A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2016-cы il № 37-40 (9043)
5
Çində Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutunun inkişaf pers-
pektivləri müzakirə olunub.
“Müzakirələr Çin Xalq Respubli-
kasının Şanxay şəhərində Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutunun inkişaf
perspektivlərinə həsr olunmuş “dəyirmi
masa”da aparılıb.
“Dəyirmi masa”da iştirak edən Bey-
nəlxalq Transxəzər Nəqliyyat Marşrutu
Müşahidə Şurasının sədri, “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyə-
tinin sədr müavini İqbal Hüseynov bildi-
rib ki, 2015-ci il avqustun 3-də bu marşrut
üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan,
Türkiyə və Çin Xalq respublikaları ara-
sında konteyner daşımalarına start verilib,
daha sonra isə Ukrayna bu marşruta qoşu-
lub.
Konteyner daşımalarının daha da in-
kişaf etdirilməsinin vacibliyindən danışan
natiq bu tədbirin Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutuna yüklərin cəlb olun-
ması istiqamətində mühüm rol oynayaca-
ğını bildirib.
Sonra “dəyirmi masa”da Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutunun və
“Nomad Ekspress” nəqliyyat-logistika
xidmətinin inkişaf perspektivləri, Çindən
və əks istiqamətə yük daşımanın coğra-
fiyasının genişləndirilmə-
si, marşrutun cəlbediciliyi
– yeni multimodal qərarlar,
Avropa ilə Asiya arasında
yük daşımalarının artırılması
üçün yeni imkanlar mövzu-
larında müzakirələr aparılıb.
Tədbir çərçıvəsində Qa-
zaxıstan, İran, Rusiya və
Ukrayna dəmir yollarının,
Almaniyanın logistik şirkəti
olan DHL-in rəhbər işçiləri
ilə ikitərəfli görüşlər keçiri-
lib.
Azərbaycan xalqı öz
keçmişi, xüsusilə də fa-
şizmə qarşı müharibədə
iştirakı ilə fəxr edir. Bu
baxımdan İkinci Dünya
müharibəsinin veteran-
ları ən əziz və ən mötə-
bər insanlarımızdır.
Bu günlərdə biz –
Azərbaycan Dövlət Dəniz
Akademiyasının bir qrup
tələbəsi belə mötəbər in-
sanlardan birinə -101 yaşlı
müharibə veteranı Əhməd
Məmməd oğlu Mirzəyevə baş çəkdik.
Söhbət zamanı öyrəndik ki, sinəsini Bö-
yük Vətən müharibəsi ordeni, “Almaniya
üzərində Qələbəyə görə”, “Qafqazın mü-
dafiəsinə görə” medalları və sair təltiflər
bəzəyən Əhməd baba 1915-ci il mayın
8-də Bakıda doğulub. Energetika sahəsin-
də mühədis işləyib. Müharibə başlayanda
26 yaşı olub. Moskva ətrafında , Kalinin
cəbhəsi istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına vuruşub və belə döyüşlə-
rin birində gənc leytenant Əhməd Mirzə-
yev ağır yaralanır...
Amma Böyük Vətən müharibəsin-
dən 71 il ötsə də, o illərin ağrı-acıları nə
Əhməd babanın yaddaşından silinib, nə
də canından çıxıb. Oğlu Vadim bildirdi
ki, 10 il bundan əvvəl tibbi müayinədən
keçərkən həkimlər atasının kürəyində
qəlpə aşkarlayıblar.
Söhbət zamanı Əhməd baba ölkə-
mizdə müharibənin ağrı-acılarını görmüş
insanlara daim diqqət və qayğı göstəril-
məsindən razılıq etdi. Dedi ki, Ümum-
milli lider Heydər Əliyev Böyük Vətən
müharibəsi veteranlarının igidlik və şü-
caətlərini həmişə yüksək qiymətləndirib.
Ulu Öndərin layiqli davamçısı Prezident
İlham Əliyev də faşizmə qarşı müharibə-
nin iştirakçısı olmuş insanlara hər zaman
diqqət və qayğı ilə yanaşır. Dövlətimi-
zin başçısının həyata keçirdiyi mühüm
əhəmiyyətli tədbirlər hesabına müharibə
veteranlarının sosial müdafiəsi daha da
yaxşılaşır. Elə bu yaxınlarda - Qələbənin
71 illiyi ərəfəsində Azərbaycan Preziden-
tinin Sərəncamı ilə 1941-1945-ci illər
müharibəsi iştirakçılarına, həlak olmuş və
ya sonradan vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyə
görə orden və medallarla təltif olunmuş
şəxslərə birdəfəlik maddi yardımın veril-
məsi də dövlətimizin başçısının veteran-
lara qayğısının bariz nümunəsidir.
Bütün bunlara baxmayaraq, zaman öt-
dükcə sıraları seyrəlir onların. Seyrəldik-
cə də daha çox mənəvi yardıma ehtiyac
duyurlar. Söhbət əsnasında da bunu hiss
etmək çətin deyildi.
Sonda Əhməd baba ilə xatirə şəkli
çəkdik və ona tez-tez baş çəkəcəyimizə
söz verdik.
Mənsur CÜMŞÜDOV,
Azərbaycan Dövlət Dəniz
Akademiyasının tələbəsi
Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyinin “Om” ye-
dək-təchizat gəmisinin “Bibi-
heybət” Gəmi Təmiri Zavo-
dunda dok təmiri yekunlaşıb.
Gəmi doka qaldırıldıqdan
sonra bütün gövdəsi təmiz-
lənərək rənglənib, zəruri
gövdə-qaynaq işləri aparılıb.
Gəmi təmirçiləri “Om”un
mexanizm və boru sistemlərində
lazımi yoxlama və təmir işləri
görüblər. Gəminin elektrik ava-
danlıqları və avtomatikası tənzimlənərək, istismara hazır vəziyyətə gətirilib, xidməti
və yaşayış otaqlarında heyətin çalışması və dincəlməsi üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, AXDG-nin yedək və təchizat gəmiləri dənizdəki neft-qaz yataq-
larının təminatında əhəmiyyətli rol oynayır. “Om” gəmisi də “Azneft” İstehsalat
Birliyi ilə müqavilə əsasında “Günəşli” yatağında aparılan əməliyyatlarda yaxından
iştirak edəcək.
BeYnƏlxAlq TRAnSxƏZƏR nƏqliYYAT MARşRUTUnUn
inkişAf PeRSPekTivlƏRi MüZAkiRƏ olUnUB
Yüklərin Azərbaycandan
keçməsini tövsiyə edib
Qazaxıstan beynəlxalq daşı-
yıcılara Ukraynadan Qazaxısta-
na yüklərin daşınması zamanı
iyulun 1-dən etibarən alternativ
marşrutdan yararlanmağı tövsiyə
edib.
Qazaxıstanın İnvestisiya və
İnkişaf Nazirliyinin mətbuat xid-
mətinin verdiyi xəbərə görə, na-
zirlik yüklərin çatdırılmasını təşkil
edərkən Gürcüstan və Azərbaycan-
dan keçməklə Xəzər dənizinə, oradan Aktau limanına, eləcə də Türkiyə, İran,
Türkmənistan və Özbəkistan ərazilərindən istifadə etməyi tövsiyə edib.
Məlumatda qeyd edilib ki, bu tövsiyə Ukrayna və Rusiya arasında azad
ticarət zonası haqqında müqavilənin 1 yanvar 2016-cı il tarixdən qüvvədən
düşməsi ilə əlaqədardır.
kiçik həcmli gəmi istifadəçilərinə
müvafiq sənədlər verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət
Müfəttişliyinin əməkdaşları Lənkəranda tədbir keçirib.
FHN-nin Cənub Regional Mərkəzində təşkil olunan tədbirdə keçirilmiş
texniki baxışa uyğun olaraq 430 kiçik həcmli gəmi istifadəçilərinə müvafiq
sənədlər verilib.
Tədbirdə Müfəttişliyin əməkdaşlarının kiçik həcmli gəmilərin dövlət qey-
diyyatı, texniki baxışı, sürücülük vəsiqələrinin alınması və gəmilərin təhlükə-
siz istismarı mövzusunda çıxışları dinlənilib, iştirakçıları maraqlandıran sual-
lar cavablandırılıb.
Dəniz nəqliyyatı
ilə sərnişin daşınması
artmışdır
2016-ci ilin yanvar-may aylarında
dəniz nəqliyyatı ilə daşınmış sər-
nişinlərin sayı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 2,2 dəfə artaraq 6,6
min nəfər olub.
Bu nəqliyyat növü ilə daşınmış
yüklərin həcmi 2156,1 min ton təşkil
edib. Yüklərin 43,6 faizi neft məhsul-
ları olub.
Həmin dövr ərzində dəniz limanla-
rında 3668,1 min ton həcmində yük-
ləmə-boşaltma işləri həyata keçirilib.
Yüklərin 93,1 faizini tranzit mallar təş-
kil edib. 2016-ci il mayın 1-i vəziyyə-
tinə limanlarda göndərilmək üçün 36,6
min ton idxal yükləri olub.
nobel Sülh Mükafatı laureatı
Məhəmməd Yunus Azərbaycanda gedən
iqtisadi inkişafı yüksək qiymətləndirib
Azərbaycanda azad
ticarət zonasının yara-
dılması ideyası region
dövlətlərinin inkişafına
dəstək verəcək.
Bu fikir “Bakı Bey-
nəlxalq Dəniz Ticarət
Limanı” QSC-nin baş
direktoru Taleh Ziyado-
vun Nobel Sülh Müka-
fatı laureatı Məhəmməd
Yunus ilə görüşündə səs-
ləndirilib.
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus ölkəmizə səfəri çərçivə-
sində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti ilə maraqlanıb.
Bakı Limanının nəhəng nəqliyyat logistika mərkəzinə çevriləcəyini deyən
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziya-
dov perspektivdə duran məsələlərə toxunub. O, Azərbaycanda azad ticarət zo-
nası yaradılması ideyasının region dövlətlərinin inkişafına da dəstək verəcəyi-
ni vurğulayıb.
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Azərbaycanda gedən iq-
tisadi inkişafı yüksək qiymətləndirib. O, özünün məşhur iqtisadi nəzəriyyələri
haqqında da məlumat verib.
Yeni ipək Yolunun həyata
keçirilməsində ilk nəticələrini qeyd edir
“Bir kəmər, bir
yol” (İpək Yolu İqti-
sadi Kəməri və XXI
əsrin Dəniz İpək Yolu)
təşəbbüsünün həyata
keçirilməsi ilk nəti-
cələrini verir.
Sinxua agentliyi-
nin məlumatına görə,
bu cür qiyməti Çinin
Kommersiya Nazirliyi verib.
Kommersiya nazirinin köməkçisi Tun Daoçi Çinin Avrasiya ölkələri ilə
ticari-iqtisadi əlaqələrinin inkişafını “son dərəcə sürətli” kimi səciyyələndirib.
Statistikaya görə, 2015-ci ildə “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə et-
diyi ölkələrə yatırılan Çin investisiyalarının həcmi 18,2 faiz artaraq 14,8 mil-
yard ABŞ dollarına bərabər olub. İl ərzində imzalanmış podrat tikinti müqa-
vilələrinin dəyəri 7,4 faiz artıb və 92,6 milyard dollar təşkil edib.
Çin və tərəfdaş ölkələr birlikdə altı iri iqtisadi dəhliz yaratmağı planlaşdı-
rır. Onlardan biri Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Çindən
Avropaya uzanan Transxəzər beynəlxalq nəqliyyat marşrutudur.
Azərbaycan “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. Azər-
baycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında
“İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma
Memorandumu Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət
səfəri çərçivəsində imzalanıb.
SöZ veRDik ki...
“om” yedək-təchizat gəmisi təmirdən çıxdı