövcuddur və cəmiyyət
bunlarsız yaşaya bilməz. Nə vaxt ki, onların dəyərləri müzakirə obyektinə çevrilir və
ağıllarda onlarla bağlı şübhələr yaranır və yayılır, bu həmin cəmiyyətin tezliklə ölümə
məhkum olacağını göstərir.
Bax, budur həqiqətlər, cəsarətlə elan etmək olar, çünki bunlar hansısa elmin
onlar üzərində birincilik iddia etməsinə imkan vermir. Ziddiyyət təşkil edən doktrina
yalnız ən fəlakətli nəticələr verə bilər. Müasir dövlət adamları daha çox təsisatların
mühümlüyünə inanırlar, ideyaların vacibliyinə isə az əhəmiyyət verirlər. Elm isə
onlara göstərir ki, birincilər həmişə ikincilərin övladıdır və onlara söykənmədən
mövcud ola bilməzlər. İdeyalar özlüyündə şeylərin gözəgörünməz hərəkətverici
qüvvəsidirlər. Onlar yoxa çıxanda, təsisatlar və sivilizasiyaların gizli dirəkləri də sınıb-
tökülür. Xalq üçün ən dəhşətli an köhnə ideyaların ölü tanrıların dəfn olunduğu
qaranlıq yeraltı mağaraya enişidir.
Nəticələri öyrənmək üçün səbəbləri bir kənara qoyaq, etiraf etməliyik ki, böyük
Avropa millətlərinin çoxunu, xüsusilə də latın adlandırılanları və qanı ilə olmasa da,
ən azı ənənələri və tərbiyələri ilə onlara aid edilənləri, cırlaşma kimi ciddi təhlükə
təhdid edir. Onlar hər gün keçdikcə öz təşəbbüskarlıqlarını, enerjilərini, iradə və
fəaliyyət göstərmək qabiliyyətlərini itirməkdədirlər. Daim artan maddi tələbatlarının
ödənilməsi, onların yeganə idealı olmağa can atır. Ailələr dağılır, sosial hərəkətverici
qüvvələr zəifləyir. Bütün siniflər, həm varlılar, həm də ən kasıblar arasında
narazılıqlar və narahatlıqlar artır. Kompasını itirmiş və taleyini küləklərin öhdəsinə
buraxan gəmi tək müasir insan da özünü məkanlarda hadisələrin taleyinə buraxıb,
halbuki o tanrılar tərəfindən məskunlaşdırılmış və hər şeyi düşünən bilik indi oranı
səhralığa çevirib. Çox təəssüratlı və olduqca dəyişkən, artıq heç bir maneə tərəfindən
qarşısı alına bilməyən kütlə, görünür, ən qudurğan anarxiya ilə ən kobud istibdad
arasında daim tərəddüd etməyə məhkum edilib. Onlar bir sözdən çox asanlıqla coşur
downloaded from KitabYurdu.org


və onların birgünlük tanrıları, çox tez elə özlərinin də qurbanlarına çevrilirlər. Elə
görünür ki, kütlə acgözlüklə azadlığa can atır. Həqiqətdə isə onlar həmişə azadlığı
rədd edir və daim dövlətdən özləri üçün zəncirlər hazırlamağı tələb edir. Onlar ən
qaranlıq sektantlara və ən məhdud müstəbidlərə kor-koranə itaət edirlər.
Boşboğazlar, kütləni idarə etməyi arzu edənlər və çox vaxt elə onların da ardınca
gedənlər, səbirsizlik və əsəbilik yaradırlar, əsl müstəqil ruhlu hakimləri daim
dəyişdirməyə məcbur edərək, beləliklə, onları da hansısa hökmdara itaət etməyi
tərgitdirirlər. Dövlət, hansı nominal rejim olmasından asılı olmayaraq, tanrı hesab
olunur və bütün partiyalar ona müraciət edirlər. Ondan hər gün həyatın ən xırda
məsələlərinə toxunan və ən müstəbid rəsmiləşdirmələrə dair daha ağır nizama
salmalar və himayə tələb edirlər. Diqqət, təşəbbüskarlıq, enerji, şəxsi səylər və iradə
tələb edən gənclik, get-gedə daha çox karyeradan imtina etməyə başlayıb; ən xırda
məsuliyyət belə, onu qorxudur. Məhdud sahə funksiyaları, hansı ki, dövlətdən buna
görə məvacib alır, onu tamamilə qane edir.
Enerji və fəaliyyəti, dövlət adamlarında qorxunc, bəhrəsiz didişmələr, kütlədə –
günün sevinc və qəzəbi, təhsilli adamlarda isə – hansısa ağlağanlıq, zəiflik və qeyri-
müəyyən sentimentalizm və həyatın çətinlikləri barədə solğun müzakirələr əvəz edib.
Hər yerdə hüdudsuz eqoizm inkişaf edir. Nəhayətdə, hər kəs sonda yalnız özü ilə
məşğul olmağa başlayıb. Vicdan çox üzüyola olub, ümumi əxlaq aşağı düşür və
tədricən sönür. İnsan öz üzərində hakimiyyəti itirməyə başlayır. O, daha özünü idarə
edə bilmir; özünü idarə edə bilməyənlər isə çox tezliklə başqalarının hökmranlığı
altına düşürlər.
Əxlaqın enişi məhkəmə və notariat kimi sahələrdə müşahidə edildikdə, çox ciddi
hal alır, hansı ki, vaxtilə onlar üçün düzlük, hərbiçilər üçün igidlik kimi adi hal idi.
Notariatlara gəldikdə, əxlaq indiki zamanda onlar üçün çox aşağı səviyyəyə düşüb.
Həmin düşkünlüyün dərin simptomları, təəssüflər olsun ki, bütün latın xalqlarında
müşahidə olunmaqdadır. İtaliyanın dövlət bankları ilə bağlı qalmaqal, orada yüksək
siyasi xadimlər tərəfindən geniş yayılmış böyük məbləğlərdə oğurluqlar,
Portuqaliyanın müflis olması, İspaniyanın zəif maliyyə vəziyyəti, İtaliyanın qənaətbəxş
olmayan maliyyə vəziyyəti, Amerikanın latın respublikalarının dərin tənəzzülü təsdiq
edir ki, məlum xalqın xarakter və əxlaqı sağalmaz xəstəlikdən əziyyət çəkir və
dünyada onların rolu sona yaxınlaşır.
Bütün bunları əvəz etmək çox çətin iş ola bilərdi. Hər şeydən əvvəl bizim
acınacaqlı vəziyyətdə olan tərbiyəni dəyişdirmək lazımdır. O, hər cür təşəbbüsü və
hər cür enerjini zorla alır, hətta o kəslərdə ki, bu, irsən onlara verilib. O, intellektual
sərbəstliyin hər cür işartısını söndürür, gənclərə yalnız yeganə ideal olaraq
nifrətdoğurucu müsabiqələr təklif edir. Bu müsabiqələr isə yaddaşın
möhkəmləndirilməsindən başqa onlardan heç nə tələb etmir, nəticədə əqli inkişaf
hər şeydən üstün hesab olunmağa başlayır; lakin məhz kölə vərdişinə alışması, onu
fərdi və şəxsi səylər ifadə etmək sahəsində bacarıqsız edir. “Mən uşaqların qəlbini
dəmir kimi möhkəmliyə öyrədəcəm” – Böyük Britaniya məktəbini ziyarət edən nazir
Gizə pedaqoq belə demişdi. Hardadır latın xalqlarında eyni arzunu həyata keçirməyə
hazır olan pedaqoqlar və proqramlar?
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə