R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə123/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   119   120   121   122   123   124   125   126   ...   153

buraya  emal sənaye məhsulları da əhatə olunmuşdur. Qızıl, almaz, 

uran, platin, metal, yun, şərab ixracatının əsasını təşkil edirlər. Qızıl 

və atom xammalı başlıca olaraq Böyük Britaniyaya və ABŞ-a ixrac 

olunur.  Almaz  isə  Avropanın  bir  çox  ölkələrinin  istehlakını 

ödənilməsində  gərəklidir.  Hər  il  adambaşına  700  dollarlıq  məhsul 

ixrac edilir. 

Đdxalat  məhsulları  -  müxtəlif  avadanlıqlardan,  nəqliyyat 

vasitələrindən, 

hazır 

sənaye 


məhsullarından, 

maşınlardan, 

kimyadan, 

yanacaq 


sahəsinə 

aid 


olan 

növlərdən, 

ərzaq 

məhsullarıdan  ibarətdir.  Xarici  ticarətin  1/3-i  Böyük  Britaniya  ilə, 



1/6-i  ABŞ-la  həyata  keçirilir.  Son  vaxtlar  Afrika  dövlətlərindən  - 

Malavi,  Lesoto,  Botsvana  və  Svazilendlə  də  ticarət  əlaqələri 

yaradılmışdır. Neft və neft emalı məhsullari idxah OPEK, ABŞ və 

Böyük Britaniya şirkət və trestləri ilə həyata keçirilir. 

CAR  Afrikada  ən  çox  borcu  olan  dövlətdir.  Belə  ki,  onun 

xarici borcu 35 mlrd. dollardan artıqdır. 

CAR  -  bir  sıra  beynəlxalq  və  beynəlxalq  regional 

təşkilatların-o cümlədən, Beynəlxalq Hesablaşma Bankının, Avropa 

Kosmik Agentliyinin, Tarif və Ticarət üzrə Baş müqavilənin, Atom 

enerjisi  üzrə  Beynəlxalq  Agentliyin,  Beynəlxalq  Yenidənqurma  və 

Đnkişaf Bankının, Beynəlxalq Assosiasiyasının, Beynəlxalq Maliyyə 

Korporasiyasının,  Beynəlxalq  Valyuta  Fondunun,  Beynəlxalq 

Elektrik  əlaqələri  Birliyinin,  Birləşmiş  Millətlər  Təşkilatının, 

Ümumdünya sağlamlıq və sair təşkilatlarının üzvüdür. 

Daxili  iqtisadi  inkişaf  fərqlərinin  müxtəlifliyi-Şimal-Şərq, 

Şərq hissələrinin və Kap əyalətinin ayrılmasına səbəb olmuşdur. 

Transvaal  və  Narıncı  əyalətlərini  də  əhatə  edən  Şimal-Şərq 

ölkənin ən inkişaf etmiş regionudur. Dağ-mədən sənayesi, ağır emal 

sahələri,  elektrik  enerjisi  hasilatının  demək  olar  ki,  hamısı  burada 

cəmləşmişdir.  Əhalinin  məskunlaşması  və  kənd  təsərrüfatının 

yüksək  inkişafı  ilə  də  tanınır.  Onu  da  qeyd  etmək  gərəkdir  ki, 

Yoxannesburq  aqlomerasiyası  da  burada  yerləşir.  Eyni  zamanda 

Pritoriyanın  çox  hissəsi,  Benoni,  Fereninqen  şəhərləri  də  bu 

aqlomerasiyaya daxildir. 

Şərq-Natal  əyalətini  əhatə  edir.  Sənaye  baxımından  inkişaf 

etmiş  regiondur.  Daş  kömür  hasilatına,  qara  metallurgiyaya, 




kimyaya malikdir. Sənaye liman kompleksinin, Durbananın iqtisadi 

inkişafında  böyük  rolu  vardır.  Kənd  təsərrüfatında  şəkər  qamışı, 

ananas, sitrus növləri üstünlük təşkil edir. 

Kap  əyalətini  daxili  inkişaf  xüsusiyyətlərinə  görə  3  hissəyə 

ayırmaq  olar.  Keplend  rayonu  əhalinin  məskunlaşması  və  ərazi 

mənimsənilməsinin  yüksəkliyi  ilə  secilir.  Sənaye  sahələri 

Keyptaunda  fəaliyyət  göstərir.  Emal  sahələri  aparıcıdır.  Taxılçılıq 

kənd  təsərrüfatının  aparıcı  sahəsidir.  Keplend  nəinki  bu  rayonda, 

habelə öikodə  aparıcı buğda tədarükçüsü kimi tanınır. Üzümçülük, 

bağçılıq,  şərabçılıq  və  meyvə  konserv  sahəsinin  inkişafına  xidmət 

etməkdədir. 

Kap  əyaiətinin  cənub-şərq  və  qərb  hissələri  ölkənin  aqrar  regionu 

kimi 

tanıır. 


Qərbdə 

ekstensiv 

qoyunçuluq, 

cənubi-şərqdə 

tərəvəzçilik, bağçılıq, şəhərlərdə isə emal sənaye sahələri vardır. 

 

XI. AVSTRALĐYA VƏ OKEANĐYA 

 

Buraya  Avstraliya  və  Okeaniya  materiki  və  Sakit  okeanın 



cənub-qərb hissəsində  yerləşən ada dövlətlətləri, habelə 10 mindən 

artıq  ada  daxildir.  14  dövlət,  13  asıh  ərazi  mövcuddur.  Böyük 

Britaniyanın  rəhbərlik  etdiyi  Birlik  qrupuna  11  dövlət  aid  edilir. 

Əhalinin 90 %-dən artığı Avropa mənşəlidir. Əksər ölkələrdə dövlət 

dili ingilis dilidir. Lakin Nauru nauran, Samoa samoan, Banoatu isə 

fransız  dilinə  malikdir.  Dini  mənsubiyyətinə  görə  isə  xristianların 

protestant dini üstünlük təşkil edir. 

 

XI. 1. Avstraliya Ittifaqı 

 

Avstraliyanın  sahəsi  7682  min  kv.km,  əhalisi  19,55  mln. 



nəfərdir.  Əhalinin  hər  kv.km-də  orta  sıxlığı  2,5  nəfərdən  artıqdır. 

Onun  təbii  artımı  0,55  %-dən  çoxdur.  Kişilərdə  orta  ömür  sürmə 

77,2  il,  qadınlarda  isə  83  ilə  bərabərdir.  Əhalinin  73  %-i  ingilis-

avstraliyalılardan,  20  %-dən  artığı  Avropa  mənşəlilərdən  ibarətdir. 

Ye'rli  əhali  ümumi  əhalinin  2  %-indən  artıqdır.  Dövlət  dili  ingilis 

dilidir.  75  %  əhali  xristianlardır.  Şəhər-kənd  əhalisi  arasında  çox 




böyük  fərq  müşahidə  olunur.  O,  35:65  nisbətindədir.  Paytaxtı 

Kanberradır. Paytaxtda 310,5 min əhali yaşayır. 

Avstraliya  ərazisi  6  ştata  və  2  əraziyə  bölünür.  Avstraliya 

Böyük  Britaniyanın  başçılıq  etdiyi  Birliyə  daxil  olan  federativ 

döviət  sayılır.  Dövlət  başçısı  Böyük  Britaniyanın  kraliçasıdır.  2 

palatalı  federal  parlament  qanunvericilik  orqanı,  icraedici 

hakimiyyət isə general-qubernator şəxsində kraliça sayılır. 1984-cü 

ildə yaradılmış Avstraliya liberal partiyası, 1891-ci ildən bünövrəsi 

qoyulan  Avstraliya  leyboristlər  partiyası,  1916-cı  ildən  yaradılmış 

Avstraliya Milli Partiyası, 1977-ci ildən fəaliyyətdə olan Avstraliya 

Demokratlar  partiyası  aparıcı  hesab  olunurlar.  Avstraliya  bir  çox 

Beynəlxalq təşkilatların, o cümlədən Đqtisadi Əməkdaşlıq və Đnkişaf 

Təşkilatının, Kolombo Planının üzvüdür. Avstraliya yüksək inkişaf 

etmiş sənaye-aqrar ölkəsi hesab edilməklə Ümumi Daxili Məhsulda 

sənaye - 26 %, kənd təsərrüfatı - 3 %-dən artığa çatmır. Dağ-mədən 

(dəmir  fılizi,  əlvan  metal  fılizləri,  uran,  qızıl,  gümüş,  daş  kömür, 

qonur  kömür,  neft,  təbii  qaz),  qara  və  əlavan  metallurgiya, 

maşınqayırma  -  xüsusilə  avtomobil,  elektronika,  elektron, 

dəzgahqayırma,  dəmir  yolu,  kənd  təsərrüfatı  maşınqayırması,  neft 

emalı  və  kimya,  neft-kimya  ölkədə  məhsuldar  qüvvələrin  inkişafı 

və  daha  düzgün  yerləşləşdirilməsində  aparıcı  sayılan  sənaye 

sahələridir. 

Kənd  təsərrüfatının  əsasında  zərif  yunlu  qoyunçuluq,  ətlik, 

südlük  istiqamətli  iribuynuzlu  heyvandarlıq  sahəsi  durur. 

Əkinçilikdə  taxılçılıq,  şəkər  qamışı,  pambıq,  meyvə,  üzüm 

becərilməsi gəürli sahələrdəndir. 

Nəqüyyatın  bütün  növlərinin  inkişafı  üçün  hər  cür  şərait 

vardır. Dəmir yolları uzunluğu - 40,5 min km, avtomobil yolları isə 

838  min  km  uzunluğa  malikdır.  Dampir,  Port-Xedlend,  Nyukasl, 

Sidney,  Qladston,  Xey-Poynt,  Melburn,  Port-Kembla,  Frimantl 

kimi  tanınmış  dəniz  limanları  yaradılmışdır.  Hava  nəqliyyatının 

fəaliyyətində  Sidney,  Melburn,  Darvin,  Pert  kimi  beynəlxalq  hava 

limanları böyük rol oynayırlar. 

Xarici  ticarətdə  ixrac  olunan  məhsullardan  mühünı  növ 

xammallar,  kənd  təsərrüfat  məhsulları,  müxtəlif  növ  maşın  və 

avadanlıqlar,  idxalatda  nəqliyyat  vasitələri,  istehlak  malları,  maşın 

və avadanlıqlar, kimya məhsulları, yanacaq, sürtkü yağları üstünlük 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə