Braziliya yüksək keyfiyyətli kofe becərilməsi ilə də tanınır.
Dünyada ildə 6,0 mln. tona qədər toplanılan kofenin - 1,6 mln.
tonunu Braziliya verir ki, yaxın gələcəkdə onun miqdarını-2,0 mln.
tona çatdırmaq planlaşdırılmışdır, Əsasən Parana çayı sahillərində
böyük plantasiyalara malik olan kofe insanların həyat tonusunun
daha da yaxşılaşdırılmasına xidmət edir. Ölkənin çox rayonunda
ölkədə 30 mln. t. məhsul verə bilən soya becərilir. Demək olar ki,
hər bir rayonda becərilən, ildə 16 mln. tondan çox məhsul verən
qarğıdalı, eləcə də çəhrayı paxla və maniak istehlaka xidmət edən
əkinçilik bitkilərindən hesab olunur. Taxıl bitkilərindən buğda,
arpa, yulaf becərilir. Đllik məhsul toplantısının kəmiyyət göstəricisi
45-50 mln. tondan çox olmur. Hər il 1-30 mln. ton arasında taxıl
məhsullan idxal etməli olur.
Braziliya, dünyada sitrus məhsulları toplanması ilə də
tanınır. Bu sahədə o dünyada liderlik edir. Əgər hər il dünyada 50
mln. tondan artıq belə meyvə toplanılırsa, onun 24,0 mln. tonunu
ancaq Braziliya verir. Təkcə banan və portağal toplanması - 16 mln.
tondan çox olur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, illik banan
məhsulu toplanmasında ancaq vətəni Benqal ştatı hesab edilən
Hindistandan geri qalır. Sitrus meyvə bağları başlıca olaraq Santa-
Katarina və Riu-Qrandi-Du-Sal ştatlarında becərilir.
Đxracatda az rol oynamayan çəltik becərilməsi Qoyas,
Minas-Jerays, San-Paulu, Maranyan ştatlarında həyata keçirilirsə,
ildə 10 mln. tondan artıq toplanan məhsulun çoxunu Riu-Qrandi-
du-Sul ştatı verməkdədir (ixrac olunan məhsulun hamısını).
Plantasiyaları
Baiya,
Paraiba,
Riu-Qrandi-Du-Norti
ştatlarında olmaqla eksporta göndərilən sizal toplanmasına görə
Tanzaniyadan geri qalan Braziliya ildə 167-200 min tona qədər
məhsul toplaya bilir. Ölkədə tütünçülük və üzümçülük də inkişaf
etdirilməkdədir. Hər il dünyada toplanılan-7,0 mln. ton tütünün-435
min tonunu Braziliya verir.
Ölkənin cənub hissəsində Paraqvay çayı becərilir.
Heyvandarlıq, xüsusilə də ətlik istiqamətli sahə kənd
təsərrüfatı məhsullarının 2/5-ni tədarük edir. Heyvandarlığın
inkişafı ölkənin hər yerində təbii otlaq sahələrinin olmasına, cənub
Riu-Qrandi-Du-Gul
ştatmda,
Braziliya
yaylasının
mərkəz
hissəsində süni yem verilməsinə əsaslanır. Heyvandarlığın ət, yun,
dəri, gön məhsulları ölkənin hər yerindən, əsasən də Riu-Qrandi-
du-Sul ştatından ixrac olunur. Son illər Braziliyada 165 mln. baş
iribuynuzlu mal-qara, 700 mln. toyuq, 37 mln. baş (dünyada 3-cü)
donuz və 18 mln. baş xırdabuynuzluların saxlanılması müəyyən
edilmişdir. Diri çəkili heyvan növləri və quş əti ixrac olunur.
Ölkədə təbii şəraitin müxtəlifiiliyi ərazi üzrə heyvandarlıqda
struktur fərqlərinin mövcudlaşmasına səbəb olmuşdur. Bu əsasdan
da şimalda, şimal-şərqdə, mərkəz rayonlarında heyvandarlığın zəif,
cənub və cənub-şərq rayonlarında satılıq üçün növlər yaxşı (ixrac
üçün) inkişafa malikdir. Braziliya üçün kənd təsərrüfatı
məhsullarıpnın ixracı ölkəyə ən çox xarici valyuta gətirən təminat
hesab olunur.
Balıq və müxtəlif dəniz heyvanları ovlanması Rio-de-
Janeyra, Santa-Katarina və Ria-Qrandu-du-Sul ştatlarının sahil
sularmda həyata keçirilir. Əldə edilən məhsullun çox hissəsi ixrac
olunur. Hər il - 1,5 - 3,0 mln. tona qədər dəniz məhsulları toplanılır.
Arıçılıq, baramaçılıq yerli mənbələrə və istehlaka uyğun
olaraq inkişaftapmışdır.
Qeyd etmək lazımdır ki, Braziliya dünyada xeyli miqdarda
yerli mənbələr əsasında ilan zəhəri əldə edilməsinə kömək edən
dünyada ən böyük herpontoloji komlinata malikdir.
Tropik ölkələrin nəhəngi sayılan Braziliya Federativ
Respublikasıda hər yerdə olduğu kimi nəqliyyat əsasən məhsuldar
qüvvələrin inkişafı və düzgün yerləşdirilməsində öz rolunu
əsirgəmir. Maddi istehsalm 3-cü aparıcı sahəsi hesab edilən
nəqliyyat ölkə ərazisində müxtəlif kəmiyyət və keyfıyyət
göstəriciləri ilə səciyyələnir. Belə ki, ərazinin çox hissəsi hələ də
quru yol nəqliyyatına malik deyildir. Nəticədə, iqtisadi inkişaf ölkə
ərazisinin hər yerində eyni səviyyəyə malik olmamışdır. Uzunluğu
31 min km-ə çatan dəmir yolu nəqliyyatı XIX əsrin sonu XX əsrin
əvvəllərində formalaşmağa başlamışdır. Đri şəhərlər, istehsalla
istehlak, ölkənin daxili rayonları ilə iri dəniz limanları bir-biri ilə
dəmir yolu nəqliyyatı vasitəsilə əlaqələndirilmişdir. Köhnə yollar
modernləşdirilərək yeni-yeni istiqamətlərə dəmir yolları xəttləri
artırılır. Uzunluğu 1000 km-ə çatan Şimal-Cənub dəmir yolu xətti
çəkilməkdədir.
Avtomobil nəqliyyatı yük və sərnişindaşımada çox böyük
əhəmiyyət kəsb edir. Avtomobil yollarının uzunluğu 1,7 mln. km
təşkil etməklə daxili rayonlan, istehsalla istehlakı əlaqələndirməyə
kömək edir. Avtomobil yollarının uzunluğu Braziliyanı Latın
Amerikasında liderlik etməyə imkan vermişdir. Daha sıx avtomobil
yolları Cənub-Şərq və Cənub bölgələrindəndir. Təbii sərvətlərin
mənimsənilməsi üçün yeni-yeni avtomobil yolları çəkilməkdə
davam edir. Resifı və Yuan-Pesoadan (Atlantik sahilində) başlanan
Transamazon avtomobil magistralı bütün ölkədən keçməklə Peruya
qədər uzanır. Şimali və Cənubi Amerikadan keçərək bir çox
dövlətləri, şəhərləri bir-biri ilə birləşdirən və uzunluğu yan qolları
ilə birlikdə - 45,7 min km-dən az olmayan (ekvatorun
uzunluğundan çox) Panamerikan avtomobil yolunun Braziliya üçün
əhəmiyyəti ölçüyə gəlməzdir. Transamazon və Panamerikan xətləri
bir-biri ilə birləşdirildikdən sonra magistralların əhəmiyyəti daha da
artmışdır. Şəhərlərarası avtobus əlaqələrinin artması xüsusilə
əhəmiyyətlidir. Ən uzun (4374 km) avtobus yolu Rio-de-Janeyro-
Manaus xəttidir. Bunu qət etmək üçün 100 saat vaxt tələb olunur.
Dəniz
və
çay
daşımalarına
görə
Braziliya
Latın
Amerikasında daha qabaqda gedir. Xarici daşımaların 98 %-dən
çoxu dəniz nəqliyyatı ilə həyata keçirilir. Bu əsasdan da ölkədə 50-
dən artıq böyük dəniz və çay limanları, 1000-dən çox kiçik limanlar
salınmışdır. Santus, Rio-de-Janeyro, Resifı, Viktoriya, Tubaran ən
iri limanlardan hesab olunurlar. Amazon limanları həm çay, həm
dəniz gəmiləri qəbul edə bilir. Ölkədə daxili su yollarının uzunluğu
50 min km-dən artıqdır.
Limanlarının sayına, daşmarı sərnişin və yüklərin miqdarına
görə hava nəlqiyyatı, Amerikada ancaq ABŞ və Kanadadan sonrakı
yeri tutan Braziliyada daxili şəhərlər hamısı, eləcə də istehsal
rayonları bir-biri ilə əlaqələndirilmişlər.
Hava nəqhyyatı dünyanın bir çox ölkələri ilə əlaqə saxlaya
bildiyi üçün onu haqlı olaraq beynəlxalq nəqliyyat növü
adlandırırlar. Ölkədə 80-dan çox iri, 100-dən artıq xırda, habelə - 5
beynəlxalq hava limanı fəaliyyət göstərir. Bunlardan San-Paulu,
Rio-de-Janeyronun adlarını çəkə bilərik.
Boru-kəmər nəqliyyatı istehlakın həlg ki, bir o qədər
olmadığından özünə lazımi səviyyədə yer etməmişdir.
Dostları ilə paylaş: |