R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə103/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   99   100   101   102   103   104   105   106   ...   131

masına  kömək  edir:  insanları  ictimai  həyalda  sosial  ədalətin  bərqərar 
olması uğrunda təsirli mübarizəyə yönəldir.1
Cinayət  hüququnun  ideya  mənbəyi  olan  sosial-hüquqi  şüur  fərdi 
şüurun  vəziyyətini  nəzərə  almaqla  cinayət  qanununda təsbit  olunmalıdır. 
Lakin  bu,  sosial-hüquqi  şüurla  fərdi  şüur  arasındakı  qarşılıqlı  əlaqəni 
aradan qaldırmamalıdır.  Cinayət-hüquqi şüurun vəziyyətini onun predmet 
məzmununa daxil olan  bəzi ünsürlərə görə müəyyən etmək olar. Məsələn, 
vətəndaşların  qanunda  cinayət  sayılan  əməllər  haqqında  biliyi  və  belə 
əməllərə münasibət; vətəndaşların cinayətə görə tətbiq edilən cəza növləri 
haqqında biliyi  və onun  sərtliyinə  olan münasibət2 cinayət-hüquqi  şüurun 
predmet məzmununa daxil olan elementlərdən hesab olunur.
F.Y.Soməndorovun  fikrincə,  cinayət-hüquqi  şüurun  vəziyyətinin 
öyrənilməsi hüquqşünaslıqda sosioloji  istiqamətin inkişafı ilə barlıdır.3
Son  10  ilin  sosioloji  tədqiqatlarının  nəticələrindən  aydın  olur  ki, 
Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  məkanına  daxil  olan  ölkələrdə,  o 
cümlədən  do  Azərbaycan  Respublikasında  kriminallaşmanın  səviyyəsi 
yüksələn xətt üzrə getmişdir.  Tədqiqatçılar belə vəziyyəti  SSRİ-nin dağıl­
ması  nəticəsində  totalitar  nəzarətin  və  dövlət  mülkiyyətinin  intensiv 
surətdə  iflasa  uğraması  ilə  əlaqələndirirlər.  Hüquq  ədəbiyyatında  qeyd 
olunduğu  kimi,  belə  vəziyyət  mülkiyyətin  özəlləşdirilməsi,  müxtəlif si­
yasi  partiyalar,  ictimai  hərəkatlar  və  hakimiyyət  strukturları  arasında 
siyasi  qarşıdurmanın  güclənməsi  və  işsizliyin  artması,  əhalinin  həyat  sə­
viyyəsinin dərhal aşağı düşməsi  nəticəsində yaranmışdır.4
Müasir mərhələdə Azərbaycan cəmiyyəti  anomiya vəziyyətində olmasa 
da  lakin  1998-ci  ildən  2008-ci  ilədək  (daxil  olmaqla)  olan  dövr  ərzində 
ölkədə  cinayətkarlığın dekriminallaşması  səviyyəsində  müsbət göstəricilər o 
qədər  do  qənaətbəxş  deyildir.  Məsələn,  əgər  1998-ci  ildə  Azərbaycanda 
qeydə  alınmış  cinayətlərin  sayı  14937  olmuşdursa,  bu,  2007-ci  ildə  18667 
rəqəm  təşkil  etmişdir.  Qeydə  alınmış  cinayətlərin  ümumi  sayında  azalma
Гойман  В.И.  Правовая  информированность граждан:  состояние  и  пути улучшения. 
-  «Советское  государство и  право»,  1988, №  9,  с .3 1.
2  Səməndərov  F.Y.  Hüquqi  şüur  və  cinayət  hüquq  yaradıcılığı.  Bakı.  “Qanun”,  1996, 
s.190-191.
3 Y enə orada, s. 191.
4  Л унсев  B.B.  Преступность  в  России  при  переходе  от  социализма  к  капитализму; 
Рывкина  Р.В.  Социальные  корни  криминализации  российского  общества:  Откуда 
берутся преступники? // Т руд,  1998, №  декабря.
3 9 8
yalnız  1999-2001-ci  illərdə  müşahidə  edilmişdir.  Cinayətlərin  ümumi 
sayında azalma ağır və xüsusilə ağır cinayətlərdə hiss edilmişdir.  Belə ki, bu 
cinayətlərin  ümumi  sayı,  əgər  1998-ci  ildə  4219  rəqəm  təşkil  etmişdirsə, 
1999-cu ildə -  4629,  2000-ci  ildə -  4576,  2001-ci  ildə  3749, 2002-ci  ildə -  
1486,  2003-cü  ildə  -   1446,  2004-cü  ildə  -   1516  rəqəm  olmuşdur.  Nisbi 
artım yalnız 2005-2007-ci  illərdə qeydə alınmışdır.1
Əhalinin  hər  100  000  nəfərinə  düşən  qeydə  alınmış  cinayətlərin 
sayında yalnız  2000-ci  ildə  nisbi  azalma  müşahidə  edilmişdir  və bu,  176 
rəqəm  təşkil  etmişdir.  1998-ci  ildə  əhalinin  hər  100  000  nəfərinə  düşən 
cinayətlərin  ümumi  sayı  -   192,  1999-cu  ildə  -   183,  2001-ci  ildə  -   183, 
2002-ci  ildə  -   193,  2003-cü  ildə  -   187,  2004-cü  ildə  205,  2005-ci  ildə 
218, 2006-cı il-də -  224, 2007-ci  ildə isə -  217 olmuşdur.2
Cinayət  törətmiş  şəxslərin  sosial-demoqrafik  tərkibi  üzrə  (sayı,  nə­
fərlə)  kişilər arasında böyük  artım  qeydə  alınmamışdır.  Ən  yüksək  artım 
2006-2007-ci  illərdə -  müvafiq surətdə  2006-cı  ildə -   18564 nəfər,  2007- 
ci  ildə  isə  -   17734  nəfər  qeydə  alınmışdır.  Bu,  1998-2005-ci  illərlə  mü­
qayisədə az da olsa, cinayət törətmiş kişilərin artım göstəricisidir. Əksinə, 
qadınlar arasında aşkar artım müşahidə edilmişdir.  Belə ki,  1998-ci  ildə -  
1296,  1999-cu  ildə  -   1102,  2000-ci  ildə  -   1180,  2001-ci  ildə  -   1693, 
2002-ci  il-do  -   2419,  2003-cü  ildə -   2217,  2004-cü  ildə -   2357,  2005-ci 
ildə -   2520,  2006-cı  ildə  -   2675,  2007-ci  ildə  isə  -  2505  nəfər qadın  ci­
nayət  törətmişdir.  Azadlıqdan  məhrum olunanların  sayı -  kişilər arasında 
-   12807, qadınlar arasında isə -   1380, cəmi isə -   14187 nəfər olmuşdur.3
Cinayət  törətmiş  şəxslər  arasında  14  yaşdan  17  yaşadək  olan  yet­
kinlik yaşına çatmayanların  ümumi  sayı 485  nəfər olmuşdur.  Bu,  1998-ci 
illə  müqayisədə  nisbətən  azdır.  Belə  ki,  1998-ci  ildə  601  nəfər  yetkinlik 
yaşma  çatmayan  şəxs  cinayət  məsuliyyətinə  cəlb  edilmiş,  onlardan  305 
nəfəri 2007-ci  ildə azadlıqdan məhrum olunmuşdur.4
Azərbaycanda  2008-ci  ildə  176  xüsusilə  ağır  cinayət,  2175  ağır 
cinayət,  9477  az ağır cinayət,  9864  isə  böyük  ictimai  təhlükə  törətməyən 
cinayətlər  törədilmişdir.  Cəmi  -   21692  cinayət  faktı  qeydə  alınmış, 
onlardan  18461  cinayət faktı  açılmış,  2467  fakt bağlı  qalmış,  açılma  faizi 
isə 88,2 faiz təşkil etmişdir.
1  Azərbaycanda cinayətkarlıq v ə hüquqpozmalar.  Bakı, 2008, s.28.
2 Y enə orada.
3  Y enə orada.
4 Y enə orada.
3 9 9


2008-ci  ildə  cəmi  7691  şəxsiyyət  əleyhinə  olan  cinayət  qeydə  alın­
mışdır.  Qəsdən  adam  öldürməyə  dair -   168,  öldürməyə  cəhdə görə -  68, 
qəsdən  sağlamlığa  ağır  zərər  vurmaya görə -   215,  qəsdən  sağlamlığa az 
ağır  zərər  vurmaya  görə  -   432,  adam  oğurluğuna  görə  -   20,  zorlamaya 
(cəhdlərlə birgə) görə isə -  25 cinayət faktı qeydə alınmışdır.
İqtisadi  sahədə  cəmi  6335  cinayət  faktı  qeydə  alınmışdır.  Bu 
cinayətlərdən  -   mülkiyyət  əleyhinə  olan  cinayətlərin  sayı  5782  rəqəm 
təşkil  etmişdir.  553  cinayət  faktı isə  iqtisadi  fəaliyyət sahəsində törədilən 
cinayətlərlə bağlı olmuşdur.  O cümlədən, müvafiq surətdə oğurluqla bağlı 
3401,  dələduzluğa  görə  1294,  mənimsəmə  və  israf  etməyə  görə  77, 
soyğunçuluqla  bağlı  369,  quldurluğa  görə  202,  hədə-qorxu  ilə  tələb 
etməyə  görə  50,  avtonəqliyyatı  qaçırma  ilə  başı  isə  135  cinayət  faktı 
qeydə  alınmışdır.  İqtisadi  fəaliyyət  sahəsində  olan  cinayətlərlə  bağlı  -  
121  qaçaqmalçılıq,  3  gömrük ödənişlərinin ödənilməsindən yayınma, 335 
vergi  ödəməkdən yayınma,  15  isə  aksiz markası  olmadan satma, saxlama 
və s.  cinayəti törədilmişdir.1
Cəmiyyətdə  cinayətkar  psixologiyanı,  qcyri-əxlaqiliyi  formalaşdıran 
amillər  haqqında  danışarkən  kütləvi  informasiya  vasitələrinin  «rolunu» 
xüsusilə  qeyd  etmək  lazımdır.  Son  illərdə  Azərbaycanın  televiziya 
kanallarında  saysız-hesabsız  döyüş-filmlərinin,  kriminal  məzmunlu  veri­
lişlərin  və on  son zamanlardan «dəbdə»  olan Cənubi  Amerika ölkələrində 
istehsal  olunmuş  kommersiya  scriallarının  fasiləsiz  nümayişləri  müasir 
gəncliyik  bir  növ  həyat  atributlarından  birinə  çevrilmişdir.  Məsələn, 
Azərbaycanın  bir sıra telekanallarının  gün ərzində  2-3,  bəzən  isə 4 xarici 
scrialı  nümayiş  etdirməsi  yeniyetmə  və  gənc  oğlanlara,  qızlara  əxlaqi 
cəhətdən  heç  nə  vermir.  Həmin  serial  «qəhrəmanlarının»  demək  olar  ki, 
ancaq  geyimlərini  və  üzdəniraq  hərəkətlərini  nümayiş  etdirmələri  insan­
dan  ikrah  hissindən  başqa  heç  nə  oyatmır.  Dəfələrlə  tənqid  edilmələrinə 
baxmayaraq,  telekanallar  bu  vərdişlərindən  ol  çəkmirlər.  Cəmiyyət 
üzvləri  isə belə mənəvi cəhətdən dağıdıcı olan tamaşalar qarşısında bəzən 
sözün həqiqi mənasında özlərini müdafiəsiz hiss edirlər.
Azərbaycan  cəmiyyətində  son  zamanlar  tez-tez  təsadüf olunan  kri­
minal  əməllərin  əsasında  məişət  münaqişələri  şəxslərarası  münaqişələr 
dayanırlar.  Belə  münaqişələr isə, bir qayda olaraq  cinayətkar hərəkətlərin 
törədilməsi, ailələrin dağılması, bəzən isə insan ölümü ilə nəticələnir. Bir-
1  Azərbaycanda  cinayətkarlıq  və hüquqpozmalar.  Bakı,  2008,  s.28.
400
birini  şantaj etmə do xüsusi münaqişəli  hallardan birinə çevrilmişdir.  Belə 
münaqişəli  situasiyaların  yaranması  əsasına  bir  sıra  hallarda  mobil 
telefonlardan öz təyinatı üzrə istifadə etməmə səbəb olur.
Müasir  dövrün  ən  qlobal  problemləri  sırasında  həmişə  narahatlıq 
doğuran  məsələlərdən  biri  dövlətlərarası  və  millətlorarası  münaqişələr, 
eləcə  do  separatçılıq  meylləridir.  Hazırda  dövlətlərarası,  millətlorarası 
münaqişələr  şəraitində  cinayətkarlıq  belə  münaqişələrin  həlli  metod­
larından biri kimi getdikcə «çiçəklənməkdədir».
Məlumdur  ki,  Azərbaycan  öz  dövlət  müstəqilliyini  son  dərəcə 
mürəkkəb  və  ziddiyyətli  beynəlxalq  şəraitdə  əldə,  daha  dəqiq  desək,  XX 
yüzillikdə öz suveren  hüquqlarını  ikinci  dəfə bərpa  etmişdi.  SSRİ-nin  sü­
qutu  ilə «soyuq müharibə» başa çatmış, bipolyar beynəlxalq  münasibətlər 
sistemi  aradan  qalxmış  qloballaşma  və  dünyanın  inkişaf  etmiş  döv­
lətlərinin qarşılıqlı  inteqrasiyası  prosesləri  sürət götürməyə başlamışdı.
Azərbaycan  Respublikası  dünyanın  sivil  dövlətləri  ilə  öz  müna­
sibətlərini  dövlətlərin hüquq bərabərliyi, qarşılıqlı  hörmət əsasında qurdu. 
Zor  işlətməmək,  bir-birinin  daxili  işlərinə  qarışmamaq,  dövlətlərin  ərazi 
bütövlüyü,  sərhədlərin  toxunulmazlığı,  beynəlxalq  münaqişələri  dinc 
vasitələrlə  tənzimləmək  kimi  hamılıqla  qəbul  olunmuş  beynəlxalq  hüqu­
qun norma və prinsipləri öz siyasətinin prioriteti hesab etdi.
Lakin  Ermənistanın  Azərbaycanın  əzəli-tarixi  ərazisi  olan  Dağlıq 
Qarabağa düşməncəsinə təcavüzü xalqın  və dövlətin dinc quruculuq işləri 
qarşısında  maneəyə  çevrildi.  Erməni  separatçılarının  silahlı  təcavüzünün 
qarşısının  alınması  istiqamətində  dünya  birliyinin  əməli  tədbirlər 
görməmosi  erməni  terrorçu  separatçılarını  öz  mənfur  niyyətlərini  davam 
etdirməyə  daha  da  şirnikləndirdi.  Baş  vermiş  millətlorarası  münaqişə 
nəticəsində  faciəli  sonluqlar bir-birini  əvəz etməyə başladı.
Erməni  terrorçu  dəstələri  1991-ci  il  sentyabrın  ortalarında  Yuxarı 
Qarabağda  yerləşən  keçmiş  sovet  ordusu  hissələri  və  hərbi  texnikasının 
bilavasitə  köməyilə  azərbaycanlıları  öz  doğma  torpaqlarından  qovub 
çıxarmağa  nail  oldular,  soydaşlarımızın  ulu  əcdadlarının  minilliklər  ər­
zində  məskun  olduqları  yüzlərlə  kənd  və  digər yaşayış  məskənləri  yerlə- 
yeksan  edildi.  Ötən  yüzilliyin  ən  qanlı  cinayəti  isə  Xocalı  şəhərində  baş 
verdi.  Bu, yüzilliyin  ən dəhşətli cinayəti  -  bir millətin soyqırımı  idi.  Belə 
ki, soydaşlarımız fiziki cəhətdən yalnız azori türkü olduqlarına görə məhv 
edildilər.
401


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə