kün olmamışdır. Bunıın üçün nisbətən böyük dövrlər götürülüb müqayisə
edilmişdir. İnsanın sosial fərdi xüsusiyyətləri qrup, icma və qəbilə
daxilində «ərimiş», özünü hiss etdirə bilməmişdir.1
Məlum olduğu kimi, əvəz funksiyası Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində nəzərdə tutulmamışdır və cəzanın məqsədi qis
mində qarşıya qoyulmur. Lakin hələ XX yüzilliyin 70-ci illərində keçmiş
sovet hüquqşünaslarının bəzisi onu cəzanın əsas təyinatı kimi qiymət
ləndirirdilər. O cümlədən İ.İ.Karpets təsdiq edirdi ki, ölüm cəzası cəzanın
məqsədini - karam daha inandırıcı şəkildə göstərir.2 Onun opponcnt-
Iərinin fikrincə, müstəsna cəza tədbirinin əsas funksiyası potensial cina
yətkarları vahimələndirməkdən, cinayətlərin qarşısını almaqdan ibarətdir.
Əgər əvəz probleminə sosial psixologiya mövqeyindən yanaşılarsa,
sözsüz ki, cəza ilk növbədə potensial cinayətkar deyil, məhkum olunan
şəxs tərəfindən hiss olunur. Cinayətkar nə qədər tutulub saxlanılmayıb və
ona cəza təyin edilməyib, cəza qorxusunu hiss etsə də, cəzadan irəli gələn
mənəvi sarsıntıların nədən ibarət olduğunu duya bilmir. Belə bir sar
sıntını, azadlığın nə qədər şirin nemət olduğunu yalnız məhkum olunmuş
şəxs hiss edir. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum
etmə insanın ən toməlli tələbatdan məhrum edilməsi deməkdir. Hüquq
ədəbiyyatında obrazlı şəkildə qeyd edildiyi kimi, hətta heyvanat aləmində
azadlığın itirilməsi canlı varlıqların mahiyyətini o qədər deformasiyaya
uğradır ki, onların bir çoxu qeyri-iradi olaraq çoxalmırlar, çünki azad
lıqdan uzaq aləmi normal hiss, qəbul edə bilmirlər.2
Əvəz subyektlərin fəallığını verilmiş şərait çərçivələri ilə məhdudlaş
dırır və artıq xarici halların verdiyi əlavə fövqəl təşəbbüslərin təzahür
lərini nəzərdə tutmur. Əvəzin arxetipik-şüursuz təbiəti ekvivalentli əvəz
çıxmanın mənasının motivloşdirilmiş şəkildə əsaslandırılması zərurətini
istisna edir. Təsadüfi deyildir ki, müasir şəraitdə cinayət cəzalarının yün-
gülloşdirilməsinin tərəfdarı olub zorakı cəzaların və ölün cəzasının əley
hinə çıxanlar əvəz çıxma prinsipinin daha etik-hüquqi sivil fonnulalarla
əvəzlənməsini irəli sürürlər.
Cəzanın əvəz funksiyası bütün sivilizasiyalı xalqların adət hüququ
' Snmoncbrov F.Y. Cinayət hüququnda caza problemi: tarix və müasirlik. Bakı, BDU,
200 9 , s.8.
2 Карпец И.И. Наказание: социальные, правовые и криминологические проблемы.
М„ 1973, с .141.
’ Юридическая социология: Учебник. М., НОРМ Л-ИНФРЛ, 2000, с.320.
4 38
sisteminə daxil olmuşdur. Xalqların həyatına yazılı qanunların daxil
olmasından sonra cəzanın həmin funksiyası tədricən aradan çıxmışdır.
Əvəz yeni yaranmaqda olan hüquq sistemlərində bir müddət kriteriya
prinsipi qismində qalmaqda davam etmişdir. Bu da öz növbəsində sosial
ədalətin tarazlaşdmlması məqsədinə xidmət etmişdir.
Sonrakı yüzilliklərdə sosial praktikada ekvivalentli əvəz çıxma prin
sipinin tətbiqinin üç əsas mümkün variantına yol verilmişdir. Həmin
variantlardan biri taliona, onun bütün tələbləri həcmində əməl edilmə
sindən ibarət olmuşdur. İkinci - bu, taliondan cinayət-məhkəmə prakti
kası tərəfə geri çəkilmədir. Üçüncü variant isə talionun tələblərindən
cəzaların yüngülləşdirilməsi tərəfə yayınmadan ibarətdir. Bu variant
XVIII yüzillikdə Avropa dövlətlərində meydana gəlmiş və tədricən bu
gün də davam etməkdədir.
Dövlətin hüquq siyasətinin tərkib hissəsi və demək olar ki, aparıcı
qolu olan cinayət hüquq siyasəti cəza probleminin mühüm cəhətini təşkil
edir. Məhz dövlətin cinayət hüquq siyasəti cəmiyyətin inkişaf səviyyəsinə
uyğun olaraq müvafiq pillə və mərhələlərdə hansı sosial təhlükəli əməl
lərə görə cəzaların sərtləşdiıilməsini, eyni dərəcədə də yüngülləşdiril-
mosini müəyyən etməyin başlıca istiqamətlərini işləyib hazırlayır.
Son dövrdə cinayət hiiququ elmində cinayət məsuliyyətinin (cinayət
cəzasının) diferensiasiyası probleminin həllinə xüsusi diqqət yetirilməsi
heç də təsadüfi deyildir. Bu məsələ mühüm elmi-tətbiqi problem kimi
əhəmiyyət kəsb edir. Məhz cinayət məsuliyyətinin diferensiasiyası prob
leminin həlli istiqamətində aparılan tədqiqatlar dövlətin cinayət hüquq
siyasətinin zənginləşməsinə təsir göstərən amillərdən biri kimi çıxış edir.
Hazırda cinayət məsuliyyətinin və cinayət cəzasının diferensiasiyası
cinayət hiiqııq siyasətinin əsas istiqaməti kimi qiymətləndirilir. Ilüquq
ədəbiyyatında düzgün olaraq qeyd olunur ki, diferensiasiya ilə məsuliy
yətin (cəzanın) fərdiləşdirilməsi arasında məntiqi əlaqə belə bir nəticəyə
gəlməyə imkan verir: «Cinayət məsuliyyətinin diferensiasiyası və
fərdiləşdirilməsi eyni funksiyanı yerinə yetirir».1
2. Xəbərdarlıq funksiyası. Caza haqqında təlimdə xəbərdarlıq funk
siyasına üstünlük verən nəzəriyyəçilər belə hesab edirlər ki, cəzanın
başlıca məqsədi xəbərdarlıqdır. Bu nəzəriyyəçilərin fikrincə, cəzanın
xəbərdarlıq funksiyası iki növə malikdir:
1 Магомедов A.A.O понятии дифференциации и индивидуализации уголовной
ответственности // Уголовная политика и реформа уголовного законодательства.
М., 1997, с. 102.
4 3 9
1) xüsusi vo ya şəxsi xəbərdarlıq. Xəbərdarlığın bu növü cinayətkarı
zərərsizləşdirməkdən, ona cəmiyyət üçün təhlükəli olan əməli törətməyə
imkan vcrməmokdon ötrü onun fiziki surətdə cəmiyyətdən təcrid edil
məsindən ibarətdir. Cinayətkarın fiziki saxlanması ilə yanaşı, xüsusi
xəbərdarlıq residivə psixoloji əks təsir funksiyasına da malikdir;
2) ümumi xəbərdarlıq - bu, potensial surətdə hüquq pozuntuları tö
rətməyə qadir olan qeyri-sabit cəmiyyət üzvlərinin şüurunda qanunun
mümkün pozuntusuna görə cinayət məsuliyyəti haqqında fikirlərin yerloş-
dirilməsino yönələn özünəməxsus kriminoloji profilaktikadır.
Bir elm kimi sosiologiya mövqeyindən xəbərdarlıq nəzəriyyəsi
cəzanın on əhəmiyyətli, aparıcı məqsədini əks etdirir, çünki onda xəbər
darlığın sosial təyinatı fokuslaşdırılmışdır. E.Dürkheym göstərirdi ki,
istənilən dövlətin siyasəti, o cümlədən zorakılıq siyasəti cəmiyyətin sa
bitliyinə vo intizamlılığına, onda qaydaya vo təhlükəsizliyə yönəldilmə
lidir. Sivilizasiyalar bütün zamanlarda eyni cür hərəkət etmişlər, yəni on
lar cinayətlərin rcsidivinin qarşısını almağa soy göstərmiş vo bu doğrudur
ki, bunu müxtəlif üsullarla (məsələn, orta əsrlərdə çarmıxa çəkmə, bizim
günlərimizdə cərimə etmə vo s.) etmişlər.1
Etiraf etmək lazımdır ki, qanunlara hörmət, əməl etmək və tabe
olmaq vərdişləri dövlətin ancaq cəzalandırma siyasəti sayəsində forma
laşmır. Əhalinin qanuna itaətli olması ilk növbədə qanunun insanların
mənafelərini nə dərəcədə ifadə etməsi, onların öz hüquqlarını ifadə və
müdafiə etməsi üçün onlara hansı imkanları verməsi ilə müəyyən olunur.
Əlbəttə ki, qanunun mülayim üzü ilə müqayisədə sərt üzünün çoxluğu
bütün dövrlərdə cəmiyyət üzvlərini həmişə hiddətləndirmiş, qanunun
onlara vermədiyi qanunsuz yollarla əldə edilmişdir. Lakin bu heç də o
demək deyildir ki, qanunları humanist olan cəmiyyətlərdə hüquq pozun
tularının pozulması nadir hadisədir. Söhbət ondan gedir ki, qanunların
sərtliyi əhalini həmişə kərkin və həyəcanlı vəziyyətdə saxlayır, əksinə,
qanunları mülayim və humanist olan cəmiyyətlərdə onlara hörmət daha
böyük olur. Başqa sözlə, qanuna hörmət o yerdə böyük və hədsiz olur ki,
o, məhz insanların mənafe vo maraqlarını ifadə və müdafiə edir, ümumi
təhlükəsizliyə təminat verir.
Nəzərə almaq zəruridir ki, bu və ya digər cəmiyyətin vətəndaşlarının
hüquq düşüncəsi bir neçə onilliklər, hətta yüzillik ərzində formalaşır.
1 Юридическая социология: Учебник. M., НОРМЛ-ИНФРЛ, 2 0 0 0 , c.323.
4 4 0
Belə formalaşmanın özünün yolları da heç də həmişə rəvan olmur və o,
bəzən çoxsaylı dolanbaclaıdan keçməli olur. Məsələn, ölkəmiz hazırda
hüquqi dövlət quruculuğu prosesini yaşayır. O bu mərhələyə gəlib çatmaq
üçün ilk nöbədə asan olmayan keçid dövrünü yaşamışdır. Şübhəsiz ki,
yeni hüquqi sistemin vo qanunvericilik sisteminin formalaşdığı bir şə
raitdə təşəkkül tapmaqda olan hüquq düşüncəsi ziddiyyətlərsiz və mancə-
lorsiz ötüşə bilməzdi. Cəmiyyətimizdə yeni hüquq düşüncəsi hələ indi də
özünün formalaşma prosesini yaşayır.
Beləliklə cəzanın sisteminin əsasında duran xüsusi və ümumi xə
bərdarlıq funksiyalarının sosial əhəmiyyəti öziində sosial nəzarət funk
siyasını ehtiva etməklə cəmiyyətdə sabitliyin və hüquq qaydasının qorun
masına xidmət edir.
3. Sosial ədalətin bərpası funksiyası. Artıq qeyd olunduğu kimi,
sosial ədalətin bərpası məqsədi Azərbaycan Respublikasının cinayət
qanununda birbaşa nəzərdə tutulmuşdur. Sosial ədalətin bərpası məqsədi
cinayət cəzasının elə bir funksiyasıdır ki, o, eyni zamanda həm də pozul
muş hüquqların bərpası ilə müşayiət olunur. Sosial təhlükəli əməlin
şəxsiyyətin həyat vo sağlamlığı əleyhinə yönəldiyi hallarda sosial ədalətin
bərpası xüsusi aktuallıq kəsb edir.
İstənilən kriminal əməl cəmiyyətdə fəaliyyət göstərən sosial qaydaya
və hüquq qaydasına, əxlaq və digər birgəyaşayış normalarına, sosial də
yərlər sisteminə, nəhayət, şəxsiyyətin qanunla mühafizə olunan konsti
tusiya hüquq və azadlıqlarına zərbə vurur; bu zərbə bəzən ağır və qar
şısıalınmaz da olur.
Hər bir cəmiyyətdə bütün sosial normalar həmişə dövlətin nəzarəti
altında olur. Bu nəzarət hüquq-mühafizə orqanları tərəfindən həyata keçi
rilir. Lakin müəyyən obyektiv və subyektiv səbəblər üzündən bəzən so
sial qayda dövlətin nəzarəti altından çıxır vo bu zaman cəmiyyətin sosial
strukturunda az və ya böyük təhlükəli pozuntular meydana çıxır. Məhz
buna görə do sosial qaydanın dövlətin daim nəzarəti altında olması əsas
prioritetlərdən biri hesab olunur.
Artıq göstərildiyi kimi, E.Dürkheym məhz sosial gərginlik, dəyərlər
sisteminin dərin böhran keçirmə proseslərini təhlil edərkən «anomiya»
anlayışını elm aləminə gətirmişdir. Anomiya qanunsuzluq, sosial qarı
şıqlıq deməkdir. Dövlət belə qanunsuzluqla mübarizə apararkən özünün
mühafizəedici funksiyasını yerinə yetirir. Bu mübarizə fasiləsiz prosesdir
və onun gedişində ilk növbədə cinayət-hüquqi vasitələrdən istifadə olu-
441
Dostları ilə paylaş: |