Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

1 abolisionizm – hər hansı bir qanunun ləğvinə çalışan ictimai hərəkat
2 600 nəfərdən ibarət qoşun dəstələri
3 naxışlı sütun
4 qədim Yunanıstanın bir vilayətinin adı
5 qədim Yunanıstanda vilayət
6 memarlıqda sütun başlığı
7 Kuşan çarlığı 78-123-cü illər
8 Madhay-Pradeş ştatında şəhər
Üçüncü bölmə
İRQLƏRİN PSİXOLOJİ ƏLAMƏTLƏRİ NECƏ DƏYİŞİR
I fəsil
SİVİLİZASİYALRIN İNKİŞAFINDA İDEYALARIN ROLU
İstənilən sivilizasiyada rəhbər ideyalar həmişə elə də çox olmur. – Onların
təşəkkülü və yox olmasının müstəsna astagəlliyi. – İdeyalar davranışa yalnız hislərə
çevrildikdən sonra təsir göstərə bilir. – Onlar o vaxt xarakterin yaranmasında iştirak
edirlər. – İdeyaların inkişafının ləngliyi, sivilizasiyaların məlum dayanıqlığını təmin
edir. – İdeyalar necə meydana çıxır. – Düşüncələr kütlələrə əhəmiyyətsiz təsirə
malikdilər. – Özünütəsdiq və nüfuzun təsiri. – Etiqadçılar və həvarilərin rolu. –
Sınaqdan keçirilən ideyalar kütləyə ötürülən zaman təhrif olunur. – Hamı tərəfindən
qəbul edilən ideya çox tezliklə sivilizasiyaların bütün elementlərinə təsir göstərir. –
İdeyaların ümumiliyi sayəsində hər bir əsrin insanları məlum orta anlayış ehtiyatına
malikdilər, bu onları düşüncə və işlərində çox eyniləşdirir. – Bu olduqca böhranlı
mərhələdir – fikirlərin iddiası zamanı dözümlü olmaq üçün yeganə vasitədir. –
Ehkamçılar yalnız tənqidin olmadığı yerdə duruş gətirə bilirlər. – Sivilizasiyalarını
dəyişməyə məcbur olan xalqlar, öz ideya və ehkamlarını həmin saatdaca dəyişdirə -
bilmirlər.
İrqlərin psixoloji əlamətlərinin böyük dayanıqlığa malik olduğunu və bu
əlamətlərin nəticəsi olaraq xalqların tarixlərinin yarandığını göstərib, əlavə etdik ki,
psixoloji elementlər də anatomik elementlər kimi sonda yavaş-yavaş toplanaraq, irsi
ehtiyatları təşkil edirlər. Həmin dəyişikliklərin böyük hissəsi sivilizasiyaların
inkişafından asılıdır.
downloaded from KitabYurdu.org


Psixoloji dəyişikliklər yaratmağa qabil amillər olduqca rəngarəngdir. Tələbatlar,
mövcud olmaq uğrunda mübarizə, məlum mühitin təsiri, elm və sənaye sahəsində
uğurlar, tərbiyə, inanclar və sair bu sıraya daxildir. Onların öyrənilməsinə tam bir cildi
həsr etmişəm və indi həmin predmeti təfərrüatı ilə danışmayacağam, sözügedən
mövzuya yalnız onların hərəkət mexanizmini göstərmək üçün qayıdacağam, bu və
növbəti fəsil həmin psixoloji dəyişikliklərə həsr olunacaq.
Dünyanın yaranışından bir-birini əvəz etmiş müxtəlif sivilizasiyaların tədqiqi
göstərir ki, onların inkişafında həlledici rol həmişə çox az sayda əsas ideyalara məxsus
olub. Əgər xalqların tarixi onların ideyalarının tarixi ilə müəyyən olunsaydı, onda o,
heç vaxt bu qədər uzun olmazdı. Əgər hansısa sivilizasiya bir və ya iki əsr ərzində
incəsənət, elm, ədəbiyyat və fəlsəfə sahəsində əsas ideyalar yaratmağa nail ola
bilsəydi, ona olduqca parlaq bir sivilizasiya kimi baxmaq olardı.
Artıq bizə məlumdur ki, hər hansı bir sivilizasiyanın inkişafı başlıca olaraq,
xarakterdən, yəni xalqın irsi hislərindən asılıdır, hansı ki, sivilizasiyanı yaradıb. Biz
həmçinin gördük ki, həmin irsi hislər möhkəm dayanıqlığa malikdilər və onlar yalnız
nəhayətdə müxtəlif amillərin təsiri altında dəyişilə bilirlər. Həmin amillər arasında ən
sonuncu yerə ideyaların təsirini qoymaq lazımdır.
Lakin ideyalar xalqların ruhlarına əsl təsirini, yalnız onların olduqca ahəstə
istehsalından, düşüncələrin mütəhərrik sahəsindən, hislərin möhkəm, qeyri-iradi
sahəsinə düşməsindən sonra göstərə bilərlər, orada bizim əməlimizin motivləri
hazırlanır. Onlar həmin an müəyyən mənada xarakterin bir hissəsini təşkil edirlər və
onun davranışına təsir göstərə bilirlər. Həmin ideyalar çox yavaş, uzun sürən bir
prosesdən keçdiklərindən, əhəmiyyətli gücə malik olurlar, çünki şüur onlar üzərində
hökmranlığını itirir.
Nə qədər əsaslı olsa belə, üzərində istər dini, istərsə də digər hansısa ideya
hökmranlıq edən inamlı insan, onu müzakirə etməyə belə qalxmayacaq. Onun cəhd
edə biləcəyi yeganə şey, süni əqli üsullar və ya çox vaxt da fikirlərini rədd edən böyük
təhriflər yolu ilə üzərində hökmranlıq edən anlayışlar dairəsini sınaqdan keçirə
bilməsi ola bilər.
Əgər ideyalar yalnız şüurlu sahədən tədricən, yavaş-yavaş qeyri-iradi sahəyə
enişdən sonra təsir göstərə bilirsə, onların hansı ləngliklə dəyişilə biləcəklərini, eləcə
də hansısa sivilizasiyada idarəedici ideyaların niyə bu qədər azsaylı olduğunu və öz
inkişafı üçün niyə bu qədər çox zaman tələb etdiyini başa düşmək, elə də çətin deyil.
Bunun belə olmasına sevinməliyik, əks təqdirdə sivilizasiyalar heç bir dayanıqlığa
malik olmazdılar. Xoşbəxtlik həm də ondadır ki, yeni ideyalar sonda özlərini qəbul
etdirməyi bacarırlar, belə olmasaydı, onda köhnə ideyalar tamamilə dəyişilməz qalar
və sivilizasiyalar da heç bir tərəqqiyə nail ola bilməzdilər. Psixoloji dəyişikliklər ləng
getdiyindən, bunun üçün çoxlu insan nəsli lazım gəlir, köhnələrin yox olması və yeni
ideyaların təntənəsi üçün isə bundan da çox insan. Ən sivil xalqlar həmin idarəedici
ideyalara söykənərək, dəyişkənlik və sabitlikdən bərabər məsafə saxlaya biliblər.
Tarix bu tarazlığı qoruyub saxlaya bilməyənlərin qalıqları ilə döşənib.
Beləliklə, indi daha asan başa düşmək olur ki, niyə xalqların tarixləri öyrənilən
zaman onların ideyalarının zənginliyi və yeniliyi deyil, əksinə, həmin ideyaların ifrat
yoxsulluğu, dəyişikliklərin çox ləng gedişi və malik olduqları hökmranlıqları bizləri
downloaded from KitabYurdu.org


heyrətləndirir. Sivilizasiyalar bəzi başlıca ideyaların nəticəsi olaraq meydana çıxır;
həmin ideyalar təsadüfən dəyişdiyi zaman, onlardan qidalanan sivilizasiyalar da
tezliklə dəyişilməyə məhkumdular.
Orta əsrlərdə iki əsas ideya ilə yaşayırdılar: dini və feodal. Bu iki ideyadan onların
incəsənəti, ədəbiyyatı və həyat haqqında anlayışları törəyirdi. İntibah dövründə bu iki
ideya bir qədər dəyişikliyə uğrayır; qədim yunan-latın dünyasında tapılan ideal
Avropa tərəfindən qəbul edilir və tezliklə həyat, incəsənət, fəlsəfə və ədəbiyyat
haqqında anlayışlar kökündən dəyişilməyə başlayır. Sonra əfsanənin nüfuzu tərəddüd
etməyə başlayır, elmi həqiqətləri tədricən aşkar həqiqət əvəz edir və sivilizasiya
yenidən dəyişilir. Müasir zamanda köhnə dini ideyalar öz səlahiyyətlərinin böyük
hissəsini aşkar şəkildə itirmişlər və tək bircə bunun nəticəsində tamamilə ona
söykənən bütün ictimai təsisatların başı üzərini yıxılmaq təhlükəsi alıb.
İdeyaların təşəkkülünün tarixi, onların hökmranlığı, ömürlərini başa vurması,
islahatı və yox olub getməsi, yalnız çoxsaylı nümunələrlə təsdiq edildiyi zaman qəti
şəkildə izah oluna bilər. Əgər biz detallara vara bilsəydik, onda göstərə bilərdik ki,
sivilizasiyanın hər bir elementi: fəlsəfə, din, incəsənət, ədəbiyyat və s. inkişafı
fövqəladə dərəcədə ləng gedən çox az sayda idarəedici ideyalara tabedir. Elmlər
özləri bu qanundan çəkinmirlər. Bütün fizika enerji saxlanılması ideyasından
qaynaqlanır, bütün biologiya – transformizmdən (heyvan və bitki aləmində növlərin
dəyişməsi haqqında nəzəriyyə), bütün tibb – kiçik hissəciklərin sonsuz hərəkəti
ideyasından və bu ideyaların tarixi göstərir ki, sonuncuların ən ziyalı ağıllara müraciət
etmələrinə baxmayaraq, onlar tədricən və çox çətinliklə müəyyən edilir. İndiki
zamanda, hər şey böyük sürətlə baş verir və xüsusi ilə də tədqiqatlar sahəsində,
orada nə həyəcanlar, nə də maraqlar danışır, əsas elmi ideyanın oturuşması üçün ən
azı iyirmi beş il vaxt lazımdır. Mübahisələrə daha az əsas verən ən aydın, ən yüngül
ideyaların sübutu üçün də, az zaman tələb olunmayıb, bunlar mübahisələr üçün
(məsələn, qan dövranı ideyası) daha az əsas verməliydi.
Elmi, bədii, fəlsəfi, dini, bir sözlə, hansı ideya olmasından asılı olmayaraq, onun
yayılması həmişə eyni üsulla baş verir. İdeyanın lap başlanğıcda az sayda həvarilər
tərəfindən qəbul olunması vacibdir, çünki inanclarının gücü və ya adlarının nüfuzu
həmin ideyaya hörmət gətirir. Onlar belədə sübutlardan daha çox təlqindən istifadə
edirlər. Lakin hər hansı bir sübutun dəyərində inandırma mexanizminin əsas
elementlərini axtarmaq lazımdır. Öz ideyalarını malik olduqları nüfuzdan istifadə
etməklə və ya hislərə müraciət edərək təlqin etmək olar, yalnız idraka müraciət
olunsa, onda hər hansı bir təsir alınmayacaq. Kütlə heç vaxt özünü dəlillərlə
inandırmağa imkan vermir, bunu yalnız iddialarla etmək mümkündür, özü də bu,
həmin iddiaları ortaya qoyanın, söyləyənin nüfuzundan, cazibəsindən asılıdır.
Həvarilər öz şagirdlərindən ibarət kiçik dərnəyi inandırdıqdan və bununla da belə
demək mümkünsə, yeni həvarilər yaratdıqdan sonra, yeni ideya mübahisə sahəsinə
daxil olmağa başlayır. Öncə o, bütün müxalifəti özünə qarşı qaldırır, çünki bu, bir çox
köhnə hislərə və qəbul olunmuş şeylərə toxunur. Yeniliyi müdafiə edən həvarilər,
təbii ki, həmin müxalifətdən, onları yalnız digər insanlar üzərində üstün olduqlarına
inandırmağa çalışanların bu hərəkətlərindən, coşurlar və yeni ideyanı böyük enerji ilə
ona görə müdafiəyə qalxmırlar ki, o, həqiqidir, çox vaxt onların özləri də heç bilmirlər
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə