Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

birini təşkil etsin, tamamilə tutqun keçici zaman dövrünə qayıdış, görünür, özündən
əvvəlkilər kimi hər bir inkişaf etmiş yeni cəmiyyətin başına gəlir. Buna necə mane
olmaq olar?
İndiyədək kütlənin ən müəyyənedici rolu köhnəlmiş sivilizasiyaları sıradan
çıxarmaqdan ibarətdir. Həmin rol isə bu gündən başlamayıb. Tarix göstərir ki,
sivilizasiyanın arxalandığı mənəvi güclər, qüvvədən düşən kimi, yekun məhv ədalətli
olaraq barbarlar adlandırılan, qeyri-iradi və kobud kütlə tərəfindən başa çatdırılır.
Sivilizasiyalar bir ovuc intellektual aristokratiya tərəfindən yaradılır və qorunur, kütlə
tərəfindən heç vaxt. Kütlənin gücü yalnız məhvetməyə istiqamətlənib. Kütlənin
hökmranlığı həmişə barbarlıq mərhələsinin göstəricisidir. Sivilizasiyalar müəyyən
qaydaların, intizamın, instinktiv olandan rasionala keçidi, bəsirəti, yüksək dərəcəli
mədəniyyəti nəzərdə tutur, bütün bu şərtləri isə özü-özünə qapanan kütlə heç vaxt
həyata keçirə bilməz. Öz əlahiddə dağıdıcı gücü sayəsində kütlə, zəifləmiş orqanizmin
və ya meyitin dağılması prosesini sürətləndirən mikroblar kimi fəaliyyət göstərir.
Əgər hansısa sivilizasiyanın binası oyulmuşsa, kütlə həmişə onun yıxılmasına rəvac
verir. Bax, həmin anda kütlənin başlıca rolu üzə çıxır və say fəlsəfəsi müəyyən zaman
üçün, görünür, tarixin yeganə fəlsəfəsinə çevrilir.
Bizim sivilizasiyanı da eyni aqibətmi gözləyir? Biz bundan qorxuya düşə bilərik,
lakin bunu hələ bilə bilmərik. Nə olmasından asılı olmayaraq, itaət etməli və kütlənin
səltənətini yaşamalıyıq.
O kütlə haqqında, hansı ki, barəsində bu qədər danışılmağa başlanılıb, biz çox az
şey bilirik. Kütlədən uzaqda duran peşəkar psixoloqlar, həmişə ona etinasızlıq
göstərmişlər, son zamanlar diqqət yetirsələr də, bu yalnız cinayətkarlıq nöqteyi-
nəzərini əhatə edib. Şəksiz, cinayətkar kütlə var, lakin səxavətli, qəhrəman və sair
digər kütlə də var. Kütlənin cinayəti onun psixologiyasının yalnız bir xüsusi halını
təşkil edir; kütlənin mənəviyyatını onun yalnız cinayətlərini öyrənməklə bilmək
olmadığı kimi, hər hansı bir şəxsin mənəviyyatını da yalnız onun qüsurlarını
öyrənməklə bilmək olmaz.
Yeri gəlmişkən, düzünü desək, dünyanın bütün hökmdarları, bütün dinlərin və
dövlətlərin baniləri, bütün inancların həvariləri, görkəmli dövlət adamları və kiçik
insan icmalarının sadə rəhbərləri, həmişə qeyri-iradi psixoloqlar olublar, kütlənin
ruhunu instinktiv olaraq çox vaxt düzgün anlayıblar. Məhz bunun sayəsində onlar
kütlənin hakimləri olublar. Napoleon hökmranlıq etdiyi ölkənin kütlələrinin
psixologiyasını gözəl dərk edirdi, lakin digər xalq və irqlərin kütlələrinin psixologiyası
ilə bağlı çox vaxt tamamilə anlaşılmazlıq nümayiş etdirirdi. Elə qüdrətinə böyük zərbə
vuran və sonunu gətirib çıxaran İspaniya və Rusiyaya qarşı müharibəyə həmin
psixologiyanı bilmədiyinə görə başlamışdı.
Kütlə psixologiyası sahəsində bilgi hazırkı zamanda dövlət adamlarının əlində
mövcud olan yeganə vasitəni təşkil edir – o da kütləni idarə etmək üçün deyil, çünki
bu, onlara öz üzərində daha çox ixtiyar verməmək üçün mümkünsüzdür.
Yalnız kütlənin psixologiyasına daha dərindən nüfuz etməklə, təlqin edilmiş
ideyaların onun üzərində hansı dərəcəyədək gücə malik olduğunu başa düşmək olar.
Yalnız bütünlüklə nəzəri ədalətə əsaslanan qaydalar vasitəsilə kütləni idarə etmək
olmaz, onda təəssürat oyadan, onu cəlb edən şeyləri axtarıb tapmaq lazımdır.
downloaded from KitabYurdu.org


Məsələn, hansısa qanunverici yeni vergi tətbiq etmək istəyirsə, seçim edərkən,
bunun ən ədalətli vergi olmasına fikir verməlidirmi? Heç vəchlə! Praktik cəhətdən ən
haqsız vergi kütlə üçün ən yaxşısı ola bilir. Əgər, tətbiq edilən vergi gözə elə də
çarpmırsa və daha yüngüldürsə, o, kütlə tərəfindən daha asan qəbul olunur. Bu
baxımdan, dolayı vergi, nə qədər böyük olsa belə, kütlənin etirazına səbəb olmur,
çünki o, vərdişləri məhdudlaşdırmır və kütlədə təəssürat oyatmır; çünki gündəlik
istehlak malları alınarkən tutulduğundan gözə çarpmır. Amma bunu əməkhaqqına və
yaxud digər gəlirlərə proporsional vergi olaraq həmin andaca tətbiq etməyə cəhd
edin – o dəqiqə həmrəylik təşkil edən etirazlarla qarşılaşarsınız, baxmayaraq ki,
nəzəri cəhətdən həmin vergi birincidən on dəfə daha yüngül olardı. Gündəlik
ödənilən və nəzərə çarpmayan qəpiklərin əvəzinə, burada müqayisədə yüksək
məbləğ tətbiq edilir və elə həmin gündə ödəndiyindən, məbləğ onlara həddən çox
görünür və belə təəssürat oyadır. Tədricən qəpik-quruşla ödəniləndə, o, gözə elə də
çarpmır, lakin oxşar iqtisadi fənd tədbirliliyin əlamətidir, kütlə bu sahədə,
ümumiyyətlə, bacarıqsızdır.
Gətirilən nümunə çox sadədir və onun ədalətliliyi gözə çarpır. Napoleon kimi bir
psixoloq, əlbəttə ki, bunu başa düşürdü, lakin kütlənin ruhundan xəbərsiz olan
qanunvericilərin çoxu bu xüsusiyyəti müşahidə edə bilməyəcəklər. Təcrübə hələ
onları kütləni yalnız şüurun vasitəsilə idarə etməyin mümkünsüzlüyünə lazımi
səviyyədə inandıra bilməyib.
Kütlə psixologiyası digər bir çox hallarda da tətbiq edilə bilər. O, bir çox tarixi və
iqtisadi faktların üzərinə işıq salır, bunlarsız onlar tamamilə izah oluna bilməzdilər.
Burada qeyd etməliyəm ki, əgər müasir tarixçilərin ən görkəmlilərindən biri sayılan,
Ten bəzi hallarda böyük inqilabımızı ona görə yaxşı dərk edə bilməyib ki, o, kütlənin
ruhunu öyrənmək barədə heç vaxt düşünməyib. O, həmin mürəkkəb dövrü,
naturalistlərin qeyd metodunu rəhbər tutmaqla öyrənib. Lakin axı naturalistlərin
müşahidə etdikləri təzahürlər arasında tarixin həqiqi hərəkətverici qüvvəsini təşkil
edən mənəvi qüvvələri görmürük.
Beləliklə, kütlə psixologiyasını praktiki nöqteyi-nəzərdən öyrənmək daha
arzuolunandır, lakin əgər o, hətta nəzəri cəhətdən maraq doğursaydı belə, bu halda
da diqqətəlayiqdir. İnsanların fəaliyyətini idarə edən mühərrikləri duymaq, hansısa
mineralı və yaxud çiçəyi duymaqdan az maraq kəsb etmir.
Kütlənin ruhu ilə bağlı tədqiqatlarımız, bizim əvvəlki tədqiqatlarımızın qısa izahı
ilə bağlı sadə sintezdən başqa bir şey ola bilməz. Oçerkimizdən bizə bəzi yol göstərən
düşüncələrdən başqa nələri isə tələb etmək olmaz. İndiyədək az tədqiq olunan
məsələdə biz hələ də səthi araşdırmalar aparmışıq, digərləri, o hüdudları
dərinləşdirəcək.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə