Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi


SİVİLİZASİYALAR NECƏ SOLURLAR VƏ SÖNÜRLƏR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

I fəsil
SİVİLİZASİYALAR NECƏ SOLURLAR VƏ SÖNÜRLƏR
Psixoloji növlərin dağılması. – Öz təşəkkülü üçün əsrlərin tələb etdiyi irsi
qabiliyyət, çox tez itirilə bilər. – Məlum xalqın sivilizasiyanın ən yuxarı pilləsinə
yüksəlməsi üçün həmişə uzun zaman lazım gəlir və bəzən – çox az vaxt gərək olur ki,
oradan düşsün. – Hansısa xalqın tənəzzülünün başlıca amili – onun xarakterinin enişi
ilə bağlıdır. – Sivilizasiyaların dağılmasının indiyə qədər bütün xalqlar üçün bir, eyni
mexanizmi olub. – Bəzi latın xalqları təmsilçilərinin tənəzzül simptomları. – Eqoizmin
inkişafı. – Təşəbbüslərin və iradənin zəifləməsi. – Xarakter və əxlaqın enişi. – Müasir
gənclik.
Anatomik növlər kimi psixoloji növlər də eyni ilə əbədi deyil. Onların
əlamətlərinin dəyişilməzliyini dəstəkləyən mühit şərtləri həmişə mövcud olmur. Əgər
həmin mühit təsadüfən dəyişilərsə, onun təsiri ilə dəstəklənən ruhi xüsusiyyətlər də
nəhayətdə onları yoxluğa aparan mürtəce dəyişikliklərə məruz qalır.
Bütün canlılarda müşahidə olunan fizioloji qanunlara görə, orqanın yox
olmasından ötrü onun yaranışı üçün lazım olandan həmişə son dərəcə az vaxt tələb
olunur.
Hərəkətsiz qalan istənilən orqan, çox tezliklə öz fəaliyyət qabiliyyətini itirir.
Mağara göllərdə yaşayan balıqların gözü sonda ölgünləşir və bu, atrofiya nəhayətdə
irsi olur. Hətta qısa individual həyatı ərzində orqanın təşəkkülünə tədricən
uyğunlaşması üçün irsi meyllər tələb olunub, ola bilsin ki, min əsrlər lazım gəlib. Əgər
hərəkətə gətirilməsəydi, yəqin ki, çox tez atrofiyaya uğrayardı.
Varlıqların ruhi xüsusiyyətləri həmin fizioloji qanunlardan yan qaça bilmirlər.
Məşq etdirilməyən beyin hüceyrəsi də öz növbəsində fəaliyyətdən qalır və
təşəkkülünə əsrlər tələb olunan psixoloji keyfiyyətlər də çox tez yox olur. Tədricən
qazanılan cəsurluq, təşəbbüskarlıq, enerji, işgüzarlıq kimi ruhi xarakterin müxtəlif
keyfiyyətləri, əgər, daha onlara məşq etmək əsası verilməzsə, çox tez silinib gedə
bilər. Hansısa xalqa mədəniyyətin ən yüksək pilləsinə qalxması üçün həmişə uzun
zaman və cırlaşaraq uçuruma düşməsindən ötrü isə bəzən çox az vaxt gərək olur, bu
faktla izah olunur.
Bütün müxtəlif xalqları tədricən məhvə aparan səbəbləri tədqiq etdiyin zaman,
tarix bizə danışır ki, istər fars, romalı və yaxud digər xalq olsun, onları tənəzzülə
uğradan başlıca amil, həmişə xarakterlərinin enişindən doğan ruhi xüsusiyyətlərində
gedən dəyişikliklərlə bağlı olub. Hələ elə bir xalq tanımıram ki, əqli qabiliyyətlərinin
enişi nəticəsində yoxa çıxsın.
Bütün keçmiş sivilizasiyalar üçün dağılma mexanizmi eyni olub və o dərəcədə
eyni ki, bir şairin etdiyi kimi, o qalır ki, özündən soruşasan, bu qədər kitabdan ibarət
tarixin mahiyyətini yalnız bir səhifəmi təşkil edir? Hansısa xalq sivilizasiyanın və
qüdrətin pilləsinə yüksəldikdən sonra, təhlükəsizliyinə əmin olur, sərvətinin ona
verdiyi dünyanın firavanlığı və rifahından zövq almağa başlayır, onun hərbi şücaəti
yavaş-yavaş itməyə başlayır, sivilizasiyanın israfçılığı onda yeni tələbatları inkişaf
downloaded from KitabYurdu.org


etdirir, eqoizm artır. Qızğınlıqla yalnız tez əldə edilən xoşbəxtliklərin ardınca qaçan
vətəndaşlar, ictimai işlərin icrasını dövlətin öhdəsinə buraxırlar və çox tezliklə, vaxtilə
onların əzəmətini yaratmış keyfiyyətləri itirirlər. O zaman çox az tələbatlara və çox
intensiv ideala malik qonşu barbarlar və yarımbarbarlar, olduqca sivil xalqın üzərinə
hücuma keçib, onu məhv edirlər və dağıdılan sivilizasiyanın xarabalıqları üzərində
yenisini yaradırlar. Beləliklə, romalıların və farsların qorxunc hərbi təşkilatına
baxmayaraq, barbarlar birincilərin, ərəblər isə ikincilərin imperiyalarını məhv ediblər.
Amma işğala məruz qalan xalqlarda çatışmayan əqli inkişaf deyildi. Bu nöqteyi-
nəzərdən, qaliblərlə məğlubları müqayisə etmək belə mümkün deyildi. Məhz həmin
dövrdə Roma artıq özündə yaxınlaşan tənəzzülün rüşeymini daşıyırdı, yəni, ilk
imperatorlar dövründə imperiya daha çox rəssamlar, ədiblər və elm adamlarından
ibarət idi. Onun əzəmətini vəsf edən əsərlərin demək olar ki, hamısı tarixin həmin
mərhələsinə aiddir. Lakin o, əsas elementini itirmişdi, heç bir əqli inkişaf onu əvəz
edə bilməzdi: xarakteri. “Adətlər korlanmış, ailələr dağılmış, xarakterlər çox
incəlmişdi. Mütləq hakimiyyətin əli altında cırlaşmış insanlar büzüşkənləşmişdilər. O
qədər dəhşətli zülmün qarşısında, xırda bir etiraz belə yox idi”. Qədim əsrlərin
romalıları çox zəif tələbatlara və olduqca güclü ideala malik idilər. Həmin ideal –
Romanın əzəməti – bütün qəlblər üzərində mütləq hakim idi və hər bir vətəndaş öz
ailəsini, sərvətini və canını ona qurban verməyə hazır idi. Roma dünya mərkəzinə
çevrildikdən, dünyanın ən varlı şəhəri olduqdan sonra, ora bütün ölkələrdən
əcnəbilər axışdı və sonda onlara vətəndaşlıq hüququ verildi. Onlar yalnız cah-calaldan
zövq alır, şöhrətləri ilə isə demək olar ki, maraqlanmırdılar. Əzəmətli şəhər nəhəng
karvansaraya çevrilmişdi, lakin bu artıq Roma deyildi. Barbarlar qapısının ağzını
kəsdirəndə o, hələ də yaşayırdı, lakin onun qəlbi artıq çoxdan vurmurdu.
Analoji tənəzzül səbəbləri bizim zərifləmiş sivilizasiyalar üçün də təhlükədir,
amma onlara təkamül nəticəsində müasir elmi kəşflərin şüurda yaratdığı digər
səbəblər də qoşula bilər. Elm bizim ideyaları yeniləyib, dini və sosial anlayışlarımızın
bütün nüfuzunu aradan qaldırıb. Elm insana kainatda tutduğu miskin yerini və
təbiətin ona qarşı tam etinasız olduğunu göstərib. İnsan gördü ki, onun itaət etdiyi
azadlıq, yalnız səbəbləri bilməzlikdən irəli gəlir və ehtiyaclar sistemində, onları idarə
edir, beləliklə bütün canlıların təbii rolu köləliyə hesablanıb. O, duydu ki, təbiət bizim
mərhəmət adlandırdığımız şeydən xəbərsizdir və bütün əldə edilmiş tərəqqi, aramsız
aparılan və zəifləri güclülərin xeyrinə susdurulması kimi amansız seçim yolundan
ibarətdir.
Bütün bu soyuq, qan donduran anlayışlar, atalarımızı heyran edən qədim
inancların söylədikləri ilə o qədər ziddiyyət təşkil edir ki, müasir nəsillərin qəlbində
həyəcanlı şübhələr doğurub. Orta səviyyəli başlarda onlar, müasir insan üçün daha
xarakterik hesab edilən anarxist ideyaların yaranmasına şərait yaratdı. Gənc nəsil
rəssamlarında və təhsilli adamlarda, bu daxili ziddiyyətlər öz növbəsində hansısa işlə
məşğul olmaq, bilavasitə ayinlərdən və şəxsi maraqlardan ruhlanmaq üçün gərəkli
olan külli-iradə üçün məhvedici sayılan kədərli etinasızlıq hisləri doğurur.
De Voquenin
11
“nisbilik hisləri müasir düşüncə üzərində hökmranlıq edir” kimi
olduqca düzgün düşüncəsini şərh edən, xalq maarif naziri, bu yaxınlarda etdiyi
çıxışında böyük məmnuniyyətlə bəyan etmişdir ki, “insan biliklərinin bütün
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə