R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə113/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   109   110   111   112   113   114   115   116   ...   153

formalaşmışdır. Yük dövriyyəsinə görə 1-ci yeri Atlantik okeanının 

limanları  -  Nyu-York,  Filadelfiya,  Baltimor,  Xyuston,  Tampa  və 

eləcə də kömür limanı sayılan Xempton - Rads tutur. 

Aviasiya  nəqliyyatı  (hava)  yük  və  sərnişindaşımada 

başqalarından çox da fərqli deyildir. Lakin sərnişindaşımada başlıca 

rol oynayır (son illərdə 760 mln. nəfərə qədər sərnişin daşınmışdır). 

Demək  olar  ki,  bütün  şəhərlər  bir-biri  ilə  hava  nəqliyyatı  ilə 

əlaqələndirilmişdir.  Nyu-York  Los-Anjeleslə,  Çikaqo  Bostonla, 

Mayami  ilə  daha  sıx  əlaqələrə  malikdir.  ABŞ-ın  5  hava  limanı 

vardır  ki,  onlar  da  Çikaqoda  Oxeyr,  Atlantada  Xartsfild,  Dallas-

Ford-Uert,  Denverdə  Steplton  və  Los  Andjelesdən  ibarətdir.  ABŞ 

dünyada  ən  böyük  aviasiya  parkına  malikdir.  Ölkədə  5000  dövlət 

hava limanı mövcuddur. Dünyada fəaliyyət göstərən 27 beynəlxalq 

hava limanından 16-sı ABŞ-dadır. 

Boru  kəmər  nəqliyyatı  başqa  ölkələrə  nisbətən  ABŞ-da 

qədim 


tarixə 

malikdir. 

ölkədə 


diaqonal 

istiqamətli 

konfiqurasiyaya  malikdir.  Onun  ümumi  uzunluğu  730  min  (qaz 

kəmərləri 450 min km-dən çox, neft kəmərləri isə 280 min km) km-

dən  artıq  olmaqla  bütün  ölkənin  tələbatım  ödəyəcək  istiqamətlərə 

şaxələnmişdir.  Boru  kəmər  nəqliyyatının  uzunluğuna  görə  ABŞ 

dünyada 1-ci yeri tutur. Yanacaq rayonları olan Cənub-Qərbdən baş 

götürərək  ölkənin  mərkəzini,  şimal-şərq  ştatlarıın-başlıca  istehlak 

rayonların birləşdirir. Neft məhsulları daşıyan Xyuston - Nyu-York 

boru  kəmərinin  uzunluğu  2,5  min  km-dən  artıqdır.  Boru-kəmər 

nəqliyyatı  ilə  əsasən  neft,  neft-emalı  məhsulları,  təbii  qaz  nəql 

olunsa  da  son  illər  çox  da  uzaq  olmayan  məsafələrə  kömür,  xırda 

ölçülü  tikinti  materialları  da  daşınmaqdadır.  Ölkədə  ən  uzun  neft 

kəməri  1977-ci  ildən  fəaliyyətdə  olan  transalyaska-Bradxo  Bey-

Valdiz  xəttidir.  Hər  il  bu  xətlə  90  mln.  tona  qədər  neft  ölkənin 

mərkəzinə, Texasın neft emalı zavodlarına nəql edilir. 

Amerika Birləşmiş Ştatlarının xarici iqtisadi əlaqələri ildən-

ilə  daha  da  genişlənir.  Dünyanın  digər  ölkələrinə  nisbətən  ABŞ-ın 

dünya  bazarından  asılılığı  o  qədər  də  çox  deyildir.  Lakin  ildən-ilə 

bu  asılılıq  artmaqdadır.  Đdxal  məhsullarının  xüsusi  çəkisi  1222 

mlrd.  dollar,  ixracınkı  isə  773  mlrd.  dollardan  çox  deyildir.  Xarici 

ticarətin  ölçüsünə  -  dövriyyəsinə  görə  ABŞ  dünya  ölkələri 

içərisində  liderlik  edir.  Onun  dövriyyəsi  14  %  -  2,5  trln  dollardır. 



Đxracatın  78  %-ni  emal  sənaye  məhsulları,  9  %-ni  isə  kənd 

təsərrüfatı məhsulları tutur. Đxracat məhsullarında silah satışı aparıcı 

hesab edilir ki, bu sahədə də ABŞ dünyada 1-ci yerdədir. Get-gedə 

idxalatda  ancaq  sənaye  məhsullarının  xüsusi  çəkisi  80  %-ə 

çatmışdır.  Burada  avtomobillər  -13  %,  elektrik  avadanlığı-10  %, 

texniki  avadanlıqlar-7  %,  paltar-5  %  və  s.  təşkil  edir.  Ölkənin 

iqtisadi  əlaqələrində  Kanada  -  20  %  (380  mlrd.  dollarlıq  mal 

dövriyyəsi), Yaponiya (investisiya qoyuluşuna görə 1-ci yeri tutur), 

Meksika,  Çin,  AFR  (birlikdə  50  %)  başlıca  tərəfdaşlarıdır. 

Yaponiya  kompaniyalan  ABŞ-da  avtomobil  zavodu,      radio   

istehsal      edən    müəssisələr      tikmişdir.    Amerikaya  əhəmiyyətli 

dərəcədə  kapital  qoyuluşu  Böyük  Britaniyadan,  neft  sahəsinə 

Niderlanddan, kimyaya Almaniyadan daxil olmaqdadır. ABŞ dünya 

bazarını 15 % sənaye məhsulları ilə, 50 % buğda ilə, 30 % soya və 

tütünlə,  70  %  qarğıdalı  ilə  təmin  edir.  ABŞ-ın  dünya 

iqtisadiyyatında  iştirakının  başlıca  aspekti  amerikan  dollarının 

qlobal funksiya daşıması ilə şərh olunur. 

Təsərrüfatın  ərazi  strukturunun  yetkinliyi  ABŞ  kimi  böyük 

bir  ölkədə  iqtisadi  rayonlaşmanın  həyata  keçirilməsini  daha  da 

zəruri  edir.  Bu  əsasdan  da  Şimal-Şərq,  Orta  Qərb,  Cənub,  Qərb 

makrorayonlarını  ayırmaq  mümkündür.  Göstərilən  regionlar  da  öz 

növbəsində 9 iqtisadi rayona ayrılır.  Bunlar biri-birindən fərqlənən 

Yeni  Đngiltərədən,  Orta  Atlantikadan,  Şimal-Şərq  Mərkəzdən, 

Şimal-Qərb 

Mərkəzdən, 

Cənubi 


Atlantikadan, 

Cənub-Şərq 

Mərkəzdən,  Cənub-Qərb  Mərkəzdən,  Dağlıq  ştatdan,  Sakit  okean 

ştatından  ibarətdir.  Haqlı  olaraq  Nyu-Yorku  ABŞ-m  iqtisadi 

paytaxtı,  Kaliforniyanı  «Qızıl  ştat»,  Los-Anjelesi  isə  dünyada  ən 

nəhəng aerokosmik sənayenin mərkəzi adlandırırlar. 

 

IX. CƏNUBĐ   AMERĐKA 

 

Panama  bərzəxi  Amerika  qitəsini  2  hissəyə  -  Şimali  və 

Cənubi  Amerikaya  ayırırsa,  həmin  bərzəxdən  keçən  1904-1914-cü 

illərdə  amerkanlar  tərəfındən  çəkilmiş  və  uzunluğu  -  82  km,  eni 

150-305  km-ə  qədər,  ən  dayaz  yeri-12  m,  slyüzlarının  sayı-3, 

buraxdığı gəmilərin tonnajı-65-70 min ton, yük dövriyyəsi-200 mln. 




ton,  sutkada  gəmi  buraxma  dövriyyəsi-24  gəmi,  gəmilərin  keçmə 

müddəti-9 saat təşkil edən Panama kanalı onu birləşdirir. 

Cənubi  Amerikanınn  sahəsi  adalarla  birlikdə  -  18,28  mln. 

kvkm olmaqla şimaldan cənuba -7200 km, qərbdən şərqə-5000 km 

məsafədə  uzanır.  Sahil  xəttinin  uzunluğu-26000  km-dir.  Əhalisi  -

354,88 mln. nəfərdir. Bunun-49,8 %-ni kişilər, 50,2 faizini qadınlar 

təşkil  edir.  Şəhər-kənd  əhalisinin  nisbəti-75,4:  24,6  kimdir. 

Əhalinin  hər  kv  km-də  orta  sıxlığı  -  19,4  nəfər,  ən  çox  sıxlıq 

Ekvadorda  -  47,4  nəfər,  ən  az  sıxlıq  isə  Surinamda  -  2,7  nəfərdən 

çox deyildir. Əhalinin təbii artımının orta göstəricisi -1,1 %, ən çox 

artım  Paraqvayda  -  2,58  %  təşkil  edir.  Regionda  ən  az  təbii  artım 

Uruqvaydadır - 0,93%. Đnsanların-qadın-kişi arasmda ömür sürməsi 

də  eyni  deyildir.  Orta  ömür  sürmə  kişilər  üçün  -  67,4  il,  qadınlar 

üçün - 73,8 ilə qədərdir. Uzun ömür sürmə kişilər arasında-72,8 ilə 

çatır  ki,  bu  da  Çilidə  müşahidə  edilir.  Qadınlar  arasında  da  uzun 

ömür  sürmə  Çili  üçün  xas  olmaqla-79,6  ilə  çatır.  Az  ömür  sürmə 

kişilərdə  -  59,4  il  (Braziliyada),  qadınlarda-65,3  ildən  artıqdır 

(Qayanada).  Əhalinin  orta  hesabla  95  %-i  savadlılardan  ibarətdir. 

Bu  sahədə  Qayana  dövləti  seçilir  (98  %).  Nisbətən  az  savadlılar 

Boliviyadadır - 83%. Cənubi Amerika regionunda istər ərazisinə və 

istərsə də  əhalisinin sayına  görə fərqlənən dövlətlər vardır.  Burada 

12 müstəqil dövlət, eləcə də Argentina aə Böyük Britaniya arasında 

mübahisəli  oian  Folklend  -  Malvin  adaları  yerləşir.  Deyilənlərlə 

yanaşı,  Fransanın  mülkü  hesab  edilən  Qviana  torpaqları  da 

buradadır. Bütün dövlətlər respublika idarəetmə formasına, 3 dövlət 

isə  federativ  inzibati  ərazi  bölgüsünə  malikdir.  Əhalinin  milli 

tərkibinin çoxu hind-avropa mənşəli xalqlardan ibarətdir. Materikin 

şimal-şərqində Afrika mənşəli xalqlar yaşayırlar. Ən çox saylı xalq 

braziliyalılar, kolumbiyalılar, argentinalılar, venesuelalılar, çilililər, 

perudan olanlar hesab olunurlar.  

Boliviyada,  Peruda,  Ekvadorda  çoxluğu  təşkil  edənlər  hindlilərdir. 

Əksər  ölkələrdə  ispan  dili  aparıcı  hesab  olunur.  Braziliyada 

portuqal,  Qayanada-ingilis,  Surinamda-liderland  dili  hakimdir. 

Peruda əsas ispan dili olsa da hindlilərin keçua və aymara dilləri də 

özünə  yer  tapmışdır.  Dini  baxımdan  Cənubi  Amerikada  -  77  % 

katolik,  qalanları  isə  hinduistlər,  protestantlar,  müsəlmanlar, 

iudaistlər,  pravoslavlardır.  Cənubi  Amerikada  ən  böyük  dövlət 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə