buraya emal sənaye məhsulları da əhatə olunmuşdur. Qızıl, almaz,
uran, platin, metal, yun, şərab ixracatının əsasını təşkil edirlər. Qızıl
və atom xammalı başlıca olaraq Böyük Britaniyaya və ABŞ-a ixrac
olunur. Almaz isə Avropanın bir çox ölkələrinin istehlakını
ödənilməsində gərəklidir. Hər il adambaşına 700 dollarlıq məhsul
ixrac edilir.
Đdxalat məhsulları - müxtəlif avadanlıqlardan, nəqliyyat
vasitələrindən,
hazır
sənaye
məhsullarından,
maşınlardan,
kimyadan,
yanacaq
sahəsinə
aid
olan
növlərdən,
ərzaq
məhsullarıdan ibarətdir. Xarici ticarətin 1/3-i Böyük Britaniya ilə,
1/6-i ABŞ-la həyata keçirilir. Son vaxtlar Afrika dövlətlərindən -
Malavi, Lesoto, Botsvana və Svazilendlə də ticarət əlaqələri
yaradılmışdır. Neft və neft emalı məhsullari idxah OPEK, ABŞ və
Böyük Britaniya şirkət və trestləri ilə həyata keçirilir.
CAR Afrikada ən çox borcu olan dövlətdir. Belə ki, onun
xarici borcu 35 mlrd. dollardan artıqdır.
CAR - bir sıra beynəlxalq və beynəlxalq regional
təşkilatların-o cümlədən, Beynəlxalq Hesablaşma Bankının, Avropa
Kosmik Agentliyinin, Tarif və Ticarət üzrə Baş müqavilənin, Atom
enerjisi üzrə Beynəlxalq Agentliyin, Beynəlxalq Yenidənqurma və
Đnkişaf Bankının, Beynəlxalq Assosiasiyasının, Beynəlxalq Maliyyə
Korporasiyasının, Beynəlxalq Valyuta Fondunun, Beynəlxalq
Elektrik əlaqələri Birliyinin, Birləşmiş Millətlər Təşkilatının,
Ümumdünya sağlamlıq və sair təşkilatlarının üzvüdür.
Daxili iqtisadi inkişaf fərqlərinin müxtəlifliyi-Şimal-Şərq,
Şərq hissələrinin və Kap əyalətinin ayrılmasına səbəb olmuşdur.
Transvaal və Narıncı əyalətlərini də əhatə edən Şimal-Şərq
ölkənin ən inkişaf etmiş regionudur. Dağ-mədən sənayesi, ağır emal
sahələri, elektrik enerjisi hasilatının demək olar ki, hamısı burada
cəmləşmişdir. Əhalinin məskunlaşması və kənd təsərrüfatının
yüksək inkişafı ilə də tanınır. Onu da qeyd etmək gərəkdir ki,
Yoxannesburq aqlomerasiyası da burada yerləşir. Eyni zamanda
Pritoriyanın çox hissəsi, Benoni, Fereninqen şəhərləri də bu
aqlomerasiyaya daxildir.
Şərq-Natal əyalətini əhatə edir. Sənaye baxımından inkişaf
etmiş regiondur. Daş kömür hasilatına, qara metallurgiyaya,
kimyaya malikdir. Sənaye liman kompleksinin, Durbananın iqtisadi
inkişafında böyük rolu vardır. Kənd təsərrüfatında şəkər qamışı,
ananas, sitrus növləri üstünlük təşkil edir.
Kap əyalətini daxili inkişaf xüsusiyyətlərinə görə 3 hissəyə
ayırmaq olar. Keplend rayonu əhalinin məskunlaşması və ərazi
mənimsənilməsinin yüksəkliyi ilə secilir. Sənaye sahələri
Keyptaunda fəaliyyət göstərir. Emal sahələri aparıcıdır. Taxılçılıq
kənd təsərrüfatının aparıcı sahəsidir. Keplend nəinki bu rayonda,
habelə öikodə aparıcı buğda tədarükçüsü kimi tanınır. Üzümçülük,
bağçılıq, şərabçılıq və meyvə konserv sahəsinin inkişafına xidmət
etməkdədir.
Kap əyaiətinin cənub-şərq və qərb hissələri ölkənin aqrar regionu
kimi
tanıır.
Qərbdə
ekstensiv
qoyunçuluq,
cənubi-şərqdə
tərəvəzçilik, bağçılıq, şəhərlərdə isə emal sənaye sahələri vardır.
XI. AVSTRALĐYA VƏ OKEANĐYA
Buraya Avstraliya və Okeaniya materiki və Sakit okeanın
cənub-qərb hissəsində yerləşən ada dövlətlətləri, habelə 10 mindən
artıq ada daxildir. 14 dövlət, 13 asıh ərazi mövcuddur. Böyük
Britaniyanın rəhbərlik etdiyi Birlik qrupuna 11 dövlət aid edilir.
Əhalinin 90 %-dən artığı Avropa mənşəlidir. Əksər ölkələrdə dövlət
dili ingilis dilidir. Lakin Nauru nauran, Samoa samoan, Banoatu isə
fransız dilinə malikdir. Dini mənsubiyyətinə görə isə xristianların
protestant dini üstünlük təşkil edir.
XI. 1. Avstraliya Ittifaqı
Avstraliyanın sahəsi 7682 min kv.km, əhalisi 19,55 mln.
nəfərdir. Əhalinin hər kv.km-də orta sıxlığı 2,5 nəfərdən artıqdır.
Onun təbii artımı 0,55 %-dən çoxdur. Kişilərdə orta ömür sürmə
77,2 il, qadınlarda isə 83 ilə bərabərdir. Əhalinin 73 %-i ingilis-
avstraliyalılardan, 20 %-dən artığı Avropa mənşəlilərdən ibarətdir.
Ye'rli əhali ümumi əhalinin 2 %-indən artıqdır. Dövlət dili ingilis
dilidir. 75 % əhali xristianlardır. Şəhər-kənd əhalisi arasında çox
böyük fərq müşahidə olunur. O, 35:65 nisbətindədir. Paytaxtı
Kanberradır. Paytaxtda 310,5 min əhali yaşayır.
Avstraliya ərazisi 6 ştata və 2 əraziyə bölünür. Avstraliya
Böyük Britaniyanın başçılıq etdiyi Birliyə daxil olan federativ
döviət sayılır. Dövlət başçısı Böyük Britaniyanın kraliçasıdır. 2
palatalı federal parlament qanunvericilik orqanı, icraedici
hakimiyyət isə general-qubernator şəxsində kraliça sayılır. 1984-cü
ildə yaradılmış Avstraliya liberal partiyası, 1891-ci ildən bünövrəsi
qoyulan Avstraliya leyboristlər partiyası, 1916-cı ildən yaradılmış
Avstraliya Milli Partiyası, 1977-ci ildən fəaliyyətdə olan Avstraliya
Demokratlar partiyası aparıcı hesab olunurlar. Avstraliya bir çox
Beynəlxalq təşkilatların, o cümlədən Đqtisadi Əməkdaşlıq və Đnkişaf
Təşkilatının, Kolombo Planının üzvüdür. Avstraliya yüksək inkişaf
etmiş sənaye-aqrar ölkəsi hesab edilməklə Ümumi Daxili Məhsulda
sənaye - 26 %, kənd təsərrüfatı - 3 %-dən artığa çatmır. Dağ-mədən
(dəmir fılizi, əlvan metal fılizləri, uran, qızıl, gümüş, daş kömür,
qonur kömür, neft, təbii qaz), qara və əlavan metallurgiya,
maşınqayırma - xüsusilə avtomobil, elektronika, elektron,
dəzgahqayırma, dəmir yolu, kənd təsərrüfatı maşınqayırması, neft
emalı və kimya, neft-kimya ölkədə məhsuldar qüvvələrin inkişafı
və daha düzgün yerləşləşdirilməsində aparıcı sayılan sənaye
sahələridir.
Kənd təsərrüfatının əsasında zərif yunlu qoyunçuluq, ətlik,
südlük istiqamətli iribuynuzlu heyvandarlıq sahəsi durur.
Əkinçilikdə taxılçılıq, şəkər qamışı, pambıq, meyvə, üzüm
becərilməsi gəürli sahələrdəndir.
Nəqüyyatın bütün növlərinin inkişafı üçün hər cür şərait
vardır. Dəmir yolları uzunluğu - 40,5 min km, avtomobil yolları isə
838 min km uzunluğa malikdır. Dampir, Port-Xedlend, Nyukasl,
Sidney, Qladston, Xey-Poynt, Melburn, Port-Kembla, Frimantl
kimi tanınmış dəniz limanları yaradılmışdır. Hava nəqliyyatının
fəaliyyətində Sidney, Melburn, Darvin, Pert kimi beynəlxalq hava
limanları böyük rol oynayırlar.
Xarici ticarətdə ixrac olunan məhsullardan mühünı növ
xammallar, kənd təsərrüfat məhsulları, müxtəlif növ maşın və
avadanlıqlar, idxalatda nəqliyyat vasitələri, istehlak malları, maşın
və avadanlıqlar, kimya məhsulları, yanacaq, sürtkü yağları üstünlük
Dostları ilə paylaş: |