nur. Məhz cinayət hüququ sosial qaydanın, sosial ədalətin bərpasına,
eləcə də insanın pozulmuş hüquqlarının müdafiəsinə soy göstərir. Ona
görə də pozulmuş hüquqların müdafiəsi eyni zamanda da sosial ədalətin
bərpası deməkdir.
Hüquq ədəbiyyatında belə hesab olunur ki, cinayət cəzasının məq
sədlərinin - sosial ədalətin bərpasının özünün formuləsi bir qədər qeyri-
müəyyəndir. Qanunun dili adətən, dəqiqliyi ilə seçilir, həddən artıq geniş
təfsirə yol verilmir. Konkret halda bu yoxdur. Məsələn, Çikatilo və ya
Mixaseviç tərəfindən törədilmiş ailə qətllərində «sosial ədalət» ideyasını
neçə başa düşmək olar? Hətta şərin eyni dərəcədə şərlə əvəzinin çıxılması
ideyası burada öz yerini tapa bilmir, sosial ədalət haqqında isə danışmaq
mümkün deyil.1
Ona görə də elə təsəvvür edilir ki, hüququn təsirinin bərpası ideyası
mülki hiiquq üçün daha spesifikdir, çünki o, burada ümumi xarakter
daşıyır. Cinayət hüququnda isə o, belə ümumi xarakterə malik deyil.2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cina
yət cəzanın məqsədlərinin dairəsinin müəyyən edildiyi zaman sosial əda
lətin bərpası məqsədi önə gətirilmişdir. Bu isə heç do təsadüfi deyildir, çünki
bu formulamn kontekstində əvəz haqqında ideya dayanır. «Əvəz», «əvəz
çıxma» istilahları humanist mülahizələr nöqteyi-nəzərindən qanunun
məzmununa daxil edilməmişdir, lakin o, real gerçəklikdə mövcuddur.
Hüquq ədəbiyyatında cinayət cəzasının sosial ədaləti bərpa etməsi
məqsədinə daha geniş yanaşmalar mövcuddur. Məsələn, V.N.Kudryavt-
sevin mövqeyinə uyğun olaraq sosial ədalətin bərpasını cəzanın kara
(məhrumiyyət) tərəfi təşkil edir.3 F.Y.Soməndərovun fikrincə, Cinayət
Məcəlləsinin 11.1-ci maddəsində cəzanın anlayışını müəyyən edən mətn
daxilində cəzanın anlayışını müəyyən edən mətn daxilində cəzanın
məhrumiyyətlə bağlı xüsusiyyətləri təsbit edilmişdir.4
4.
İslah etmə
funksiyası. Həmin məqsəd məhkumun şəxsiyyətinin
elə dəyişdirilməsindən ibarətdir ki, bu zaman o, cəmiyyətə cinayət qa
nununu pozan deyil, birgəyaşayış qaydalarına hörmət edən vətəndaş kimi
qayıdır. Başqa sözlə, məhkumun islah edilməsi - cəzanın vasitəsi ilə şəx
1 Юридическая социология: Учебник. M., НОРМ Л-ИНФРА, 2000, c.324.
2 Полубенская С.В. Цели уголовного наказания. М., 1990, с.23.
3 Кудрявцев В.Н. Стратегия борьбы с преступностью. М ., ЮРИСТЬ, 200 3 , с.44-45.
4 Səməndərov F.Y. Cinayət hüququnda cəza problemi: tarix və müasirlik. Bakı, B D U ,
2009, s. 135.
4 4 2
sin cəzanı çəkdikdən sonra yeni cinayət törətməsini istisna edən nəticəyə
nail olma deməkdir.1 Məhz buna görə də məhkumun islah edilməsi
cəzanın məqsədlərinin ən optimal vəzifəsidir. Optimal vəzifələr isə
molum olduğu kimi son dərəcə nadir hallarda həll olunurlar.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci mad
dəsinə uyğun olaraq məhkumların islah edilməsi dedikdə, onlarda qanuna
itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda
və ənənələrinə hörmət və ehtiramın formalaşması başa düşülür.
Sosioloji tədqiqatların nəticələrindən aydın olur ki, azadlıqdan məh
rum olunanlarda, ilkin sosial dəyərlərin bəyənilən hüdudlarından kənara
çıxanlarda, sosial (hüquq normalarından) normalardan yayınanlarda, özü
nün genetik yaddaşında və ya sosial tələbatlar əhatəsində qanuni olanları
normal surətdə realizə etmək imkanlarına məlik olmayanlarda şəxsiyyətin
daxili psixoloji strukturunda deformasiya baş verir. Bundan sonra şəx
siyyətin normal vəziyyətində, onun təbii yöniimlərindo, istəklərində po
zuntular
baş verir ki, bu da ilk növbədə müəyyən müddətə deyil, ömürlük
azadlıqdan məhrum olunan şəxslərə aiddir.
Cəzanın funksiyalarının «səmərəliliyini» ölçməkdən ötrü müasir clın
sahələrindən sosiologiyadan savayı hər hansı başqa bir vasitə yoxdur.
Çünki təkcə sosiologiya cəzanın funksiyalarının səmərəliliyi ilə bağlı
sosial-statistik göstəricilər növündə lazımi informasiyaya malikdir. Hü
quq ədəbiyyatında qeyd olunduğu kimi, həmin göstəricilər bəzən «mi
nus» işarəsilə göstərilirlər. Rəqəmlər belədir: bağışlanmış qatillərin 52
faizi bağışlandıqdan sonra il ərzində yeni cinayətlər törətmiş, həmin cina
yətlərin II faizini yeni qətllər təşkil etmişdir."
Pcnitensiar müəssisələrin məhkumları sağlamlaşdıra, yenidən tər
biyələndirə bilməməsinə dair mülahizələrin hələ də mövcud olmasına
baxmayaraq, azadlığa buraxıldıqdan sonra cəmiyyətə tam adaptasiya
olunan və normal həyata başlayanlar haqqında da sosioloji tədqiqatlarda
az göstəricilər yoxdur. Bu isə o deməkdir ki, çətin islah olunanlarla ya
naşı, müəyyən müddətə azadlıqdan məhrum etmədən də şəxsin islahı
mümkündür. Belə şəxslərin məhkum olunması onlarda psixoloji gər
ginliklər yaradır, Həbsxana həyatı onların bəzilərinin inamını, ümidləri
azaldır.
Ağayev İ.B. Azərbaycan Respublikasının cinayət hüquqıı. Ümumi və Xüsusi hissələr:
Dərslik. Bakı, “Nurlan”, 2010, s.3 0 l.
' Руденко Б., Тарасов A., Булдаков В. Привести в исполнение // А р
1
ум снты и факты,
1997, №21.
4 4 3
Hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, həbsxana məhkumun
psixikasım deformasiyaya uğradır. Ona görə də məsələn, ABŞ-da cina
yətin ağır olmadığı halda cinayətkarın özünə cəza tədbiri seçməsinə yol
verilir: o, ya həbs yerlərindən cəza çəkməyi, ya da
böyük cərimə ödəməyi
seçməlidir.1 Məlumatların şəhadətinə görə böyük məbləğdə cərimə
ödəyib azadlıqda qalmağa üstünlük verilir.
3. Yüksək cəza tədbiri ətrafında
sosioloji düşüncələr
Burada yüksək cəza tədbiri dedikdə, şübhəsiz ki, filosofları, sosio
loqları, hüquqşünasları, siyasətşünasları, jurnalistləri, psixoloqları və s.
uzun illər boyu düşündürmüş ölüm cəzası nəzərdə tutulur. Çünki ölüm
cəzası bütün dövrlərdə və bütün insan cəmiyyətlərində təkcə hüquqi
deyil, eyni zamanda da fəlsəfi, sosioloji və etik problemlərdən biri olmuş
dur. Keçən yüzilliyin 80-ci illərindən başlayaraq dünyanın inkişaf etmiş
bir çox dövlətlərində ölüm cəzası ləğv edilmiş, yaxud onun icra olunması
üzərinə möhlət qoyulması müəyyən olunmuşdur.
Dövlət müstəqilliyinin ilk 10 ili ərzində Azərbaycan Respublikasının
beynəlxalq nüfuzu tədricən artmağa və genişlənməyə başladı. Bir çox
beynəlxalq təşkilatların üzvü olan Azərbaycan Respublikası öz üzərinə
ümumbəşəri dəyərlərə söykənən çoxsaylı beynəlxalq öhdəliklər götür
müşdür və həmin öhdəliklərə bu gün do beynəlxalq standartlara uyğun
əməl edir. İnsan hüquqlarını yüksək dəyərləndirən, onlara dərin hörmət
və ehtiramla yanaşan Azərbaycan Respublikası şəxsiyyət amilinə böyük
üstünlük verir. Bütün bunların nəticəsi olaraq Azərbaycan Respublika
Prezidentinin müraciəti əsasında Azərbaycan Respublikasının Milli
Məclisi özünün 10 fevral 1998-ci il tarixli Qanunu ilə ölüm cəzasını ləğv
edərək onu ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz etdi.
Ölüm cəzasının sosiologiya nöqteyi-nəzərindən təhlilinin özünəməx
sus çalarları vardır. Əgər filosof ölüm cəzasına insanı həyat kimi əvəz
olunmaz dəyərdən məhrum edən hadisə qismində baxırsa, sosioloq onu
digər sosial hadisələrlə əlaqələndirir, bu cəza tədbiri ilə bağlı olan fakt
ların təkrarlanması (məsələn, ölüm cəzasının ictimai şüura vahimə-
1 Юридическая социология: Учебник. M., НОРМ Л-ИНФРА, 2000, с.326.
4 4 4
londirici təsiri) kimi aydınlaşdırır. Müəyyən hipotezan; təsdiq və ya inkar
edən sosial-statistik informasiyanı əldə etməkdən ötrü sosioloqlar xüsusi
empirik tədqiqatlar aparırlar.
Qeyd etmək lazımdır ki, yalnız fərdi xarakterli hüquqi görüşlərdən
yüksəkdə olan baxışlar ölüm cəzasına haqq qazandıra bilərlər. Yalnız be
lə baxışlar əsasən dövlətin insanı həyatdan məhrum etmək hüququnu
tanımağa meyllidirlər. Lakin ölüm cəzasına nifrətli mövqeyini gizlətmə
yən fərdi baxışlar da tarixin müəyyən dövrlərində mövcud olmuşdur.
Məsələn, adını artıq çəkildiyi kimi, böyük italyan mütəfəkkiri Ç.Bck-
kariyc ölüm cəzasının əleyhinə çıxan ilk şəxsiyyət olmuşdur. O, ölüm
cəzasının dövlətə fərdi baxışlarla bir yerə sığmadığını ictimai müqavilə
nəzəriyyəsi əsasında sübut etmişdir. Mütəfəkkirin nöqtcyi-nəzərincə ölüm
cəzası ictimai müqaviləyə ziddir, çünki həyat ayrılmaz hüquqi nemətdir.
Cinayətkarın məğlubiyyətini özündə ədalətlilik kimi qiymətləndirən
Hegel Ç.Bckkariyanın ölüm cəzasının ləğvilə əlaqədar mövqeyini səciy
yələndirərək yazırdı: «Bekkariya, bəlli olduğu kimi ölüm cəzasını
dövlətik hüququ kimi qətiyyən qəbul etməmişdir, çünki oııuıı fikrincə,
ictimai müqavilədə fordlərin özlərini öldürməyə razılıq verdiyini güman
etmək olmaz və tamamilə bunun əksi güman edilə bilər. Əgər biz,
cinayətkarın cəzası anlayışını və meyarını cinayətin özündən hasil elmə
sək onda cinayətkarı düşünən varlıq sayaraq şərəfləndirmək olmaz. Əda
lətin mövcudluq üsuluna gəlincə isə onun dövlətdə aldığı forma, yəni
cəzalandırma forması yeganə deyildir və dövlət özlüyündə ədalətin zəruri
şərti deyildir. ...İnsanın özü onu cəzalandırmağa razılıq verməlidir haq
qında Bckkariyanın tələbi tamamilə ədalətlidir, ancaq cinayətkar bu
razılığı artıq öz hərəkətilə verir. Cinayətinin tələbi kimi cinayətkarın öz
iradəsi də bu cinayətdən irəli gələn hüquq pozuntusunun aradan qaldırıl
masını tələb edir. Buna baxmayaraq, Bckkariyanın ölüm cəzasının ləğv
edilməsinə çağırışının faydalı nəticələri olmuşdur. Bunun sayəsində ölüm
cozgsı verilməsi hallan azalmışdır.1
Həyat E.Dürkhcymin do dünya birliyi miqyasında sivilizasiyaların
inkişafı prosesində cinayət cəzasının humanistləşdirilmosi haqqında
ideyasını təsdiq etdi. Bu gün planetdə 200-dən artıq dövlət mövcuddur.
Əgər bu və ya digər dövlətin mühakimə icraatında ölüm cəzasının sayı
1 H e g e l. H ü q u q fə ls o f a s i / m ü t ə r c i m . A .İ .T a ğ ı y e v . B a k ı, “ N o r g i z ” , 2 0 0 7 , s. 1 4 8 -1 4 9 .
4 45