Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

itələyəcək. Onlar da məşhur ixtiraçılar kimi keçmiş dövrlərdə toplanmışların
nəticələrini sintezləşdirirlər.
Lakin bu analogiyanı həddən ziyadə uzağa aparmaq lazım deyil. İxtiraçılar
sivilizasiyaların inkişafında mühüm rol oynayırlar, lakin xalqların siyasi tarixində
bilavasitə heç bir rolları yoxdur. Bəşəriyyətin ümumi nailiyyətləri hesab olunan bütün
mühüm ixtiralara görə (kotandan tutmuş teleqrafa qədər), minnətdar olduğumuz
görkəmli adamlar, dinlərin əsası və ya imperiyaların işğalları üçün vacib olan, yəni
tarixi gözəçarpacaq dərəcədə zahirən dəyişdirmək üçün lazım olan xarakter
keyfiyyətlərinə malik deyillər. Mütəfəkkir problemlərin mürəkkəbliyini çox aydın
görür, həmin problemlərdən heç olmasa birini təqib etməsi üçün o, nə vaxtsa dərin
inama sahiblənməli və səylərinə layiq çox az siyasi məqsədlər güdməlidir. İxtiraçılar
sivilizasiyaları zahiri görünüşünü dəyişdirə bilirlər; məhdud ağıllı, lakin enerjili -
xarakterə və güclü həvəsə malik fanatiklər yalnız dinlərin və imperiyalarını əsasını
qoya və kütlələri ayağa qaldıra bilərlər. Hansısa Amyenli Petrusun
10
çağırışı ilə
milyonlarla adam Şərqə can atmışdı, hallüsinasiyadan əziyyət çəkən Məhəmmədin
şöhrəti elə bir güc yaratmışdı ki, yunan-Roma dünyası üzərində təntənə qazana
bilmişdi; hansısa naməlum bir monax olan Lüter Avropanı alovun və qanın ağuşuna
atmışdı. Hansısa Qaliley və ya Nyutonun zəif səsini kütlə eşidə bilməzdi. Dahi
ixtiraçılar sivilizasiyaların inkişafını sürətləndirirlər. Fanatiklər və hallüsinasiyadan
əziyyət çəkənlər isə tarix yaradırlar.
Tarix reallıqda nədən ibarətdir, ən azından kitablardan tanış olduğumuz rəvayət
edilən o mübarizədənmi? Hansı ki insan aparır, ideal yaradır, ona təzim edir və sonra
da onu məhv edir, bundanmı? Lakin məgər, bu cür ideallar təmiz elm qarşısında,
səhrada hərəkət edən qumlar üzərində işığın yaratdığı ilğımdan daha yüksək dəyərə
malik ola bilərlərmi?
Lakin həmin ilğımlara bənzər hallüsinasiyadan əziyyət çəkən bəzi görkəmli
yaradıcılar dünyanı dərindən dəyişdirə bilmişlər. Qəbirlərinin dərinliyindən onlar hələ
də kütlələrin ruhunu öz düşüncələrinin əsarəti altında saxlayırlar. Onların rolunun
mühümlüyünü inkar edə bilmərik, lakin eyni zamanda unutmayaq ki, cəhd etdikləri işi
yalnız qeyri-iradiliklə, öz irqlərinin və zamanlarının hökmranlıq edən idealını
təcəssüm etdirmək üçün həyata keçiriblər. Xalqın arzularını həyata keçirmədən onun
rəhbəri ola bilməzsən. Musa Misir qamçısından əziyyət çəkən, illərlə qul olduqları
üçün azadlıq ruhunu qəlblərində daşıyan yəhudilərin gözündə elə azadlığın özünü
təcəssüm etdirirdi. Budda öz dövrünün sonsuz fəlakətlərini gördü və dində sevgi və
mərhəmətə ehtiyac olduğunu anlaya bildi. Dünya ümumi şəkildə bundan əziyyət
çəkirdi. Məhəmməd min yerə parçalanmış, bir-birinə düşmən kəsilən qəbilələri dinin
köməyilə xalqın siyasi birliyinə çevirməyə nail oldu. Artileriyaçı Napoleon o zaman
xalqın əsas əlamətlərini təşkil edən hərbi şöhrət, şan-şövkət və inqilabi təbliğat
idealını həyata keçirərək, on beş il ərzində ən çılğın macəralarla müşayiət olunan
səfərlə bütün Avropanı dolandırdı.
Nəhayətdə ideyalar, nəticə etibarilə onları həyata keçirən və yayan adamlar,
dünyanı idarə edirlər. Müdafiəçiləri arasında hallüsinasiyalardan əziyyət çəkənlərin
və etiqadlı insanların olması, bu, həmin andan onların təntənəsini təmin edir.
Gücünün hərəkətə keçməsi üçün onların həqiqət və ya yalan olmaları elə də böyük
downloaded from KitabYurdu.org


əhəmiyyət daşımır. Tarix göstərir ki, ən cəfəng ideyalar insanları daha çox
fanatikləşdirir və daha mühüm rol oynayırlar. Ən yalançı xəyallar üzündən dünya
indiyə kimi çox güclü sarsıntılara məruz qalıb: əbədi hesab olunan sivilizasiyalar
dağılıb, digərləri yaranıb. Dünya yoxsul ruhlara məxsusdur, lakin bir şərtlə ki, onlar
dağları yerindən oynadan kor-koranə imana malik olsunlar. Filosoflar nəyinsə məhvi
üçün özlərini əsrlərlə buna sərf edirlər, halbuki dərin etiqadlı insan bunu bir gündə
yarada bilir, buna görə onun qarşısında baş əyməlidirlərmi? Həmin dərin etiqadlılar
sanki dünyanı idarə edən gizli qüvvələrin tərkibində iştirak edirlər. Onlar tarix
tərəfindən qeydə alınmış ən mühüm hadisələrin yaradıcılarıdırlar.
Şübhəsiz, fanatiklər yalnız xülyalar yayırdılar, eyni zamanda qorxulu,
yoldançıxaran və boş xülyalar. Bəşəriyyət indiyədək bunları çox görüb, şübhəsiz ki
bundan sonra da görməkdə davam edəcək. Onlar yalnız kölgədir, lakin onlara hörmət
etmək lazımdır. Onların sayəsində atalarımız ümidin nə olduğunu öyrənmiş və həmin
kölgələrin ardınca aparılan qəhrəmancasına və şiddətli mübarizə bizləri ibtidai
barbarlıqdan çıxararaq, indiki zamanda olduğumuz məntəqəyə gətirib, çıxarıb.
İllüziyalar sivilizasiyaların inkişafında demək olar ki, bütün amillərdən ən qüvvətli
olanlarıdır. İllüziyalar ehramları meydana gətirmiş və beş min il ərzində Misiri azman
heykəllərlə örtmüşlər. İllüziyalar əsrlərin ortasında bizim nəhəng kilsələri ucaltmışlar
və Qərbi işğalların fiksiyası üçün Şərqə hücum etməyə məcbur etmişlər. İllüziyaların
təqibi ilə dinlərin əsası qoyulmuş və onların sayəsində bəşəriyyətin yarısını özlərinə
tabe etdirə bilmişlər, ən nəhəng imperiyalar da elə onlar tərəfindən yaradılmış və
məhv edilmişlər. Bəşəriyyət öz səylərinin çoxunu həqiqəti təqib etməkdən daha çox,
yalanların ardınca getməyə sərf etmişdir. Təqib etdikləri xülyalar onları məqsədlərinə
çatdırmadı, lakin bu təqib zamanı o, heç axtarmadığı bir tərəqqiyə çatdı.
9 1790-cı ilin martında baş vermiş fransız inqilabından sonra təşkil olunmuş 83
departamentdən biri, orada 1793-cü ildə Jak Katelinin başçılığı altında əksinqilabi
qiyam baş qaldırıb.
10 Xristian zahidi, ilk xaç yürüşlərinin ilhamvericisi və təşkilatçısı
Dördüncü bölmə
İRQLƏRİN XARAKTERİNİN DAĞILMASI VƏ ONLARIN TƏNƏZZÜLÜ
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə