A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2016-cы il № 37-40 (9043)
BAş ReDAkToR
Rasif iman oğlu
TAhiRov
ünvanımız:
AZ1003, Bakı şəhəri,
xanlar küçəsi, 22
TelefonlARIMIZ:
Baş redaktor
(050) 670-33-76
Redaktor
(070) 252-39-02
qəzetin təsisçisi:
“Azərbaycan xəzər Dəniz
Gəmiçiliyi”
qapalı Səhmdar
cəmiyyəti
qəzet “Dəniz” qəzetinin
kompyuter mərkəzində
yığılmış, səhifələnmiş və
“Azərbaycan” nəşriyyatında
çap olunmuşdur
şəhadətnamə: 275
Tiraj: 2000
Sifariş: 1815
8
Boksçularımız dünya təsnifat
turnirini uğurla başa vurublar
İyunun 16-dan 25-dək
Bakının ev sahibliyi etdiyi və
“Rio-2016” Olimpiya Oyunla-
rına lisenziya xarakterli boks
üzrə dünya təsnifat turnirin
sonuncu günündə final qar-
şılaşmaları Azərbaycan yığ-
masının üzvləri üçün uğurla
nəticələnib.
Axşam proqramında isə həl-
ledici döyüşə çıxan Azərbaycan
millisinin üzvləri, Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədov (81 kq)
yarışın qalibi adını qazanıblar.
Digər atletimiz - 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kam-
ran Şahsuvarlı da artıq lisenziya qazanıb. Bunun üçün Kamranın dörddəbir
finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu
məğlub etməli idi. İlk “beşliy”in Rioya vəsiqə qazandığı çəki dərəcəsində
çempion məhz Oreylli olub. Açilov Oreylli ilə həlledici qarşılaşmaya çıx-
maqdan imtina edib və nəticədə Kamran Şahsuvarlı da Rio Olimpiadasına
lisenziya əldə edib.
Beləliklə, Azərbaycanın kişilərdən ibarət boks üzrə milli komandası ta-
rixdə ilk dəfə olaraq Olimpiadada tam heyətlə təmsil olunacaq.
Xatırladaq ki, bunadək ən yüksək nəticə 12 il əvvəl Afina Yay Olimpi-
ya Oyunlarında qeydə alınıb. Dəri əlcək ustalarımız həmin yarışda doqquz
nəfərlə təmsil olunmuşdular. Hazırda isə Azərbaycan 10 çəki dərəcəsində
təmsil olunacaq. Qadın boksunda yeganə lisenziyanı millimizə Anna Alek-
seyevna qazandırıb.
klublarımızın rəqibləri bəllidir
İyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının
2016-2017-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib. Avroliqanın
ilk təsnifat mərhələsində 96 klub mübarizəyə başlayacaq. Daha yüksək
reytinqli 18 komanda isə ikinci təsnifat mərhələsindən yarışa qoşulacaq.
Avroliqaya püşkatmada Azərbaycan klublarının rəqibləri də məlum
olub. “Neftçi” Maltanın “Balzan” klubu, “Qəbələ” isə Gürcüstanın “Samt-
redia” komandası ilə üz-üzə gələcək. Gəncənin “Kəpəz” komandası isə Ki-
şineunun “Daçia” klubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının ilk mərhələsinin oyunları iyunun 30-da və iyu-
lun 7-də, ikinci təsnifat mərhələsinin görüşləri isə iyulun 14-də və 21-də
keçiriləcək.
Avropa Liqasının final görüşü gələn il mayın 24-də İsveçin Solna şəhə-
rində keçiriləcək.
A
zərbaycan son illər iri miqyaslı
tədbirlərə, o cümlədən mötəbər
idman yarışlarına yüksək səviy-
yədə ev sahibliyi edir. Artıq dünyada idman
ölkəsi kimi tanınan Azərbaycan “Bakı-
2015” ilk Avropa Oyunlarının əla təşkili ilə
diqqəti bir daha özünə yönəltdi. Bütün bun-
lar dövlətimizin uğurlu idman siyasətindən
xəbər verir. Avropa və dünya çempionatları,
irimiqyaslı yarışlar mükəmməl təşkilatçı-
lıq, yerli idmançıların beynəlxalq arenada
uğurlu çıxışı ölkəmizdə idmana göstərilən
dövlət qayğısının bariz nümunəsidir.
formula-1 Avropa qran-prisi:
mükəmməl təşkilatçılıq səviyyəsi
Azərbaycan iyunun 17-19-da daha bir
mötəbər idman yarışına ev sahibliyi etdi. Ba-
kıda ilk dəfə Formula-1 Avropa Qran-prisi
təşkil olundu. Bu mövsümdə Formula-1 üzrə
dünya çempionatının səkkizinci mərhələ-
si olan Bakı yarışı çox maraqla gözlənilirdi.
Yeni mədəniyyət, incəsənət, adət-ənənə, ən
əsası tras sürət sevən azarkeşlərin və For-
mula-1 pilotlarının diqqətini çəkirdi. Hamı
dinamik inkişaf edən bu ölkəni canlı görmək
arzusunda idi.
Yarışın Azərbaycanda təşkil olunma-
sını yüksək qiymətləndirən “Formula One
Management”in prezidenti Berni Ekklstoun
bu barədə danışarkən deyib: “Bakı Şərq və
Qərb mədəniyyətini özündə birləşdirən uni-
kal şəhərdir. Formula-1 yarışlarında şəhərin
gözəlliyi, tarixi və coğrafiyası mühüm amil
hesab olunur. Biz də Bakının tarixini və
gözəlliyini bütün dünyadakı Formula-1 azar-
keşlərinə nümayiş etdirmək qərarına gəldik”.
Yüksək təşkilatçılığın arxasında təbii ki,
gərgin iş və hazırlıq dayanır. 6,006 kilometr-
lik trekin hazırlanması, təhlükəsizlik işlərinin
təşkili, pit binasının və Paddok ərazisinin ti-
kintisi peşəkar komandanının uğurlu işi kimi
qiymətləndirilə bilər.
qədim və müasir memarlıq abidələrini
əhatə edən valehedici trek
Beynəlxalq Avtomobil Federasiyası tərə-
findən yüksək qiymətləndirilən Bakı trekinin
layihəsi almaniyalı memar Herman Tilkeyə
məxsusdur. Yarışın keçirildiyi Bakı şəhər
halqası ilə bağlı üç variantın hazırlandığı-
nı vurğulayan Herman Tilke: “Hazırkı treki
seçməyimizin səbəbi Bakının tarixi, müasir
görünüşünü dünyaya çatdırmaqdır. Müəllifi
olduğum bütün treklər mənim üçün əzizdir.
Ancaq Bakı şəhər halqası hazırda onların ara-
sında mənə ən doğma olanıdır”.
Həqiqətən də İçərişəhərin qala divar-
ları ətrafında tam yeni bir macəranın eniş-
li-yoxuşlu dar keçidləri ilə yanaşı, sahilboyu
müasir göydələnlərə və Xəzər dənizinə ecaz-
kar mənzərənin açıldığı geniş sürət zolağını
özündə birləşdirən Bakı şəhər halqasında bo-
lidləri ilə şütüməyi pilotlar özləri də səbirsiz-
liklə gözlədiklərini bildirirdilər. Ona görə ki,
Melburn, Monako və Sinqapur kimi, Bakı da
şəhər trasına ev sahibliyi edirdi. Belə ki, Ba-
kıda keçirilən yarış zamanı avtomobillər də-
nizkənarı bulvar boyunca hərəkət edir, şəhə-
rin ən qədim hissəsi olan və UNESCO-nun
dünya irsi siyahısına daxil edilən İçərişəhər
Tarix-Memarlıq Qoruğunun ətrafında dövrə
vururdular. Beləliklə, yarışı izləyən televiziya
tamaşaçıları və qonaqlar şəhərin tam simasını
görmək imkanı qazanırdılar.
Müxtəlif çətinlikli 20 döngəsi, dar keçid-
ləri və ən maraqlısı sahil boyunca saatda 340
kilometr sürətlə hərəkət etmək imkanı verən
2,2 kilometr uzunluğunda olan hissə Bakı
şəhər halqasını cari Formula-1 təqvimində
ən sürətli şəhər treki olmasına imkan verirdi.
Qran-pridə orta sürət 210, maksimum sürət
isə saatda 340 kilometr nəzərdə tutulsa da, ya-
rışda ən yüksək sürət də məhz elə bu hissədə
saatda 364 kilometr olaraq qeydə alındı.
Bakı qran-prisini 187 ölkədə
500 milyon tamaşaçı izləyib
Yarım milyard tamaşaçı auditoriyası ilə
dünyada ən çox izlənilən idman turnirlərin-
dən olan Formula-1 yarışının keçirilməsinin
Bakıya həvalə olunması Azərbaycanın bey-
nəlxalq idman aləmində qazandığı nüfuzun
göstəricisi hesab edilə bilər. Ölkəmiz birinci
Avropa Oyunlarından sonra Formula-1 kimi
mühüm yarışı da yüksək səviyyədə təşkil etdi
və bu mütəxəssislər, eləcə də pilotların özləri
tərəfindən yüksək qiymətləndirildi.
Formula-1 azarkeşlərinin, habelə turistlə-
rin ölkəmizə rahat gələ bilməsi üçün müva-
fiq prosedur sadələşdirildi və bununla bağlı
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə
sərəncam imzaladı. Dövlətimizin başçısı Av-
ropa Qran-prisinə hazırlıq işlərini də daim
nəzarətdə saxlayırdı. Azərbaycan Prezidenti
İlham Əliyev ilə görüşdə Berni Ekklstoun
Bakıda gördüyü inkişaf proseslərinin onda
dərin təəssürat yaratdığını, bu tədbirin Bakı-
da keçirilməsinin Azərbaycanda gedən inki-
şaf prosesləri ilə bağlı məlumatların dünyada
yayılması işinə xidmət edəcəyini bildirmişdi.
Təbii ki, mötəbər yarışlar ölkəmizin
sürətli inkişafını, Azərbaycan xalqının zəngin
mənəvi dəyərlərini, qonaqpərvərliyini bütün
dünyaya nümayiş etdirmək baxımından misil-
siz imkandır. Bu baxımdan dünyanın müxtəlif
ölkələrindən minlərlə Formula-1 azarkeşinin
ölkəmizə gəlməsi, həmçinin yarışı işıqlandır-
maq üçün 160-dək əcnəbi jurnalistin Bakıya
ezam olunması, ümumilikdə Qran-prini tele-
viziya vasitəsilə 187 ölkədə 500 milyon ta-
maşaçının izləməsi Azərbaycanın təbliğində
mühüm rol oynadı.
Bakı formula-1 pilotlarının gözü ilə
Bu mötəbər yarışla əlaqədar ölkəmizə
gələn pilotlar, komandaların üzvləri, habelə
azarkeşlər də yarışın yüksək səviyyədə ke-
çirilməsi ilə yanaşı, Azərbaycanın zəngin
mədəniyyətinə, qədim tarixinə, habelə mil-
li mətbəximizə, xüsusən də paytaxt Bakının
füsunkar gözəlliyinə valeh olduqlarını dönə-
dönə vurğulayırdılar.
Yarışdan əvvəl də Bakıya səfər etmiş is-
paniyalı pilot, Formula-1 Avropa Qran-pri-
sinin ulduz elçisi Fernando Alonso Bakının
Qərb ilə Şərqin ahəngdarlığını özündə yüksək
səviyyədə təcəssüm etdirdiyini vurğulayaraq
demişdi: “Azərbaycanın çox zəngin tarixi və
mədəniyyəti var. Ölkənizə səfərim zamanı
xalçalarınızla tanış oldum. Doğulduğum İspa-
niyada da xalçaçılıq ənənəsi var. Ancaq Azər-
baycan xalçaları özünəməxsusluğu ilə seçilir,
naxışları isə çox gözəl və fərqlidir. Səfər etdi-
yim ölkələrdə hər zaman oranın mədəniyyəti
ilə maraqlanıram. Deyə bilərəm ki, sizin ölkə-
niz zəngin adət-ənənəyə malikdir. Mətbəxiniz
isə xüsusilə fərqlənir. Qonaqpərvərlik hər bir
insanın üzündən hiss olunur”.
Formula-1 üzrə üçqat dünya çempionu
Luis Hamilton da özünün “İnstagram” səhifə-
sində Azərbaycan paytaxtını ecazkar şəhər
adlandırıb.
Daha bir pilot, “Force İndia” komanda-
sının meksikalı pilotu Serxio Peres isə Bakı
şəhər halqasının özünəməxsusluğuna heyran-
lığını belə ifadə edib: “Bakı trası çox mürək-
kəbdir. Əsl yürüş trasına nail olmaq üçün
Herman Tilke çox çalışıb. Burada səhvə yer
yoxdur və mənim çox xoşuma gəlir. Axı For-
mula-1 məhz belə də olmalıdır. Bakıda hər
dövrə meydan oxuyur və mən çox şadam ki,
belə bir tras ixtiyarımıza verilib”.
formula-1 Avropa qran-prisi:
Azərbaycanın daha bir uğuru
Formula-1 Avropa Qran-prisinin üç günü-
nün həyəcanı başa çatdı. Lakin bu unudulmaz
anlar, yüksək sürətin doğurduğu adrenalin,
parlaq qələbələr, sərt döngələr, şəhərimizin
tarixi hissəsinin və müasir görkəminin mavi
Xəzərin fonunda möhtəşəm vəhdətinin do-
ğurduğu bənzərsiz mənzərə, dünyanın məşhur
müğənnilərinin konsertləri paytaxtın sakinlə-
ri, Formula-1 azarkeşləri ilə yanaşı, pilotların
da xatirəsində uzun illər qalacaq.
Beləliklə, sürətlə inkişaf edən, beynəlxalq
aləmdə böyük nüfuz qazanan, sayılıb-seçilən
müasir müstəqil Azərbaycan daha bir mö-
təbər uğura imza ataraq Formula-1 tarixinə
özünə məxsus parlaq səhifə yazdı.
Səxavət QULİYEV
AZƏRBAYcAn foRMUlA-1 AvRoPA qRAn-PRiSinin
TARixinƏ öZünƏMƏxSUS PARlAq SƏhifƏ YAZDI