R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə115/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   111   112   113   114   115   116   117   118   ...   153

Deyilənlərdən  başqa,  manqan  -  Serra-du-Nabiu,  Morro-du-

Urukum mədənlərində, nikel - Qeyas və Minas - Yerayç ştatlarında, 

xromit filizi-cənubda, titan - Atlantik okeanın sahillərində, boksit - 

Minas  -  Yerays  ştatında,  mis  filizi  Baia  ştatının  Karaiba 

mədənlərində,  100-dən  artıq  mədənlərə  malik  olan  polimetal  fıliz 

ehtiyatları  Ribeyra  çayı  dərəsində,  fosforit  -  Pernambuku  ştatında, 

apatit  -  San  -  Paulu  ştatında  olmaqla  hasilatları  ölkədə  müvafiq 

təsərrüfat sahələrinin inkişafmın xidmət etmişdir. 

Braziliya 

iqlim 



qurşağında 

yerləşdiyindən 

onun 

elementlərinin  keyfıyyət  göstəriciləri  təkrarlanmır.  Ekvatorial, 



subekvatorial, tropik, subtropik iqlim qurşaqları enlik istiqamətində 

qərbdən  şərqə  doğru  uzanırlar.  Qərbi  Amazoniyada  daimi  isti  və 

rütubətli  ekvatorial,  Amazoniyanın  şimalında  və  Braziliya 

yaylasının  mərkəzində  rütubətli  yayı  və  quru  qışı  olan 

subekvatorial,  yaylanın  şərq  hissəsində  isti  və  rütubətli  tropik  və 

habelə  ölkənin  cənubunda  subtropik  iqlim  hakimdir.  Maksimal 

yağıntılar  qərbdə  3000  mm-dən  çox  olmur.  Ən  az  yağıntılar 

Braziliya yaylasının şimal-şərqində 500 mm təşkil edir. Orta yanvar 

temperaturu  23-29°S  arasında,  iyul  isə  16-24°S  arasında  dəyişir. 

Belə  hal  kənd  təsərrüfatı  işlərinin  maksimum  həyata  keçirilməsinə 

şərait  yaradır.  Đl  ərzində  8000  fəal  temperaturun  olması  şəkər 

qamışının,  kofenin,  kakaonun,  kauçuk  bitkisinin  becərilməsinə 

imkan verir. 

Şirin  su  ehtiyatı  ilə  Braziliya  çox  zəngindir.  Burada 

dünyanın  ən  sulu  çaylarından  Amazonu  göstərə  bilərik.  Uzunluğu 

6400  km  olmaqla  hər  il  Atlantik  okeanına  -7000  kubmetr  (Latın 

Amerikasında  çayların  illik  su  axıını  10,5  min  kubmetrdir)  su 

axıdır.  Parana,  Uruqvay,  Paraqvay  çaylan  da  ölkədə  məhsuldar 

qüvvələrin  inkişafı  və  düzgün  yerləşdirilməsində  əhəmiyyətli  rol 

oynayırlar.  Çaylarda  okean  gəmilərindən  istifadə  olunur.  Onlar, 

əkinçiliyin  inkişafına  kömək  edən  böyük  deltalarla  səciyyələnirlər. 

Amazon  çayının  hidroenerji  potensialı  -  280  mln.  kvt-dan  artıqdır. 

Təkcə San-Fransiskonun hidroenerji potensialı - 14,5 mln. kvt təşkil 

edir. Maraqlı hal odur ki, Amazon çayı dünyanın yeganələrindəndir 

ki, yan qolları ilə yer kürəsinin hər iki planetinin yeraltı və yerüstü 

sularından  qidalanır.  O  eyni  zamanda  dünyada  mövcud  olan  214 

beynəlxalq çay hövzələrindən biridir. 



Məlumdur  ki,  dünyada  51,2  mlrd.  ha  meşə  sahəsinin  385 

mlrd. kubmetr oduncaq ehtiyatı vardır. Bunun 1,3 mlrd. ha-rı və 10 

mlrd.  kubmetri  Latın  Amerikasındadır.  Latın  Amerikasında  da 

Braziliya  bu  sahədə  fərqlənir.  Braziliyada  572  mln.  ha  meşə 

sahəsinin - 110 mlrd. kubmetr oduncaq ehtiyatının olduğu müəyyən 

edilmişdir  ki,  bundan  da  adambaşına  3,2  ha-dan  artıq  meşə  sahəsi 

düşür.  Əsas  meşə  sahələri  qırmızı  torpaqlar  üzərində  inkişaf 

etmişdir.  Amazo-niyanın  meşələrində  4000-dən  artıq  ağac  növü,  o 

cümlədən  kauçuk  şirəsi  verən  kauçuk  ağacı  geniş  ərazilərdə 

yayılmışdır.  Hələ  I  Dünya  müharibəsindən  əvvəl  Braziliya  dünya 

bazarına  ən  çox  təbii  kauçuk  ixrac  edən  ölkə  kimi  tanınırdı.  O 

ixracat  məhsullarının  60  %-ni  təşkil  edirdi.  Sonralar  süni  kauçuk 

əldə  edilməsi  təbii  kauçukun  tədarükünə  meyli  əhəmiyyətli 

dərəcədə  azalmışdır.  Məhsuldar  torpaqların  olması  əkinçilik 

təsərrüfatına xidmət edir. 

Braziliya əhali potensialına görə dünyada 5-ci yeri tutur. 180 

mln.  əhalinin  60  mln.-a  qədərini  əmək  ehtiyatları  təşkil  edir. 

Əhalinin  hər  kv.km-də  orta  sıxlığı  21  nəfərdən  çoxdur.  Đllik  təbii 

artım  0,87  %-dir.  Kişilərin  orta  ömür  sürməsi  -  59,4  il,  qadınlarda 

isə - 67,1 ildən artıqdır. Əhalinin milli tərkibində metislər, mulätlar, 

zəncilər,  Avropadan  gələnlər  -  95  %-dən  artıq  xüsusi  çəkiyə 

malikdir.  Portuqallar,  almanlar,  yaponlar  da  yaşayırlar.  Əsas  dili  -

dövlət  dili  portuqal  dilidir.  O,  75  %  təşkil  edir.  Şəhər  əhalisi  kənd 

əhalisindən  çoxdur.  Şəhərdə  ümumi  əhalinin  -  81  %-dən  çoxu 

cəmləşmişdir.  Paytaxtı  əhalisi  2043,2  min  nəfər  olan  Braziliadır 

(1960-cı  ildən).  San-Paulu,  Rio-de-Yaneyro,  Beluo-Orizonti, 

Salvador,  Fortaleza,  Resifı  ən  böyük  aqlomerasiyalar  sayılırlar. 

Rio-de-Yaneyro  və  San-Paulu  aqlomerasiyaları  yaxın  gələcəkdə 

birləşərək XXI əsrin qiqant meqalopolisini yaradacaqlar. 

Braziliyada  ərazinin  böyüklüyü,  mineral  təbii  sərvətlərin 

növ və ehtiyat etibarı ilə çoxluğu, yararlı torpaq sahələrinin varlığı, 

hidroenerji  potensialının  böyük  həcmdə  özünə  yer  tapması,  zəngin 

meşə  örtüyünə  malikliyi,  dünya  okeanına  birbaşa  çıxışının  olması, 

iqlim  və  aqroiqlim  ehtiyatlarının  tələb  olunan  səviyyədə  olması, 

ölkədə  məhsuldar  qüvvələrin  düzgün  yerləşdirilməsinə  və  sürətli 

inkişafına  təkan  verir.  Əhalinin  sayına  görə  dünyanın  1-ci  5-liyinə 

daxil olaraq ildə 3,0 mln-dan artıq təbii əhali artımına malik olması 



da  iqtisadi  inkişafın  zəminlərindən  hesab  edilir.  Göstərilənlərin 

hamısı 


Braziliyanı 

ĐEOÖ-in 


lideri 

adlandırmağa 

haqq 

qazandırmışdır.  Tropik  ölkələrin  nəhəngi  sayılan  Braziliya  ÜDM 



istehsalında  Latın  Amerikası  regionunda  2-ci,  ĐOÖ  sırasında  isə 

Hindistandan  sonra  2-ci  yeri  tutur.  O  nəinki  Latın  Amerikası 

ölkələrinin,  habelə  dünya  iqtisadiyyatının  inkişafında  aparıcı 

mövqeyə malikdir. Braziliya iqtisadi inkişafında «şəkərli», «qızılı», 

«kofeli»  mərhələlərdən  keçmişdir.  Hal-hazırda  isə  çoxsahəli 

təsərrüfat  növlərinin  inkişaf  mərhələsini  yaşayır.  XX  əsrdən  ölkə 

«3-cü  dünyanın»  aparıcısı  olmaqla  ÜDM  istehsalı  həcminə  görə 

(1,0  trln  dollardan  çox)  1-ci  onluğa  daxil  olaraq  9-cu  yeri  tutur. 

Dünya  məhsulunun  3  %-ə  qədərini  verən  müasir  Braziliya  nəinki 

kənd  təsərrüfatı  məhsulları,  mineral  xammallar,  habelə  hazır  ağır 

sənaye  məhsulları  ixrac  edərək  hərbi  sənaye  kompleksini,  xarici 

kapitalın  ölkəyə  daxil  olması  hesabına  elm  tutumlu  sahələrdən 

elektron,  aviasiya  maşınqayırması,  atom,  dəqiq  mexanika, 

biotexnologiya  və  s.  növlərin  inkişafı  ilə  şöhrət  qazanmışdır. 

Braziliya  yanacağa  qənaət  etmək  naminə  şəkər  qamışının 

tullantılarından  alman  etil  spirtini  avtomobil  sənayesində  yanacaq 

kimi  istifadə  edən  yeganə  ölkəyə  çevrilmişdir.  Avtomobil 

istehsalında (2,0 mln. ədəd) dünyada 7-ci yeri, ən böyük gücə malik 

SES-ə,  kofe,  şəkər  qamışı,  banan  məhsulu  toplanmasında  isə  1-ci 

yeri tutan Braziliya soya, portağal məhsulu toplanmasında dünyada 

ancaq  ABŞ-dan  geri  qalaraq  2-ci  yeri  tutur.  Eyni  zamanda 

Braziliyada  əhalinin  və  təsərrüfat  sahələrinin  yerləşdirilməsinin 

okean  sahili  tipi  üsulu  üstünlük  təşkil  edir.  Bu  əsasdan  da  okean 

sahili  300-350  km  eninə  malik  olan  zolaqda  ümumi  əhalinin  və 

təsərrüfat  sahələrinin  9/10  hissəsi  yerləşdirilmişdir.  Belə  hal,  ölkə 

daxili ərazilərinin az mənimsənilməsinə və məskunlaşmasına səbəb 

olmuşdur. Bu əsasdan da Rio-de-Janeyro rayonunda əhalinin sıxlığı 

Amazoniyadakından  800  dəfə  çoxdur.  Rio-de-Janeyro,  San-Paulu, 

Belu-Orizonti 

şəhər 


rayonları 

arasını 


«sənaye 

üçbucağı» 

adlandırırlar  ki,  onların  da  hər  biri  təsərrüfat  sahələri 

ixtisaslaşmasına görə bir-birindən fərqlənir. 

Maraqlı  odur  ki,  xarici  ölkələrə  230  mlrd;  dollar  borcunun 

olması onu dünya ölkələri arasında «liderlik» etməyə sövq etmişdir. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə