Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

tarixi üçün mühüm olan və onların taleyinə dərin təsir edən nə inqilablardır, nə də
müharibələr – onların viran izləri çox tezliklə hamarlanır – əsas ideyalarda baş verən
dəyişikliklərdir. Həmin ideyalar isə sivilizasiyaların bütün elementləri eyni zamanda
dəyişikliklərə hazır olduqda, həyata keçə bilir. İndiki inqilablar, məlum xalqın varlığı
üçün həqiqətən təhlükəlidir – bunlar onun düşüncələrinə toxunanlara aiddir.
Yeni ideyaların qəbulu hansısa xalq üçün təhlükə doğurmur, qorxulu olan onların
fasiləsiz sınaqdan keçirilməsidir, çünki köhnəni əvəz etmək, yeni gələnlərin arasından
sosial tapşırığın möhkəm oturuşması üçün vacib olan ideyanın axtarışı xeyli zaman
aparır.
Yeri gəlmişkən, ideya ona görə təhlükəli deyil ki, o səhv ola bilər, ona görə
qorxuludur ki, ideyanın, qəbul edən cəmiyyətin tələbatlarına uyğunlaşıb-
uyğunlaşmamasını öyrənmək üçün uzunmüddətli sınaqlar lazımdır. Təəssüf ki, onun
nə dərəcədə faydalı olub-olmaması, kütlə üçün yalnız təcrübənin nəticəsindən sonra
aydın olur...
Tarix göstərir ki, məlum dövr üçün qəbulolunmaz sayılan ideyaların sınaqları
nələrə gətirib çıxarıb, lakin iş ondadır ki, insan heç vaxt tarixin dərslərindən nəticə
çıxarmır. Böyük Karl Roma İmperiyasını bərpa etməyə səmərəsiz cəhdlərdə
bulunmuşdu. İdeyanın universallığı o dövrdə həyata keçməsi mümkün olmayan bir
şey idi və onun bu işi də özü ilə birlikdə məhv oldu, sonrakı dövrlərdə Kromvel və
Napoleon da eyni aqibətlə üzləşdi. II Fillip öz dühasını və gücünü faydasız yerə
İspaniya üçün, protestantizm adı altında Avropada yayılmaqda olan və o zaman hələ
də üstünlük təşkil edən azad tədqiqatlar ruhuna qarşı mübarizəyə sərf etmişdi. Onun
yeni ideyaya qarşı bütün cəhdləri yalnız rədd edildi. İspaniya isə səfalət və tənəzzül
vəziyyətinə düşmüşdü ki, ondan bir daha çıxa bilmədi. Bizim günlərdə öz irqinin
sağalmaz sentimentallığından ruhlanan taclandırılmış xəyalpərəstin fantastik
ideyaları İtaliya və Almaniyanın birliyini təmin etdi, amma bu, Fransaya iki əyaləti
bahasına və dünya üçün də uzun zamana başa gəldi.
Sayını ordunun gücü təşkil edən həmin, olduqca yalançı ideya bütün Avropanı bir
növ silahlı milli müdafiə qüvvələri ilə örtüb və onu qarşısıalınmaz iflasa sürükləyir.
Əmək, kapital haqqında sosialist ideyaları, şəxsi mülkiyyətin dövlət mülkiyyətinə
çevrilməsi o xalqların axırına çıxacaq, hansılar ki, daim ordulardan və iflas olmaqdan
qaçırlar.
Dövlət xadimləri üçün həmişə əziz olan və siyasətlərinin yeganə əsasını təşkil
edən milli prinsip, ola bilsin ki, rəhbəredici ideyaların sırasına daxil ola bilər və dünya
da zərərli təsirlərini öz üzərində hiss edə bilər. Onun həyata keçməsi Avropanı ən
fəlakətli müharibələrə gətirib çıxarıb, onu silah altına qoyub və tədricən bütün müasir
dövlətləri iflasa və tənəzzülə gətirib, çıxaracaq. Bu prinsipin müdafiəsi üçün çəkə
biləcəyimiz yeganə ağıllı motiv, həmin ən böyük və ən çox məskunlaşmış ölkələrin,
həm də hücumlardan ən çox müdafiə olunanları olmasıdır. Həmçinin onların işğallara
ən qabil ölkələr olması haqqında fikirlər də bu anda gizlicə ağlımızdan keçdi. Lakin
indiki zamanda, sən demə, məhz kiçik və əhalisi az olan ölkələr – Portuqaliya,
Yunanıstan, İsveçrə, Belçika, İsveç, kiçik Balkan knyazlıqları – hücumlardan daha az
ehtiyat edə bilərlər. Bu birləşdirmə ideyası vaxtilə xoşbəxt olan İtaliyanı o dərəcədə
viranə qoyub ki, bu ölkə hazırda inqilab və müflisolma qarşısındadır. Bütün italyan
downloaded from KitabYurdu.org


dövlətlərinin büdcəsi İtaliyanın birləşdirilməsinə qədər 550 milyon təşkil edirdisə,
indiki vaxtda bu 2 milyarda çatıb.
Lakin ideyalar ruhlara hakim kəsiləndə, onların gedişini saxlamaq insanların
gücündə deyil; o zaman yalnız onların təkamülünün başa çatmasını gözləmək lazım
gəlir. Elə onların müdafiəçiləri, ən çox nəzərdə tutulan ilk qurbanları olurlar. İdeyalara
münasibətdə yalnız müti şəkildə bizi sallaqxanaya aparan rəhbərin ardınca gedən
qoyunlarıq. İdeyanın gücü qarşısında baş əyirik. Öz inkişafında məlum mərhələyə
çatanda, onu nə müzakirələr, nə də dəlillər məğlub edə bilir. Xalqların hər hansı bir
ideyanın əsarətindən azad olmaları üçün əsrlər və ya zorakı inqilab lazımdır, bəzən isə
hər ikisi. Bəşəriyyətə yalnız xam xəyalları saymaq qalır, onlar özləri özlərinə
uydururlar və nəticədə özləri də onların qurbanlarına çevrilirlər.
II fəsil
DİNİ İNANCLARIN
SİVİLİZASİYALARIN
İNKİŞAFINDA ROLU
Dini inancların dominant təsiri. – Onlar həmişə xalqların həyatının ən mühüm
elementlərini təşkil ediblər. – Siyasi və sosial təsisatlar kimi, tarixi hadisələrin də
böyük əksəriyyəti dini ideyalardan törəyir. – Yeni dini ideya ilə həmişə yeni sivilizasiya
təşəkkül tapır. – Dini idealın gücü. – Onun xarakterə təsiri. – O, həmişə bütün
qabiliyyətlərini bir məqsədə istiqamətləndirir. – Xalqların siyasi, bədii və ədəbi tarixi
inanclarının törəməsidir. – Hansısa xalqın dini inanclarındakı istənilən kiçik dəyişiklik,
onun mövcudluğundakı bir sıra dəyişikliklərin nəticəsi olaraq meydana çıxır. –
Müxtəlif nümunələr.
Xalqları idarə edən müxtəlif ideyalar, tarixlərinin mayakını və sivilizasiyaların
təzadlarını təşkil edənlər arasında dini ideyalar olduqca aparıcı və mühüm rol
oynamışlar, buna görə də onlara ayrıca bir fəsil həsr etməmək mümkün olmazdı.
Dini inanclar xalqların həyatının həmişə ən mühüm elementini təşkil ediblər və
təbii ki, tarixlərinin də. Tanrıların təşəkkülü və ölümü öz əzəmətli təsirini göstərmiş,
ən əhəmiyyətli tarixi hadisələr hesab olunur. Yeni dini ideya ilə birlikdə yeni
sivilizasiya da doğulur. Bütün zamanlarda, həm qədimdə, eləcə də indinin özündə,
həmişə insan üçün əsas sualları, dinlə bağlı olanlar təşkil edib. Əgər bəşəriyyət
özünün bütün tanrılarına ölmək imkanı verə bilsəydi, həmin vəziyyət haqqında
demək olardı ki, o öz nəticələrinə görə ilk sivilizasiyaların təşəkkül tapdığı dövrdən
indiyədək bizim planetdə nə vaxtsa baş verən ən mühüm hadisə sayıla bilərdi.
Həqiqətən yaddan çıxarmaq lazım deyil ki, tarixi zamanın ilk çağlarından bəri
bütün siyasi və sosial təsisatlar dini inanclara əsaslanıb və dünya səhnəsində tanrılar
həmişə aparıcı rol oynayıblar. Sevgidən başqa, hansı ki, o da öz növbəsində inanc kimi
bir şeydir, lakin şəxsi və müvəqqətidir, yalnız dini inanclar xarakterə bu cür tez təsir
göstərə bilərlər. Ərəb işğalları, xaç yürüşləri, inkvizisiya dövrünün İspaniyası, puritan
dövrünün İngiltərəsi, Varfolomey gecəsini yaşayan Fransa və dini müharibələr
göstərir ki, öz inancları ilə fanatikləşən xalqlar nələrə yol verə bilərlər. Dini inanclar öz
növbəsində o dərəcədə daimi güclü hipnoz yarada bilir ki, bütün ruhi xüsusiyyətlər
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə