Deyilənlərdən başqa, manqan - Serra-du-Nabiu, Morro-du-
Urukum mədənlərində, nikel - Qeyas və Minas - Yerayç ştatlarında,
xromit filizi-cənubda, titan - Atlantik okeanın sahillərində, boksit -
Minas - Yerays ştatında, mis filizi Baia ştatının Karaiba
mədənlərində, 100-dən artıq mədənlərə malik olan polimetal fıliz
ehtiyatları Ribeyra çayı dərəsində, fosforit - Pernambuku ştatında,
apatit - San - Paulu ştatında olmaqla hasilatları ölkədə müvafiq
təsərrüfat sahələrinin inkişafmın xidmət etmişdir.
Braziliya
4
iqlim
qurşağında
yerləşdiyindən
onun
elementlərinin keyfıyyət göstəriciləri təkrarlanmır. Ekvatorial,
subekvatorial, tropik, subtropik iqlim qurşaqları enlik istiqamətində
qərbdən şərqə doğru uzanırlar. Qərbi Amazoniyada daimi isti və
rütubətli ekvatorial, Amazoniyanın şimalında və Braziliya
yaylasının mərkəzində rütubətli yayı və quru qışı olan
subekvatorial, yaylanın şərq hissəsində isti və rütubətli tropik və
habelə ölkənin cənubunda subtropik iqlim hakimdir. Maksimal
yağıntılar qərbdə 3000 mm-dən çox olmur. Ən az yağıntılar
Braziliya yaylasının şimal-şərqində 500 mm təşkil edir. Orta yanvar
temperaturu 23-29°S arasında, iyul isə 16-24°S arasında dəyişir.
Belə hal kənd təsərrüfatı işlərinin maksimum həyata keçirilməsinə
şərait yaradır. Đl ərzində 8000 fəal temperaturun olması şəkər
qamışının, kofenin, kakaonun, kauçuk bitkisinin becərilməsinə
imkan verir.
Şirin su ehtiyatı ilə Braziliya çox zəngindir. Burada
dünyanın ən sulu çaylarından Amazonu göstərə bilərik. Uzunluğu
6400 km olmaqla hər il Atlantik okeanına -7000 kubmetr (Latın
Amerikasında çayların illik su axıını 10,5 min kubmetrdir) su
axıdır. Parana, Uruqvay, Paraqvay çaylan da ölkədə məhsuldar
qüvvələrin inkişafı və düzgün yerləşdirilməsində əhəmiyyətli rol
oynayırlar. Çaylarda okean gəmilərindən istifadə olunur. Onlar,
əkinçiliyin inkişafına kömək edən böyük deltalarla səciyyələnirlər.
Amazon çayının hidroenerji potensialı - 280 mln. kvt-dan artıqdır.
Təkcə San-Fransiskonun hidroenerji potensialı - 14,5 mln. kvt təşkil
edir. Maraqlı hal odur ki, Amazon çayı dünyanın yeganələrindəndir
ki, yan qolları ilə yer kürəsinin hər iki planetinin yeraltı və yerüstü
sularından qidalanır. O eyni zamanda dünyada mövcud olan 214
beynəlxalq çay hövzələrindən biridir.
Məlumdur ki, dünyada 51,2 mlrd. ha meşə sahəsinin 385
mlrd. kubmetr oduncaq ehtiyatı vardır. Bunun 1,3 mlrd. ha-rı və 10
mlrd. kubmetri Latın Amerikasındadır. Latın Amerikasında da
Braziliya bu sahədə fərqlənir. Braziliyada 572 mln. ha meşə
sahəsinin - 110 mlrd. kubmetr oduncaq ehtiyatının olduğu müəyyən
edilmişdir ki, bundan da adambaşına 3,2 ha-dan artıq meşə sahəsi
düşür. Əsas meşə sahələri qırmızı torpaqlar üzərində inkişaf
etmişdir. Amazo-niyanın meşələrində 4000-dən artıq ağac növü, o
cümlədən kauçuk şirəsi verən kauçuk ağacı geniş ərazilərdə
yayılmışdır. Hələ I Dünya müharibəsindən əvvəl Braziliya dünya
bazarına ən çox təbii kauçuk ixrac edən ölkə kimi tanınırdı. O
ixracat məhsullarının 60 %-ni təşkil edirdi. Sonralar süni kauçuk
əldə edilməsi təbii kauçukun tədarükünə meyli əhəmiyyətli
dərəcədə azalmışdır. Məhsuldar torpaqların olması əkinçilik
təsərrüfatına xidmət edir.
Braziliya əhali potensialına görə dünyada 5-ci yeri tutur. 180
mln. əhalinin 60 mln.-a qədərini əmək ehtiyatları təşkil edir.
Əhalinin hər kv.km-də orta sıxlığı 21 nəfərdən çoxdur. Đllik təbii
artım 0,87 %-dir. Kişilərin orta ömür sürməsi - 59,4 il, qadınlarda
isə - 67,1 ildən artıqdır. Əhalinin milli tərkibində metislər, mulätlar,
zəncilər, Avropadan gələnlər - 95 %-dən artıq xüsusi çəkiyə
malikdir. Portuqallar, almanlar, yaponlar da yaşayırlar. Əsas dili -
dövlət dili portuqal dilidir. O, 75 % təşkil edir. Şəhər əhalisi kənd
əhalisindən çoxdur. Şəhərdə ümumi əhalinin - 81 %-dən çoxu
cəmləşmişdir. Paytaxtı əhalisi 2043,2 min nəfər olan Braziliadır
(1960-cı ildən). San-Paulu, Rio-de-Yaneyro, Beluo-Orizonti,
Salvador, Fortaleza, Resifı ən böyük aqlomerasiyalar sayılırlar.
Rio-de-Yaneyro və San-Paulu aqlomerasiyaları yaxın gələcəkdə
birləşərək XXI əsrin qiqant meqalopolisini yaradacaqlar.
Braziliyada ərazinin böyüklüyü, mineral təbii sərvətlərin
növ və ehtiyat etibarı ilə çoxluğu, yararlı torpaq sahələrinin varlığı,
hidroenerji potensialının böyük həcmdə özünə yer tapması, zəngin
meşə örtüyünə malikliyi, dünya okeanına birbaşa çıxışının olması,
iqlim və aqroiqlim ehtiyatlarının tələb olunan səviyyədə olması,
ölkədə məhsuldar qüvvələrin düzgün yerləşdirilməsinə və sürətli
inkişafına təkan verir. Əhalinin sayına görə dünyanın 1-ci 5-liyinə
daxil olaraq ildə 3,0 mln-dan artıq təbii əhali artımına malik olması
da iqtisadi inkişafın zəminlərindən hesab edilir. Göstərilənlərin
hamısı
Braziliyanı
ĐEOÖ-in
lideri
adlandırmağa
haqq
qazandırmışdır. Tropik ölkələrin nəhəngi sayılan Braziliya ÜDM
istehsalında Latın Amerikası regionunda 2-ci, ĐOÖ sırasında isə
Hindistandan sonra 2-ci yeri tutur. O nəinki Latın Amerikası
ölkələrinin, habelə dünya iqtisadiyyatının inkişafında aparıcı
mövqeyə malikdir. Braziliya iqtisadi inkişafında «şəkərli», «qızılı»,
«kofeli» mərhələlərdən keçmişdir. Hal-hazırda isə çoxsahəli
təsərrüfat növlərinin inkişaf mərhələsini yaşayır. XX əsrdən ölkə
«3-cü dünyanın» aparıcısı olmaqla ÜDM istehsalı həcminə görə
(1,0 trln dollardan çox) 1-ci onluğa daxil olaraq 9-cu yeri tutur.
Dünya məhsulunun 3 %-ə qədərini verən müasir Braziliya nəinki
kənd təsərrüfatı məhsulları, mineral xammallar, habelə hazır ağır
sənaye məhsulları ixrac edərək hərbi sənaye kompleksini, xarici
kapitalın ölkəyə daxil olması hesabına elm tutumlu sahələrdən
elektron, aviasiya maşınqayırması, atom, dəqiq mexanika,
biotexnologiya və s. növlərin inkişafı ilə şöhrət qazanmışdır.
Braziliya yanacağa qənaət etmək naminə şəkər qamışının
tullantılarından alman etil spirtini avtomobil sənayesində yanacaq
kimi istifadə edən yeganə ölkəyə çevrilmişdir. Avtomobil
istehsalında (2,0 mln. ədəd) dünyada 7-ci yeri, ən böyük gücə malik
SES-ə, kofe, şəkər qamışı, banan məhsulu toplanmasında isə 1-ci
yeri tutan Braziliya soya, portağal məhsulu toplanmasında dünyada
ancaq ABŞ-dan geri qalaraq 2-ci yeri tutur. Eyni zamanda
Braziliyada əhalinin və təsərrüfat sahələrinin yerləşdirilməsinin
okean sahili tipi üsulu üstünlük təşkil edir. Bu əsasdan da okean
sahili 300-350 km eninə malik olan zolaqda ümumi əhalinin və
təsərrüfat sahələrinin 9/10 hissəsi yerləşdirilmişdir. Belə hal, ölkə
daxili ərazilərinin az mənimsənilməsinə və məskunlaşmasına səbəb
olmuşdur. Bu əsasdan da Rio-de-Janeyro rayonunda əhalinin sıxlığı
Amazoniyadakından 800 dəfə çoxdur. Rio-de-Janeyro, San-Paulu,
Belu-Orizonti
şəhər
rayonları
arasını
«sənaye
üçbucağı»
adlandırırlar ki, onların da hər biri təsərrüfat sahələri
ixtisaslaşmasına görə bir-birindən fərqlənir.
Maraqlı odur ki, xarici ölkələrə 230 mlrd; dollar borcunun
olması onu dünya ölkələri arasında «liderlik» etməyə sövq etmişdir.
Dostları ilə paylaş: |