Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

oynaya bilir. – Kütlə köhnəlmiş sivilizasiyaların dağılması prosesini başa çatdırır. –
Kütlə psixologiyası sahəsindən ümumi xəbərsizlik. – Qanunvericilər və dövlət
adamları üçün kütlənin öyrənilməsinin vacibliyi.
Sivilizasiyaları dəyişdirən böyük çevrilişləri, məsələn, Roma imperiyasının süqutu
və ərəb imperiyasının yaranması, ilk baxışdan başlıca olaraq siyasi dəyişikliklər, yad
qəbilələrin işğalları, sülalələrin süqutu müəyyən edir. Lakin həmin hadisələrin
diqqətlə araşdırılması göstərir ki, bu, güman edilən səbəblərin arxasında çox vaxt
xalqların ideyalarında baş verən dərin dəyişikliklər gizlənir. Bizləri öz əzəməti və gücü
ilə heyran qoyan həqiqi tarixi çevrilişlər deyil. Sivilizasiyanın yenilənməsindən irəli
gələn yeganə əhəmiyyətli dəyişikliklər, ideyalarda, anlayışlarda və inanclarda baş
verir. Nəhəng tarixi hadisələr insanların düşüncələrində gedən görünməz
dəyişikliklərin yalnız görünən nəticələridir. Bu dəyişikliklər, amma çox nadir hallarda
baş verir, çünki hər bir irqdə ən möhkəm olanı – düşüncələrinin irsi təməlidir.
Müasir dövr özlüyündə belə böhranlı anlardan birini, insan düşüncəsinin
dəyişikliklərə hazırlığından xəbər verir. Həmin dəyişikliklərin təməlində iki başlıca
amil dayanır. Birincisi, bizim sivilizasiyanın bütün elementlərinə başlanğıc vermiş dini,
siyasi və sosial inancların dağılması; ikincisi – elm və sənaye sahəsində müasir
kəşflərə gətirib çıxaran mövcudluq üçün yeni vəziyyət və tamamilə yeni ideyaların
ortaya çıxması.
Köhnə dövrün ideyaları, baxmayaraq ki, yarıya qədər bərbad olmuş
vəziyyətdədir, hələ kifayət qədər güclüdür; onları əvəz edəcək ideyalar isə hələ
özünün təşəkkül dövründədirlər – bax, müasir dövrün keçici və anarxiya zamanı
olmasının səbəbi budur.
Bu cür, ixtiyarsız xaotik xarakterli dövrdən çıxmağın mümkünlüyünü
proqnozlaşdırmaq çox çətindir. Əvəz etmək üçün gələn yeni cəmiyyətin gətirdiyi
başlıca ideyalar necə olacaq? Biz bunu hələ bilmirik. Lakin indidən də görə bilirik ki,
öz təşkilatları olduğu zaman onlar yeni güclə, müasir dövrün sonuncu məlikəsi –
kütlənin qüdrəti ilə hesablaşmalı olacaqlar. Həmin güc bir çox ideyaların xarabalıqları
üzərində təşəkkül tapıb, vaxtilə həqiqi hesab edilən, indi isə ardıcıl inqilablar
nəticəsində dağılaraq yoxa çıxmış çoxlu güclərin, görünür, digərlərini də yox etməyə
hazırdır. Bütün qədim inanclarımızın tərəddüd etdiyi, cəmiyyətin köhnə sütunlarının
bir-birinin ardınca yıxıldığı zamanda, kütlənin qüdrəti özlüyündə yeganə gücü təmsil
edir, heç bir şey onu təhdid etmir və əhəmiyyəti də durmadan artır. Yeni qədəm
qoyan dövr həqiqətən də kütlə əsri olacaq.
Yüz il bundan əvvəl dövlətlərin ənənəvi siyasəti və hökmdarların bir-biri ilə
rəqabəti hadisələrin başlıca amilləri idi. Kütlənin rəyi hesaba alınmırdı, daha dəqiq
desək, o heç mövcud da deyildi. İndiki zamanda isə siyasi ənənələr, hökmdarların
şəxsi meylləri, rəqabətləri artıq hesaba alınmır və əksinə, kütlənin səsi üstünlük təşkil
etməyə başlayıb. Kütlə hökumətə özünü necə aparmağı diktə edir və o da elə ilk
növbədə onların arzularını yerinə yetirməyə çalışır. Millətlərin taleləri artıq
hökmdarların toplantılarında deyil, kütlənin qəlbində hazırlanır.
Xalq siniflərinin siyasi həyat səhnəsinə daxil olması, yəni əslində onların tədricən
idarəedici siniflərə çevrilmələri, bizim keçici dövrün ən görkəmli xarakterik
cizgilərindən biridir. Bu daxilolma əslində heç də ümumi səsvermə yolu ilə baş
downloaded from KitabYurdu.org


verməyib, uzun zaman idarəedici rol baxımından heç sərbəst də deyildi və kənar
təsirlərə də çox tez tabe olurdu. Kütlənin qüdrətinin artan yüksəlişi, ilk növbədə
məlum ideyaların yayılması yolu ilə genişlənir, tədricən şüurlarda yerləşib və sonra –
fərdlərin assosiasiyalarının tədricən təşəkkülü yolu ilə nəzəri mühakimələrin həyata
keçirilməsi məqsədi daşıyır. Assosiasiyalar yolu ilə kütlə öz maraqları üçün ideyalar
(əgər tam ədalətli olmasa da, bütün hallarda tamamilə müəyyən olunmuş)
hazırlamışlar və beləliklə də öz gücü barədə anlayış əldə edir. Kütlə sindikatlar təşkil
edir, qarşısında bütün hakimiyyətlər bir-birinin ardınca təslim olur və öz iş şəraitlərini
və əmək haqlarını idarə etməklə bağlı əmək birjaları qururlar. Kütlə hökumət
yığıncaqlarına, hər cür təşəbbüslərdən məhrum və hər şeydən öncə onları seçən
komitələrin əlində adi alət olan öz nümayəndələrini göndərirlər.
Hazırda kütlənin tələbləri daha qəti olmağa başlayıb. İş saatının qısaldılması,
mədənlərin, dəmiryollarının, fabriklərin müsadirə edilməsi, bütün ərzaqların bərabər
bölüşdürülməsi və sair – baxın, kütlənin tələbləri nədən ibarətdir.
Nəzəri düşüncələrə az meylli olan kütlə, qarşılığında fəaliyyət göstərməyə çox
meyillidir. Hazırkı təşkilatlarının sayəsində kütlə çox nəhəng bir güc əldə edib. Yenicə
doğulan ehkamlar, çox tezliklə köhnə ehkamların qüvvəsini, ali müstəbidlik gücünü
alacaqlar, onlar heç bir müzakirəni yaxın belə qoymurlar. Kütlələrin ilahi hüquqları,
kralların ilahi hüquqlarını əvəz etməlidir.
Müasir burjuaziyanın rəğbətindən yararlanan və onun bir neçə məhdud ideyasını
daha yaxşı ifadə etməyi bacaran yazıçıların, məhdud səthi skeptisizmi, bəzən həddən
artıq eqoizmi, gözlər önündə yaranan yeni növ gücün qarşısında özlərini itirir və
ağıllarda hökmranlıq edən “qarışıqlığa” hansı yollasa qalib gəlmək üçün kilsənin
mənəvi qüvvələrinə fədakarcasına çağırışlar edirlər, halbuki bir vaxtlar onlara xor
baxırdılar. Onlar elmin iflasından söz açır və Romadan olan günahkarlar kimi tövbə
etməyə başlayırlar və bizləri nazil olan həqiqətləri öyrənməyə səsləyirlər. Lakin bütün
bu “təzə dönmüşlər”, yaddan çıxarırlar ki, artıq çox gecdir! Yalançı möminlərin
silahlandığı, bu “təzə dönmüşlər” hətta İlahi onlara mərhəmət göstərsəydi belə, az
maraq doğuran məsələlərlə, qəlblər üzərində yenə də lazım olan hökmranlığı qazana
bilməzdilər. Kütlə artıq onların tanrılarını istəmir, yaxın vaxtlara kimi özləri də onlara
inanmır və hətta onları devirməyə belə kömək etmişlər. Elə bir ilahi və yaxud bəşəri
güc yoxdur ki, çayı öz mənsəbindən mənbəyinə tərəf geri axmağa məcbur etsin!
Elmdə heç bir iflas baş verməyib və indi nə ağıllarda gedən anarxiya, nə də həmin
anarxiyanın ortasında genişlənən və yaranmaqda olan yeni güclə bağlı onun heç bir
əlaqəsi yoxdur. Elm bizə həqiqəti və ya ən azından ağlımızın qavraya biləcəyi həmin
münasibətlərin biliklərini vəd edir, lakin heç vaxt nə sülh, nə də xoşbəxtlik vəd edir.
Hislərimizə qarşı tamamilə etinasız olan elm bizim şikayətlərimizi eşitmir. Ona
köklənməliyik, çünki onun seyrəltdiyi illüziyaları heç nə bizə
qaytarmayacaq.
Bütün millətlərdə müşahidə olunan ümumi simptomlar, kütlənin sürətlə öz
qüdrətini artırdığını göstərir və həmin qüdrətin tezliklə artmayacağı ilə bağlı heç bir
düşüncəni yaxın qoymur. Özü ilə nəsə gətirməsə də, biz onunla barışmalı olacağıq.
Onun qüdrətinə qarşı hər cür mühakimə və çıxışlar – boş sözlərdir. Əlbəttə,
mümkündür ki, kütlənin səhnəyə çıxışı Qərb sivilizasiyasının son mərhələlərindən
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə