R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə112/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   108   109   110   111   112   113   114   115   ...   153

əhalinin  yüksək  artımı  və  hərəkəti,  xarici  və  daxili  iqtisadi 

əlaqələrin  böyük  vüsət  alması,  ölkə  ərazisinin  böyüklüyü,  iqtisadi-

coğrafı  mövqeyin  vəziyyəti,  məhsuldar  qüvvələrin  ərazidə  yüksək 

inkişafı  və  daha  düzgün  yerləşdirilməsi,  ərazi  mənimsənilməsi, 

əhali  məskunlaşması  və  sair  məsələlər  nəqliyyatın  bu  və  ya  digər 

növünün  sürətlə  inkişaf  etdirilməsinə  tələbatı  daha  da  artırmışdır. 

Müasir  dövrdə  nəqliyyatda  10  mln-a  yaxın  işçi  vardır.  Yük 

dövriyyəsində  dəmir  yolu-32  %  (2230  mlrd.  ton  em),  avtomobil-

24,5  %,  dəniz  nəqliyyatı-18  %,  boru-kəmər  nəqliyyatı-14  %,  çay 

nəqliyyatı  -11,0%,  hava  nəqliyyatı-0,5%  xüsusi  çəkiyə  malikdir. 

Sərnişin-daşımada isə əksinə, avtomobil nəqliyyatının xüsusi çəkisi 

-  82  %,  hava  nəqliyyatının-17,5  %  və  dəmir  yolu  nəqliyyatının-

0,5% təşkil edir. ABŞ-ın və Kanadanın nəqliyyat sistemləri birlikdə 

xüsusi  olaraq  Şimali  Amerika  nəqliyyat  tipini  yaratmışlar. 

Nəqliyyatın  xarakter  xüsusiyyətlərinə  görə  ABŞ-ın  tayı-bərabəri 

olan  2-ci  dövlət  dünya  xəritəsində  yoxdur.  Belə  ki,  o,  dəmir 

yollarının,  avtomobil  və  boru  kəməri  yollarının  uzunluğuna  görə, 

dəmir yollarının yük dövriyyəsinə, avtomobil və hava nəqliyyatının 

yük  və  sərnişin  dövriyyəsinə  görə,  avtomobil  parkının  kəmiyyət-

keyfıyyət  göstəricilərinə  görə, hava limanlarının sayına və sərnişin 

buraxma qabiliyyətinə görə, Yaponiya ilə birlikdə «ucuz» bayraqlar 

altında  hərəkət  edən  gəmilərin  yükdaşıma  tonnajına  görə  ABŞ 

dünyada  liderlik  edir.  Deyilənlərlə  yanaşı,  ABŞ  nəqliyyatı  uzaq 

məsafələrə  yük və sərnişindaşıması ilə, şəhərlərarası və beynəlxalq 

daşımalarda  və  əlaqələrdə  ağılasığmaz  səviyyədə  inkişaf,  yüksək 

dərəcədə texniki təchizat, nəqliyyat növlərinin artıqlığı və sıxlığı ilə 

də  dünyada  fərqlənir.  Bununla  bərabər,  nəqliyyat,  digər  istehsal 

sahələrinin  təsiri  ilə  inkişaf  edirsə,  əksinə,  nəqliyyatın  özü  də 

məhsuldar  qüvvələrin  ixtisaslaşmasına,  korporasiyasına,  düzgün 

yerləşdirilməsinə  müsbət  təsir  edir.  O  öz  inkişafında  illik  elektrik 

enerjisinin  1/4-ni,  maye  yanacağın  Vi-ni  istehlak  edir.  Avtomobil 

nəqliyyatının  inkişafı  suburbanizasiyanın,  əhalinin  tez-tez  bir 

yerdən başqa yerə hərəkət etməsi prosesini daha da artırır. 

Avtomobil  nəqliyyatına  xidmət  edən  avtomobil  yollarının 

ümumi  uzunluğu  8,0  mln.  km-ə  çatır.  Ölkə  meridional  və  enlik 

istiqamətində  bərk  örtüklü  avtomobil  yollarına  malikdir.  ABŞ 

ümumi  uzunluğu  45,7  min  km-ə  (yan  qollarla  birlikdə)  çatan  və 



1930-cu  ildən  tikilən  Panamerikan  avtomobil  yolu  ilə  bir  çox 

ölkələrlə, hətta Buenos-Ayres şəhəri ilə də əlaqə saxlaya bilir. Şəhər 

daşımalarının  98%-i,  beynəlxalq  daşımaların  85  %-i  və  işə  gedib 

qayıtmaların  84%-i  avtomobil  nəqliyyatının  öhdəsinə  düşür.  ABŞ-

da  13  min  yaşayış  məntəqəsinin  90  mln-a  qədər  əhalisinin  hamısı 

başqa 


nəqliyyat 

növü 


olmadığından 

ancaq 


avtomobil 

nəqliyyatından  gərəklənirlər.  Müasir  avtomobil  parklarında  215 

mln. ədəd avtomobil saxlanılır. Onun sıxlığı 1000 kv km-də 670 km 

təşkil edir. Yük dövriyyəsi isə 1450 mlrd. ton km-dən artıqdır. 

ABŞ-ın  tarixi  inkişafında  dəmir  yolu  nəqliyyatımn  ölçüyə 

gəlməz  rolu  olmuşdur.    Dəmir  yollarının  çəkilişi  hər  istiqamətə 

olduğundan, il boyu fasiləsiz işlədiyindən yük dövriyyəsi böyükdür 

(2230  mlrd.  ton.  km).  1913-cü  ildə  ölkədə  dəmir  yollarının 

uzunluğu  -413  min  km-dən  artıq  idisə,  bu  1950-ci  ildə  -  360  min 

km,  2002-ci  ildə  240  min  km-ə  enmişdir  (dünyada  1-ci  yerdədir). 

Onun sıxlığı hər  ĐOÖO  kv km-də 30 km-dən  artıq,  yük dövriyyəsi 

isə  2230  mlrd.  ton  km-dir.  Lakin  ölkədə  mövcud  dəmiryollarının 

ancaq 

1,0 


%-i 

elek-trikləşdirilmişdir. 

Buna 

səbəb 


neft 

monopoliyalanın  yeritdikləri  siyasətdir.  Onlar  istəyirlər  ki,  dəmir 

yollarında  teplovozlardan  geniş  istifadə  edilərək  neft  və  neft 

məhsullarından 

yanacaq  kimi  daha  çox  istifadə  edilsin. 

Dəmiryolları  en  və  uzunluq  istiqamətlərində  Sakit  okean  sahilləri 

ilə  Atlantik  okeanı  sahillərini  birləşdirir.  Ölkədə  meridional 

istiqamətdə də 10 magistral dəmir yolu xətləri keçir. Bir çox xətlər 

isə  ərazinin  Kanada  və  Meksika  ilə  birləşdirilməsinə  səbəb 

olmuşdur.  Dəmir  yolları  ilə  daşman  başlıca  yüklər  emal  sənaye 

məhsullarından, 

dağmədən, 

kənd 

təsərrüfatı 



və 

meşə 


materiallarından  ibarətdir.  Ölkədə  başlıca  dəmir  yolu  qovşaqları 

Çikaqoda,  Nyu-Yorkda,  Detroytda  və  Atlantadadır,  Çikaqoda  30 

dəmiryolu,  9  avtomobil  yolu,  eləcə  də  24  boru  kəməri  magistarla 

bir-biri ilə birləşərək qovşaq təşkil edirlər. Qeyd etmək lazımdır ki, 

üdə  50  mln.  sərnişin  qəbul  edə  bilən  dünyanın  ən  böyük  hava 

limanı Oxeyr də Çikaqoda yerləşir. Kütləvi yük daşınmasında dəniz 

kapotajının  və  daxili  su  yollarının  əhəmiyyəti  heç  də  az  deyildir. 

Çoxlu  sayda  çay  və  göllərin  mövcudluğu  il  boyu  gəmilərin 

naviqasiyasının imkanlarım daha da  artırır. Dünyanın ən böyük göl 

sistemi - Böyük  göllər burada  yerləşir. Daxili su yollarının ümumi 




uzunluğu  Missisipi,  Missuri,  Oqayo,  Arkanzas,  Kolorado, 

Kolumbiya,  Niaqara  və  s.  Çaylarının  ,  eləcə    də  Böyük  Çölləri 

Atlantik    okean  sahilləri  ilə  birləşdirən  və  XIX  əsrdən  fəaliyyətdə 

olan  Eri  kanah,  Çesapik  -Delaver  kanalı  daxili  su  yollarının 

uzunluğunun  45  min  km-dən  artığa    çatmasına    imkan    vermişdir.  

Bunun   çoxu  ölkənin   şərq hissəsinin payına düşür. Uzunluğu 4,0 

min  km-dən  artıq  olan,  əsasən  hərbi  mühəndislər  korpusunun 

köməkliyi  ilə  1930-cu  ildən  istifadədə  olan,  möcüzəli  Sahil  kanalı 

Meksika  körfəzi  boyu  uzunu-Rio  -Qrande  çayının  mənsəbindən 

Sent-Marksa  (Florida)  qədər  uzanır.  Onun  2-ci  qolu  isə  - 

Mayamidən  Bostona  qədər  Atlantik  okeanı  sahil  boyu  xeyli 

məsafədə  uzanır.  Kanalla  daşman  yüksək  neft,  neft  məhsulları, 

kimyəvi  maddələr,  tikinti  materialları,  kömür,  pambıq  və  sairədir. 

Daxili daşımalarda eləcə də Böyük göllər -Müqəddəs Lavrentiya su 

sisteminin  də  özünə  məxsusluğu  vardır.  Göstərilən  su  sisteminin 

sahillərində  Kanada  və  ABŞ-ın  böyük  limanlan-Çikaqo,  Dulut, 

Detroyt,  Buffalo,  Qamilton,  Toronto,  Monreal  yerləşirlər.  Yeri 

gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  göstərilən  daxili  su  sistemi 

Kanada  ilə  birlikdə  yaradılmışdır.  Dəniz  nəqliyyatı  başlıca  olaraq 

xarici  iqtisadi  əlaqələrin  yerinə  yetirilməsinə  xidmət  edir.  Dəniz 

nəqliyyatında  600-dən  artıq  gəmi  vardır  ki,  onun  da  130-dan  çoxu 

xarici  bayraqlar  altında  («ucuz»)  hərəkət  edirlər.  Hal-hazırda 

amerikan  dəniz  donanmasının  daşıdığı  xarici  ticarət  yükünün  illik 

miqdarı  1,1  mlrd.  tondan  artıqdır.  Đxrac  və  idxal  yüklərinin  illik 

miqdan xeyli fərqlidir. Belə ki, Meksika körfəzi limanları hesabına 

ixracat məhsulları 44%, Atlantik okeanı limanları hesabına isə 24 % 

təşkil  edir  ki,  onun  da  illik  miqdarı  355  mln.  tondan    çoxdur.  

Đdxalat    məhsullarının    illik    miqdarı    540    mln.t  olmaqla  Atlantik 

okeanı limanları hesabına 36 %, Meksika körfəzi limanları isə 38 % 

xüsusi  çəki  ilə  fərqlənirlər.  Son  illərdə  ABŞ-da  yeni  iri  dəniz 

limanları  formalaşmışdır.  Bunlardan  Cənubi  Luiziananı  (yük 

dövriyyəsi  204  mln.  t)  qeyd  edə  bilərik.  Missisipi  delta  limanları-

400 mln. t, Xyuston-165 mln. t, Nyu-York-135 mln. t, Yeni Orlean-

89  mln.  t  yükdaşımalan  ilə  tanınırlar.  Ölkədə  dəniz  nəqliyyatı  o 

qədər  yüksək  inkişaf  etmişdir  ki,  o  çox  vaxtı  liman-sənaye 

komplekslərinin  yaranmasına  səbəb  olur.  Son  vaxtlara  qədər  hər 

birinin illik yük dövriyyəsi 40 mln. tondan çox olan 11, hər birinin 

yük  dövriyyəsi  20-40  mln.  ton  arasında  dəyişən  8  liman 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə