R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə119/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   115   116   117   118   119   120   121   122   ...   153

Xarici  iqtisadi  münasibətlərə  fıkir  verdikdə  dünya 

ticarətində  Braziliyanın  xüsusi  çəkisi  -  1%  olmaqla  bir  o  qədər  də 

rol  oynamır.  Perspektivdə  isə  onun  rolunun  artacağı  şübhəsizdir. 

Xarici  ticarətin  satış  strukturu  get-gedə  dəyişməkdədir.  Sənayenin 

sürətli  inkişafı  ixracatda  maşınların,  avadaqanlıqların  (15  %-dən 

çox),  filiz  və  metalların,  kimya  məhsullarının  üstün  yer  tutmasına, 

kənd təsərrüfatı və ərzaq məhsullarının xüsusi çəkisinin azalmasına 

səbəb olur. Đdxalat məhsullarında isə başlıca yeri yanacaq, maşın və 

müxtəlif  avadanlıq  məmulatı  tutur.  Xarici  ticarətdə  ixracat  -  47 

mlrd.  dollardırsa,  idxalat  -48,6  mlrd.  dollardan  artıq  deyildir. 

Burada  60  %  xüsusi  çəki  inkişaf  etmiş  ölkələrin  üzərinə  düşür. 

Başlıca  ticarət  tərəfdaşları  -  ABŞ,  Yaponiya  və  eləcə  də  Avropa 

Birliyi  ölkələridir.  Braziliya  Latın  Amerikası  ölkələrinin  bir  cox 

iqtisadi  birliklərinin,  Amazon  paktının,  La-Plata  qrupunun,  Latm 

Amerikası  Assosiasiyası  Đnteqrasiyasının,  MERKOSUR-un  fəal 

üzvlərindəndir.  Şərqi  Avropa  ölkələri  ilə  xarici  ticarət  çox  da  ürək 

açan  deyildir.  Əvvəllər  Rusiya  neft,  neft  məhsulları,  cihazlar, 

müxtəlif  növ  alətlər,  tibb  ləvazimatları  ixrac  edirdisə,  Braziliadan 

kofe,  kakao,  şəkər  tozu,  yun,  bitki  yağı  idxal  edirdi.  Eləcə  də, 

Rusiya 


ilə 

iqtisadi, 

elmi-texniki 

sahədə 


hökumətlərarası 

uzunmüddətli saziş bağlanılmışdır. 

Deyilənlərdən  belə  nəticəyə  gəlmək  olur  ki,  eksportda-

ixracatda  müxtəlif  növ  maşın  və  avadanlıqlar,  nəqliyyat  üçün 

avadanlıqlar, hərbi texnika və silahlar üstünlük təşkil edirsə, maşın 

və  avadanlıqlar,  kimya  məhsulları,  yanacaq  növləri,  ərzaq 

məhsulları xaricdən alınan məhsullardandır. 

Braziliyada  daxili  inkişaf  fərqləri  5  iqtisadi  rayonun 

ayrılmasını  zəruriləşdirir.  Bunlar  Şimal-Şərq,  Cənub-Şərq,  Cənub, 

Mərkəzi Qərb, Şimal rayonlarıdır. 

Şiraal iqtisadi rayonunun sahəsi - 3880 min kv.km, əhalisi -

12920 mln. nəfərdir. Mərkəzi - Qərb rayonunun - 1610 min kv.km 

ərazisi  və  11610  mln.  nəfər  əhalisi,  Şimal-Şərq  rayonunun  -  1555 

min  kv.km  sahəsi  və  47680  mln.  nəfər  əhalisi,  Cənub-Şərq 

rayonunun-  925  min  kv.km.  sahəsi  və  72260  mln.  nəfər  əhalisi 

vardır. 


Cənub-Şərq  rayonu  ölkənin  ən  inkişaf  etmişi  hesab  edilir. 

Dağmədən  (xüsusilə  dəmir  fılizi),  metallurgiya,  maşınqayırma 




ixtisaslaşmış sahələr sayılırlar. Sənayenin özəyini Minas-Jirays ştatı 

tutmaqla  çuqunun  2/3-ni,  polad,  prokat  və  ferrərintilərin-40  %-ni, 

sinkin-50  %-ni  və  nikelin-100  %-ni  verə  bilir.  Kənd  təsərrüfatında 

kofe,  pambıq,  şəkər  qamışı,  çəltik,  meyvə  məhsulları  toplanması 

həcmi  tələbata  müvafiqdir.  San-Paulu  16,1  mln-dan  çox  əhalisi, 

iqtisadi  və  bank  mərkəzi  nəqliyyat  və  sosial  infrastrkturaya  malik 

olan mərkəz kimi tanınırsa, Rio-de-Janeyro 10 mln-a yaxın əhaliyə, 

mədəniyyət mərkəzlərinə və emal sənaye sahələrinə malikdir. 

Cənub  başlıca  kənd  təsərrüfatı  rayonu  olmaqla  yanaşı  yerli 

tələbatın  cavab  verə  bilən  çoxsahəli  sənayeyə  malikdir.  Sənaye 

sahələri Portu - Aleqri və Kuritiba aqlomerasiyalarını yaratmışdır. 

Şimal-Şərq  kakao,  şəkər  qamışı,  pambıq  becərməklə  ətlik 

heyvandarlıqla  tanınır.  Çoxlu  sayda  faydalı  qazıntı  yataqları  ilə 

tanınmaqla  mövcud  yeyinti  və  toxuculuq  sahələri  məhsulları 

istehlakın  ödənilməsinə  istiqamətlənmişdir.  Resifi,  Salvador  kimi 

iqtisadi mərkəzlərlə səciyyələnir. 

Mərkəzi-Qərb 

rayonu 


ətlik 

heyvandarlıqla 

yanaşı 

donuzçuluqla  tanınır.  Çəltik  becərilməsi  üzrə  ixtisaslaşmışdır. 



Hasilat və emal sənayesi üstün yer tutur. 

Şinmal  rayonu  Amazoniyanın  çox  hissəsini  əhatə  edir. 

Dünya  meşə  ehtiyatının  2/5-si  burada  cəmləşmişdir.  Son  illər 

rayonda mineral xammalların hasilatı və onların emalına xüsusi yer 

verilir.  Burada  ölkənin  20-dən  çox  təbii  ərazisi  -  qoruqlar 

yaradılmışdır.  Təbii  kauçuk  və  meyvə  toplanılması  ilə  yanaşı 

ovçuluq və balıqçılıq sahələrinə xüsusi diqqət  yetirilir. Dağ-mədən 

sənayesinin 

manqan, 

qurğuşun 

fılizləri 

hasilatı 

rayonun 

ixtisaslaşmasına kömək edən sahələrdir. Belen, Manaus rayonda ən 

böyük sahələrdəndir. 

 

X. A F R Đ K A 

 

Şimaldan-cənuba-8  min  km  məsafədə  uzanan  Afrika 



qərbdən-şərqə  7  min  km  məsafəni  əhatə  edir.  Sahəsi  adalarla 

birlikdə  -  30,3  mln.  kv  km-dir.  Əhalisi  841  mln.  nəfərdən  çoxdur. 

Kişilər  49,9%,  qadınlar  50,1%,  şəhər  əhalisi  37,7%,  kənd  əhalisi 

62,2%  kimi  xüsusi  çəkiyə  malikdir.  Hər  kv  km-də  əhalinin  orta 




sıxlığı 27,8 nəfər təşkil edir. Maksimal sıxlıq hər kv.km-da Nil çayı 

hövzəsində 1500 nəfər və Mavriki Respublikasında 589 nəfər, ən az 

isə  Qərbi  Saxarada  0,9  nəfərdən  çox  deyildir.  Əhalinin  təbii 

artımının  orta  göstəricisi  -  2,3  %,  ən  çox  təbii  artım  San-Tome  və 

Müqəddəs adasında  -3,5 %, ən az təbii artım Zimbabvedə olmaqla 

0,05  %-dən  çox  deyildir.  Əhalinin  orta  ömür  sürməsi  kişilərdə  - 

53,2 il, qadınlarda - 56,2 ilə çatır. Ən çox ömür sürmə isə Liviyada 

müşahidə  olunur.  Bu  kişilərdə  73,7  il,  qadınlarda  78,1  il 

hesablanmışdır.  Botsvana  və  Mozambik  ən  az  ömür  sürən  əhaliyə 

malikdir.  Daha  doğrusu,  Botsvanada  kişilər  35,2  il,  Mozambikdə 

qadınlar  -  34,6  il  ömür  sürə  bilirlər.  Bu  sahədə  Zimbabve  ən  çox 

xüsusi  çəki  göstəricisinə  (85  %),  ən  az  Niger-13,6  çəki  ilə  tanınır. 

Ərazisinin  böyüklüyünə  görə  Sudan  (2505,8  min  kv.km)  tanınır, 

əhalisinin  çoxluğuna  görə  isə  Nigeriya  (130  mln.  nəfər)  seçiilir. 

Seyşel  adaları 445 kv.km sahəyə malik olmaqla və 80,1 min nəfər 

əhalini  özündə  birləşdirərək  ən  kiçik  dövlət  hesab  olunur.  Misir 

Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində ətrafları ilə birlikdə 

11  mln.  nəfərə  qədər  əhali  vardır.  Bu  Afrikada  ən  böyük  dövlət 

hesab edilir. 

Ümumi  Daxili  Məhsulun  adambaşına  düşən  maksimal 

miqdarına  görə  Mavriki  dövləti  tanınır.  Burada  hər  nəfərə  0,8  min 

dollar  düşür.  Ən  az-Leonada  məhsul  istehsalı  müşahidə  olunur  ki, 

bu da 500 dollardan çox deyıldir. 

Afrikanın  siyasi  xəritəsinə  nəzər  saldıqda  53  müstəqil 

dövlətin,  2  asılı  ərazinin  və  2  xüsusi  statusa  malik  ərazilərin 

olmasını  görürük.  Burada  49  respublika,  3  konstitusiyalı 

monarxiya,  1  Camaxiriya  dövləti  ayrılır.  Böyük  Britaniyanın 

rəhbərliyində  olan  Birlik  qrupunun  tərkibinə  Afrikadan  18  dövlət 

daxildir. 

Afrikanın  irqi  və  etnik  tərkibi  çox  mürəkkəbdir.  Onun 

əhalisinin  yarıdan  çoxu  neqroid  irqinə  məxsusdur.  Burada  500-ə 

qədər  xalq  yaşayır.  Bunlardan  10-nun  hər  birində  1  mln-dan  artıq 

əhali vardır. Afrika ölkələrinin əksəriyyətində ərəb, fransız, ingilis, 

portuqal və islam dilləri hakimdir. Dini əqidələrinə görə əhalinin 40 

%-dən çoxunu xristianlar, 35 %-ni müsəlmanlar, 10 %-dən çoxunu 

yerli  əhali  təşkil  edir.  Şimalda  yerləşən  ölkələrin  əksəriyyəti 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə