R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə117/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   113   114   115   116   117   118   119   120   ...   153

Maşınqayırmanın  ən  prioritet  sahələrindən  biri  Braziliya 

üçün  elektron-hesablama  texnikası  sayılır.  Yerli  müəssisələr 

informasiya  vasitələrinə  olan  tələbatın  60  %-ə  qədərini  ödəyə 

bilirlər. Elektro-nika, kompüter texnikası sahəsində də məhsullarini 

kompüterlər, mikrokalkulyatorlar istehlaka xidmət edirlər. 

Đstehlakın mövcudluğu kənd təsərrüfatı maşınlarında traktor 

istehsalına marağı artırmışdır. 

Radio,  televizor,  çəkiliş  kameraları,  dəqiq  cihazlar,  telefon 

aparatları,  müxtəlif  məişət  avadanlıqlan  istehsalı  işçi  qüvvəsinin, 

ixtisaslı  kadrların  olması  ilə  bərabər  az  metal  tələb  etmələri 

əsasında yaradılmışlar. 

Deyilənlərdən  belə  nəticəyə  gəlmək  olur  ki,  maşınqayırma 

müəssisələri  əsasən  San-Paulu  və  Rio-de-Janeyro  mərkəzlərində 

cəmləşmişdir.  Braziliya  sənayesinin  dinamik  sahələrindən  biri 

kimya  və  neft-kimya  kompleksidir.  Müxtəlif  kəmiyyət-keyfıyyət 

göstəriciləri  ilə  tanınan  kaustik  soda,  müxtəlif  turşular,  boya 

maddələri,  azot  və  fosfor  kübrələri,  sintetik  liflər,  sintetik  kauçuk, 

plastik  kütlə,  partladıcı  maddələr  istehsalı  ilə  məşğuldur.  Müxtəlif 

çeşidli  bu  məhsullar  istehsalı  ölkədə  istehlakı  ödəməklə  yanaşı 

məhsuldar  qüvvələrin  daha  dinamik  inkişafını  və  düzgün 

yerləşdirilməsini təmin edir. Neft emalı sahəsinin mövcudluğu neft-

kimya  kompleksinin  inkişafını  zəruriləşdirir.  Nəticədə  Kubatanda, 

Baia  və  Riu-Qrandi-du-Sul  ştatlarında  neft-kimya  kompleksinin 

müəssisələri məhsul verməkdədir. 

Braziliyada yüksək inkişaf dinamikasına malik hərbi sənaye 

kompleksi  mövcuddur.  Müxtəlif  növ  silah  istehsalı  sahəsi 

yaradılmışdır ki, onun da çox hissəsi ixrac olunur. 

Atom  sənayesinin  inkişafı  yerli  təbii  sərvətlər  ehtiyatının 

çoxluğu ilə də bağlıdır. 

Kosmosun tədqiq edilməsi proqramının həyata keçirilməsinə 

də əməl olunur. 

Braziliyada  çoxlu  sayda  meşə  örtüyünün  mövcudluğu 

(ərazinin  60  %-i)  oduncaq,  taxta-şalban,  mebel,  faner,  hazır  evlər, 

kağız,  karton,  selülloz  məhsulları  istehsal  edən  meşə  sənaye 

sahəsinin  formalaşmasına  şərait  yaratmışdır.  Bir  qayda  olaraq 

oduncaq  tədarükü  (260  mln.  kubmetr)  xammal  rayonlarında  əldə 




olunursa,  iri  mebel  fabrikləri  ən  çox  istehlaka  yaxın  iri  şəhərlərdə 

yaradılmışdır. Đldə - 18,0 mln. kubmetr meşə materialı-taxta-şalban 

hazırlanır.  Tikintinin  çörəyi  hesab  edilən  sement,  habelə  dəmir-

beton konstruksiyaları, tikinti daşı, mərmər, şifer, keramik örtüklər, 

tikinti  şüşəsi  və  sair  istehsalı  müəssisələri  tikinti  sənayesinin 

inkişafından  xəbər  verir.  Đri  evtikmə  kombinatları  iri  və  orta 

şəhərlərdə  cəmləşmişdir.  Bu  əsasdan  da  Braziliyada  50  mərtəbəyə 

qədər çoxlu sayda göydələnlər San-Paulu, Rio-de-Janeyro və başqa 

şəhərlərdə tikilmişdir. 

Hər  yer  üçün  xarakter  olan  yeyinti  sənaye  müəssisələri 

şəkər,  ət  və  ət  məhsulları,  qənnadı  məmulatları,  un  və  un 

məhsulları,  çörək  və  çörək  məmulatları,  müxtəlif  növ  konservlər, 

tütün  məmulatı,  çay,  kakao,  kofe  əldə  edilməsinə  səbəb  olmuşdur. 

Şəkər  və  şəkər  tozu,  müxtəlif  növ  konservlər,  ət  və  ət  məhsulları 

xammal  rayonlarına  meyl  edirlərsə,  uzaq  məsafələrə  daşınması 

mümkün  olmayan,  tez  xarab  olan  ərzaq  məhsulları  istehsah 

müəssisələri istehlaka meyl edirlər. Çörəkbişirmə sähəsi isə hər bir 

yerdə  inkişaf  tapmışdır.  Son  illərdə  şəkər  qamışından  -  21,0  mln. 

ton  şəkər  əldə  edilmişdir  (çoxunu  ixrac  edir).  Braziliya  portağal 

şirəsi buraxılmasına görə dünyada 1-ci  yeri tutur. Onun tullantıları 

isə heyvandarlığın yemi kimi gərəklidir.  

Soyadan hər il - 2,6 mln. ton yağ alınır. Siqaret alınması - 175 mlrd. 

ədəd təşkil edir. Hər il - 11,2 mln. ton ət məhsulu verir ki, bundan 

da  adambaş;na  -  70  kq  düşür.  Đstehsal  olunmuş  quş  ətinin  çoxu 

ixracatda  aparıcı  yer  tutur.  Əldə  edilmiş  21,6  mln.  ton  inək 

südündən  adambaşına  -  135  kq  məhsul  -  süd  düşür.  Hazır  yeyinti 

sənayesinin məhsulu kimi dünyada 1-ci yeri tutmaqla ildə - 1,6 mln. 

ton kofe, 310 min ton kakao tədarük edə bilir. 

Yüngül  sənayedə  pambıq  parça,  liflərdən  süni  parça  və 

trikotaj, ayaqqabı sahələri istehlaka xildmət edən aparıcı növlərdir. 

Hər  il  -  1,1  mlrd.kv.metr  pambıq  parça  toxunur.  Toxuculuğun  2/3 

hissəsini  pambıq  parça  sahəsi  verir.  Ümumilikdə  toxuculuğun  50 

%-ni  San-Paulu  fabrikləri,  25  %o-ni  isə  Rio-de-Janeyro 

müəssisələri  verməkdədir.  Adambaşına  6,8  kv.metr  parça  toxunur. 

Đri  şəhərlərdə  fabrikləri  mövcud  olan  ayaqqabıların  çox  hissəsi 

ixracat məhsullarna aiddir. 




Ölkədə 

məhsuldar 

qüvvələrin 

inkişafı 

və 

düzgün 


yerləşdirilməsində,  istehlakın  ödənilməsi  ilə  xalqın  maddi  rifah 

halının  daha  da  yaxşılaşdarılmasında,  işsizliyin  qarşısının 

alınmasında  yaxından kömək edən, maddi nemətlər istehsahının 2-

ci  aparıcı  sahəsi  olan  kənd  təsərrüfatının  ÜDM-də  xüsusi  çəkisi  - 

9%o-dən  çoxdur.  Kənd  təsərrüaftının  aparıcı  sahələrini  taxılçılıq, 

texniki bitkilər becərilməsi, subtropik və tropik bitkiçiliyi, bağçılıq, 

bostançılıq,  tərəvəzçilik,  üzümçülük,  habelə  heyvandarlıqdan 

iribuynuzlular,  xırdabuynuzlular,  quşçuluq,  arıçılıq,  baramaçıhq, 

balıqçılıq təşkil edir. 

Kənd  təsərrüfatı  ÜDM-da  xüsusi  yer  tutmaqla  ixracat 

məhsullarının  1/3-ni  ödəyir.  Bununla  yanaşı,  ölkənin  ərzaq 

məhsullarına  olan  tələbatının  tam  ödənilməsini  xammalla  təmin 

edir.  

Braziliya kofe, şəkər, portağal şirəsi burxılışında dünyada 1-cidirsə, 



soya,  kakao,  tütün  toplanmasına,  iribuynuzlular  və  donuzların 

sayına  görə  dünya  ölkələrinin  1-ci  5-liyinə  daxil  olan  dövlətdir. 

Ölkə kənd təsərrüfatında çalışanlar ümumi əmək ehtiyatının 30 %-

ni təşkil edir. Kənd təsərrüfatı o dərəcədə inkişaf etmişdir ki, onun 

topladığı kofe, şəkər qamışı, soya, qarğıdalı, kakao, banan, pambıq 

məhsulları  ixracatda  əsas  yer  tuturlar.  Đxrac  etdiyi  kənd  təsərrüfatı 

məhsullarının həcminə görə Braziliya ancaq ABŞ və Fransadan geri 

qalır.  Məhsul    istehsalında    əsasən      ixracat    məhsulları    verən   

əkinçilik heyvandarlıqdan   üstün   yer   tutur.   Pambıq   və   şəkər   

qamışı  becərilməsi  əkinçiliyin  qədim  sahələrindən  hesab  edilir.   

Əkinçilik üçün 2,5 mln. ha suvanlan torpaq sahəsi ayrılmışdır. Hələ 

XVI-XVII əsrlərdə şəkər qamışı əsasən ölkənin şimal-şərqində,  son 

vaxtlar  isə  cənubi-şərqində      becərilməklə,    ondan    alman      şəkər 

ixracatında Braziliya dünya şöhrəti qazanmışdır. Đxrac olunan kofe, 

kakao,  paxlalar,  pambıq,  şəkər  qamışı  və  soya  ümumi  əkin 

sahəsinin  30  %-dən  çoxunu  tutmaqla  bitkiçilik  məhsulunun  35  %-

dən artığım verirlər. Cənub-şərq  rayonları  ölkədə   tədarük olunan 

şəkər  qamışının  60  %-dən  çoxunu,  pambığın  isə 1/3-ni  toplayırlar. 

Đldə  250  mln.  ton      şəkər      qamışı      tədarük  etmək  mümkün 

olur.Pambıq  toplanmasının  illik  kəmiyyət  göstəricisi  -  0,7  mln.  

tondan  az  deyildir.  Bala  ştatında  becərilən  əsas  kənd  təsərrüfatı 

bitkisi  illik  toplantısı  310-330  min  ton  arasında  dəyişən  kakaodur. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə