Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

ki, bu nədir, sadəcə onu qəbul etdikləri üçün müdafiə edirlər. Bu zaman yeni ideya
daha tez-tez müzakirə olunmağa başlayır, yəni əslində biriləri tərəfindən şərtsiz qəbul
olunur, digərləri tərəfindən isə rədd edilir. Təsdiq və rəddetmələr, bir az da
arqumentlərlə mübadilə gedir, belə ki, bunlar böyük insan çoxluğu tərəfindən yeni
ideyanın qəbul olunması və ya rədd edilməsi üçün yeganə motiv olaraq, hislərin
motivi kimi çıxış edə bilmir, burada düşüncə heç bir rol oynamır.
Bu, həmişə coşqun müzakirələrin sayəsində ideyalar olduqca yavaş inkişaf edir.
Onun etirazlara səbəb olduğunu görən yeni nəsil, yalnız elə bu səbəbdən həmin
ideyanı qəbul etməyə meylli olurlar. Həmişə müstəqilliyə can atan gənclik üçün qəbul
olunmuş ideyalara qarşı bütünlüklə müxalifətdə olmaq, ona öz orijinallığını nümayiş
etdirməkdən ötrü ən əlçatan forma kimi görünür.
Beləliklə, ideya genişlənməyə başlayır və çox tezliklə o, hər hansı bir dəstəyə
ehtiyac duymayacaq. Artıq o, indi hər yerdə yalnız imitasiya, yoluxma yolu ilə, bu kimi
qabiliyyətlər vasitəsilə yayılmağa başlayacaq, adamlar da insanabənzər meymunlar
kimi bu sahədə eyni dərəcədə istedada malikdilər.
Yoluxma mexanizminin işə düşdüyü vaxtdan ideya onu çox tezliklə uğura
çatdıracaq mərhələyə daxil olur. Çox tezliklə o, ictimai rəy tərəfindən qəbul edilir.
Bundan sonra o, bütün ağılları fəth edən nüfuzedici və öhdəsindən gəlinə bilməyəcək
bir gücə çevrilir, həm də xüsusi bir atmosfer, ümumi düşüncə tərzi yaradır. Hər yerə
keçməyi bacaran ən kiçik toz hissəcikləri təki, o, məlum dövrün bütün anlayışlarına və
ruhi məhsullarına çökəcək. İdeya və ondan çıxan nəticələr həmin vaxt bizlərə tərbiyə
vasitəsilə qəbul elətdirilən irsi bayağılıq ehtiyatının bir hissəsini təşkil edir. O, artıq
qalib gəlib və hislər sahəsinə daxil olub ki, bu da onu uzun müddət üçün hər cür
müdaxilədən mühafizə edir.
Sivilizasiyaya rəhbərlik edən müxtəlif ideyalardan bəziləri, məsələn, incəsənətə
və ya fəlsəfəyə aid olanlar, yuxarı qatlarda qalır; digərləri, xüsusilə də dini və siyasi
anlayışlara aid olanlar, bəzən kütlənin dərinliyinə enir. Sonuncular ora adətən çox
təhrif olunmuş halda gəlib çatırlar, lakin elə ki, ora keçməyə müvəffəq oldular,
onların malik olduqları güc, geridə qalmışlar, düşünməyə qadir olmayanlar üzərində
nəhəng qüvvəyə çevrilir. İdeya həmin vaxt özlüyündə bir məğlubedilməzlik təşkil edir
və nəticədə güclü axın kimi yayılmağa başlayır ki, qarşısında heç bir maneə dayana
bilmir. Elə o zaman həmin böyük hadisələr baş verir ki, tarixi çevrilişlərə gətirib çıxarır
və yalnız kütlə tərəfindən həyata keçirilir. Nə yeni dinlər, nə bir yarımkürədən
digərinə qədər uzanan, dünyanı idarə edən nəhəng imperiyalar, nə də, Avropanı
yerindən oynadan böyük dini və siyasi inqilablar, elm adamları, sənətkarlar, filosoflar
tərəfindən yaradılmayıb, həyata keçirilməyib, onlar məlum ideya ilə kifayət qədər
yüklənmiş və onun yayılması üçün öz həyatlarını belə qurban verməyə hazır olan
insanlar tərəfindən yaradılıb, həyata keçiriliblər. Nəzəri olaraq çox əhəmiyyətsiz, lakin
praktikada çox güclü baqajla Ərəbistan çöllərinin köçəriləri qədim yunan-Roma
dünyasının bir hissəsini ələ keçirdilər və tarixin indiyə qədər tanıdığı ən böyük
imperiyalardan birini yaratdılar. Elə oxşar əxlaqi baqajla, ideyaya sadiq olan
qəhrəman Konvent əsgərləri Avropanın silahlı koalisiyasının hücumlarını qətiyyətlə
dəf edə bilmişdilər.
downloaded from KitabYurdu.org


Güclü əqidə, özü təki güclü əqidə ilə rastlaşmayana qədər yenilməzdir: sonuncu
birinci üzərində qələbə çalmaq üçün müəyyən şans daxilində mübarizə apara bilər.
İnam üçün inamdan daha ciddi düşmən yoxdur. O, qələbəyə əmindir, fiziki qüvvə
hansı ki, ona qarşı qoyulur, zəif hislərə və zəifləmiş etiqadlara xidmət edir. Lakin nə
vaxt ki, o, eyni gücdə inamla üzbəüz gəlir, mübarizə daha gərgin xarakter alır və
həmin vaxt uğuru daha çox mənəviyyatla bağlı təsadüfi hallar, intizam ruhu və əla
təşkilatçılıq həll edir. Elə indi söz açdığımız ərəblərin tarixi ilə daha yaxından tanış
olduqda, müşahidə etdik ki, ilk qələbələrində, həmin qələbələr isə həmişə ən çətini,
ən mühümü olur, onlar mənəvi cəhətdən ən zəif rəqiblə qarşılaşmışlar, baxmayaraq
ki, onların hərbi təşkilatı çox yüksək idi. Öncə ərəblər öz silahlarını Suriyaya qarşı
yönəltdilər. Orada qarşılarına muzdlulardan təşkil olunmuş və özlərini kimin üçünsə
və ya hər hansı bir iş üçünsə qurban verməyə hazır olmayan bizans döyüşçüləri
çıxdılar. Güclərini on qat artıran canlı imanla ruhlanmış ərəblər, qarşılarındakı idealsız
dəstələri, vaxtilə bir ovuc yunanın vətən sevgisi ilə ruhlanaraq Kserksin çoxsaylı
qoşunlarını seyrəltdikləri kimi darmadağın etdilər. Əgər, hadisələr bir neçə əsr əvvəl
baş versəydi, nəticə tamamilə başqa cür olardı, onlar roma kaqortaları ilə
qarşılaşardılar. Tarix çoxsaylı nümunələr əsasında təsdiq edir ki, eyni qüdrətdə olan
mənəvi güclər bir-biri ilə qarşılaşanda, həmişə daha yaxşı təşkil olunanı qalib gəlir.
Vandeylilər
9
yəqin ki, olduqca güclü inama malik olublar; bu adamlar çox güclü
etiqad sahibi idi; digər tərəfdən, Konventin əsgərləri də həmçinin çox israrlı inam
sahibi olublar və hərbi cəhətdən daha yaxşı təşkil olunduqlarından məhz onlar qalib
gəliblər. Siyasətdə olduğu kimi, dində də uğur həmişə dindarların tərəfində olur,
skeptiklərin tərəfində yox. Əgər sosialistlərin təlimlərinin kamala yetməməsinə
baxmayaraq indiki zamanda kimlərsə gələcəyin sosialistlərə aid olduğunu güman
edirlərsə də, bu yalnız sosialistlərin öz ideallarının xilasediciliyinə qızğın inamlarından
irəli gəlir. Müasir dövrdə idarə edən siniflər öz fəaliyyətlərinin səmərəliliyinə inamı
itiriblər. Onlar heç nəyə inanmırlar, hətta hər tərəfdən əhatə olunduqları
barbarlardan gözlənilən hədələrdən müdafiə oluna biləcəklərinə belə.
Hər hansı bir ideya az və ya çox zaman ərzində dolaşdıqdan, yenidən işləndikdən,
təbliğatdan sonra müəyyən forma almaqla kütlənin ruhuna hakim kəsilirsə, onda o,
mübahisə doğurmayan mütləq həqiqətə, ehkama çevrilir. O, xalqların mövcud
olmasını təmin edən həmin ümumi inamın bir hissəsini təşkil edir. Universal xarakteri
ona həmin vaxt üstün rol oynamağa imkan verir. Avqust və yaxud XIV Lüdovik öz
əsrləri kimi möhtəşəm tarixi dövrlərdən, sərgərdanlıq və müzakirə mərhələlərindən
keçib, təsdiq olunmuşdular, insanların düşüncələrinin əsas hökmdarlarına
çevrilmişdilər. Həmin vaxt bir növ işıq verən mayaka çevrilirlər və öz şölələrində
işıqlandırdıqları hər bir şey onların rəngini alır.
Yeni ideya dünyada bərqərar olduqdan sonra, o, sivilizasiyanın kiçik
elementlərinə öz möhürünü vurur; lakin bu ideyanın öz izini hər yerdə göstərməsi
üçün, onun kütlənin ruhuna hakim kəsilməsi gərəkdir. İntellektual zirvədən, harda ki,
ideya daha tez-tez orada doğulur, qatdan qata düşür, aramsız dəyişilir və şəkildən
şəklə düşür, xalqın ruhundan ötrü əlçatan olmayana qədər forma almır, hansı ki, elə
ona zəfər hazırlayır. Bu zaman o, bir neçə sözlə ifadə oluna bilir, bəzən hətta bir
sözlə, amma həmin söz parlaq obrazlar doğurur, bəzən cazibədar, bəzən qorxulu və
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə