müsəlmanlardan, cənubda yerləşən dövlətlər isə xristianlar və
onlara yaxın olanlardan ibarətdir.
X.l. Cənubi Afrika Respublikası
Sahəsi-1.22585 kv.km
Əhalisi - 43,65 mln. nəfər
Paytaxti - Pretoriya
ÜDM - 594 mlrd. dollar
ÜDM - adambaşıa - 9,4 min dollar
Cənubi Afrika Respublikası (CAR) Afrika kontinentinin
cənub sahəsində yerləşərək şimaldan - 1840 km məsafədə Botsvana
ilə, -855 km Namibiya ilə, - 491 km məsafədə Mozambiklə, 430 km
məsafədə Svazilend və- 225 km məsafədə Zimbabve ilə, şərqdən
909 km məsafədə Lesoto ilə sərhədləşir. O, qərbdən Atlantik
okeanın, cənubdan və şərqdən Hind okeanının suları ilə əhatələnir.
Ümumi sərhədinin uzunluğu - 4750 km, sahil xəttinin uzunluğu -
2798 km-ə çatır.
Hələ 1652-ci ildə ərazi Avropadan gəlmə hollandlar
tərəfindən mənimsənilmişdir. Sonralar ingilislər bu işləri həyata
keçirmişlər
(XVIII-XIX
əsrlər).
Nəhayət,
ingilis-holland
müharibəsindən sonra 1910-cu ildə burada Cənubi Böyük
Britaniyanın dominionu olan Cənubi Afrika Đttifaqı adlı dövlət
yarädilmış olur. Milli-azadlıq hərəkatının get-gedə vüsət alması
nəticəsində Cənubi Afrika Đttifaqı (CAĐ) 1961-ci ildə Böyük
Britaniyanın rəhbərlik etdiyi Birlik ölkələri qrupundan çıxmaqla
CAR adlandırılmışdır.
CAR-ın istər təbii şəraiti, istərsə də zəngin və çoxnövlü təbii
ehtiyatlarının bolluğu insanların məskunlamasında və əmək
fəaliyyətlərindən hərtərəfli istifadə etməyə imkanlıdır. Cənubi
Afrika yaylasının çox hissəsi CAR ərazisinin əsasım təşkil edir ki,
onun da maksimal hündürlüyü 2000 metrə qədər çatır. Şərqdə
maksimal hündürlüyü - 3660 m olan Drakon dağlarının Katnin-Pik
zirvəsi relyefln səthini xeyli mürəkkəbləşdirir. Cənubda çox da
hündür olmayan Kap dağları, qərbdə Namib səhrası, şimal-qərbdə
Kalaxari səhrasının cənub hissəsi ərazinin relyefini özündə əks
etdirən formalardandır. Düzənliklər ancaq sahil zonalarında ensiz
zolaqla xeyli sahəni əhatə edir.
Çoxsahəli təsərrüfat növlərinin formalaşmasına səbəb olan
amilərdən biri zəngin və çoxnövlü yeraltı və yerüstü təbii sərvətlər
bolluğudur. Platin, manqan, uran, xrom, dəmir filizi, qurğuşun,
qalay, nikel, fosfor filizləri sənaye əhəmiyyətli ehtiyatlara malikdir.
Lakin CAR-m «tanışlıq vəsiqəsi» qızıl, uran və almazla müəyyən
olunur. Dünya qızıl ehtiyatının 45 %-i burada yerləşir. Ehtiyatının
kəmiyyət göstəricisi-40 min tondan artıqdır. Platin qrupuna aid olan
metal fılizlərinin, vanadiumun, xromit filizlərinin xeyli hissəsi
buradadır. Kömür-ehtiyatı 116 mlrd. ton, dəmir fılizi-ehtiyatı -4,0
mlrd. ton, uran-ehtiyatı-150 min ton müəyyənləşdirilmişdir. CAR
uran fılizi ehtiyatına görə dünyada 6-cı yeri tutur. Hələlik CAR-da
neft və qaz ehtiyatları aşkarlanmamışdır.
Daxili su ehtiyatları da ürəkaçan deyildir. Qısa məsafədə
daimi axan çayların əksəriyyəti Hind okeanına tökülür. Öz
başlanğıcın Lesotodan alan Narıncı (Oranjevaya), Vaal, Limpopo
çayları əhəmiyyətlidir. Çayların hidroenerji potensialı yüksək
deyildir. Yeraltı sulardan istifadə etməklə yanaşı, dəniz suyunun
yararlı hala salınması prosesi də suya olan tələbatın ödənilməsinə
xidmət edir.
Torpaqları və meşə örtüyü tələbata müvafiqdir. Savannanın
müxtəlif tipli torpaqlan kənd təsərrüfatında istifadə olunur. Ümumi
sahəsinin 1/5-i əkinçilik üçün yararlıdır. Ərazi torpaqlarının 10 %-i
şumlanır. Otlaq və biçənək sahəsi ümumi ərazinin 65 %-ni tutur.
1,2 mln. ha suvarılan torpaq sahəsi vardır.
Meşə ərazinin az hissəsini örtmüşdür.
Yuxarıda göstərilənlərdən hərtərəfli istifadə etmək üçün
iqlim və aqroiqlim ehtiyatlarının müsbət təsiri vardır. Dünyanın
tropik və subtropik iqlim qurşaqları enlik istiqamətində ərazidən
keçir.Orta illik temperaturu ölkə üçün münasib olmaqla 12-25°S
arasında tərəddüd edir. Atmosfer yağıntılarının illik miqdarı isə
100-2000 mm arasında dəyişir.
Ölkədə məhsuldar qüvvələrin inkişafı və daha düzgün
yerləşdiriiməsində
əhalinin
rolu
danılmazdır.
Əhalinin
məskunlaşması, təbii artımı və sıxlığı hər yerdə eyni deyildir. Onun
hər kv.km-də orta sıxlığı - 35,7 nəfərdən artıqdır. Təbii artımın
göstəricisi - 0,18 %-dir. Kişilər üçün orta yaş həddi-45,2 il, qadınlar
üçün-45,7 ilə qədər olduğu qeydə alınmışdır. Əhalinin milli tərkibi
afrikalılardan -77,6%, Avropa mənşəlilərdən-10,4 %, metislərdən-
8,7 %, Asiyadan gəlmələrdən-2,5 % ibarətdir. Əhalinin 87 %-i
xristianlardır. Dövlət dili qədim hollandların bur dilidir.
Müsəlmanlar və induistlər ayrı-ayrılıqda-1 % xüsusi çəkiyə
malikdirlər. Urbanizasiya - 48 %-dən artıqdır. Ölkənin paytaxtı
Pretoriyada şəhər ətrafian ilə birlikdə-1,0 mln.-dan artıq əhali
yaşayır. Lakin Yakonnesburqda-5,0 mln. əhali yaşadığı qeydə
alınmışdır. 2050-ci ildə 90 mln. nəfər əhalinin olacağı
proqnozlaşdırılmışdır. Şəhər-kənd əhalisinin nisbətində üstünlük
şəhərin xeyrinə - 55 %-dir. CAR-da 500-dən çox şəhər vardır. 20-
yə qədər şəhərin hər birinin 100 mindən artıq əhalisi vardır. Əmək
ehtiyatları ümumi əhalinin 13,5 mln. nəfərini əhatə edir.
1961-ci ildə qəbul olunmuş Konstitusiyaya görə CAR
Respublika idarəetmə formasına malikdir. Đnzibati bölgüyə görə 9
əyalətə ayrılır. CAR öz müstəqilliyini 1910-cu ildə qazanmışdır. 31
mayda Respublika milli bayramı qeyd olunur. Dövlətin və
hökumətin başçısı Prezidentdir. Ali qanunverici orqanı-ağlar üçün
olan
Yığıncaq
Palatasından,
zəncilər
və
hindlilər
üçün
Nümayəndələr Palatasından ibarət olan Parlament sayılır.
Millətçilik Partiyası, Afrika Milli Konqresi, Demokrat Partiyası və
Konservativ Partiya ən nüfuzlu hesab olunurlar. CAR Afrika
kontinentində iqtisadi cəhətdən inkişaf etmiş «köçürmə kapitalist»
ölkələri sisteminə (Kanada, Đsrail, Yeni Zelandliya və Avstraliya
Đttifaqı) daxil olmaqla sənaye-aqrar ölkəsidir. O bütün kontinentin
iqtisadi inkişafında əhəmiyyətli dərəcədə rol oynayır. Afrika
ərazisinin-4 faizinə, əhalisinin 6,0 faizinə malik olan CAR bütün
kontinentin ÜDM-nun-27 %-ni, sənaye məhsulunun-40 %-ni, kənd
təsərrüfatı məhsulunun-30 %-ni verməkdədir. Afrikada istehsal
olunmuş mineral sərvətlərin dəyərinə, elektrik enerjisi hasilatına və
polad əridilməsinə görə 1-ci yeri tutur. Dünyada qızıl ehtiyatı və
hasilatına, manqan, xrom, vanadium, platin qrupuna daxil olan
Dostları ilə paylaş: |