Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

Xarakterin bu, ümumi enişi vətəndaşların özlərini idarə etmək bacarıqsızlığı və
onların eqoistcəsinə biganəliyi, başlıca olaraq, avropa xalqlarının əksəriyyətinin hiss
etdiyi çətinliklərdən qaynaqlanır – həm despotizmdən, eyni zamanda, həm də
anarxiyadan uzaq liberal qanunların hökmü altında
yaşamaqdan.
Belə qanunlara kütlənin rəğbət bəsləmədiyini asan başa düşmək olur, çünki
sezarizm onlara azadlıq vəd etməsə də, hansı ki, bu onları o qədər qayğılandırmır da,
köləlikdə, ən azı daha çox bərabərlik var. Əksinə, respublika qurumları ziyalı siniflər
tərəfindən böyük həvəslə qəbul oluna bilər, əgər əcdadların təsir etmək gücü lazımı
şəkildə dəyərləndirilərsə, bunu anlamaq elə də çətin deyil. Elə bu təsisatların
sayəsində hər cür üstünlük, xüsusilə də əqli sahədə, göstərmək üçün daha çox
imkanlar ortaya çıxmırmı? Hətta belə demək olar, mütləq bərabərlik arzulayanlar
üçün bu təsisatların əslində yeganə çatışmazlığı, onların qüvvətli əqli aristokratiya
formalaşmasına səbəb olmasıdır. Əksinə, xarakter və zəka üçün ən zülmkar rejim,
onun müxtəlif formalarında sezarizmdir. Yalnız o, çox asanlıqla aşağılarda
bərabərliyə, köləlikdə itaətkarlığa gətirib çıxara bilər. Təşəkkül tapmaqda olan
xalqların zəif tələbatlarına tez uyğunlaşdığına görə, yalnız tək ona imkan verilir, onlar
da ona tərəf geri dönür. Hansısa generalın ilk rast gəlinən sultanı onları onun yanına
aparır. Hansısa xalq buna çatdığı anda, deməli, onun zamanı çatıb, vaxtı tamamlanıb.
Bu, qədim əsrlərin həmin sezarizmi, hansı ki, tarix həmişə bütün sivilizasiyalarda,
onların ilk təşəkkülü və tənəzzüllərinin lap sonunda, müşahidə edib, indi aydın
təkamülə məruz qalır...
II fəsil
ÜMUMİ NƏTİCƏLƏR
Bu əsərin girişində onun özlüyündə yalnız qısa xülasədən ibarət, sivilizasiyaların
tarixinə həsr etdiyimiz cildlərin bir növ sintezi olduğunu qeyd etmişdik. Onu təşkil
edən hər bir fəslə əvvəlki əsərlərdən çıxarılan bir nəticə kimi baxmaq lazımdır. Ona
görə də onsuz da xeyli qısaldılmış ideyaları, bundan artıq yığcam etmək çox çətindir.
Buna baxmayaraq, zamanı dəyərləndirən oxucular üçün bu əsərin fəlsəfəsini təşkil
edən başlıca prinsiplərin çox qısa müddəalar şəklində təqdimatına cəhd etmək
istəyirəm.
– Anatomik əlamətlərdə olduğu kimi, irq, psixoloji əlamətlərdə də eyni
dayanıqlılığa malikdir. Anatomik növlər kimi, psixoloji əlamətlər də yalnız çoxəsrlik
toplananlardan sonra dəyişilə bilir.
– Anatomik növlərdə olduğu kimi möhkəm və irsi psixoloji əlamətlərə, mühitin
müxtəlif dəyişikliklərinin yaratdığı ikinci dərəcəli elementlər də qoşulur. Aramsız
yenilənən həmin elementlər, irqə zahirən dəyişilməsi üçün geniş meydan verir.
– İrqin psixoloji xüsusiyyətləri yalnız onu təşkil edən canlı varlıqların sintezini yox,
həm də onun yaranmasına kömək edən əcdadların sintezini təmsil edir. Hansısa
downloaded from KitabYurdu.org


xalqın müasir həyatında təkcə canlılar deyil, həm də ölülər üstün rol oynayır. Onlar
onun əxlaqının yaradıcılarıdır və onun davranışının qeyri-iradi mühərrikləridir.
– Müxtəlif insan irqlərini bir-birindən ayıran olduqca böyük fərqlər, bundan az
əhəmiyyətli olmayan psixoloji fərqlərlə müşayiət olunur. Hər bir irqi öz aralarında
ortalama müqayisə etdikdə, psixoloji fərqlər çox vaxt olduqca zəif nəzərə çarpır.
Yalnız müqayisəni hər bir irqin ən ali elementlərinə tətbiq etdikdə, onda böyük
fərqlər aşkar görünür. O zaman müşahidə etmək mümkündür ki, ali xalqları
ibtidailərdən ayıran başlıca fərq, birincilərin öz mühitlərindən xeyli sayda çox inkişaf
etmiş beyinlər ortaya çıxarmasıdır, hansı ki, ikincilərdə bu yoxdur.
– İbtidai irqləri təşkil edən fərdlər, öz aralarında aşkar bərabərliyə malikdilər.
İrqlər sivilizasiya pillələri ilə yüksəldikcə, onların üzvləri öz aralarında daha çox
fərqlənməyə cəhd edirlər. Sivilizasiyaların labüd nəticəsi – fərdlərin və irqlərin
təbəqələşməsidir. Beləliklə, xalqlar bərabərliyə doğru yox, böyük bərabərsizliyə
doğru gedirlər. – Hansısa xalqın həyatı və onun sivilizasiyasının bütün təzahürünü,
ruhunun sadə inikası təşkil edir, görünən əlamətlər görünməzdir, lakin çox real
şeylərdir. Kənarda baş verən hadisələr onun yalnız gizli məzmununu təşkil edən
görünən səthini təşkil edir.
– Nə hadisə, nə kənar hallar, nə də xüsusilə siyasi təsisatlar hansısa xalqın
tarixində əsas rol oynayır.
– Hansısa xalqın sivilizasiyasının müxtəlif elementləri, onun psixoloji
xüsusiyyətlərinin yalnız zahiri əlamətləridir, həmin xalqa xas olan məlum hiss və
düşüncə qabiliyyətlərinin izharı, dəyişikliyə uğramadan tamamilə fərqli psixoloji
xüsusiyyətlərə malik xalqa ötürülə bilməz. Yalnız zahiri, səthi və əhəmiyyəti olmayan
formalar ötürülə bilər.
– Müxtəlif xalqların psixoloji xüsusiyyətləri arasında mövcud olan dərin fərqlər,
ona gətirib çıxarır ki, onlar zahiri dünyanı tamamilə fərqli qəbul edirlər. Buradan belə
çıxır ki, onlar tamamilə fərqli hiss edir, düşünür və hərəkət edirlər, bir-birləri ilə
təmasda olduqları vaxt, aralarında bütün məsələlər üzrə fikir ayrılığı mövcud olur.
Tarixin gördüyü müharibələrin böyük hissəsi bu ziddiyyətlər üzündən baş verib.
İşğalçı, dini və sülalə müharibələri həmişə əslində irqi müharibələr olub.
– Müxtəlif mənşəli insanların bir araya gəlməsi, irqi yaradır, yəni özlüyündə
kollektiv ruh yalnız o vaxt formalaşır ki, əsrlərlə təkrarlanan çarpazlaşma yolu ilə və
bənzər mühitdə eyni həyat sürməklə, o, ümumi hislər, ümumi maraqlar və ümumi
inanclar qazanır.
– Sivil xalqlarda artıq təbii irqlər qalmayıb, tarixi şərait tərəfindən yaradılmış
yalnız süni irqlər mövcuddur.
– Yeni, mənəvi və fiziki mühit yalnız təzə yaranmış irqlərə dərin təsir göstərir,
yəni, qədim irqlərin qatışığında, çarpazlaşma əcdadlardan irsən alınmış cizgiləri
dağıdır. İrsiyyətlə mübarizə aparmağa yalnız irsiyyət qadirdir. O irqlərə, hansılarda ki,
çarpazlaşma hələ əlamətlərin möhkəmliyini məhv edə bilməyib, mühit yalnız dağıdıcı
təsiri göstərir. Yeni mühitə uyğunlaşması tələb edilən qədim irq dəyişikliklərə məruz
qalmaqdansa, ölməyi üstün tutur.
– Qazanılmış, möhkəm cəmlənmiş kollektiv ruh, məlum xalq üçün özlüyündə
onun əzəmətinin ən yüksək zirvəsidir. Həmin ruhun dağılması, həmişə onun eniş
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə