Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

əlaqələndirmək olar. Belə ki, öz ruhi xüsusiyyətləri ilə uyğun gələn incəsənətləri o,
nəinki mənimsəməyə, hətta dəyişdirməyə belə, əla nail ola bilib.
Toplamağa nail olduğumuz arxeoloji sənədlər təsdiq edir ki, Hindistan öz
incəsənətinin başlanğıcını həqiqətən də İranda axtarıb, lakin yüngülcə ellinləşmiş
Ərşakilər dövrünün İranında deyil, qədim Assuriya və Misir sivilizasiyalarının əcdadı
olan İranda. Məlumdur ki, miladdan əvvəl 330-cu ildə İsgəndər tərəfindən
Əhəmənilər sülaləsinin varlığına son qoyulanda, farslar artıq iki əsr idi ki, parlaq
sivilizasiyaya malik idilər. Əlbəttə, onlar hansısa yeni incəsənət düsturu
tapmamışdılar, lakin Misir və assurlardan irsən mənimsədikləri incəsənət
qarışığından onlar əla əsərlər yaratmışdılar. Biz onlar haqqında bu günümüzə qədər
qorunub saxlanılmış Persopolis xarabalıqlarına istinadən mühakimə yürüdə bilirik.
Orada Misir pilonları, Assuriya qanadlı öküzləri və hətta bəzi yunan elementləri
göstərir ki, Asiyanın bu məhdud vilayətində əvvəlki bütün böyük sivilizasiyalar qovuşa
bilmişlər.
Hindistan İrana nələrisə götürməyə gəlmişdi və əslində oradan Xaldey və Misir
incəsənətini apara bildi, halbuki farslar elə yenicə özləri mənimsəmişdilər.
Hindistan abidələrini öyrənmək bizə, mövcudluqları üçün onların nəyə borclu
olduqlarını bilməyə imkan verir, lakin bunu təsdiq etmək üçün ən qədim abidələrə
müraciət etmək lazım gəlir: hind ruhu o dərəcədə orijinaldır ki, alınma şeylərin onun
anlayışına uyğunlaşması üçün çox böyük dəyişikliklərə məruz qalmalıdır, hansı ki,
dəyişiklikdən sonra tanınmaz dərəcədə başqalaşır.
Görəsən, Yunanıstandan incəsənətlə bağlı nələrisə mənimsəməyə bu qədər qabil
olmayan Hindistan, niyə həmin şeyləri farslardan götürməyə bu dərəcədə nail ola
bilib? Çox güman ki, fars incəsənəti onun ruhi xüsusiyyətlərinə daha çox münasib
gəlirdi, yunanlarınkı isə heç cür uyuşmurdu. Sadə formalı, səthi cüzi naxışlarla
örtülmüş yunan abidələri hind ruhunun zövqünə uyğun gələ bilməzdi, eyni zamanda
nəfis formalı, bol bəzəkli, naxışlarla zəngin fars abidələri onu heyran qoymaya
bilməzdi.
Bununla belə, yalnız eramızdan əvvəlki uzaq dövrü, Misir və Assuriya
incəsənətini təmsil edən İran, öz mədəniyyəti ilə Hindistana təsir göstərə bilmişdir.
Bir çox əsrlər sonra yarımadada müsəlmanlar peyda oldu, onların sivilizasiyası
İrandan keçib gəldiyindən, özünə fars elementlərini hopdurmuşdu; onların
Hindistana gətirdikləri başlıca olaraq hələ də Əhəməni çarları tərəfindən davam
etdirilən özündə qədim assuriya ənənələrinin izlərini daşıyan fars incəsənəti idi.
Nəhəng məscid darvazaları, xüsusilə də onların divarlarını örtən rəngli kərpiclər –
Xaldey-Assuriya sivilizasiyasının əlamətləri idi. Bu incəsənəti Hindistan mənimsəyə
bildi, çünki bu, onun irqinin ruhu ilə uyuşurdu, eyni zamanda qədim yunan və müasir
Avropa incəsənəti hiss və düşüncə qabiliyyətinə tamamilə zidd gəldiyindən, daim ona
təsirsiz qalıb.
Beləliklə, arxeoloqların hələ də təsdiq etməyə çalışdıqları kimi Hindistan
Yunanıstana deyil, İranın vasitəçiliyilə Misir və Assuriyaya birləşir. Hindistan
Yunanıstandan heç nə əxz etməyib, lakin onların ikisi də bir mənbədən – Misir və
Xaldey xalqlarının əsrlər boyu yaratdıqları, bütün sivilizasiyaların təməli hesab olunan
ümumi xəzinədən bəhrələnmişlər.
downloaded from KitabYurdu.org


Yunanıstan bunu finikiyalıların və Kiçik Asiya xalqlarının vasitəçiliyi ala bilib;
Hindistan isə İranın vasitəçiliyi ilə. Beləliklə, yunan və hind sivilizasiyaları ümumi
mənbədən təşəkkül tapmışlar. Amma bu iki ölkədə həmin mənbədən başlanğıc
götürmüş axın çox tezliklə, irqlərin ruhuna uyğun olaraq bir-birindən ayrılmışdır.
Lakin artıq söylədiyimiz kimi, əgər incəsənət irqin ruhi xüsusiyyətləri ilə sıx
əlaqədədirsə və əgər bu əsasda eyni incəsənət bir-birinə bənzəməyən irqlər
tərəfindən mənimsənilibsə, həmin andaca tamamilə fərqli formalar alır. Biz belə halla
olduqca rəngarəng irqlərlə məskunlaşmış Hindistanda rastlaşırıq, eyni inanca sahib
olmalarına baxmayaraq, tamamilə bir-birindən fərqli incəsənətlər, cüzi də olsa bir-
birinə bənzəməyən memarlıq üslubları.
Müxtəlif vilayətlərdəki abidələrin tədqiqi də, həqiqətən hansı dərəcədə, məhz
belə olduğunu təsdiq edir. Abidələr arasında fərqlər o dərəcədə dərindir ki, onları
inşa edən, mənsub olduqları xalqlara uyğun yalnız ölkələr, irqlər üzrə təsnifləşdirə
bilərik, dinə görə yox. Eyni dinə sitayiş edən, eyni dövrdə yaşayan xalqlar tərəfindən
Hindistanın cənubunda və şimalında inşa edilən abidələr arasında heç bir oxşarlıq
yoxdur. Hətta müsəlmanların hökmranlığı dövründə, Hindistanda tam siyasi birlik var
idi, müxtəlif vilayətlərdə tikilən təmiz müsəlman abidələri bir-birindən çox
fərqlənirdi. Əhmədabad, Lahor, Aqra, Bijapurdakı məscidlər baxmayaraq ki, eyni
kulta həsr olunublar, hətta İntibah dövrünün qotik mərhələsinə aid abidələri
arasındakı əlaqədən də zəif qohumluq bağına malikdilər.
Hindistanda irqdən irqə təkcə memarlıq fərqlənmir, müxtəlif sahələrdə, təsvir
edilmiş tipə, ələlxüsus də onların ötürülməsi dövrünə uyğun heykəltəraşlıq da
müxtəlifləşir. Sançinin barelyefi və heykəlini demək olar ki, eyni dövrdə hazırlanmış
Rarutanın barelyefi və heykəli ilə müqayisə edəndə, fərqləri həmən aşkar görmək
mümkündür. Oris əyalətindən olan barelyef və heykəlləri Byundelkundan olan
barelyef və heykəllərlə və yaxud Misorun heykəllərini Cənubi Hindistanın budda
məbədlərindəki böyük heykəllərlə müqayisə edəndə, həmin fərqlər daha qabarıq
nəzərə çarpır. İrqlərin təsiri hər yerdə özünü büruzə verir.
Yeri gəlmişkən, həmin fərqlər kiçik bədii əşyalarda da özünü göstərir: hər kəsə
məlumdur ki, Hindistanın müxtəlif hissələrində onlar öz aralarında nə qədər
fərqlidirlər. Amma Misorda hazırlanmış oyma naxışlı taxta sandıqçanı eyni, amma
Quzrada hazırlanmış, naxışlarla bəzədilmiş sandıqçadan və ya Oris sahillərində
hazırlanmış qiymətli əşyanı Bombey sahillərində hazırlanmış qiymətli əşyadan
ayırmaq üçün çox təcrübəli gözlər lazımdır.
Şübhəsiz ki, Hindistan memarlığı, bütün şərq xalqlarında olduğu kimi dini
memarlıqdır; lakin dini təsir nə qədər böyük olsa da, ələlxüsus Şərqdə, buna
baxmayaraq, irqin təsiri daha əhəmiyyətlidir.
Bu, xalqların taleyini idarə edən irqi ruh, həmçinin onların inanclarını,
təsisatlarını və incəsənətlərini də idarə edir; sivilizasiyanın hansı elementini tədqiq
etsək, onda bunu tapa bilərik. O – yeganə gücdür, digər heç bir qüvvə bunun
öhdəsindən gələ bilməz. O, özündə minlərlə nəslin ağırlığını, düşüncələrinin sintezini
daşıyır.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə