R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə100/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   96   97   98   99   100   101   102   103   ...   131

mədəniyyətin  dəyərləri  əleyhinə  yönəldilir.  Bu  isə  cəmiyyətdə  sosial 
qaydanın iqtisadi, hüquqi və əxlaqi dayaqlarını  sarsıdır.
Ümumi  pozucu  istiqamətlərə  malik  olan  cinayətlər  sivilizasiyalı 
sistemin daxilində bəzi aşağıdakı sosial funksiyaları da yerinə yetirirlər:
1)  cinayətlər  sivilizasiyanın  normativ-dəyər  strukturunun  möhkəm­
liyini  və  etibarlılığını  hiss  etdirmək  üçün  onu  (sivilizasiyanı)  daim  öz 
əsaslarını  möhkəmləndirməyə,  kriminal  mühiti  aradan qaldırmaqdan ötrü 
zəruri profilaktiki tədbirlər görməyə məcbur edir;
2) cinayətlər müəyyən  kateqoriya  fərdlərə  öz  transqressiv meyllərini 
realizə etməyə imkan yaradır;
3)  cinayətlər  lazım  olmayanların,  sivilizasiyanın  ehtimali  inkişafının 
deviant xətləri üzərini pərdələyir.
Müasir kriminologiya elmi  cinayətkarlığı kütləvi cinayətkar davranış 
kimi  öyrənir.  Cinayətkar  davranış  dedikdə,  burada  söhbət  ən  mürəkkəb 
sosial  hadisələrdən  biri  haqqında  gedir.1  Bu,  qanunla  qadağan  olunmuş 
cinayətkar  davranışların  məcmusudur  və  cinayətlər,  bir  qayda  olaraq, 
müəyyən ərazidə və müəyyən zamanda, müəyyən şəraitdə törədilirlər.
Sosiologiyam  maraqlandıran  məsələlər  isə  öz  məzmununa  görə həm 
filosofların,  həm  də  hüquqşünasların  cinayətlərə  dair  mövqelərindən 
nisbətən fərqlənir.
Birincisi,  sosioloqlara  cinayətlərin  tədqiqinə  çoxölçülü  yanaşma 
xasdır.  Hüquqşünaslardan,  kriminoloqlardan  fərqli  olaraq,  sosioloqları 
cəmiyyətin  sosial  bəlası,  «ağrısı»  kimi  maraqlandırır.  Cinayət  hərəkət­
lərin müxtəlifliyi  kimi  insan  tərəfindən  həyatda bir dəfə do törədilə, lakin 
onun  nəticələri  son  dərəcə  ağır  ola  bilər.  Sosioloq  üçün  konkret  cinayət 
davranışdan  yayınmanın bir növüdür və o, həyat tərzini  də xatırlada bilər. 
Sosioloqlar  cinayətə həm  də  varlanma,  hakimiyyətə  nail  olma üsulu, elə­
cə do  etiraz və zorakılıq  forması  kimi  yanaşırlar.  Cinayətin çoxölçülü gö­
rüntüsü  konkret  cinayətdən  zərər  çəkmiş  şəxsin  mövqeyindən  də  nəzər­
dən  keçirilə bilər.  Belə ki,  zərər çəkmiş  şəxs  özü  barəsində törədilmiş ci­
nayətdən  sarsıntılar  keçirir  və  məhz  buna  gərə  də  öz  pozulmuş  hü­
quqlarının  bərpasına  özünü  müstəqil  şəkildə  müdafiə  etmək  qəranna  gə­
lir.  Belə müdafiə zərər çəkmiş şəxs üçün artıq bir sıra problemlər yaradır.
Cinayətə çoxölçülü baxış bizi belə bir tədqiqat həddinə gətirib çıxarır 
ki,  burada  arxasında  qnoscoloji  sərhədlərin  dayandığı  cinayət  fenome­
1 Долгова А.И.  Криминология:  Учебник,  M .,  НОРМ А,  200 7 ,  с.З.
386
ninin kölgəli  tərəflərinin  üzərinə  işıq düşür.  Bu vəziyyət o halda baş  verir 
ki,  cinayət  sosial  bir  bola  kimi  özünün  əks  tərəfinə  keçir  və  ona  xeyir 
qismində  baxılır.  F.Şcllinq  heç  do  təsadüfi  olaraq  yazmırdı  ki,  «xeyir  və 
şər  yalnız  müxtəlif  tərəflərdən  baxılan  eyni  hallardır».1  Bu  mülahizə 
sosiologiyada  cinayətlə  bağlı  növbətin  yanaşmanın  xüsusiyyətlərini  üzə 
çıxarır.
İctimai  həyatda  sosiologiyanı  nəinki  sosial  təhlükəlilik,  həm  də 
cinayətin  pozitiv  (müsbət)  rolu  maraqlandırır.  Bu,  cinayətlərə  ikinci 
sosioloji  yanaşmadır.  Bu  nöqteyi-nəzərdən  E.Dürkhcymin  «Norma  və 
patologiya»  məqaləsi  maraq doğurur.  Müəllif məhz bu  əsərində  cinayətin 
müsbət cəhətinə diqqət yetirmişdir.  Qeyd  etmək lazımdır ki,  E.Dürkhcym 
şərə  haqq  qazandırmaqdan  uzaqdır,  çünki  məhz  cinayət  şəri  özündə 
ehtiva  edir.  Müəllif yalnız  medalın  cinayət  adlanan  digər üzünə  baxmağa 
çağırır.  E.Dürkhcym aşağıdakıları qeyd  etmişdir:
1)  cinayət  insanın  narahatlıqlarının  kəsinkinliyi  gücləndirir  ki,  bu  da 
öz növbəsində  ictimai  şüurun  daha  mürəkkəb və mükəmməl  strukturunun 
formalaşmasına şərait yaradır;
2)  cinayət  əxlaqı  darıdır. Lakin əxlaqın təsir qüvvəsi həddən artıq ola 
bilməz,  çünki  əks  təqdirdə  heç  kəs  onu  tənqid  etməyə  cəsarət  etməz  və 
əxlaq asanlıqla durğun  forma alar;
3)  fərd  cinayətdə  söhbətin  insan  haqqında  gedib-getməməsi,  müasiri 
olan  cəmiyyətin  səviyyəsindən  aşağı  olan  cinayətkar  barəsində  özünü 
müstəqil  ifadə etmək  imkanı  əldə edir;
4)  cinayətkarlıq  dəyişikliklər  üçün  açıq  olan  yolların  olduğunu 
göstərir,  bir  sıra  hallarda  isə  bu  dəyişikliklər  haqqında  birbaşa  danışır. 
Cinayət  islahatların  müqəddiməsidir;
5)  cinayətin  olduğu  yerdə  kollektiv  hisslər  kifayət  qədər  clastikliyə 
malik,  yeni  forma  qəbul  etməyə  hazır  olur.  Cinayət  -  bu,  əxlaqın  gələ­
cəyi qabaqcadan hiss etməsidir.2
E.Dürkhcymin  cinayətin  tədqiqi  ilə  başı  düşüncələri  nctrivialcndir. 
O,  xeyir  və  şərin  mürəkkəb  dialektikasında  cinayətin  mahiyyətini  qav­
ramağa kömək edir,  onun müsbət və mənfi  cəhətlərini  məcmu halda dərk 
etməyə  imkan  yaradır.  Artıq  açıq  şəkildə  etiraf etmək  lazımdır  ki,  cina­
yətə  ancaq  mənfi  sosial  hadisə kimi  baxmaq  olmaz.  Əgər E.Dürkheymin
Шеллинг  Ф.В.П.  Философские  исследования  сущности  человеческой  свободы
//Антология  мировой  философии.  В 4-х томах. т.З. М.,  1971, с.281.
2 Дюркгейм  Э. Норма  и патология // Социология преступности, с.55-56.
387


düşündüyü  tərzdə  həmin  fenomenə  baxışlar  xətti  davam  etdirilərsə, 
asanlıqla  görmək  olar  ki,  cinayət  müəyyən  kateqoriya  adamlar  üçün 
maddi  nemətlərin  əldə  edilməsi  üçün  səmərəli  bir  vasitədir.  Cinayət 
zənginləşməyə,  varlanmaya  nail  olmam  sürətləndirir,  həyatından  narazı 
olan fərdlorə  gəlir gətirir,  onları  öz mühitinin hökmran qüvvəsinə çevirir. 
Cinayət  risqlə  birbaşa  əlaqəsi  olan  hadisə  kimi  müəyyən  nüfuza  nail 
olmağın  müvəqqəti  və  adi  çərçivələrini  dərhal  vurub  dağıdır,  müvəf­
fəqiyyətə  asanlıqla  yol  açır,  urun  qazanmaq  səylərini  azaldır  və məqsəd­
lərin  qanuni  yolla  realizəsi  üçün  zəruri  olan  zəminlər  hazırlayır.  Cinayət 
insanları  həyasız,  abırsız,  amansız  məxluqlar  kimi  formalaşdırır. 
Ətrafdakılara münasibətdə utanmazlıq və açıq-aşkar hörmətsizlik cinayət­
karı  bütün  əxlaqi  prinsiplərdən  uzaqlaşdırır  və  o,  istədiyinə  nail  olmaq 
üçün hər cür çirkinliyə və mənfurluğa ol  atır. Cinayət heç vaxt total mənfi 
hadisə  olmamış,  böyük  müsbət  xudpəsənd  enerjinin  daşıyıcısı  olmuş  və 
qüdrətli  sosial  səmərə vermişdir.
Sosial  fenomen  olan  cinayət  özünəməxsus  tarixi  genezisə  malikdir. 
Tədqiqatların  məlumatına  görə  sivilizasiyanın  «oturaq  dövrü»  c.ə.  VIII 
yüzillikdən II yüzilliyədək uzanmışdır.  Bu mərhələ ərzində çoxsaylı keçid 
dövrləri olmuş,  ənənələr kütləsi  ilə patriarxal  normalar, dəyərlər, davranış 
stereotipləri  və  yeni  yaranmış  sosial  institutların  tələbləri  arasında kəskin 
ziddiyyətlər  yaşanmışdır.  Qarşılıqlı  adaptasiyaya  ehtiyacı  olan  sferalar 
arasındakı  ziddiyyət  çoxsaylı  insanların  taleyinə  birbaşa  təsir  göstərmiş, 
son  həddə  insanlar  arasında  iradi  və  ya  qeyri-iradi  bir-birinin  əleyhinə 
cinayətlər  törədilmişdir.  Belə  kriminal  əməllərin  sayını  rəqəmlə  ifadə 
etmək qeyri-mümkündür və tarixin özü bunun qarşısında acizdir.
İki  bir-birinə  zidd,  lakin  bir-birilə  sıx  qarşılıqlı  əlaqədə  olan  pro­
seslərin  -   ictimai  təhlükəli  davranışın  geniş  yayılmış  transqressiv  mo­
delləri  və  yeni  yaranmış  hüquqi  sistemlərin  inkişafı  əsasında  ilkin  «otu­
raq»  əxlaqi-hüquqi  reallıq  təşəkkül  tapır.  Bu  reallıq  normativ-tənzimlə­
yici  məhdudiyyətlər sistemi  kimi  çıxış  edir.  Həmin  sistem daxilində  sivi­
lizasiyalı  insan  yaşamağa  və  hərəkət  etməyə  borcludur.  İnsan  məhz  öz 
transqressiv meyllərini bu sistemə tabe etməyə borcludur.
Səciyyəvi  cəhətdir  ki,  bir-birilə  qarşılıqlı  asılılıqda  olan  fenomenlər 
kimi  azadlıq  və  qanun,  cinayət  və  hüquq  praktiki  olaraq  eyni  vaxtda 
sivilizasiyalı  sistemin  atributlarına  çevrilirlər.  Yazılmış  qanun  insan 
azadlığım məhdudlaşdırır və bununla da transqressiv şəxsiyyətdə iradi və
3 8 8
ya  qeyri-iradi  olaraq  qarşıdurmaya  -   qanunun  müəyyən  etdiyi  qadağanı 
pozmağa səbəb olur.  Beləliklə,  «oturaq dövr» qanunla cinayətlər arasında 
qarşıdurma yaradır.
Cinayətlərin  mövcudluğu  tarixən  hüququn  inkişafını  stimullaşdır­
mışdır.  Bunun  sayəsində  qanunvericilik  sistemi  formalaşmış,  bu  da  nə 
qədər  paradoksal  olsa  da  cinayətlərin  dairəsinin  genişlənməsinə  şərait 
yaratmış  amansızlığın,  zorakılıqların,  qətllərin,  oğurluqların,  müqəddəs 
qadağanların  -   tabunun  pozulmasının  yeni  təzahürləri  meydana  gəl­
mişdir.  Məhz  bunun  nəticəsində  müqəddəs  qadağanların  -   tabunun  po­
zulması  halları  cəzalanmalı  cinayətləri  kimi  rəsmi  status  əldə  etmişdir. 
Beləliklə,  sivilizasiyalı  sosial  münasibətlərin  dərəcəsinin  yüksəlməsi 
cinayətlərin  siyahısına  yeni-yeni  sosial  aksiyalar  əlavə  etmiş  və  bu  da 
təbii  olaraq  fərdlər  və  sosial  qruplar  və  bütövlükdə  cəmiyyət  üçün  ciddi 
təhlükələr yaratmışdır.
«Cinayətlərin  sosiologiyası»nın  spesifikliyi  həm  də ondan  ibarətdir 
ki,  məhz  həmin  spesifiklik  «hüquqi»  cinayətkarlıqdan  fərqli  olaraq 
«faktiki  cinayətləri»  öyrənir.  Bəs, «faktiki cinayət» nədir?
Faktiki  cinayətlər  dedikdə,  fərdlərin  digər  insanların  bədbəxtliyinə, 
psixi  və  fiziki  iztirablarına  və  ya  vaxtından  əvvəl  ölümünə  səbəb  olan, 
lakin  qüvvədə  olan  hüquqi  sistemdə  adı  çəkilməyən  zorakı  əməlləri  başa 
düşülür.
İnsan  həyatının  konkret-tarixi  şəraitində  mövcud  qanunvericilik  son 
həddə  həmişə  hökmran  qrup  (sinif)  üçün  əlverişli  olan,  formal  sosial 
statusu  rəsmi  tanınan  hüquq  qaydası  təsbit  edir.  Müəllif mövqeyi  ondan 
ibarətdir  ki,  hökmran  fərdlər  növündə  yeni  formalaşan  fərdlər,  «faktiki 
cinayətlor»in  köməyi  olmadan  yarana  və  təsdiq  oluna  bilməzlər.  Bu  elə 
bir zorakılıq  formasıdır  ki,  qanunla  tənzimlənmir.  Mütəşəkkil  cinayətkar 
aləmin,  cinayətkar  dəstələrin  formalaşması  və  «mükəmməl»  şəkildə 
təşkilatlanması buna misal ola bilər.
«Faktiki  cinayətlər»in  fərqləndirici  cəhəti  ondan  ibarətdir  ki,  bu 
əməllər  həmişə  «ilkin  sinifyaraııma»  vasitəsinə  (tarixi  rctrospcktivcb  və 
perspektivdə)  xidmət  etmiş  və  indidə  xidmət  edirlər.  Faktiki  cinas.>ıdə 
fəaliyyətdə  olan  şəxs  qismində  dövlət  və  ya  ictimai-siyasi  orqanlar  sis­
temində  rəsmi  vahid  kimi  vəzifəli  şəxsin  çıxış  etməsi  vacib  deyil.  Fəa­
liyyətdə  olan  belə  şəxs  qismində  sadə  fərd,  yəni  maddi  nemətlərə,  ma­
liyyə  vəsaitlərinə,  insanlara  malik  olan  və  onlardan  istifadə  edən  şəxs, 
yəni rəhbər-dominat da çıxış  edə  bilər.  Bir  sıra hallarda rəhbərin  və  vəzi-
3 8 9


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə