Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

məhz onun tərəfindən dərin dəyişikliyə uğrayır. Şübhəsiz, tanrıları insan yaradıb,
lakin yaratdıqdan sonra özü də çox tezliklə onun əsarəti altına düşüb. Onlar qorxunun
deyil, ümidlərin övladlarıdırlar, bax, buna görə onların təsiri əbədi olacaq.
Tanrıların insana verdiyi və indi də buna yalnız onlar qadirdilər – bu, xoşbəxtlik
gətirən ruhi vəziyyətdir. Heç bir fəlsəfə, heç bir vaxt bunu etməyə qadir deyil.
Nəticə, əgər bütün sivilizasiyaların, fəlsəfələrin, bütün dinlərin məqsədi olmasa
da, hər halda əsas məsələ məlum ruhi vəziyyətin yaranmasından ibarətdir. Amma
həmin ruhi vəziyyəti bir qisim özü üçün xoşbəxtlik kimi qəbul edirsə, başqaları belə
qəbul etmir. Xoşbəxtlik zahiri şəraitdən çox az asılıdır, o, daha çox ruhumuzun
vəziyyətindən asılı olur. Qurbanlar yandıqları tonqallarda çox güman ki, özlərini daha
xoşbəxt hiss ediblər, nəinki onların cəlladları. Dəmiryolunda gözətçi işləyən və
qayğısız şəkildə üzərinə sarımsaq sürtülmüş çörəyini yeyən şəxs, ola bilsin, qayğıların
əhatəyə aldığı milyonerdən daha xoşbəxtdir. Sivilizasiyaların inkişafı, təəssüf ki,
müasir insan üçün çoxlu tələbatlar yaradıb, amma onların ödənilməsi vasitələrini
verməyib və bununla da qəlblərdə ümumi narazılıq doğurub. Sivilizasiya, şübhəsiz –
inkişafın anasıdır, lakin o həm də sosializm və anarxiyanın da anasıdır, ümidsiz
kütlənin bu qorxunc özünüifadəsini isə artıq heç bir din dəstəkləmir. Daim narahat,
həyəcanlı, taleyindən narazı avropalını, həmişə öz taleyindən razı, xoşbəxt Şərqin
sakini ilə müqayisə edin. Onlar ruhi vəziyyətlərindən başqa nə ilə fərqlənə bilərlər ki?
Anlayış üsulu dəyişdikdə, xalq da dəyişir və nəticə olaraq həm də düşüncə və
fəaliyyət də onun kimi. İnsanı xoşbəxt edə biləcək ruhi vəziyyət yaratmaq üçün
vasitələr tapmaq lazımdır – öz varlığının yox olacağından qorxan cəmiyyət, hər
şeydən öncə bax, bunu axtarıb tapmalıdır. Bütün yaranan cəmiyyətlərin hamısı ruhu
tabe etdirmək üçün indiyə qədər idealda dəstək tapırdılar və ideal öz təsirini itirəndə,
onlar da yox olub gedirdilər. Müasir əsrin ən böyük səhvlərindən biri – insan qəlbinin
xoşbəxtliyi yalnız zahiri şeylərdə tapa biləcəyinə dair inamdır. O bizim özümüzdədir,
öz tərəfimizdən yaradılıb, amma heç vaxt – bizdən kənarda olmayıb. Köhnə əsrlərin
ideallarını məhv edən bizlər, yalnız indi müşahidə edirik ki, onlarsız yaşamaq
mümkün deyil və mütləq məhvolma qorxusu altında, onların yeniləri ilə əvəz
olunması müəmmasını həll etməliyik. Bəşəriyyətin həqiqi xilaskarlarına, onlara
minnətdar olan xalqlar tərəfindən ehtiram əlaməti olaraq nəhəng qızıl heykəllər
ucaldıblar – həmin güclü sehrbazlar, idealların yaradıcılarıdır, bəşəriyyət, onları çox
nadir hallarda yetişdirir. Mənasız təzahürlər axını qarşısında, insanın dərk edə bildiyi
yeganə reallıq, dünyanın soyuq və ölü mexanizmi üzərində onlar üçün güclü və
barışdırıcı xülyalar doğurur, insan taleyinin qaranlıq tərəflərini bağlayır, cazibədar
yurd arzuları və ümidlərini yaradır.
Özünü yalnız müstəsna olaraq siyasi baxışlara yönəldib, orada da dini inancların
geniş təsiri olduğunu müşahidə etmək olar. Yeganə amil təşkil etmələri, onların
dəfedilməz gücünü yaradır, bu isə həmin andaca hansısa xalqa maraqların, hislərin və
düşüncələrin tam birliyini verə bilir. Beləliklə, dini ruh milli ruhun təşəkkülü üçün
lazım olan, tədricən irsən qazanılanları dərhal əvəz edir. Hansısa dinə ibadət edən
xalq təbii ki, ruhi xüsusiyyətlərini dəyişdirmir, lakin onun bütün qabiliyyətləri bir
məqsədə yönəlib: inancının təntənəsinə və elə bu gücün qüvvəsindən də o, qorxuya
düşür. Yalnız dini dövrlərdə, dərhal yenidən təşkil edilmiş xalqlar, tarixi heyrətə salan
downloaded from KitabYurdu.org


həmin imperiyaların əsasını qoymaq üçün böyük səylərə qadirdilər. Belə ki,
Məhəmməd haqqında düşüncələrin birləşdirdiyi bir neçə ərəb tayfası, bir neçə il
ərzində hətta adlarını belə eşitmədikləri millətlərə qalib gəldilər və özlərinin nəhəng
imperiyalarının əsasını qoydular. Əsas olan imanın keyfiyyəti yox, onun qəlblər
üzərində malik olduğu hökmranlığın dərəcəsidir. Çağırış edən tanrı istər Molox olsun,
istərsə də başqası, daha barbarı olsun, bu mühüm deyil. Həddən ziyadə dözümlü və
mülayim tanrılar öz pərəstişkarlarına heç bir hakimiyyət vermirlər. Məhəmmədin sərt
ardıcılları dünyanın böyük bir hissəsində uzun zaman ərzində hökmranlıq ediblər və
hələ də qorxu hissi yaradırlar; Buddanın sülhsevər ardıcılları heç vaxt bu cür uzun
sürən nəsə yarada bilməyiblər və artıq tarix tərəfindən unudulublar.
Beləliklə, dini ruh xalqların mövcudluğunda başlıca siyasi rol oynayır. Əlbəttə,
tanrılar ölümsüz deyillər, lakin dini ruh əbədidir. Müvəqqəti olaraq təsirdən düşmüş
ruh, yeni din yaranan kimi, yenidən oyanır. Bir əsr bundan əvvəl o, Fransaya silahlı
Avropa qarşısında cəsarətlə duruş gətirməyə imkan verdi. Dünya yenidən, bir daha
dini ruhun nəyə qadir olduğunu gördü. Çünki o vaxt həqiqətən də yeni din
yaranmaqda idi, hansı ki, öz nəfəsi ilə bütün xalqı ruhlandırmışdı. Yeni təşəkkül tapan
səcdəgahlar, uzun zaman ərzində mövcud olmaq üçün çox kövrək idilər. Amma
mövcud olduqları dövrdə, qeyri-məhdud hakimiyyətdən istifadə edirdilər.
Dinlərin malik olduğu ruhu kökündən dəyişdirə bilən güc, çox müvəqqəti olur.
İnanc, çox və ya az zaman ərzində, xarakteri tamamilə dəyişdirməyə qabil dərəcədə
intensivlikdə nadir hallarda qorunub, qala bilir. Röyalar, nəhayət solğunlaşır,
hipnozdan yavaş-yavaş oyanma baş verir və xarakterin köhnə çaları yenidən
görünməyə başlayır.
İnancın çox qüdrətli olduğu zamanlarda, milli xarakter həmişə inanc qəbul edilən
andan və doğurduğu təzahürlərdən tanınır. Eyni bir dinə İngiltərə, İspaniya və
Fransada nəzər yetirin: görün, hansı fərqlər var! Məgər, İspaniyada nə vaxtsa islahat
keçirilə bilərdimi və ya məgər, İngiltərə nə vaxtsa dəhşətli inkvizisiya əsarətinə
tabeçiliyə razı olardımı? Məgər, islahatı qəbul etmiş xalqlarda inancın hipnozuna
baxmayaraq, irqin başlıca əlamətlərini, müstəqillik, enerji, düşünmək vərdişi və
hökmdarın kölə qanununa tabe olmamaq kimi, ruhi xüsusiyyətlərin spesifik
cizgilərinin qorunub saxlanıldığını görmək çətindir?
Xalqların siyasi, bədii və ədəbi tarixləri – onların inanclarının törəməsidir. Lakin
bu sonuncular onların xarakterini tamamilə dəyişərək, öz növbəsində özləri də onlara
uyğun dərin dəyişikliklərə uğrayırlar. İnancın başlıca elementləri dəyişməzdir və məhz
buna görə o, dəyişilmir, hansısa xalqın tarixi həmişə məlum birliyini qoruyub saxlayır.
İnanc da dəyişilə bilər və məhz, dəyişilə bildiyinə görə tarix bu qədər çevrilişləri
qeydə alır. Hansısa xalqın inancla bağlı vəziyyətində cüzi dəyişiklik, onun mövcudluğu
şəraitində bir sıra dəyişikliklərin zəruri nəticəsi olaraq ortaya çıxır. Bundan əvvəlki
fəsildə qeyd etmişdik ki, Fransada XVIII əsrdə yaşamış insanlar, XVII əsrdə
yaşayanlardan tamamilə fərqlənmişlər. Lakin bu fərqin mənşəyi nədir? Ümumiyyətlə,
bu iki əsrin qovşağında fikir ilahiyyatdan elmə keçid etməklə, ənənə idrakı və əldə
edilmiş həqiqətləri – açıq-aşkar həqiqətlərlə qarşı qarşıya qoymuşdu. Anlayışda baş
verən bu sadə dəyişikliklərin gücü ilə əsrin siması dəyişdi və əgər biz buradan
qaynaqlanan nəticələri izləmək istəsək, onda görərdik ki, Böyük Fransa İnqilabı, eləcə
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə