R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə116/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   112   113   114   115   116   117   118   119   ...   153

Sənaye-aqrar  ölkə  hesab  edilən  Braziliya  böyük  iqtisadi 

inkişaf  potensialına  malikdir.  ÜDM-də  sənayenin  xüsusi  çəkisi  32 

%-dən artıqdır. Dünya sənaye məhsulunun 2 %-ni verir. Onun dağ-

mədən, energetika, metallurgiya, maşınqayırma, kimya, neft-kimya, 

tikinti, meşə, yüngül və yeyinti sahələri ilə yanaşı kurort və turizm, 

xidmət  sferası  kimi  inkişaf  edən  sahələri  mövcuddur.  Sənaye 

ölkənin «tanışlıq vəsiqəsi» rolunu oynayır, Dağ-mədən sənayesində 

hasilat  sahəsi  əsas  yer  tutur.  Dəmir  filizi  hasilatına  və  ixaracatına 

görə  dünyada  1-ci  yeri  tutur.  Đldə  200  mln.  tona  qədər  dərnir  filizi 

əsasən Minas-Jerays və Karajasda istehsal olunur. Bunun 160 mln. 

tonu  ixrac  edilir.  Manqan  filizi  Amapada,  Minas-  Jerays  və  Matu-

Qrosu  ştatları  ərazisində  hasil  olunaraq  80  %-dən  çox  dünya 

bazarına  cıxarılır.  Mis,  sink,  qurğuşun,  nikel  hasilatı  daxili  bazar 

üçün  kifayət  edir.  Strateji  xammallardan  niobiy,  berilliy,  tantal, 

sirkoniya,  kristallik  kvars  hasilatı  məhsulları  dünya  bazarının 

aparıcı  növləri  sayılır  (xüsusilə  ABŞ  üçün).  Đldən-ilə  uran  (Posus-

di-Kaldas,  Olin-da),  toriy  (Araşa,  Minas0-Yerays),  monasit  qumu 

(Espiritu - Santu ştatmda), qızıl, almaz, qiymətli daşlar hasilatı artır. 

Boksit  hasilatına  (Amazoniyada  13  mln.  ton)  görə  Braziliya 

dünyada 3-cü  yeri tutsa da qalay hasilatında, oduncaq tədarükündə 

dünyanın  birinci  5  ölkəsi  sırasında  özünə  yer  etmişdir.  Qızıl 

hasilatında  dünyanın  4-cü  dövlətidir.  Ehtiyatı  1,8  min  ton,  hasilatı 

6,5 tondan çoxdur. 

Energetikanın  inkişafına  fikir  verdikdə  neftin,  qazın,  kömürün, 

elektrik  enerjisinin,  odunun,  odun  kömürünün  enerji  balansında 

xüsusi  çəkiləri  ildən-ilə  dəyişməkdədir.  Enerji  balansında  neft  və 

qaz 

•  44  %,  odun  və  odun  kömürü  -  29  %>,  hidroenerji  -  24  %, 



daş kömür 

•  3 %-ə qədər xüsusi çəki ilə tanmırlar. Kömür əsasən Santa-

Katarina  və  Riu  -  du-  Sul  ştatlarında  ildə  20  mln.  tondan 

artıq  istehsal  olunur.  XX  əsrin  80-cı  illərindən  neft  axtarışı 

işlərinin  aparılması  geniş  həyata  keçirildiyindən  Braziliya 

Latın  Amerikasında  bu  sahədə  xüsusi  yer  tutmağa 

başlamışdır. 

Onun  illik  hasilatı  60  mln.  tondan  artığa  çatmışdır.  Bala  ştatının 

Rekonkavu  rayonunda,  Serjipi  və  Alaqoas  ştatlarında,  ən  çox 



dənizin şelf zonasında neft hasilatı həyata keçirilir. Neft hasilatının 

illik  artımı  idxal  olunmanın  qarşısını  xeyli  almışdır.  Hasilata 

«Retrobraz» 

dövlət  neft  kompaniyası  başçılıq  edir.  Dövlət  tərəfindən  Rio-de-

Janeyroda,  Kabatanda  ildə  100  mln.  ton  xam  neft  emal  edə  bilən 

müasir  NEZ-lər  yaradılmışdır.  Avtomobil  mühərriklərinin      işə 

gətirilməsi  üçün  şəkər  qamışından  əldə  edilən  etil  spirtindən 

yanacaq kimi geniş istifadə olunur. Səmt və zavod qazından istifadə 

olunur. 

Energitikanın 

tərkibində 

elektroenergetikanın 

özünə 

məxsusluğu  vardır.  Burada  ĐES,  AES,  SES  və  alternativ  mənbələr 



elektro-energetikanın  inkişafında  başlıca  zəminlər  hesab  olunurlar. 

Ölkədə hasil olunan 340 mlrd. kvt saat elektrik enerjisinin 90 %-ni 

SES-lər  verir.  (245  mlrd.  kvt  saat).  1955-ci  ildə  tikilmiş  və  gücü  - 

3,4  mln.  kvt  olan  Paulo-Afonso  SES-i,  1973-cü  ildə  tikilmiş  Đlya-

Salteyra (3,2 mln. kvt) SES-i, 1987-ci ildə tikilmiş və gücü 5,0 mln. 

kvt  olan  Ksindo  SES-i  və  dünyada  ən  böyük  gücə  malik  olan 

«Đtaypu»  SES-i  vardır.  «Đtaypu»  SES-i  1984-cü  ildə  Paraqvay 

dövlətinin birgə əməkdaşlığı ilə Parana çayı üzərində tikilərək gücü 

12,6  mln.  kvt-dan  çoxdur.  Onun  gücünün  14,0  mln.  kvt-a 

çatdırılması həyata keçirilir. 

Braziliyada  ilk  AES  1977-ci  ildə  Rio-de-Janeyro  ştatında 

fəaliyyətə  başlamışdır.  Onun  -  0,6  mln.  kvt  gücü  vardır.  O,  ildə  - 

4,0  mlrd.  kvt-saat  elektrik  enerjisi  hasil  edərək  ümumi  elektrik 

enerjisi  hasilatının  1,0  %-ni  verə  bilir.  Gələcəkdə  AES-lərə 

üstünlük  verilməsi  əsas  məqsəd  kimi  qarşıda  durur.  ĐES-lər  iri 

sənaye şəhərləri və xammal rayonlarında, alternativ növlər isə əsas 

mənbə rayonlarında yaradılaraq istehlaka xidmət edirlər. 

Qeyd  etmək  lazımdır  ki,  Braziliyanın  illik  yanacaq  və 

elektrik enerjisinə olan tələbatı - 155 mln. tutdan çox deyüdir. 

Metallurgiya  kompleksi  qara  və  əlvan  metallurgiya 

sahələrini  birləşdirir.  Qara  metallurgiyanın  inkişafı  yerli  yüksək 

keyfiyyətli  dəmir  filizinə  və  gətirmə  kokslaşan  kömürə  əsaslanır. 

Đllik  polad  istehsalında  (28-30  mln.  ton)  dünyanın  1-ci  10  dövləti 

sırasında  Braziliyanın  da  adı  vardır.  Ən  böyük  qara  metallurgiya 

zavodları Minas-Jerays və San-Paulu ştatlarında fəaliyyətdədir. 



Əlvan  metallurgiyanın  inkişaf  etdirilməsi  üçün  əlverişli 

şərait  vardır.  Boksit,  mis  fılizləri  istehsalının  kifayət  qədər  olması, 

elektrik  enerjisinin  və  suyun  bolluğu  alüminium,  mis  sahəsinin 

inikişafını  daha  da  vacib  edir.  Nəticədə,  ildə-1,3  mln.  ton 

alüminium  istehsal  etmək  mümkün  olmuşdur.  Đstehsal  olunmuş 

alüminiumun  çox  hissəsi  ixrac  üçün  yararlı  hesab  edilir.  Ona  görə 

də Braziliya alüminium ixrac edən aparıcı dövlətlər sırasındadır. 

Emal  sənayesində  maşınqayırma  və  metal  emalı  sahəsi 

məhsul  istehsalı  miqdarına  görə  liderlik  edir.  Onun  məhsullarına 

tələbat  ildən-ilə  artır.  Nəqliyyat  maşınqayırmasının  avtomobil 

sahəsi  xüsusilə  seçilir.  Minik  maşınları  daxili  bazar  üçün  nəzərdə 

tutulursa,  istehsal  olunmuş  avtobuslar  Latın  Amerikası  ölkələrinin 

avtomobil  parklarının  istehlakı  üçün  ixrac  olunur.  Avtomobil 

maşınqayırmasında  çalışan  300  mindən  artıq  işçi  qüvvəsi  ildə  2,0 

mln.  ədədə  qədər  avtomobil  istehsal  edirlər.  Avtmobil  parklarında 

16 mln-dan çox maşın vardır.  

Avtomobil  maşınqayırması  xarici  korporasiyaların  20  mlrd.  dollar 

miqdarında  qoyduqları  sərmayə  əsasında  daha  da  inkişaf 

etməkdədir. Xarici korporasiyalardan - «Djeneral Motors», «Ford», 

«Daymler  Kraysler»,  «Folksvaqen»,  FĐAT,  «Reno»,  BMV, 

«Toyota»nı  göstərə  bilərik.  Yaxın  illərdə  avtomobil  istehsalını  —

2,5-3,0 mln. ədədə artırmaq nəzərdə tutulur. 

Gəmiqayırma  Yapon  firmalarının  nəzarəti  altmdadır. 

Gəmiqayırmanın ən çox inkişaf etdiyi vaxt XIX əsrin 60-cı illərində 

baş  vermiş  «Braziliya  iqtisadi  möcüzəsi»  dövrünə  təsadüf  edir.  Đri 

dəniz  limanları  böyük  gəmi  tərsanələrinə  malikdir.  Braziliyanın 

beynəlxalq  əmək  bölgüsündə  iştirakı  və  xarici  ticarətin  inkişafına 

daha çox diqqət verməsi milli ticarət flotunun yaradılmasını daha da 

sürətləndirmişdir. O, Latın Amerikasında dəniz gəmiləri ixrac edən 

1-ci ölkə sayılır. 

Aviasiya  maşınqayırması  da  sürətlə  inkişaf  edir.  Onun  25-

dən artıq növü istehsal olunur. 

Latm Amerikası ölkələri içərisində Braziliya dəzgahqayırma 

sahəsı ilə də tanınır. 

Eyni zamanda, o müxtəlif silah növləri istehsalı və ixracı ilə 

də məşğuldur. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə