Maşınqayırmanın ən prioritet sahələrindən biri Braziliya
üçün elektron-hesablama texnikası sayılır. Yerli müəssisələr
informasiya vasitələrinə olan tələbatın 60 %-ə qədərini ödəyə
bilirlər. Elektro-nika, kompüter texnikası sahəsində də məhsullarini
kompüterlər, mikrokalkulyatorlar istehlaka xidmət edirlər.
Đstehlakın mövcudluğu kənd təsərrüfatı maşınlarında traktor
istehsalına marağı artırmışdır.
Radio, televizor, çəkiliş kameraları, dəqiq cihazlar, telefon
aparatları, müxtəlif məişət avadanlıqlan istehsalı işçi qüvvəsinin,
ixtisaslı kadrların olması ilə bərabər az metal tələb etmələri
əsasında yaradılmışlar.
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, maşınqayırma
müəssisələri əsasən San-Paulu və Rio-de-Janeyro mərkəzlərində
cəmləşmişdir. Braziliya sənayesinin dinamik sahələrindən biri
kimya və neft-kimya kompleksidir. Müxtəlif kəmiyyət-keyfıyyət
göstəriciləri ilə tanınan kaustik soda, müxtəlif turşular, boya
maddələri, azot və fosfor kübrələri, sintetik liflər, sintetik kauçuk,
plastik kütlə, partladıcı maddələr istehsalı ilə məşğuldur. Müxtəlif
çeşidli bu məhsullar istehsalı ölkədə istehlakı ödəməklə yanaşı
məhsuldar qüvvələrin daha dinamik inkişafını və düzgün
yerləşdirilməsini təmin edir. Neft emalı sahəsinin mövcudluğu neft-
kimya kompleksinin inkişafını zəruriləşdirir. Nəticədə Kubatanda,
Baia və Riu-Qrandi-du-Sul ştatlarında neft-kimya kompleksinin
müəssisələri məhsul verməkdədir.
Braziliyada yüksək inkişaf dinamikasına malik hərbi sənaye
kompleksi mövcuddur. Müxtəlif növ silah istehsalı sahəsi
yaradılmışdır ki, onun da çox hissəsi ixrac olunur.
Atom sənayesinin inkişafı yerli təbii sərvətlər ehtiyatının
çoxluğu ilə də bağlıdır.
Kosmosun tədqiq edilməsi proqramının həyata keçirilməsinə
də əməl olunur.
Braziliyada çoxlu sayda meşə örtüyünün mövcudluğu
(ərazinin 60 %-i) oduncaq, taxta-şalban, mebel, faner, hazır evlər,
kağız, karton, selülloz məhsulları istehsal edən meşə sənaye
sahəsinin formalaşmasına şərait yaratmışdır. Bir qayda olaraq
oduncaq tədarükü (260 mln. kubmetr) xammal rayonlarında əldə
olunursa, iri mebel fabrikləri ən çox istehlaka yaxın iri şəhərlərdə
yaradılmışdır. Đldə - 18,0 mln. kubmetr meşə materialı-taxta-şalban
hazırlanır. Tikintinin çörəyi hesab edilən sement, habelə dəmir-
beton konstruksiyaları, tikinti daşı, mərmər, şifer, keramik örtüklər,
tikinti şüşəsi və sair istehsalı müəssisələri tikinti sənayesinin
inkişafından xəbər verir. Đri evtikmə kombinatları iri və orta
şəhərlərdə cəmləşmişdir. Bu əsasdan da Braziliyada 50 mərtəbəyə
qədər çoxlu sayda göydələnlər San-Paulu, Rio-de-Janeyro və başqa
şəhərlərdə tikilmişdir.
Hər yer üçün xarakter olan yeyinti sənaye müəssisələri
şəkər, ət və ət məhsulları, qənnadı məmulatları, un və un
məhsulları, çörək və çörək məmulatları, müxtəlif növ konservlər,
tütün məmulatı, çay, kakao, kofe əldə edilməsinə səbəb olmuşdur.
Şəkər və şəkər tozu, müxtəlif növ konservlər, ət və ət məhsulları
xammal rayonlarına meyl edirlərsə, uzaq məsafələrə daşınması
mümkün olmayan, tez xarab olan ərzaq məhsulları istehsah
müəssisələri istehlaka meyl edirlər. Çörəkbişirmə sähəsi isə hər bir
yerdə inkişaf tapmışdır. Son illərdə şəkər qamışından - 21,0 mln.
ton şəkər əldə edilmişdir (çoxunu ixrac edir). Braziliya portağal
şirəsi buraxılmasına görə dünyada 1-ci yeri tutur. Onun tullantıları
isə heyvandarlığın yemi kimi gərəklidir.
Soyadan hər il - 2,6 mln. ton yağ alınır. Siqaret alınması - 175 mlrd.
ədəd təşkil edir. Hər il - 11,2 mln. ton ət məhsulu verir ki, bundan
da adambaş;na - 70 kq düşür. Đstehsal olunmuş quş ətinin çoxu
ixracatda aparıcı yer tutur. Əldə edilmiş 21,6 mln. ton inək
südündən adambaşına - 135 kq məhsul - süd düşür. Hazır yeyinti
sənayesinin məhsulu kimi dünyada 1-ci yeri tutmaqla ildə - 1,6 mln.
ton kofe, 310 min ton kakao tədarük edə bilir.
Yüngül sənayedə pambıq parça, liflərdən süni parça və
trikotaj, ayaqqabı sahələri istehlaka xildmət edən aparıcı növlərdir.
Hər il - 1,1 mlrd.kv.metr pambıq parça toxunur. Toxuculuğun 2/3
hissəsini pambıq parça sahəsi verir. Ümumilikdə toxuculuğun 50
%-ni San-Paulu fabrikləri, 25 %o-ni isə Rio-de-Janeyro
müəssisələri verməkdədir. Adambaşına 6,8 kv.metr parça toxunur.
Đri şəhərlərdə fabrikləri mövcud olan ayaqqabıların çox hissəsi
ixracat məhsullarna aiddir.
Ölkədə
məhsuldar
qüvvələrin
inkişafı
və
düzgün
yerləşdirilməsində, istehlakın ödənilməsi ilə xalqın maddi rifah
halının daha da yaxşılaşdarılmasında, işsizliyin qarşısının
alınmasında yaxından kömək edən, maddi nemətlər istehsahının 2-
ci aparıcı sahəsi olan kənd təsərrüfatının ÜDM-də xüsusi çəkisi -
9%o-dən çoxdur. Kənd təsərrüaftının aparıcı sahələrini taxılçılıq,
texniki bitkilər becərilməsi, subtropik və tropik bitkiçiliyi, bağçılıq,
bostançılıq, tərəvəzçilik, üzümçülük, habelə heyvandarlıqdan
iribuynuzlular, xırdabuynuzlular, quşçuluq, arıçılıq, baramaçıhq,
balıqçılıq təşkil edir.
Kənd təsərrüfatı ÜDM-da xüsusi yer tutmaqla ixracat
məhsullarının 1/3-ni ödəyir. Bununla yanaşı, ölkənin ərzaq
məhsullarına olan tələbatının tam ödənilməsini xammalla təmin
edir.
Braziliya kofe, şəkər, portağal şirəsi burxılışında dünyada 1-cidirsə,
soya, kakao, tütün toplanmasına, iribuynuzlular və donuzların
sayına görə dünya ölkələrinin 1-ci 5-liyinə daxil olan dövlətdir.
Ölkə kənd təsərrüfatında çalışanlar ümumi əmək ehtiyatının 30 %-
ni təşkil edir. Kənd təsərrüfatı o dərəcədə inkişaf etmişdir ki, onun
topladığı kofe, şəkər qamışı, soya, qarğıdalı, kakao, banan, pambıq
məhsulları ixracatda əsas yer tuturlar. Đxrac etdiyi kənd təsərrüfatı
məhsullarının həcminə görə Braziliya ancaq ABŞ və Fransadan geri
qalır. Məhsul istehsalında əsasən ixracat məhsulları verən
əkinçilik heyvandarlıqdan üstün yer tutur. Pambıq və şəkər
qamışı becərilməsi əkinçiliyin qədim sahələrindən hesab edilir.
Əkinçilik üçün 2,5 mln. ha suvanlan torpaq sahəsi ayrılmışdır. Hələ
XVI-XVII əsrlərdə şəkər qamışı əsasən ölkənin şimal-şərqində, son
vaxtlar isə cənubi-şərqində becərilməklə, ondan alman şəkər
ixracatında Braziliya dünya şöhrəti qazanmışdır. Đxrac olunan kofe,
kakao, paxlalar, pambıq, şəkər qamışı və soya ümumi əkin
sahəsinin 30 %-dən çoxunu tutmaqla bitkiçilik məhsulunun 35 %-
dən artığım verirlər. Cənub-şərq rayonları ölkədə tədarük olunan
şəkər qamışının 60 %-dən çoxunu, pambığın isə 1/3-ni toplayırlar.
Đldə 250 mln. ton şəkər qamışı tədarük etmək mümkün
olur.Pambıq toplanmasının illik kəmiyyət göstəricisi - 0,7 mln.
tondan az deyildir. Bala ştatında becərilən əsas kənd təsərrüfatı
bitkisi illik toplantısı 310-330 min ton arasında dəyişən kakaodur.
Dostları ilə paylaş: |