Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

nəticə etibarilə, həmişə güclü təəssüratlar oyadır. Orta əsrlərdəki cənnət və
cəhənnəm kimi sözlər, hər şeyə cavab verməyi bacaran sehrli gücə malik və sadə
insanlara hər şeyi izah edən, o cür qısa sözlərdən hesab olunur. Sosializm sözü -
özlüyündə, müasir fəhlə üçün insan qəlbinə hökmranlıq etməyə qabil sirli sintetik
düsturlardan biri kimi özünü təqdim edir. Daxil olduğu mühitdən asılı olaraq müxtəlif
obrazlar doğurur, hətta başlanğıc halında olmasına baxmayaraq, o, adətən çox güclü
təsir edir.
Fransız nəzəriyyəçi üçün “sosializm” sözü cənnət təəssüratı yaradır, orada bütün
insanlar bərabərdir, ədalətlidir, xeyirxahdır və hami işçi olduqdan sonra dövlətin
himayəsi altında ideal xoşbəxtlikdən zövq alacaqlar. Alman fəhlə üçün isə təsvir
edilən obraz siqaret çəkilən meyxana şəklində canlanır, orada hökumət hər
ziyarətçiyə turşuya qoyulmuş kələmdə nəhəng sosiska piramidası və sonsuz sayda
pivə parçı təklif edir. Aydındır ki, turşuya qoyulmuş kələm və bərabərlik haqda arzular
quran həmin xəyalpərəstlərdən heç biri bölünməli olan şeylərin həqiqi qiyməti və
yaxud həmin bölgüdə iştirak edənlərin sayını öyrənməklə bağlı özünə əziyyət
verməyib. Həmin ideyanın özəlliyi ondadır ki, o, qəti şəkildə təsir edir və qarşısında
istənilən etiraz gücsüzdür.
İdeya tədricən hissə çevrildikdən və ehkam olduqdan sonra, təntənəsi uzun dövr
üçün artıq təmin edilir və onu sarsıtmağa yönələn bütün cəhdlər uğursuzluğa
məhkumdur. Şübhəsiz, yeni ideyanı da sonda özündən əvvəlkilərin aqibəti gözləyir.
Bu ideya da köhnələcək və tənəzzülə uğrayacaq; lakin tamamilə yararsız olana qədər
bir çox reqressiv dəyişikliklərə və anlaşılmaz təhriflərə məruz qalacaq və həyata
keçirilməsi üçün çoxlu nəsillər tələb olunacaq. Tam yox olmazdan əvvəl o, uzun
müddət köhnə irsi ideyaların bir hissəsini təşkil edəcək, hansılar ki, xurafat
adlandırılır, amma biz onlara hörmətlə yanaşırıq. Köhnə ideya hətta söz, səs, ilğımdan
o yana keçmədiyi vaxtlarda belə, yenə bizi öz təsirinə sala biləcək qədər ovsunlayıcı
gücə malik olur.
Ömrünü başa vurmuş ideyalar, fikirlər, şərtiliklərdən ibarət köhnə miras özünü
bax, bu cür qoruyub saxlayır. Biz onları ehtiramla qəbul edirik, amma əgər ağlımıza
onları tədqiq etmək fikri düşsəydi, kiçik bir tənqidə belə dözə bilməzdilər. Öz şəxsi
düşüncələrindən baş çıxarmağı bacaran adamlar və ən səthi tədqiqatdan sonra belə,
onların qarşısında dayana biləcək düşüncələr kifayət qədərdimi?
Ən yaxşısı bu qorxulu tədqiqatlara baş vurmamaqdır. Xoşbəxtlikdən, biz buna az
meyilliyik. Tənqidə qabil ruh ali, çox nadir keyfiyyətdir, halbuki o, təqlidçi şüur kimi
özlüyündə olduqca geniş yayılmış qabiliyyətdir: adamların böyük çoxluğu ictimai
rəyin ona çatdırdığı və tərbiyələndirdiyi bütün oturuşmuş ideyaları tənqidsiz qəbul
edirlər.
Beləliklə, irsiyyət, tərbiyə, mühit, təqlidçilik və ictimai rəy vasitəsilə hər bir əsrin,
hər bir irqin adamları orta anlayışların məlum yekununu alırlar, bu onları bir-birinə
oxşar edir, özü də o dərəcədə ki, əsrlərin ağırlığı altına düşürlər və bədii, fəlsəfi və
ədəbi əsərlərdən biz onların yaşadığı dövrü öyrənə bilirik. Əlbəttə, hamısının
tamamilə bir-birinin eyni ilə oxşarı olduğunu söyləmək mümkün deyil; amma
aralarındakı ümumilik – oxşar hissetmə və düşünmə qabiliyyətləri – bir zərurət kimi
ortaya çıxdığından, olduqca yaxın əsərlərin yaranmasına gərib çıxarıb.
downloaded from KitabYurdu.org


İşlərin belə olduğuna sevinmək lazımdır, başqa cür ola da bilməz; zira məhz bu,
ümumi ənənələr, ideyalar, hislər, inanclar, düşüncə qabiliyyətləri kimi ümumi şəbəkə,
xalqların ruhunu təşkil edir. Sözügedən şəbəkə nə qədər möhkəmdirsə, həmin ruhun
bir o qədər çox dayanıqlı olduğunu biz artıq gördük. Əslində, milləti yalnız və yalnız
bir tək o, qoruyur, həmin millətlərin bir andaca yox olmasına imkan vermir. Bu, eyni
vaxtda onların əsil gücünü və əsil hökmranlığını göstərir. Bəzən asiya monarxlarını öz
fantaziyalarından başqa heç nəyi rəhbər tutmayan müstəbid kimi təsəvvür edirlər.
Əksinə, həmin fantaziyalar fövqəladə dərəcədə məhdud həddə olur. Bu ənənələr
şəbəkəsi xüsusilə Şərqdə çox möhkəmdir. Bizlərdə həddən artıq sarsıdılmış dini
ənənələr, Şərqdə öz gücünü qoruyub saxlayıb və ən şıltaq müstəbid belə, həmin
ənənələri və ictimai rəyi – onun özündən də qüvvətli olan bu iki hakimi – heç vaxt
təhqir etməyə yol etməz.
Müasir sivil insan öz tarixinin ən böhranlı mərhələlərindən birini yaşayır, belə ki,
onun sivilizasiyasının təşəkkül tapdığı köhnə ideyalar artıq öz hökmranlığını qeyb
ediblər, yeni ideyalar isə hələ yaranmayıb, ona görə də tənqidə dözümlü münasibət
var. Ona lazımdır ki, xəyalən qədim sivilizasiyalar dövrünə keçid etsin və ya bir neçə
əsr geriyə qayıtsın ki, o zamankı adət və ictimai rəyin necə olduğunu başa düşsün və
öyrənsin ki, bu iki qüvvəyə hücum üçün yenilikçi nə qədər böyük mənəvi cəsarətə
malik olmalıdır. Cahil boşboğazların fikrinə görə, yunanlar azadlıqdan zövq alıblarmış,
həqiqətdə isə onlar ictimai rəyin və adətlərin əsarətində olublar. Hər bir vətəndaş
qəti şəkildə sarsılmaz inanclar şəbəkəsi ilə əhatə olunmuşdu; hamı tərəfindən qəbul
olunmuş ideyalara qarşı kimsə nəinki çıxa bilər, hətta bu haqda heç düşünə də
bilməzdi və hamı onlara etirazsız itaət edirdi. Yunan dünyası nə dini, nə şəxsi həyatda
azadlıq tanıyırdı, orada, ümumiyyətlə, heç bir azadlıq yox idi. Afina qanunları
vətəndaşlara hətta xalq yığıncaqlarından kənarda yaşamağa və ya milli dini
bayramlarda iştirakdan yayınmağa belə imkan vermirdi. Qədim dünyanın yalnız xəyali
azadlığı var idi və bu səbəbdən vətəndaş tam köləliyə əsaslanan mükəmməl formada
olan şəhər əsarətinin boyunduruğu altında idi. Ümummüharibə vəziyyətində yaşayan
o zamankı dünyada, düşüncə və sərbəst hərəkət etmək azadlığı olan cəmiyyət bir gün
də yaşaya bilməzdi. Tanrılar üçün tənəzzül əsri, təsisatlar və ehkamlar üçün tənəzzül
günü onların tənqid olunduğu andan başlanır.
Adətlər və ictimai rəy üçün təməl rolunu oynayan köhnə ideyalar müasir
sivilizasiyalarda demək olar ki, məhv edilib, nəticədə onların ruh üzərində hakimiyyəti
çox zəifləyib. Nə vaxtkı köhnə ideya artıq xurafat vəziyyətinə keçir, onlar dağılma
dövrünə daxil olurlar. Yeni ideyalar onları əvəz etməyənə qədər, ağıllarda anarxiya
hökmranlıq edəcək. Tənqidə dözümlü münasibət də məhz, elə həmin anarxiyanın
sayəsində mümkün olur. Yazıçılar, mütəfəkkirlər və filosoflar hazırkı əsrə xeyir-dua
verməli və ondan bəhrələnməyə tələsməlidirlər, çünki belə bir imkan bir daha əlimizə
düşməyəcək. Bu, ola bilsin, tənəzzül əsridir, amma tarixin ən nadir anlarından biridir,
orada düşüncələr azaddır. Yeni ehkamlar, çox tezliklə təşəkkül tapacaqlar, onlar da
təsdiq olunduqdan sonra özlərindən əvvəlkilər tək heç bir tənqidi qəbul etməyəcək
və buna dözümlülük nümayiş etdirməyəcəklər.
Müasir insan hələ də gələcək quruluşa təməl olaraq xidmət edə biləcək yeni
ideyalar axtarışındadır və elə bunun özündə onun üçün bir təhlükə gizlənir. Xalqların
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə