Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

saatını göstərir. Yad elementlərin müdaxiləsi bu dağılmaya çatmaq üçün ən doğru
vasitələrdən birini təşkil edir.
– Psixoloji növlər də anatomik növlər kimi zamanın təsirinə məruz qalır. Onlar
həmçinin yaşlaşmağa və sönməyə məhkumdurlar. Həmişə çox ləng yaranan növlər,
əksinə çox sürətlə yox ola bilirlər. Reqressiv dəyişiklərə məruz qoymaq üçün, hansı ki,
nəticəsi çox vaxt tez məhv olmağa gətirib çıxarır, onların orqanlarının funksiyalarını
dərindən pozmaq kifayətdir. Müəyyən psixoloji xüsusiyyətləri qazanmaq üçün
xalqlara çox əsrlər lazım gəlir və onlar bəzən həmin xüsusiyyətləri çox qısa zamanda
itirirlər. Sivilizasiyaları ən yüksək pilləyə aparan yüksələn yol, həmişə çox uzun olur;
onları tənəzzülə aparan maillik isə çox vaxt olduqca qısa olur.
– Hansısa sivilizasiyanın təkamülü üçün başlıca amillərin sırasına xarakterlə
yanaşı ideyaları da qoymaq lazımdır. Onlar yalnız çox yavaş gedən təkamül
nəticəsində hislər kökündən dəyişildikdən sonra hərəkətə keçirlər. Həmin vaxt
etirazdan sığorta olunurlar və yoxa çıxmaları üçün olduqca uzun zaman tələb olunur.
Hər bir sivilizasiya az sayda olan, ümumqəbul olunmuş əsas ideyalardan təşəkkül
tapır.
– Dini ideyalar hansısa sivilizasiyanı idarə edən mühüm ideyalar arasında yerləşir.
Tarixi hadisələrin böyük əksəriyyəti bilavasitə dini inancların dəyişilməsi üzündən baş
verib. Bəşəriyyətin tarixi həmişə tanrıların tarixi ilə paralel gedib. Bu, bizim
arzularımızın uşaqları o qədər güclü hakimiyyətə malikdilər ki, hətta dünyanı
sarsıtmamaq üçün onların adı belə dəyişdirilə bilmir. Yeni tanrıların doğuşu həmişə
yeni sivilizasiyanın şəfəqlərinin başlanğıcını ifadə edir və yoxa çıxması isə
tənəzzülünü. Biz indi o tarixi mərhələdə yaşayırıq ki, müəyyən zaman üçün göylər boş
qalıb. Təkcə elə bu səbəbdən dünya dəyişilməlidir.
11 Ejen Melxior markiz de Voque – 1848-1910-cu illər fransız diplomatı, yazıçı-
səyahətçi, arxeoloq, mesanat, ədəbi tənqidşünas, Fransa Akademiyasının üzvü
II Kitab
KÜTLƏ PSİXOLOGİYASI
Ön söz
downloaded from KitabYurdu.org


Bundan əvvəlki əsəri biz irqlərin ruhunun təsvirinə həsr etdik; indi isə kütlənin
ruhunun öyrənilməsi ilə məşğul olaq.
Eyni irqin bütün fərdlərində irsən şərtlənən ümumi əlamətlər, həmin irqin
ruhunu təşkil edir. Lakin həmin fərdlərin məlum sayı fəaliyyətdə olan kütləni
formalaşdırır, müşahidələr göstərir ki, bir irqin bu cür yaxınlaşmasının nəticəsi yeni
psixoloji əlamətlər yaradır ki, onlar nəinki irqin xarakteri ilə uyğun gəlmir, çox vaxt
ondan əhəmiyyətli dərəcədə fərqlənir.
Təşkilatlanmış kütlə xalqların həyatında həmişə böyük rol oynayıb, lakin həmin
rol heç vaxt indiki qədər məhz bu dəqiqə üçün olduğu qədər mühüm əhəmiyyət kəsb
etməyib. Bizim dövrün başlıca xarakterik əlaməti kimi məhz fərdlərin şüurlu
fəaliyyətinin, kütlənin qeyri-iradi fəaliyyəti ilə əvəz olunmasıdır.
Mən kütlənin çətin problemlərini ancaq elmi üsullarla öyrənməyə cəhd etmişəm,
yəni düşüncə, nəzəriyyə və doktrinaları bir kənara qoyub, başqa metod tapmağa
çalışmışam. Güman edirəm bu, həqiqətin heç olmasa müəyyən hissəsini açmağa
kömək edən, xüsusilə də ağılları son dərəcə narahat edən məsələdə, yeganə üsuldur.
Hər hansı təzahürü öyrənməyə başlayan elm adamı, onun kəşflərinin təsir edə
biləcəyi maraqları diqqətə almağa ehtiyac duymamalıdır. Müasir mütəfəkkirlərdən
biri bu yaxınlarda belə bir mülahizə söyləmişdi, mən müasir məktəblərdən heç birinə
aid deyiləm, ona görə, bütün məktəblərin fikir və mülahizələrinə qarşı çox vaxt
müxalifətdə oluram. Mənim bu, yeni əsərim, çox güman ki, oxşar fikirlər doğuracaq.
Hər hansı bir məktəbə mənsub olmaq – onların bütün zehniyyət və fikirlərini hansısa
formada bölüşmək deməkdir.
Amma oxucularıma tədqiqatlarımda ilk baxışda gözlənildiyindən niyə bəzən özgə
nəticələrə gəlib çıxdığımı izah etməliyəm: məsələn, kütlənin əqli cəhətdən olduqca
aşağı səviyyədə olduğunu deyirəm, seçilmişlərin məclisini də hətta bura əlavə edirəm
və eyni zamanda məclislərin təşkilatlarına toxunmağın çox təhlükəli olduğunu da
bəyan edirəm.
Tarixi faktları diqqətli müşahidələrim, məni belə bir qənaətə gəlməyə məcbur
etdi ki, sosial orqanizmlər də bütün canlı varlıqların orqanizmləri kimi çox
mürəkkəbdir və onlarda dərin dəyişikliklər yaratmaq hökmümüzdə deyil. Təbiət
bəzən çox radikal təsir göstərir, lakin heç vaxt bizim başa düşdüyümüz mənada yox;
bax, böyük islahatların maniyası, nəzəri baxımdan nə qədər yaxşı olsa da, xalq üçün
niyə belə fəlakətlidir. Onlar yalnız bir halda, əgər bir anda xalqın ruhunu dəyişdirə
bilsəydilər, fayda gətirə bilərlər, lakin buna yalnız əlahəzrət zaman qabildir. İnsanları
ideyalar, hislər, adətlər, özümüzdə daşıdıqlarımız idarə edir. Təsisatlar və qanunlar
bizim qəlbimizin inikasıdır, bizim tələbatların təzahürləridir; buna görə də onlar
xalqların ruhunu dəyişdirə bilməzlər, çünki elə özləri xalqdan təşəkkül tapırlar.
Sosial hadisələrin öyrənilməsi xalqların tədqiqindən ayrılıqda gedə bilməz, hansı
ki, onlarda müşahidə edilir. Fəlsəfi baxımdan həmin hadisələr özlərini hətta mütləq
dəyər kimi təqdim edə bilərlər, lakin praktik anlamda onların dəyəri həmişə nisbidir.
Ona görə də hər hansı sosial hadisəni öyrənərkən, onlara məntiqi surətdə iki müxtəlif
yöndən baxmaq lazımdır. Beləliklə, təmiz şüurun diktə etdikləri çox vaxt praktik əqlin
nəsihətləri ilə birbaşa ziddiyyətdə olur şəraiti, daha aydın çıxış edir. Bu hər yerdə,
downloaded from KitabYurdu.org


hətta iş fizika ilə bağlı dəlillərə aid olanda belə, müşahidə olunur. Mütləq həqiqət
nöqteyi-nəzərindən kub və dairə özlüyündə qəti şəkildə məlum düsturlarla müəyyən
edilən dəyişilməz həndəsi fiqurları təmsil edirlər. Lakin gözlərimiz üçün həmin fiqurlar
ən müxtəlif forma ala bilirlər. Belə ki, perspektivdə kubu piramidaya və ya kvadrata,
dairəni isə ellips və ya hətta düz xəttə çevirmək olar və bu saxta formalar bizim üçün
real olanlardan daha əhəmiyyətlidir, çünki yalnız onları görürük, foto və ya təsvir
təkcə həmin formaları təkrar edə bilir. Real olmayanlar, bəzi hallarda hətta doğru
olandan da real ola bilir. Əşyaları yalnız dəqiq həndəsi formalarda təsəvvür etmək,
təbiətin təhrifi olardı və onu tanınmaz edərdi. Belə bir dünyanı təsəvvür edək, hansı
ki, sakinləri müxtəlif əşyaların yalnız fotosunu və şəklini çəkə bilirlər, onlara bilavasitə
toxunmağa isə imkanları olmur; həmin əşyaların formaları haqqında düzgün anlayış
formalaşdırmaq onlara çətin olardı. Yeri gəlmişkən, bu formalar yalnız az sayda elm
adamlarına əlçatandır, yoxsa onlar üçün bu, elə də xüsusi maraq doğurmazdı.
Sosial hadisələri öyrənən filosoflar həmişə yadda saxlamalıdırlar ki, nəzəri
əhəmiyyətlə yanaşı onlar üçün həm də praktiki dəyərlər də var və sivilizasiyaların
təkamülü nöqteyi-nəzərindən bu, sonuncu – yeganə, müəyyən əhəmiyyətə malik
olanıdır. Bu nöqteyi-nəzər, onu nəticə çıxararkən ehtiyatlı edir, görünür, bu ona
məntiq tərəfindən təlqin edilir. Lakin digər motivlər də onu öz rəylərində təmkinli
olmağa məcbur edir. Sosial faktların mürəkkəbliyi bundadır ki, onların hamısını eyni
anda əhatə etmək olmur və onların qarşılıqlı təsirlərini də öncədən görmək mümkün
deyil. Bundan əlavə, görünən faktların arxasında çox vaxt minlərlə görünməyən
səbəblər gizlənir. Sosial hadisələr isə nəhəng, qeyri-iradi əməyin nəticəsidir, böyük
hissəsi də bizim təhlilimiz üçün əlçatmazdır. Bu, görünən hadisələri bizə bəlli
olmayan, okeanın dibində gedən sarsıntıların onun səthində yaratdığı dalğalarla
müqayisə etmək olar. Kütlənin əksər əməllərini müşahidə edərkən görürük ki, bunlar
çox vaxt onun son dərəcə primitiv əqli səviyyəsinin ifadəçisi kimi xidmət edir. Lakin
elə vaxt da olur ki, kütlənin hərəkətləri idarə olunur, görünür sirli qüvvələr, qədimdə
tale, təbiət, ilahi qüvvə, indi isə ölülərin səsi adlandırılan qüvvələr tərəfindən idarə
olunur. Biz həmin qüvvələrin qüdrətli gücünü etiraf edə bilmirik, baxmayaraq ki,
onların mahiyyətindən xəbərsizik. Bəzən elə gəlir ki, millətin dərinliyində onların
hərəkətlərini idarə edən gizli qüvvələr var. Məsələn, xalqın dilindən daha mürəkkəb,
məntiqi və heyrətdoğurucu başqa nə ola bilər?
Giriş
KÜTLƏ ERASI
Müasir dövrün təkamülü. – Sivilizasiyaların böyük dəyişiklikləri xalqların
düşüncələrindəki təbəddülatların mahiyyətinin nəticəsidir. – Müasir inancın kütlənin
gücündə yeri. – O, dövlətin ənənəvi siyasətini kökündən dəyişdirir. – Ən ibtidai
siniflər necə çıxış edir və onların gücü necə aşkara çıxır. – Kütlə yalnız dağıdıcı rol
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə