R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə126/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   122   123   124   125   126   127   128   129   ...   153

üzvü  vardır.  Qərargahı  Vaşinqtondadır.  Parisdə  şöbəsi  fəaliyyət 

göstərir. 

Beynəlxalq Ticarət Təşkilatı (BTT) iştirakçı ölkələrin-130-a 

qədər  ticarət  və  gömrük  siyasətinin  müəyyən  qaydaya  tabe 

olunmasını,  beynəlxalq  ticarətin  tənzimlənməsini  həyata  keçirir. 

1995-ci ildə yaranmışdır. Qərargahı Cenevrədə yerləşir. 

Ticarət və inkişaf üzrə BMT-nin konfransı (UNCTAD)-186 

üzvü vardır. Məqsədi: beynəlxalq ticarətin inkişafına təsir etməkdən 

ibarətdir. Qərargahı Cenevrədədir. 

Sənayenin inkişafı üzrə Təşkilat (UNĐDO), 166 üzvü vardır. 

Məqsədi:  qlobal,  regional,  milli  və  sahəvi  səviyyədə  sənaye 

inkişafına və əməkdaşlığa təsir etməkdən ibarətdir. 

Atom  Enerjisi  üzrə  Beynəlxalq  Agentlik  (AEBA)  1957-ci 

ildə  atom  enerjisinin  sülh  məqsədi  ilə  istifadə  edilməsi  sahəsində 

beynəlxalq 

əməkdaşlıq 

üçün 

yaradılmışdır. 



AEBA 

nüvə 


təhlükəsizliyi  üçün  muvafıq  normalara  əməl  olunmasına,  nüvə 

enerjisinin  hərbi  məqsədlər  üçün  istifadə  olunmamasına  nəzarət 

edir.  Agentliyin  120-dən  artıq  üzvü  vardır.  Qərargahı  isə 

Vyanadadır. 

Təhsil,  Elm  və  Mədəniyyət  məsələləri  üzrə  Təşkilat.  BMT-

nin fəaliyyət dairəsi olduqca geniş sahələri-savadsızlıqla mübarizə, 

elm,  insan  hüquqları  və  s.  əhatə  edir.  180-ə  qədər  üzvü  vardır. 

Qərargahı Parisdədir. 

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  bütün  xalqların 

sağlamlığını  qorumaq  məqsədi  ilə  yaradılmışdır. ÜST xəstəliklərin 

(spid və s.) ləğvi üçün beynəlxalq əməliyyatlar təşkil edir, yoluxucu 

və  digər  xəstəlikiər  ilə  mübarizədə  müxtəlif ölkələrə  köməklik 

göstərir,  karantin  və  epidemiologiyaya,  dərman  preparatlarının 

keyfıyyətinə, narkotik maddələrin yayılmamasına nəzarət edir və bu 

sahələrdə  beynəlxalq  iş  aparır.  180-ə  qədər  üzvü  vardır.  Qərargahı 

Cenevrədə fəaliyyət göstərir. 

Beynəlxalq  Əmək  Təşkilatı  insanların  həyat  və  əmək 

şəraitinin  yaxşılaşdınlması məqsədi ilə  yaradılmışdır. Bu təşkilatda 

əmək  haqqı,  iş  günü,  muzdla  işə  qəbul  üçün  minimum  yaş  həddi, 

sosial  sığorta,  əmək  şəraiti  və  s.  kimi  məsələlər  üzrə  beynəlxalq 




müqavilələr  işlənib  hazırlanır.  180-ə  qədər  üzvü  var.  Qərargahı 

Cenevrə şəhərindədir. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada aclıq 

ilə  mübarizə,  kənd  təsərrüfatında  məhsuldarlığı  artırmaq  və  s. 

məqsədi  ilə  1945-ci  ildə  yaradılmışdır.  180-ə  qədər  üzvü  vardır. 

Qərargahı Roma şəhərindədir. 

Beynəlxalq  Kənd  Təsərrüfatı  Đnkişafı  Fondu-158  dövləti 

birləşdirir. Bu ölkələr üç qrupa bölünür. Onlardan 22-si ĐEÖ, 12-si 

neft  ixrac  edən,  124-ü  isə  ĐOÖ-dir.  Məqsədi:  ĐOÖ-in  daha  kasıb 

kənd  əhalisinə  ərzaq  istehsalının  artımına  kömək  etməkdir. 

Qərargahı Romada yerləşir. 

Ümumdünya  Meteorologiya  Təşkilatı  (ÜMT)  meteoroloji 

müşahidə  və  tədqiqatlar,  meteoroloji  məlumatların  mübadiləsi 

sahəsində  beynəlxalq  əməkdaşlığa  kömək  etmək  məqsədi  ilə 

yaradılmışdır.  ÜMT  ümumdünya  və  regional  meteoroloji 

mərkəzlərin  məlumatlarından  istifadə  etməklə  «Ümumdünya  hava 

bürosu»nu  yaratmışdır.  170-dən  artıq  üzvü  vardır.  Qərargahı 

Cenevrədə yerləşir. 

Ümumdänya  Turist  Təşkilatının  (ÜTT)-130-dan  artıq  üzvü 

vardır.  Məqsədi:  turizmin,  xüsusilə  ĐEÖ-də  bu  sahənin  inkişafına, 

sülhün qorunmasına və qarşılıqlı anlaşmaya və s. kömək etməkdir. 

Qərargahı Madriddə fəaliyyət göstərir. 

Bunlarla  yanaşı,  BMT-də  Ümumdünya  Poçt  Đttifaqı, 

Beynəlxalq  Elektrorabitə  Đttifaqı,  Beynəlxalq  Dəniz  Təşkilatı, 

Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatı,  BMT-nin  Đnkişaf  Proqramı, 

Narkotik  vasitələrə  nəzarət  üzrə  BMT-nin  Beynəlxalq  Proqramı, 

Məskunlaşma  sahəsində  BMT  fondu,  Qadınlar  üçün  BMT-nin 

Đnkişaf  Fondu,  Ətraf  mühitin  mühafizəsi  üçün  BMT-nin  Proqramı, 

Qaçqınların  işi  üzrə  BMT-nin  AIi  Komissarlığının  Đdarəsi  və  b. 

ixtisaslaşmış təşkilatlar fəaliyyət göstərirlər. 

Đqtisadi  Əməkdaşlıq  və  Đnkişaf  Təşkilatı  (ĐƏĐT)  sürətli 

iqtisadi  artıma,  ayrı-seçkilik  olmadan  dünya  ticarətinin  hərtərəfli 

genişlənməsinə  nail  olmaq  üçün  1961-ci  ildə  yaradılmışdır. 

Tərkibinə 29 ölkə daxildir. Qərargahı Paris şəhərində yerləşir. 

«Böyük  yeddilər»in  müşavirəsində  daha  güclü  iqtisadi 

potensiala  malik  7  başlıca  ölkə  rəhbərlərinin  ildə  bir  dəfə  görüşü 




keçirilir.  Dünya  iqtisadiyyatı,  dünya  siyasəti,  qlobal  problemlər 

onların  təhlil  etdikləri  məsələlərin  sırasına  daxildir.  Qərarlar 

konsensus (yekdillik) qaydası ilə qəbul olunur və tövsiyə xarakteri 

daşıyır. 1996-cı ildən siyasi problemlərin müzakirəsində Rusiya da 

iştirak  edir.  Ona  görə  də  belə  görüşləri  «Böyük  Səkkizlər»in 

müşavirəsi də adlandırmaq mümkündür. 

Paris  Klubu  (PK)  -  kredit  verən  dövlətlərin  qeyri-formal 

birləşməsidir.  1962-ci  ildə  Parisdə  10  ölkə  (ABŞ,  AFR,  Belçika, 

Đngiltərə, Đtaliya, Đsveç, Đsveçrə, Kanada, Niderland və Fransa) borc 

barədə  BVF  ilə  müqavilə  bağlanmışdır.  Bu  gün  PK-nun  tərkibinə 

19  ölkə  daxildir.  PK-nun  iclaslarında  ĐOÖ-lərin  dövlət  borclarının 

ödəmə  müddətinin  uzadılması  və  tənzimlənməsi  məsələləri 

müzakirə olunur. 

London klubu - 400-dən artıq ən iri kommersiya banklarının 

birliyidir.  Borclu  ölkələrin  xüsusi  (fərdi)  xarici  borclarının,  yəni 

dövlət zəmanəti olmadan alınan kreditlərin tənzimlənməsi problemi 

ilə  məşğul  olur.  Təşkilat  80-cı  illərin  əvvəllərində  beynəlxalq  borc 

böhranının kəskinləşməsindən sonra yaradılmışdır. 

Beynəlxalq  Ticarət  Palatası  ĐEÖ  və  ĐOÖ-in  yüzlərlə 

şirkətlərini,  təşkilatlarını  və  digər  hüquqi  fərdlərini  birləşdirən 

qədim  qeyri  -hökumət  təşkilatlarından  biridir.  Məqsədi:  ticarətin, 

investisiyanın,  azad  bazarın  genişləndirilməsi  yolu  ilə  dünyada 

sahibkarlığı inkişaf etdirməkdir. Qərargahı Parisdədir. 

77-lər  qrupu  -  1964-cü  ildə  UNCTAD-m  birinci 

qurultayında yaradılmışdır. 100-dən artıq ölkəni birləşdirir. BMT və 

onun  orqanları  çərçivəsində  fəaliyyət  göstərir.  Məqsədi-beynəlxalq 

iqtisadi münasibətlərin yenidən qurulması, yeni beynəlxalq iqtisadi 

qaydaların  yaradılması  uğrunda  birgə  mübarizə  aparmaqdan,  ĐEÖ-

in iqtisadi proqramını işləyib hazırlamaqdan ibarətdir. 

 

X



X

X

I

I

I

V

V

V

 

 

 

M

M

M

A

A

A

R

R

R

A

A

A

Q

Q

Q

L

L

L

I

I

I

 

 

 

M

M

M

Ə

Ə

Ə

L

L

L

U

U

U

M

M

M

A

A

A

T

T

T

L

L

L

A

A

A

R

R

R

 

 

 

 

1.  Đlk əvvəl Azərbaycanda hansı dövlətlər yaranmışdır?1-Manna, 



Midiya 

2.  Eramızdan əvvəl Şimali  Azərbaycanda hansı dövlət 

yaranmışdır?-Albaniya 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə