R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə114/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   110   111   112   113   114   115   116   117   ...   153

ərazisi-8512  min  kv  km,  paytaxtı  Brazilia  olan  Braziliya  hesab 

edilir.  Ərazinin  kiçikliyinə  görə  Surinam  -163,3  min  kv.km, 

əhalisinin azlığına görə isə - 436,5 min nəfər olan yenə də Surinam 

tanınır. San-Paulu -18,5 mln. nəfər əhali ilə regionda 1-ciyeritutur. 

Ümumi  Daxili  Məhsulun  adambaşına  düşən  ən  çox  illik 

miqdarına  görə  Argentina-10,2  min  dollar,  ən  az  Boliviya-2,6  min 

dollar tanınır. 

 

IX.I. Braziliya Federativ Respublikası 

 

Sahəsi - 8512 min kv.km 



Əhalisi - 180 mln. nəfər 

Paytaxtı - Brazilia şəhəridir. 

Đllik Ümumi Daxili Məhsul istehsalı - 1,1 trln dollardan çox 

Adambaşına  düşən  Ümumi  Daxili  Məhsul  -  7,4  min  dollar 

Braziliya  Cənubi  Amerikanın  mərkəzi  və  şərq  hissəsində  yerləşir. 

O, qərbdən 1224 km-lik məsafədə Argentina ilə, 3400 km məsafədə 

Boliviya  ilə,  1290  km  məsafədə  Paraqvayla,  1560  km  məsafədə 

Peru  ilə,  şimalda  -2200km  məsafədə  Venesuela  ilə,  1119  km 

məsafədə  Qayana  ilə,  673  km  məsafədə  Fransa  Qvianası  ilə,  597 

km  məsafədə  Surinamla,  şimal-qərbdə  1643  km  məsafədə 

Kolumbiya  ilə,  cənubda  985  km  məsafədə  Uruqvayla  sərhədləşir. 

Şərqdə  və  şimalda  Atlantik  okeanın  suları  ilə  əhatələnir.  Sahil 

xəttinin  uzunluğu  7491  km  olmaqla  quru  sərhədi  16000  km 

məsafəyə malikdir. Braziliya, istər sahəsinin böyüklüyünə və istərsə 

də  əhalisinin  sayına  görə  dünyada  5-ci  dövlət  kimi  tanınır.  O  quru 

sərhədinin uzunluğuna, sərhədində  yerləşən dövlətlərin sayına (10) 

görə  yalnız  dünyada  Çin  və  Rusiya  Federasiyasından  geri  qalır. 

Onun əlverişli coğrafi mövqeyi vardır.  

Dünya  okeanı  ilə  sərhədləşməsi  xarici  aləmə  çıxışını  təmin  etmiş 

olur. Braziliyanın özündən zəif ölkələrlə əhatələnməsi, super dövlət 

olan  ABŞ-la  okeanla,  hava  nəqliyyatı  ilə,  eləcə  də  dünyanın  ən 

uzun  avtomobil  yolu  olan  (yan  qolları  ilə  birlikdə  45,7  min  km) 

Panamerikanla  hər  cür  əlaqə  saxlaya  bilməsi  onun  coğrafi 

mövqeyinin  əlverişliliyindən  xəbər  verir.  Digər  tərəfdən,  ölkə 

ərazisinin en (şimaldan-cənuba 4320 km) və uzunluq istiqamətində 



çox  böyük  məsafədə  uzanması,  ümumiyyətlə,  Latın  Amerikasında 

olan  xüsusiyyətlərin  hamısının  burada  da  mövcud  olmasına  şərait 

yaratmışdır.  Deyilənlər  azmış  kimi  iri  liman  şəhərlərinin  varlığı 

çoxlu  sayda  dünya  ölkələri  ilə  iqtisadi  əlaqələrin  yaradılmasının 

təminatçısı  rolunu  oynamaqdadır.  Ölkənin  coğrafi  mövqeyinin 

xüsusiyyətləri  müstəmləkə  vəziyyətinə  düşməyə,  eləcə  də  ondan 

azad  olmağa,  habelə  xarici  kapitalın  və  transmilli  korporasiyanın 

ölkəyə çox asan daxil olmasına öz təsirini göstərmişdir. 

Portuqaliyalılar  1500-cü  ildə  Braziliyaya  daxil  olaraq  3 

əsrdən  artıq  bir  dövrdə  onu  əsarət  altında  saxlamışdır.  Göstərilən 

müddətdə  portuqaliyalılar  ərazinin  zəngin  almaz  və  qızıl  təbii 

sərvətlərini  istədiyi  miqdarda  mənimsəyə  bilmişlər.  Təsadüfü 

deyildir  ki,  Braziliya  XVIII  əsrdə  dünyada  hasil  olunan  qızılın  50 

%-dən  artığım  vermişdir.  Nəhayət,  Braziliya,  1822-ci  ildə 

müstəqilliyini  elan  etmiş  və  1889-cu  ildə  monarxiya  taxt-tacını 

devirərək  respublika  idarəetmə  formasma  keçmişdir.  Hal-hazırda 

inzibati ərazi quruluşuna görə federativ respublika olan Braziliyada 

26  ştat  və  paytaxtı  Brazilia  yerləşən  federal  əyalət  vardır.  Ölkənin 

axırıncı  Konstitusiyası  5  oktyabr  1988-ci  ildə  qəbul  edilmişdir. 

Konstitusiyaya  görə  ölkənin  və  hökumətin  başçısı,  ali  baş 

komandan  prezidentdir.  Qanunvericilik  hakimiyyəti  2  palatalı 

(senat  və  deputatlar  palatası)  parlamentə  məxsusdur.  Ən  apancı 

Braziliya  sosial  demokratlar,  Braziliya  demokratik  hərəkatlar, 

liberal cəbhə və Sosial-demokratlar partiyası fəaliyyət göstərir. 

Braziliya ərazisinin böyüklüyü, en və uzunluq istiqamətində 

xeyli məsafədə uzanması təbii şəraitin müxtəlifiiyindən xəbər verir. 

Ölkə  relyefinin  mürəkkəbləşməsi  dünyanın  ən  böyük  düzənliyinin, 

yaylasının və And dağlarının olması ilə bağlıdır. Amazon düzənliyi 

And  dağlarından  başlayaraq  Atlantik  okeanına  qədər  3200  km 

məsafədə yerləşməklə 5 mln. kv.km-dən artıq ərazini əhatə edir. O, 

şimaldan  Qviana  və  cənubdan  hündürlüyü  Bandeyra  zirvəsində 

2890  metrə  çatan  Braziliya  yaylası  ilə  əhatələnir.  Amazon 

düzənliyinin  səthi  az  parçalanaraq  enli  dərələrlə,  çoxlu  sayda  sulu 

çaylarla, çoxtərkibli meşə ilə müşahidə olunur. Braziliya yaylası isə 

qalıq dağlarla, təpələrlə, çoxsahəli hündür düzənliklərlə əks olunan 

relyefə  malikdir.  Ölkə  ərazisinin  ümumi  relyefı  qərbdən-şərqə 

doğru meyillidir. Şimal hissə hələ də az mənimsənildiyindən ən çox 



məskunlaşma  Braziliya  yaylasının  sahil  zonalarında  həyata 

keçirilmişdir. 

Ümumiyyətlə,  ərazi  böyüklüyü  yeraltı  və  yerüstü  təbii 

sərvətlər  bolluğu  deməkdirsə,  bu  Braziliyaya  da  aiddir.  Belə  ki, 

ərazinin  təbii  sərvətləri  tələb  olunan  səviyyədə  öyrənilməsə  də 

mineral  sərvətlərin  sənaye  əhəmiyyətli  50-dən  artıq  növü 

aşkarlanmışdır.  Latın  Amerikasında  mövcud  bərpa  olunan,  bərpa 

olunmayan,  tükənməyən  təbii  sərvətlərin  hamısı  Braziliya 

ərazisində  mövcuddur.  Dəmir  filizi,  titan,  kobalt,  pirit,  xromit, 

manqan,  boksit,  qalay,  qurğuşun,  dağ  xrustalı,  barit,  apatit, 

molibden,  volfram,  sürmə,  nəcib  və  qiymətli  metal  filizləri,  mis, 

şora,  neft,  qaz,  kömür,  nadir  metal  filizləri,  torpaq  örtüyü,  su 

ehtiyatı,  meşə  örtüyü,  aqroiqlim  ehtiyatları,  rekreasiya  və  iqlim 

ehtiyatları  Braziliyaın  nəinki  Latın  Amerikası  regionunda,  habelə 

dünyada tanıdır. Qeyd etmək yerinə düşərdi ki, Braziliya filizlərinin 

kəmiyyət  və  keyfıyyət  göstəricilərinə  görə  regionda  1-ci  dövlət 

hesab  edilir.  Sonrakı  yerləri  ardıcıl  olaraq  Meksika,  Çili,  Peru, 

Kolumbiya tutur. Dəmir filizi ehtiyatları ilə təmin olunmasına görə 

Braziliya  kapitalist  dünyasında  ən  qabaqcıl  yer  tutur.  Ehtiyatı  80-

100  mlrd.  tondan  çox  aşkarlanan  dəmir  filizi  Para  ştatının  Karojas 

(18  mlrd.  ton),  Minas-Yerays  və  Matu-Qrasu  ştatlarında  hasil 

olunur. Xammalda metalın xüsusi çəkisi 65-70 %-ə çatır. 

Yanacaq  ehtiyatlarında  Braziliya  bir  o  qədər  də  tanınmır. 

Ona  görə  də  bu  sahədə  geoloji  axtarış  işləri  müasir  dövrdə  də 

aparılmaqdadır.  Nəticədə  kontinental  şelf  zonasında  yeni-yeni  neft 

yataqları aşkar edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Braziliya 

dənizdə  dünyada  ən  dərin  quyu  qazılmasında  liderlər  arasına 

çıxmışdır. Neft ehtiyatları Atlantik okeanı sahili boyunda, Amazon, 

Paran, Parnaib düzənliklərində, Amazon çayı hövzəsində (Madeyra 

çayı  axını  boyu),  Baiya  və  Serjipi  ştatları  ərazisində  yataqlara 

malikdir.  Hələlik  170  mlrd.  kubmetr  ehtiyata  malik  olan  qaz 

yataqları  tapılmışdır.  Ölkənin  cənubunda  ehtiyatı  12  mlrd.  tondan 

çox  olan  kömür  aşkarlanmışdır.  Əsasən  Riu-Qrandi-du-Sul,  Santa-

Katarina və Parana ştatları kömür yataqlarına malikdir. Ehtiyatı 40-

100 mln. ton arasında dəyişən şist Braziliyanın cənub və cənub-şərq 

hissəsində xeyli ərazidə müəyyən edilmişdir. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə