Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

Birinci bölmə
KÜTLƏNİN RUHU
I fəsil
KÜTLƏNİN ÜMUMİ XARAKTERİSTİKASI. ONUN RUHİ BİRLİYİNİN PSİXOLOJİ
QANUNU
Psixoloji nöqteyi-nəzərdən kütləni təşkil edən nədir?
–Çoxsaylı fərdlərin bir araya toplanması kütlənin yaranması üçün kifayət deyil. –
İlahiləşdirilmiş kütlənin xüsusi xarakteri. – Kütləni təşkil edən fərdlərin ideya və
hislərinin təsbit edilməsi və şəxsiyyət olaraq özlərinin arxa plana keçməsi. – Kütlədə
həmişə qeyri-iradilik üstünlük təşkil edir. – Beyin yarımkürələrinin fəaliyyətinin
dayanması və onurğa beyninin üstünlük təşkil etməsi. – Əqli qabiliyyətlərin zəifləməsi
və hislərin tamamilə dəyişməsi. – Birlikdə kütləni təşkil edən dəyişilən hislər ayrı-ayrı
fərdlərə xas hislərdən, pis və yaxud yaxşı ola bilər. – Kütlə çox asan cinayətkar ola
bildiyi kimi, çox asan da qəhrəman ola bilir.
Milliyyətindən, peşəsindən və cinsindən həmin yığıncağın təsadüfənmi və ya
başqa səbəbdənmi yığışmasından asılı olmayaraq, “kütlə” sözü altında adi mənada
fərdlərin yığıncağı başa düşülür. Lakin psixoloji nöqteyi-nəzərdən həmin söz artıq
tamamilə başqa məna alır. Məlum şəraitdə – həm də yalnız belə şəraitdə – adamların
yığıncağı, onun heyətinə daxil olan ayrı-ayrı fərdlərinkindən fərqlənən tamamilə yeni
xüsusiyyət alır. Şüurlu şəxsiyyət yoxa çıxır, həm də hər bir fərdin hiss və ideyaları,
kütlə adlandırılan bir küll təşkil edən vahid eyni istiqamətə yönəlir. Əlbəttə,
müvəqqəti xarakter daşıyan və lakin olduqca müəyyən əlamətlər alan kollektiv ruh
təşəkkül tapır. Yığıncaq, belə hallarda, onu daha dolğun ifadə etməli olsam, vahid
varlığı təşkil edən və kütlənin ruhən birliyi qanununa tabe olan, təşkil olunmuş kütlə
və yaxud ilahiləşdirilmiş kütlə olur.
Heç şübhəsiz, çoxlu fərdlərin təsadüfən bir yerdə olması faktı kütlənin təşkil
olunmuş izdiham xarakteri alması üçün kifayət deyil; bunun üçün bəzi hərəkətverici
təsirlər gərəkdir və onların təbiətini müəyyən etməyə cəhd edəcəyik.
Şəxsiyyətin fərd olaraq arxa plana keçməsi və hiss və düşüncələrin məlum
istiqamətə səmt götürməsi – təşkilatlanmağa yol alan kütləni xarakterizə edən
başlıca əlamətlərdir – bir neçə fərdin hökmən və eyni zamanda bir yerdə olmasını
tələb etmir. Bir-birindən məsafəcə müxtəlif yerlərdə olan minlərlə fərdlərin məlum
anda eyni vaxtda bəzi güclü emosiyaların və ya hansısa böyük milli hadisənin təsiri
altında ilahiləşdirilmiş kütlənin bütün əlamətlərini əldə edə bilər. Hər hansı təsadüfi
bir hadisənin bu fərdləri bir araya gətirməsi yetərlidir ki, onların bütün hərəkətləri və
əməlləri kütlə xarakteri alsın. Məlum anlarda ruhlandırılmış kütləni yaratmaq üçün
hətta altı nəfər də kifayət edir, eyni zamanda başqa vaxtlarda, lazımi şərtlərin
downloaded from KitabYurdu.org


yoxluğunda yüzlərlə adam bir yerə toplaşsa da, oxşar kütləni yarada bilməz. Digər
tərəfdən, yığıncağı müvafiq mənada təsəvvür etmədən belə, bəzən məlum təsirlərin
altında bütöv bir xalq kütləyə çevrilə bilər. İlhamlanmış kütlə yarandıqdan sonra
müvəqqəti, lakin tamamilə aşkar görünən ümumi əlamətlər almağa başlayır. Bu
ümumi əlamətlərə, kütləni təşkil edənlərin və öz növbəsində onun ruhi tərkibini
dəyişdirməyi bacaran elementləri ilə müvafiq xüsusi elementlər də qoşulur.
Ruhlanmış kütlə məlum təsnifata məruz qala bilər. Sonra biz görürük ki, müxtəlif
növlü elementlərdən təşkil olunmuş müxtəlif formalı kütlə, az və ya çox dərəcədə
qohum elementlərdən (sekta, kasta və siniflər) təşkil olunub, yekcins kütlə ilə bir çox
oxşar, ümumi cizgilərə malikdir. Amma bu ümumi cizgilərlə yanaşı kəskin çıxış edən
xüsusiyyətlər də var ki, kütlənin hər iki növünü fərqləndirməyə imkan verir.
Kütlənin fərqli kateqoriyaları haqqında söz açmazdan öncə onun ümumi
cizgilərini öyrənməliyik və bir ailədə yaşayan bütün fərdlərdə mövcud olan ümumi
əlamətləri qeyd etməkdən başlayan və yalnız bundan sonra həmin ailənin növ və
cinsini fərqləndirməyə imkan verən hissələrə keçid edən bir naturalist kimi fəaliyyət
göstərməliyik.
Kütlənin ruhunu dəqiqliyi ilə təsvir etmək asan deyil, çünki onun təşkil olunması
yalnız irqə və yığıncağın tərkibinə uyğun olaraq dəyişmir, həm də bu yığıncağın tabe
olduğu təbiətə və onu həyəcanlandıran gücə müvafiq dəyişir. Yeri gəlmişkən, biz
ayrıca götürülmüş fərdi psixoloji cəhətdən öyrənməyə başlayarkən də belə bir
çətinliklə qarşılaşırıq. Ayrı-ayrı şəxslərin xarakterləri bütün ömrü boyu yalnız
romanlarda dəyişilməz qalır; əslində isə mühitin yekrəngliyi xarakterlərin yalnız
yekcinsliyi görüntüsünü yaradır. Başqa bir yerdə artıq qeyd etmişdim ki, hər bir
mənəvi təşkilat özündə xarakterin müəyyən təmayüllərini daşıyır, ətraf mühitdə qəfil
dəyişiklik baş verən kimi, onlar həmin anda öz mövcudluqlarını büruzə verirlər.
Məsələn, Konventin ən sərt üzvləri arasında tamamilə zərərsiz burjua nümayəndələri
var idi ki, adı şəraitdə çox yəqin ki, onlar notarius və yaxud hakim vəzifəsi tutaraq,
sadə, sakit vətəndaşlar kimi çalışardılar. Təhlükə sovuşan kimi, onlar yenidən normal,
sakit, burjua həyatlarına döndülər və Napoleon da özünə itaətkar qulluqçuları məhz
onların arasından tapa bildi.
Burada kütlənin təşkil olunmasının bütün dərəcələrini öyrənmək imkanı
olmadığından, daha çox artıq təşkil olunmuş kütləni öyrənməklə kifayətlənəcəyik.
Beləliklə, bu izahdan yalnız kütlə necə ola bilər, bu görünəcək, onun həmişə necə
olduğu yox. Yalnız kütlənin təşkilinin son fazasında irqin dəyişilməz və üstünlük təşkil
edən başlıca əlamətləri arasında yeni, xüsusi cizgiləri seçilməyə başlayır, hislərin və
düşüncələrin bir, eyni istiqamətə yönlənməsi baş verir və yalnız o vaxt yuxarıda
xatırlatdığımız kütlənin ruhi birliyini təmin edən psixoloji qanun öz gücünü aşkar edir.
Kütlənin xarakterinin bəzi psixoloji əlamətləri ayrı-ayrı fərdlərdə olduğu kimi
ümumidir; digərləri isə əksinə, yalnız tək ona xasdır və yalnız yığıncaqlarda rast
gəlinir. Biz onların mühüm əhəmiyyətini daha yaxşı aydınlaşdırmaqdan ötrü hər
şeydən əvvəl məhz həmin xüsusi əlamətlərə diqqət yetiririk.
Ruhlanmış kütlədə müşahidə olunan ən fövqəladə fakt aşağıdakıdır; təşkil edən
fərdlərin kimliyi, onların həyat obrazı, məşğulluğu, xarakter və ağlının necəliyindən
asılı olmayaraq, yalnız izdiham halını alması kifayətdir ki, onlarda hər birinin ayrılıqda
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə