üzvü vardır. Qərargahı Vaşinqtondadır. Parisdə şöbəsi fəaliyyət
göstərir.
Beynəlxalq Ticarət Təşkilatı (BTT) iştirakçı ölkələrin-130-a
qədər ticarət və gömrük siyasətinin müəyyən qaydaya tabe
olunmasını, beynəlxalq ticarətin tənzimlənməsini həyata keçirir.
1995-ci ildə yaranmışdır. Qərargahı Cenevrədə yerləşir.
Ticarət və inkişaf üzrə BMT-nin konfransı (UNCTAD)-186
üzvü vardır. Məqsədi: beynəlxalq ticarətin inkişafına təsir etməkdən
ibarətdir. Qərargahı Cenevrədədir.
Sənayenin inkişafı üzrə Təşkilat (UNĐDO), 166 üzvü vardır.
Məqsədi: qlobal, regional, milli və sahəvi səviyyədə sənaye
inkişafına və əməkdaşlığa təsir etməkdən ibarətdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) 1957-ci
ildə atom enerjisinin sülh məqsədi ilə istifadə edilməsi sahəsində
beynəlxalq
əməkdaşlıq
üçün
yaradılmışdır.
AEBA
nüvə
təhlükəsizliyi üçün muvafıq normalara əməl olunmasına, nüvə
enerjisinin hərbi məqsədlər üçün istifadə olunmamasına nəzarət
edir. Agentliyin 120-dən artıq üzvü vardır. Qərargahı isə
Vyanadadır.
Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilat. BMT-
nin fəaliyyət dairəsi olduqca geniş sahələri-savadsızlıqla mübarizə,
elm, insan hüquqları və s. əhatə edir. 180-ə qədər üzvü vardır.
Qərargahı Parisdədir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün xalqların
sağlamlığını qorumaq məqsədi ilə yaradılmışdır. ÜST xəstəliklərin
(spid və s.) ləğvi üçün beynəlxalq əməliyyatlar təşkil edir, yoluxucu
və digər xəstəlikiər ilə mübarizədə müxtəlif ölkələrə köməklik
göstərir, karantin və epidemiologiyaya, dərman preparatlarının
keyfıyyətinə, narkotik maddələrin yayılmamasına nəzarət edir və bu
sahələrdə beynəlxalq iş aparır. 180-ə qədər üzvü vardır. Qərargahı
Cenevrədə fəaliyyət göstərir.
Beynəlxalq Əmək Təşkilatı insanların həyat və əmək
şəraitinin yaxşılaşdınlması məqsədi ilə yaradılmışdır. Bu təşkilatda
əmək haqqı, iş günü, muzdla işə qəbul üçün minimum yaş həddi,
sosial sığorta, əmək şəraiti və s. kimi məsələlər üzrə beynəlxalq
müqavilələr işlənib hazırlanır. 180-ə qədər üzvü var. Qərargahı
Cenevrə şəhərindədir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada aclıq
ilə mübarizə, kənd təsərrüfatında məhsuldarlığı artırmaq və s.
məqsədi ilə 1945-ci ildə yaradılmışdır. 180-ə qədər üzvü vardır.
Qərargahı Roma şəhərindədir.
Beynəlxalq Kənd Təsərrüfatı Đnkişafı Fondu-158 dövləti
birləşdirir. Bu ölkələr üç qrupa bölünür. Onlardan 22-si ĐEÖ, 12-si
neft ixrac edən, 124-ü isə ĐOÖ-dir. Məqsədi: ĐOÖ-in daha kasıb
kənd əhalisinə ərzaq istehsalının artımına kömək etməkdir.
Qərargahı Romada yerləşir.
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) meteoroloji
müşahidə və tədqiqatlar, meteoroloji məlumatların mübadiləsi
sahəsində beynəlxalq əməkdaşlığa kömək etmək məqsədi ilə
yaradılmışdır. ÜMT ümumdünya və regional meteoroloji
mərkəzlərin məlumatlarından istifadə etməklə «Ümumdünya hava
bürosu»nu yaratmışdır. 170-dən artıq üzvü vardır. Qərargahı
Cenevrədə yerləşir.
Ümumdänya Turist Təşkilatının (ÜTT)-130-dan artıq üzvü
vardır. Məqsədi: turizmin, xüsusilə ĐEÖ-də bu sahənin inkişafına,
sülhün qorunmasına və qarşılıqlı anlaşmaya və s. kömək etməkdir.
Qərargahı Madriddə fəaliyyət göstərir.
Bunlarla yanaşı, BMT-də Ümumdünya Poçt Đttifaqı,
Beynəlxalq Elektrorabitə Đttifaqı, Beynəlxalq Dəniz Təşkilatı,
Beynəlxalq Mülki Aviasiya Təşkilatı, BMT-nin Đnkişaf Proqramı,
Narkotik vasitələrə nəzarət üzrə BMT-nin Beynəlxalq Proqramı,
Məskunlaşma sahəsində BMT fondu, Qadınlar üçün BMT-nin
Đnkişaf Fondu, Ətraf mühitin mühafizəsi üçün BMT-nin Proqramı,
Qaçqınların işi üzrə BMT-nin AIi Komissarlığının Đdarəsi və b.
ixtisaslaşmış təşkilatlar fəaliyyət göstərirlər.
Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı (ĐƏĐT) sürətli
iqtisadi artıma, ayrı-seçkilik olmadan dünya ticarətinin hərtərəfli
genişlənməsinə nail olmaq üçün 1961-ci ildə yaradılmışdır.
Tərkibinə 29 ölkə daxildir. Qərargahı Paris şəhərində yerləşir.
«Böyük yeddilər»in müşavirəsində daha güclü iqtisadi
potensiala malik 7 başlıca ölkə rəhbərlərinin ildə bir dəfə görüşü
keçirilir. Dünya iqtisadiyyatı, dünya siyasəti, qlobal problemlər
onların təhlil etdikləri məsələlərin sırasına daxildir. Qərarlar
konsensus (yekdillik) qaydası ilə qəbul olunur və tövsiyə xarakteri
daşıyır. 1996-cı ildən siyasi problemlərin müzakirəsində Rusiya da
iştirak edir. Ona görə də belə görüşləri «Böyük Səkkizlər»in
müşavirəsi də adlandırmaq mümkündür.
Paris Klubu (PK) - kredit verən dövlətlərin qeyri-formal
birləşməsidir. 1962-ci ildə Parisdə 10 ölkə (ABŞ, AFR, Belçika,
Đngiltərə, Đtaliya, Đsveç, Đsveçrə, Kanada, Niderland və Fransa) borc
barədə BVF ilə müqavilə bağlanmışdır. Bu gün PK-nun tərkibinə
19 ölkə daxildir. PK-nun iclaslarında ĐOÖ-lərin dövlət borclarının
ödəmə müddətinin uzadılması və tənzimlənməsi məsələləri
müzakirə olunur.
London klubu - 400-dən artıq ən iri kommersiya banklarının
birliyidir. Borclu ölkələrin xüsusi (fərdi) xarici borclarının, yəni
dövlət zəmanəti olmadan alınan kreditlərin tənzimlənməsi problemi
ilə məşğul olur. Təşkilat 80-cı illərin əvvəllərində beynəlxalq borc
böhranının kəskinləşməsindən sonra yaradılmışdır.
Beynəlxalq Ticarət Palatası ĐEÖ və ĐOÖ-in yüzlərlə
şirkətlərini, təşkilatlarını və digər hüquqi fərdlərini birləşdirən
qədim qeyri -hökumət təşkilatlarından biridir. Məqsədi: ticarətin,
investisiyanın, azad bazarın genişləndirilməsi yolu ilə dünyada
sahibkarlığı inkişaf etdirməkdir. Qərargahı Parisdədir.
77-lər qrupu - 1964-cü ildə UNCTAD-m birinci
qurultayında yaradılmışdır. 100-dən artıq ölkəni birləşdirir. BMT və
onun orqanları çərçivəsində fəaliyyət göstərir. Məqsədi-beynəlxalq
iqtisadi münasibətlərin yenidən qurulması, yeni beynəlxalq iqtisadi
qaydaların yaradılması uğrunda birgə mübarizə aparmaqdan, ĐEÖ-
in iqtisadi proqramını işləyib hazırlamaqdan ibarətdir.
X
X
X
I
I
I
V
V
V
M
M
M
A
A
A
R
R
R
A
A
A
Q
Q
Q
L
L
L
I
I
I
M
M
M
Ə
Ə
Ə
L
L
L
U
U
U
M
M
M
A
A
A
T
T
T
L
L
L
A
A
A
R
R
R
1. Đlk əvvəl Azərbaycanda hansı dövlətlər yaranmışdır?1-Manna,
Midiya
2. Eramızdan əvvəl Şimali Azərbaycanda hansı dövlət
yaranmışdır?-Albaniya
Dostları ilə paylaş: |