R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ


QƏYYUMLUQDA OLAN ƏRAZĐLƏR



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə125/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   121   122   123   124   125   126   127   128   ...   153

 

QƏYYUMLUQDA OLAN ƏRAZĐLƏR 

 

36  Antarktika 



Antarkti


ka 

52500 


min kv. 

km 


Daimi 

əh.yox 


 

37 


Hind 

okeanında 

Britaniya 

ərazisi 


B.Britaniya 

Hind 


okeanı 

60,0 


Daimi 

əh.yox 


 

38 


Qərbi 

Saxara 


 

Şimal-


Qərbi 

Afrika 


266,0 

min 


kv.m. 

256,2 


Er-

Ayun 


39 

Mayotta 


Fransa 

Hind 


okeanı 

374,0 


170,9 

Dzaudzi 


40 

Fələstin 

ərazisi 

 

C-



Q.Asiya 

5879,0 


3500 

 

41 



Folklend 

adaları 


 

Atlantik 

okean 

4200,0 


257,8 

Port-


Stenii 

 

XIII. DÜNYANIN BEYNƏLXALQ TƏŞKĐLATLARI 



 

Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  Nizamnaməsi  24 

oktyabr  1945-ci  ildə  San-Fransiskoda  51  təsisçi  dövlət  tərəfindən 

imzalanmış  və  həmin  ildən  də  fəaliyyət  göstərir.  Nizamnaməni 

qəbul  edən  və  onu  yerinə  yetirməyə  hazır  olan  hər  bir  sülhsevər 

dövlət  onun  uzvu  ola  bilər.  Indi  BMT-nin  193  üzvü  vardır. 

Azərbaycan  Respublikası  2  mart  1992-ci  ildə  BMT-yə  qəbul 

olunmuşdur. BMT-nin qərargahı Nyu-Yorkdadır. 

BMT-nin  orqanları:  BMT-nin  Baş  Məclisi  (BM)  BMT-nin 

üzvü  olan  bütün  dövlətlərin  nümayəndələri  təmsil  olunan 

məşvərətçi orqandır. Nümayəndələrin hər biri bir səsə malikdir. BM 

hər  bir  məsələni  müzakirə  etmək,  hər  bir  məsələ  barədə  (TŞ-nin 

nəzarətində  olan  məsələlər  istisna  olmaqla)  BMT-nin  üzvlərinə 

məsləhət  vermək  səlahiyyətinə  malikdir.  Mühüm  məsələlər  üzrə 




qərarlar  iştirakçı  ölkələrin  2/3-sinin,  digər  məsələlər  üzrə  isə  sadə 

səs çoxluğu ilə qəbul olunur. 

BMT-nin Təhlükəsizlik Şurası (TŞ) daimi fəaliyyət göstərir. 

BMT-nin 


Nizamnaməsinə 

görə 


beynəlxalq 

sülhün 


və 

təhlükəsizliyin  qorunması  üçün  TŞ  məsuliyyət  daşıyır.  TŞ-nin 

olduqca  böyük  səlahiyyəti  vardır.  BMT-nin  hər  bir  üzvü  TŞ-nin 

qərarına  tabe  olmalı  və  onu  yerinə  yetirməlidir.  TŞ  sülhün  və 

təhlükəsizliyin  qorunub  saxlanılması,  yaxud  bərpası  üçün  istənilən 

qərar  çıxara  bilər  və  bunun  həlli  üçün  tədbiri  həyata  keçirə  bilər. 

Şuraya  BMT-nin  15  ölkəsi  daxildir.  Onun  5-i-ABŞ,  Rusiya,  Çin, 

B.Britaniya,  Fransa  daimi  üzvlərdir,  qalanları  BM  tərəfidən  2  il 

müddətinə  seçilir.  TŞ-nin  daimi  üzvlərinin  artırılmasın  tələb  edən 

ölkələr  var.  Yaponiya,  AFR,  Hindistan  kimi  ölkələr  TŞ-nin  daimi 

üzvlüyünə öz namizədliklərini irəli sürürlər. 

BMT-nin  Đqtisadi  və  Sosial  Şurası  (IQSOŞ)  iqtisadi,  sosial, 

mədəniyyət,  təhsil,  səhiyyə,  insan  hüquqları,  ekologiya  və  s. 

beynəlxalq  məsələləri  araşdırır  və  məlumatlar  hazırlayır.  Bu 

məsələlərin    hər  biri    barədə    BMT-nin    BM-nə,    onun  üzvlərinə, 

ixtisaslaşmış  idarələrinə  məsləhət  verir.  ĐQSOŞ-un  5  üzvü  var. 

Onları  BMT-nin  tərkibindən  BM  seçir  və  hər  il  1/3-ni  dəyişdirir. 

Onların regional komissiyaları fəaliyyət göstərir. 

BMT-nin  Beynəlxalq  Məhkəməsi  (BM)  əsas  məhkəmə 

orqamdır.  1945-ci  ildə  yaradıhb.  Dövlətlər  arasmda  hüquq 

mübahisələrini  həll  edir  və  qəti  məsləhət  verir.  BM  və  TŞ 

tərəfindən seçilən 15 hakimdən ibarətdir. 

BMT-nin  Katibliyi  təşkilatın  fəaliyyətinə  şərait  yaradır. 

Katibliyə TŞ-nin zəmanəti ilə BM tərəfindən 5 il müddətinə seçilən 

Baş  katib  rəhbərlik  edir.  Baş  katib  beynəlxalq  sülhə  və 

təhlükəsizliyə qorxu yarada bilən hər bir məsələni TŞ-nin nəzərinə 

çatdırmaq hüququna malikdir. Qərargahı Nyu-Yorkda yerləşir. 

BMT-nin ixtisaslaşdırılmış idarələrində BMT-nin üzvü olan 

ölkələrin əksəriyyəti, o cümlədən Azərbaycan da vardır. 

Dünya Bankı (DB) - Beynəlxalq valyuta fondunun üzvlərini 

birləşdirən  bir-birilə  sıx  əlaqədə  olan  5  institutdan  ibarətdir. 

Məqsədi:  ĐEÖ-lərin  maliyyə  köməkliyi  hesabına  dünya  ölkələrinin 




iqtisadi  və  sosial  inkişafına  təsir  etməkdir.  5  institutun  hamısının 

qərargahı Vaşinqtondadır.  

Dünya bankı qrupuna aşağıdakılar aiddir: 

 

1.  Beynəlxalq  Yenidənqurma  və  Đnkişaf  Bankı  (BYĐB) 



maliyyə  təşkilatıdır.  Tərkibinə  daxil  olan  ölkələrə  orta  və 

uzunmüddətli kreditlər verir. BYĐB 1945-ci ildə yaradılıb və 

1946-cı ildən fəaliyyət göstərir. 180-əqədər üzvü vardır. 

2.  Beynəlxalq  Đnkişaf  Birliyinin  162  üzvü  vardır.  Məqsədi: 

güzəştli  kreditlər  vermək  yolu  ilə  ən  kasıb  ölkələrin 

inkişafına təsir etməkdir. 

3.  Beynəlxalq  Maliyyə  Korporasiyasının  170  üzvü  var. 

Məqsədi:  sahibkarları  həvəsləndirmək  yolu  ilə  iqtisadi 

artıma nail olmaqdan ibarətdir. 

4.  Đnvestisiya  zamini  üzrə  Beynəlxalq  Agentliyin  134  üzvü 

vardır. Məqsədi: ĐOÖ-lərdə xarici investisiya yatrımına təsir 

etmək və onlara zəmanət verməkdir. 

5.  Đnvestisiya 

mübahisələrinin 

Nizamlaşdırılması 

üzrə 


Beynəlxalq Mərkəz-119 üzvə malikdir. Məqsədi: investisiya 

qanunauyğunluqları  barədə  arbitraj  və  informasiya  vermək 

və  bu  yol  ilə  beynəlxalq  investisiyanın  artımına  təsir 

etməkdir. 

 

Beynəlxalq  Valyuta  Fondu  (BVF)  ölkənin  beynəlxalq 



əməkdaşlığına  kömək  etmək,  ödəmə  balanslarını  tarazlaşdırmaq, 

valyuta  məzənnəsini  tənzimləmək,  qısa  və  orta  müddətə  kredit 

vermək  məqsədi  ilə  fəaliyyət  göstərir.  1946-cı  ildən  öz  məqsədini 

həyata  keçirir.  Kredit  əməliyyatlarını  yalnız  rəsmi  dövlət  orqanları 

həyata  keçirir.  Maliyyə  vəsaitləri  hissə-hissə  verilir  və  borc  alan 

ölkənin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ciddi surətdə 

yoxlanılır.  BVF-nin  kapitalı  iştirakçı  dövlətlərin  üzvlük  haqqından 

əmələ 


gəlir. 

Üzvlük 


haqqının 

miqdarı 


ölkənin 

dünya 


iqtisadiyyatında  və  ticarətində  xüsusi  çəkisinin  nəzərə  alınması  ilə 

müəyyən  edilir.  BVF-nin  rəhbər  orqanlarında  səslər  də  iştirakçı 

ölkələrin  kvotasının  ölçüsünə  müvafiq  olaraq  bölünür.  Onun  181 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə