R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə118/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   114   115   116   117   118   119   120   121   ...   153

Braziliya  yüksək  keyfiyyətli  kofe  becərilməsi  ilə  də  tanınır. 

Dünyada  ildə  6,0  mln.  tona  qədər  toplanılan  kofenin  -  1,6  mln. 

tonunu Braziliya verir ki, yaxın gələcəkdə onun miqdarını-2,0 mln. 

tona  çatdırmaq  planlaşdırılmışdır,  Əsasən  Parana  çayı  sahillərində 

böyük plantasiyalara  malik olan kofe insanların  həyat  tonusunun  

daha    da  yaxşılaşdırılmasına  xidmət  edir.  Ölkənin  çox  rayonunda 

ölkədə  30  mln.  t.  məhsul  verə  bilən  soya  becərilir.  Demək  olar  ki, 

hər  bir  rayonda  becərilən,  ildə  16  mln.  tondan  çox  məhsul  verən 

qarğıdalı,  eləcə  də  çəhrayı  paxla  və  maniak  istehlaka  xidmət  edən 

əkinçilik  bitkilərindən  hesab  olunur.  Taxıl  bitkilərindən  buğda, 

arpa,  yulaf becərilir.  Đllik məhsul toplantısının kəmiyyət göstəricisi 

45-50  mln.  tondan  çox  olmur.  Hər  il  1-30  mln.  ton  arasında  taxıl 

məhsullan idxal etməli olur. 

Braziliya,  dünyada  sitrus  məhsulları  toplanması  ilə  də 

tanınır. Bu sahədə o dünyada liderlik  edir. Əgər  hər il dünyada 50 

mln.  tondan  artıq  belə  meyvə  toplanılırsa,  onun  24,0  mln.  tonunu 

ancaq Braziliya verir. Təkcə banan və portağal toplanması - 16 mln. 

tondan çox olur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, illik banan 

məhsulu  toplanmasında  ancaq  vətəni  Benqal  ştatı  hesab  edilən 

Hindistandan  geri qalır.  Sitrus meyvə bağları başlıca olaraq Santa-

Katarina və Riu-Qrandi-Du-Sal ştatlarında becərilir. 

Đxracatda  az  rol  oynamayan  çəltik  becərilməsi  Qoyas, 

Minas-Jerays,  San-Paulu,  Maranyan  ştatlarında  həyata  keçirilirsə, 

ildə  10  mln.  tondan  artıq  toplanan  məhsulun  çoxunu  Riu-Qrandi-

du-Sul ştatı verməkdədir (ixrac olunan məhsulun hamısını). 

Plantasiyaları 

Baiya, 

Paraiba, 



Riu-Qrandi-Du-Norti 

ştatlarında  olmaqla  eksporta  göndərilən  sizal  toplanmasına  görə 

Tanzaniyadan  geri  qalan  Braziliya  ildə  167-200  min  tona  qədər 

məhsul  toplaya  bilir.  Ölkədə  tütünçülük  və  üzümçülük  də  inkişaf 

etdirilməkdədir. Hər il dünyada toplanılan-7,0 mln. ton tütünün-435 

min tonunu Braziliya verir. 

Ölkənin cənub hissəsində Paraqvay çayı becərilir. 

Heyvandarlıq,  xüsusilə  də  ətlik  istiqamətli  sahə  kənd 

təsərrüfatı  məhsullarının  2/5-ni  tədarük  edir.  Heyvandarlığın 

inkişafı ölkənin hər yerində təbii otlaq sahələrinin olmasına, cənub 

Riu-Qrandi-Du-Gul 

ştatmda, 

Braziliya 

yaylasının 

mərkəz 

hissəsində  süni  yem  verilməsinə  əsaslanır.  Heyvandarlığın  ət,  yun, 




dəri,  gön  məhsulları  ölkənin  hər  yerindən,  əsasən  də  Riu-Qrandi-

du-Sul  ştatından  ixrac  olunur.  Son  illər  Braziliyada  165  mln.  baş 

iribuynuzlu mal-qara, 700 mln. toyuq, 37 mln. baş (dünyada 3-cü) 

donuz  və  18  mln.  baş  xırdabuynuzluların  saxlanılması  müəyyən 

edilmişdir. Diri çəkili heyvan növləri və quş əti ixrac olunur. 

Ölkədə təbii şəraitin müxtəlifiiliyi ərazi üzrə heyvandarlıqda 

struktur  fərqlərinin  mövcudlaşmasına  səbəb  olmuşdur.  Bu  əsasdan 

da şimalda, şimal-şərqdə, mərkəz rayonlarında heyvandarlığın zəif, 

cənub  və  cənub-şərq  rayonlarında  satılıq  üçün  növlər  yaxşı  (ixrac 

üçün)  inkişafa  malikdir.  Braziliya  üçün  kənd  təsərrüfatı 

məhsullarıpnın  ixracı  ölkəyə  ən  çox  xarici  valyuta  gətirən  təminat 

hesab olunur. 

Balıq  və  müxtəlif  dəniz  heyvanları  ovlanması  Rio-de-

Janeyra,  Santa-Katarina  və  Ria-Qrandu-du-Sul  ştatlarının  sahil 

sularmda  həyata  keçirilir.  Əldə  edilən  məhsullun  çox  hissəsi  ixrac 

olunur. Hər il - 1,5 - 3,0 mln. tona qədər dəniz məhsulları toplanılır. 

Arıçılıq,  baramaçılıq  yerli  mənbələrə  və  istehlaka  uyğun 

olaraq inkişaftapmışdır. 

Qeyd  etmək  lazımdır  ki,  Braziliya  dünyada  xeyli  miqdarda 

yerli  mənbələr  əsasında  ilan  zəhəri  əldə  edilməsinə  kömək  edən 

dünyada ən böyük herpontoloji komlinata malikdir. 

Tropik  ölkələrin  nəhəngi  sayılan  Braziliya  Federativ 

Respublikasıda  hər  yerdə  olduğu  kimi  nəqliyyat  əsasən  məhsuldar 

qüvvələrin  inkişafı  və  düzgün  yerləşdirilməsində  öz  rolunu 

əsirgəmir.  Maddi  istehsalm  3-cü  aparıcı  sahəsi  hesab  edilən 

nəqliyyat  ölkə  ərazisində  müxtəlif  kəmiyyət  və  keyfıyyət 

göstəriciləri  ilə  səciyyələnir.  Belə  ki,  ərazinin  çox  hissəsi  hələ  də 

quru yol nəqliyyatına malik deyildir. Nəticədə, iqtisadi inkişaf ölkə 

ərazisinin hər  yerində eyni səviyyəyə malik olmamışdır. Uzunluğu 

31 min km-ə çatan dəmir yolu nəqliyyatı XIX əsrin sonu XX əsrin 

əvvəllərində  formalaşmağa  başlamışdır.  Đri  şəhərlər,  istehsalla 

istehlak,  ölkənin  daxili  rayonları  ilə  iri  dəniz  limanları  bir-biri  ilə 

dəmir  yolu  nəqliyyatı  vasitəsilə  əlaqələndirilmişdir.  Köhnə  yollar 

modernləşdirilərək  yeni-yeni  istiqamətlərə  dəmir  yolları  xəttləri 

artırılır.  Uzunluğu  1000  km-ə  çatan  Şimal-Cənub  dəmir  yolu  xətti 

çəkilməkdədir. 




Avtomobil  nəqliyyatı  yük  və  sərnişindaşımada  çox  böyük 

əhəmiyyət  kəsb  edir.  Avtomobil  yollarının  uzunluğu  1,7  mln.  km 

təşkil  etməklə  daxili  rayonlan,  istehsalla  istehlakı  əlaqələndirməyə 

kömək  edir.  Avtomobil  yollarının  uzunluğu  Braziliyanı  Latın 

Amerikasında liderlik etməyə imkan vermişdir. Daha sıx avtomobil 

yolları  Cənub-Şərq  və  Cənub  bölgələrindəndir.  Təbii  sərvətlərin 

mənimsənilməsi  üçün  yeni-yeni  avtomobil  yolları  çəkilməkdə 

davam edir. Resifı və Yuan-Pesoadan (Atlantik sahilində) başlanan 

Transamazon avtomobil magistralı bütün ölkədən keçməklə Peruya 

qədər  uzanır.  Şimali  və  Cənubi  Amerikadan  keçərək  bir  çox 

dövlətləri,  şəhərləri  bir-biri  ilə  birləşdirən  və  uzunluğu  yan  qolları 

ilə  birlikdə  -  45,7  min  km-dən  az  olmayan  (ekvatorun 

uzunluğundan çox) Panamerikan avtomobil yolunun Braziliya üçün 

əhəmiyyəti ölçüyə gəlməzdir. Transamazon və Panamerikan xətləri 

bir-biri ilə birləşdirildikdən sonra magistralların əhəmiyyəti daha da 

artmışdır.  Şəhərlərarası  avtobus  əlaqələrinin  artması  xüsusilə 

əhəmiyyətlidir.  Ən  uzun  (4374  km)  avtobus  yolu  Rio-de-Janeyro-

Manaus xəttidir. Bunu qət etmək üçün 100 saat vaxt tələb olunur. 

Dəniz 

və 


çay 

daşımalarına 

görə 

Braziliya 



Latın 

Amerikasında  daha  qabaqda  gedir.  Xarici  daşımaların  98  %-dən 

çoxu dəniz nəqliyyatı ilə həyata keçirilir. Bu əsasdan da ölkədə 50-

dən artıq böyük dəniz və çay limanları, 1000-dən çox kiçik limanlar 

salınmışdır.  Santus,  Rio-de-Janeyro,  Resifı,  Viktoriya,  Tubaran  ən 

iri  limanlardan  hesab  olunurlar.  Amazon  limanları  həm  çay,  həm 

dəniz gəmiləri qəbul edə bilir. Ölkədə daxili su yollarının uzunluğu 

50 min km-dən artıqdır. 

Limanlarının sayına, daşmarı sərnişin və yüklərin miqdarına 

görə hava nəlqiyyatı, Amerikada ancaq ABŞ və Kanadadan sonrakı 

yeri  tutan  Braziliyada  daxili  şəhərlər  hamısı,  eləcə  də  istehsal 

rayonları bir-biri ilə əlaqələndirilmişlər. 

Hava  nəqhyyatı  dünyanın  bir  çox  ölkələri  ilə  əlaqə  saxlaya 

bildiyi  üçün  onu  haqlı  olaraq  beynəlxalq  nəqliyyat  növü 

adlandırırlar. Ölkədə 80-dan çox iri, 100-dən artıq xırda, habelə - 5 

beynəlxalq  hava  limanı  fəaliyyət  göstərir.  Bunlardan  San-Paulu, 

Rio-de-Janeyronun adlarını çəkə bilərik. 

Boru-kəmər  nəqliyyatı  istehlakın  həlg  ki,  bir  o  qədər 

olmadığından özünə lazımi səviyyədə yer etməmişdir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə