R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə121/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   117   118   119   120   121   122   123   124   ...   153

metal filizləri hasilatına görə 1-ci, almaz, uran, kömür, dəmir fılizi 

hasilatına  görə  isə  aparıcı  yer  tutur.  Daha  doğrusu,  istehsal  olunan 

platin qrupuna aid olunan metalların - 53 %-ni, vanadiumun-51 %-

ni,  xromitin-37  %-ni,  qızılm-  25  %-ni  verməklə  dünyada  1-ci,  ağ 

gümüşü rəngli sirkoniumun-30 %-ni, titanın-20 %-ni verməklə 2-ci, 

manqan filizi istehlakına görə (12  %) 3-cü, sürmə, şpat istehsalına 

görə-5-ci  yeri  tutur.  Kənd  təsərrüfatının  satış  sektorunda  (5  % 

ÜDM)  yun,  meyvə,  şəkər  məhsulları  ixracatı  aparıcı  əhəmiyyətə 

malikdir.  Sənaye  məhsulları  istehsah  həcminə  görə  dünyanın 

aparıcı 20 dövləti sırasındadır. ÜDM-də sənayenin payı - 31 %-dir. 

Dağ-mədən, yanacağın kömür hasilatı, metallurgiya, maşınqayırma, 

metal emalı, kimya, tikinti materialları,  yüngül,  yeyinti sahələri ilə 

bərabər hərbi sənaye sahələri aparıcı hesab olunurlar. 

Dağ  -  mədən  sənayesi  ÜDM-nin  10  %-ni  verməklə  eksport 

məhsullarının  2/3-ni  verməkdədir.  Bu  əsasdan  da  istehsal  olunmuş 

xammallar  dünyanın  80-dən  artıq  ölkələrinə  ixrac  olunur.  Ölkədə 

qızıl  hasilatına  hələ  1886-cı  ildən  başlanmışdır.  XIX  əsrin  sonuna 

qədər  hasilat  ildə  20-50  ton  təşkil  edirdisə,  bu,  XX  əsrin 

əvvəllərində - 30 tona, XX əsrin ortalarında - 800 tona qalxmışdır. 

Nəhayət,  rekord  göstəriciyə  1970-ci  ildə  nail  olunmuşdur  ki,  o  da 

1000  tondan  artığa  çatmışdır.  Orada  işləyənlərin  sayı  da  ildən-ilə 

artaraq 745 min nəfər təşkil edir.  Lakin  get-gedə həm hasilat, həm 

işçi  qüvvəsi,  eləcə  də  ölkənin  dünya  arenasındakı  çəkisi  azalmağa 

meyl  etmişdir.  Məsələn,  hasilat-440  tona,  işçi  qüvvəsinin  sayı-240 

minə 

enmişdir 



(işçi 

qüvvəsi 


Lesotodan, 

Svazilenddən, 

Mozambikdən  də  gətirilirdi).  Đstehsalda  kəmiyyət-keyfıyyət 

göstəricilərinin  aşağı  düşməsi  zəngin  yataqlarda  (Vitvatersrand, 

Qautenq əyalətlərində) ehtiyatın tükənməsi, yerin daxili qatlarınınn 

üst  laylarında  ehtiyatın  tükənməsi  ilə  əlaqədar  olaraq  daha 

dərinliklərdən  (dünyanın  ən  dərin  -  3500  m.  aşağı  laylardan  ancaq 

burada  qızıl  hasil  olunur)  hasil  olunması  (dağ  geoloji    şəraitin  

çətinləşməsi),  dünya  bazarında Avstraliya,  Çin, Đndoneziya, Qana, 

Peru,  Çili  kimi  qızıl  hasil  edən  dövlətlərin  rəqabət  etməsi,  istər 

daxili,  istərsə  də  xarici  bazarda  qiymətlərdə  konyunkturanın  baş 

verməsi  kimi  hallarla  əlaqədar  olmuşdur.  ÖĐkə  qızıl  pullar 

buraxmaqla  da  məşğuldur.  Deyilənlərin  nəticəsində  ÜDM-da  qızıl 

sənqayesinin  xüsusi  çəkisi  4  %-ə  qədər  düşərək  burada  çalışan 




iqtisadi  cəhətdən  fəal  əhalinin  miqdarı-2,5  %-dən  çox  olmamışdır. 

Yaddan  çıxarmaq  lazım  deyildir  ki,  qızıl  ixrac  olunan  mineral 

xammalların dəyərinin 1/2-ni verir. 

Transvaalya  ərazisində  Narıncı  çayı  hövzəsində  uran 

yataqları  əsasında  hələ  50-ci  illərdən  dağ-mədən  sənayesi  inkişaf 

tapmışdır.  Bu  sahədə  CAR  Avstraliyadan  ,  Qazaxıstandan, 

Kanadadan, 

Nigerdən, 

Namibiyadan, 

ABŞ-dan, 

RF-dən, 

Özbəkistandan geri qalır. 1952-ci ildə maksimum 6 min ton məhsul 

istehsal etsə də, son illər bu 1,5 min tona enmişdir. 

Ölkə,  deyildiyi  kimi  dağ-mədən  sənayesinin  almaz  hasilatı 

ilə  də  tanınır.  Belə  ki,  1867-ci  ildə  çoban  oğlanın  Narınc  çayı 

hövzəsində  ilk  almaz  tapdığı  söylənilir.  Sonralar  Pretoriya, 

Transvaal  və  Vitvatorserand  ərazilərində  xeyli  almaz  yataqlarının 

olması  aşkarlanmışdır.  1925-ci  ildə  dünyada  ən  nəhəng  almaz 

Pretoriyada  aşkarlanmışdır  ki,  onun  da  çəkis  -3160  karat  və  ya  -

621,2 qram təşkil etmişdir. Onu «Kullinan» adlandırmışlar. 1907-ci 

ildə Transvaal hökuməti həmin «Kullinan» almazın 750 min dollara 

alaraq  Britaniya  kralı  VIII  Eduarda  doğulduğu  gün  münasibətilə 

hədiyyə  etmişdir.  Đldə-10  mlrd.  karat  təbii  almaz  hasil  edən  CAR 

Avstraliyadan,  Konqo  DR-mdan,  RF-dən,  Botsvanadan  geri  qalır. 

CAR  həm  də  sintetik  almaz  alınması  ilə  də  tanınır.  Hər  il  istehsal 

etdiyi  75  mln.  karat  almazın  65  mln.  karatını  sintetik  almaz  təşkil 

edir.  Ölkədə  fəaliyyətdə  olan  nəhəng  «be-Birs»  transmilli  almaz 

konserni, eləcə də dünya almaz bazarına nəzarət edir. 

Dağ-mədən  sənayesinin  əhəmmiyyətli  sahələrindən  biri  də 

dəmir filizi ehtiyatıdır. Metallurgiya xammal kimi gərək olan dəmir 

filizi  hasilatı  ildə  34  mln.  ton  olmaqla  bunun  22  mln.  tonu  ixrac 

olunur.  Yüksək  keyfiyyətli  dəmir  filizi  Tabazimbi  və  Postmasburq 

(Kap  əyaləti)  rayonlarında  istehsal  olunur.  Dəmir  filizi  yataqları 

yaxınlığında 

Postmasburq 



ərazilərində 

manqan 


filizi, 

Ryustemburq  və  Leydenburq  mədənlərində  xrom  filizi  hasil 

edilməkdədir. 

CAR,  eyni  zamanda  xəlitəli  metallar  sayılan  volfram, 

vanadium, nikel, titan istehsalı ilə dünyada tanınr. 

Metallurgiyanın  inkişafi  yerli  xammallara,  suya  və  elektrik 

enerjisi  hasilatına,  istehlaka  əsaslanır.  Onun  məhsulları  polad, 

çuqun,  alüminium  və  sairdir.  Pritoriya  və  Fanderbeylparkda 




mövcud kombinatlar ölkədə ən böyük dövlət monopoliyah  ĐSKOR 

korporasiyasına  məxsusdur.  Hər  il  10  mln.  tondan  çox  çuqun,  20 

mln. tondan artıq polad əridilir. Əlvan metallurgiya müəssisələri isə 

ildə  690  mln.  t  alüminium  yarımfabrikatı  əldə  edir.  Əlvan  metal 

filizlərindən mis, qalay və sürmə də hasil olunur. Sürmənin istehsal 

olunduğu  mədən  Leysdorpdur.  Sürmə  ixracatına  görə  CAR 

dünyada -ci yeri tutur. 

Maşınqayırma  və  metal  emalı  sahəsinin  aparıcı  məhsullan 

dağ-mədən  avadanlıqlarından,  nəqliyyat  və  kənd  təsərrüfatı 

maşınlarından,  gəmi  təmirindən,  vaqonqayırmadan  ibarətdir. 

Maşınqayırmanın 

aparıcı 


müəssisələri 

Vitvatersrandedə, 

Keyftaunda, Durbanda, Part-Elizabetdə cəmlənmişdir. 

Ağır  sənayedə  kimya  özünə  məxsus  yer  tutur.  Əsas 

məhsullar  dağ-mədən  sənayesi  üçün  partladıcı  maddələr  və  qızıl 

çıxarılmasına  gərək  olan  kükürd  turşusu  hasilatıdır.  Müasir 

kimyanın  demək  olar  ki,  bütün  məhsulları  istehsal  olunur.  Onun 

müəssisələri maşınqa-yırmada olduğu kimi, Cənubi Transvaledə və 

Narıncı  əyalətinin  şimal  hissəsində  fəaliyyətdədir.  Sasolburqda 

çoxlu  sayda  kimya  müəssisələrinə  dövlət  monopoliyalı  SASOL 

korporasiyası nəzarət edir. 

Energetika ölkə iqtisadiyyatının özəyi hesab olunur. Buraya 

hasilat  və  emal  sahələri,  elektroenergetika  daxildir.  Yanacaq 

sənayesinin kömür hasilatı sahəsi vardır. Pretoriya - Yoxannesburq 

rayonu  (Cənubi  Transvaal  hövzəsi)  aparıcı  yataqlarla  tanınır. 

Bununla  yanaşı  Natol  (Nyukasla  rayonu)  əyalətində  də  daş  kömür 

hasil  olunur.  CAR  kontinentdə  istehsal  olunan  kömürün  90  %-dən 

çoxunu verir. Onun illik hasilatı - 222 mln. tondan çox olmaqla 90 

%-dən  artığı  ĐES-lərin  işləməsində  istifadə  olunur.  Đxracata  -  60 

tona  qədəri  göndərilir.  Yerli  nefti  və  qazı  olmadığından  gətirmə 

məhsullara  əsaslanan  emal  müəssisələri  liman  şəhərlərdə  müxtəlif 

növ  məhsulların  alınmasında  köməklik  göstərir.  Đri  neft  emalı 

zavodları  -  NEZ-lər  eləcə  də  Keytaun  və  Durbanada  tikilməklə 

xarici kapitala tabedirlər. 

Elektroenergetika  əsasən  Đstilik  Elektrik  Stansiyalarına, 

AES-ə,  az  da  olsa  SES-ə  əsaslanır.  Đllik  elektrik  enerji  hasilatında 

kömürb fəaliyyət göstərən lES-lər iri şəhərlərdə olmaqla 92 %-dən 

artıq xüsusi çəkiyə malikdir. Ölkədə ildə 14 mlrd. kvt. saat elektrik 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə