R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə120/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   116   117   118   119   120   121   122   123   ...   153

müsəlmanlardan,  cənubda  yerləşən  dövlətlər  isə  xristianlar  və 

onlara yaxın olanlardan ibarətdir. 

 

X.l. Cənubi Afrika Respublikası 

 

Sahəsi-1.22585 kv.km 



Əhalisi - 43,65 mln. nəfər 

Paytaxti - Pretoriya 

ÜDM - 594 mlrd. dollar 

ÜDM - adambaşıa - 9,4 min dollar 

 

Cənubi  Afrika  Respublikası  (CAR)  Afrika  kontinentinin 



cənub sahəsində yerləşərək şimaldan - 1840 km məsafədə Botsvana 

ilə, -855 km Namibiya ilə, - 491 km məsafədə Mozambiklə, 430 km 

məsafədə  Svazilend  və-  225  km  məsafədə  Zimbabve  ilə,  şərqdən 

909  km  məsafədə  Lesoto  ilə  sərhədləşir.  O,  qərbdən  Atlantik 

okeanın, cənubdan və şərqdən Hind okeanının suları ilə əhatələnir. 

Ümumi  sərhədinin  uzunluğu  -  4750  km,  sahil  xəttinin  uzunluğu  - 

2798 km-ə çatır. 

Hələ  1652-ci  ildə  ərazi  Avropadan  gəlmə  hollandlar 

tərəfindən  mənimsənilmişdir.  Sonralar  ingilislər  bu  işləri  həyata 

keçirmişlər 

(XVIII-XIX 

əsrlər). 

Nəhayət, 

ingilis-holland 

müharibəsindən  sonra  1910-cu  ildə  burada  Cənubi  Böyük 

Britaniyanın  dominionu  olan  Cənubi  Afrika  Đttifaqı  adlı  dövlət 

yarädilmış  olur.  Milli-azadlıq  hərəkatının  get-gedə  vüsət  alması 

nəticəsində  Cənubi  Afrika  Đttifaqı  (CAĐ)  1961-ci  ildə  Böyük 

Britaniyanın  rəhbərlik  etdiyi  Birlik  ölkələri  qrupundan  çıxmaqla 

CAR adlandırılmışdır. 

CAR-ın istər təbii şəraiti, istərsə də zəngin və çoxnövlü təbii 

ehtiyatlarının  bolluğu  insanların  məskunlamasında  və  əmək 

fəaliyyətlərindən  hərtərəfli  istifadə  etməyə  imkanlıdır.  Cənubi 

Afrika  yaylasının çox hissəsi CAR ərazisinin əsasım təşkil edir ki, 

onun  da  maksimal  hündürlüyü  2000  metrə  qədər  çatır.  Şərqdə 

maksimal hündürlüyü - 3660 m olan Drakon dağlarının Katnin-Pik 

zirvəsi  relyefln  səthini  xeyli  mürəkkəbləşdirir.  Cənubda  çox  da 



hündür  olmayan  Kap  dağları,  qərbdə  Namib  səhrası,  şimal-qərbdə 

Kalaxari  səhrasının  cənub  hissəsi  ərazinin  relyefini  özündə  əks 

etdirən  formalardandır.  Düzənliklər  ancaq  sahil  zonalarında  ensiz 

zolaqla xeyli sahəni əhatə edir. 

Çoxsahəli  təsərrüfat  növlərinin  formalaşmasına  səbəb  olan 

amilərdən biri zəngin və çoxnövlü yeraltı və yerüstü təbii sərvətlər 

bolluğudur.  Platin,  manqan,  uran,  xrom,  dəmir  filizi,  qurğuşun, 

qalay, nikel, fosfor filizləri sənaye əhəmiyyətli ehtiyatlara malikdir. 

Lakin  CAR-m  «tanışlıq  vəsiqəsi»  qızıl,  uran  və  almazla  müəyyən 

olunur.  Dünya  qızıl  ehtiyatının  45  %-i  burada  yerləşir.  Ehtiyatının 

kəmiyyət göstəricisi-40 min tondan artıqdır. Platin qrupuna aid olan 

metal  fılizlərinin,  vanadiumun,  xromit  filizlərinin  xeyli  hissəsi 

buradadır.  Kömür-ehtiyatı  116  mlrd.  ton,  dəmir  fılizi-ehtiyatı  -4,0 

mlrd.  ton,  uran-ehtiyatı-150  min  ton  müəyyənləşdirilmişdir.  CAR 

uran fılizi ehtiyatına  görə dünyada 6-cı  yeri tutur. Hələlik CAR-da 

neft və qaz ehtiyatları aşkarlanmamışdır. 

Daxili  su  ehtiyatları  da  ürəkaçan  deyildir.  Qısa  məsafədə 

daimi  axan  çayların  əksəriyyəti  Hind  okeanına  tökülür.  Öz 

başlanğıcın  Lesotodan  alan  Narıncı  (Oranjevaya),  Vaal,  Limpopo 

çayları  əhəmiyyətlidir.  Çayların  hidroenerji  potensialı  yüksək 

deyildir.  Yeraltı  sulardan  istifadə  etməklə  yanaşı,  dəniz  suyunun 

yararlı  hala  salınması  prosesi  də  suya  olan  tələbatın  ödənilməsinə 

xidmət edir. 

Torpaqları  və  meşə  örtüyü  tələbata  müvafiqdir.  Savannanın 

müxtəlif tipli torpaqlan kənd təsərrüfatında istifadə olunur. Ümumi 

sahəsinin 1/5-i əkinçilik üçün yararlıdır. Ərazi torpaqlarının 10 %-i 

şumlanır.  Otlaq  və  biçənək  sahəsi  ümumi  ərazinin  65  %-ni  tutur. 

1,2 mln. ha suvarılan torpaq sahəsi vardır. 

Meşə ərazinin az hissəsini örtmüşdür. 

Yuxarıda  göstərilənlərdən  hərtərəfli  istifadə  etmək  üçün 

iqlim  və  aqroiqlim  ehtiyatlarının  müsbət  təsiri  vardır.  Dünyanın 

tropik  və  subtropik  iqlim  qurşaqları  enlik  istiqamətində  ərazidən 

keçir.Orta  illik  temperaturu  ölkə  üçün  münasib  olmaqla  12-25°S 

arasında  tərəddüd  edir.  Atmosfer  yağıntılarının  illik  miqdarı  isə 

100-2000 mm arasında dəyişir. 



Ölkədə  məhsuldar  qüvvələrin  inkişafı  və  daha  düzgün 

yerləşdiriiməsində 

əhalinin 

rolu 


danılmazdır. 

Əhalinin 

məskunlaşması, təbii artımı və sıxlığı hər yerdə eyni deyildir. Onun 

hər  kv.km-də  orta  sıxlığı  -  35,7  nəfərdən  artıqdır.  Təbii  artımın 

göstəricisi - 0,18 %-dir. Kişilər üçün orta yaş həddi-45,2 il, qadınlar 

üçün-45,7 ilə qədər olduğu qeydə alınmışdır. Əhalinin milli tərkibi 

afrikalılardan  -77,6%,  Avropa  mənşəlilərdən-10,4  %,  metislərdən-

8,7  %,  Asiyadan  gəlmələrdən-2,5  %  ibarətdir.  Əhalinin  87  %-i 

xristianlardır.  Dövlət  dili  qədim  hollandların  bur  dilidir. 

Müsəlmanlar  və  induistlər  ayrı-ayrılıqda-1  %  xüsusi  çəkiyə 

malikdirlər.  Urbanizasiya  -  48  %-dən  artıqdır.  Ölkənin  paytaxtı 

Pretoriyada  şəhər  ətrafian  ilə  birlikdə-1,0  mln.-dan  artıq  əhali 

yaşayır.  Lakin  Yakonnesburqda-5,0  mln.  əhali  yaşadığı  qeydə 

alınmışdır.  2050-ci  ildə  90  mln.  nəfər  əhalinin  olacağı 

proqnozlaşdırılmışdır.  Şəhər-kənd  əhalisinin  nisbətində  üstünlük 

şəhərin xeyrinə  - 55  %-dir. CAR-da 500-dən  çox şəhər vardır. 20-

yə qədər şəhərin hər birinin 100 mindən artıq əhalisi vardır. Əmək 

ehtiyatları ümumi əhalinin 13,5 mln. nəfərini əhatə edir. 

1961-ci  ildə  qəbul  olunmuş  Konstitusiyaya  görə  CAR 

Respublika  idarəetmə  formasına  malikdir.  Đnzibati  bölgüyə  görə  9 

əyalətə ayrılır. CAR öz müstəqilliyini 1910-cu ildə qazanmışdır. 31 

mayda  Respublika  milli  bayramı  qeyd  olunur.  Dövlətin  və 

hökumətin  başçısı  Prezidentdir.  Ali  qanunverici  orqanı-ağlar  üçün 

olan 


Yığıncaq 

Palatasından, 

zəncilər 

və 


hindlilər 

üçün 


Nümayəndələr  Palatasından  ibarət  olan  Parlament  sayılır. 

Millətçilik Partiyası, Afrika Milli Konqresi, Demokrat Partiyası və 

Konservativ  Partiya  ən  nüfuzlu  hesab  olunurlar.  CAR  Afrika 

kontinentində  iqtisadi  cəhətdən  inkişaf  etmiş  «köçürmə  kapitalist» 

ölkələri  sisteminə  (Kanada,  Đsrail,  Yeni  Zelandliya  və  Avstraliya 

Đttifaqı)  daxil  olmaqla  sənaye-aqrar  ölkəsidir.  O  bütün  kontinentin 

iqtisadi  inkişafında  əhəmiyyətli  dərəcədə  rol  oynayır.  Afrika 

ərazisinin-4  faizinə,  əhalisinin  6,0  faizinə  malik  olan  CAR  bütün 

kontinentin ÜDM-nun-27 %-ni, sənaye məhsulunun-40 %-ni, kənd 

təsərrüfatı  məhsulunun-30  %-ni  verməkdədir.  Afrikada  istehsal 

olunmuş mineral sərvətlərin dəyərinə, elektrik enerjisi hasilatına və 

polad  əridilməsinə  görə  1-ci  yeri  tutur.  Dünyada  qızıl  ehtiyatı  və 

hasilatına,  manqan,  xrom,  vanadium,  platin  qrupuna  daxil  olan 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə